Fənn: Ədəbiyyat Sinif: vb mövzu



Yüklə 18.61 Kb.
tarix22.05.2017
ölçüsü18.61 Kb.




Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 №li məktəbin müəllimi Qafarova Ramilənin Ədəbiyyat fənnindən açıq dərsin icmalı


Fənn: Ədəbiyyat

Sinif: VB

Mövzu: Zəlimxan Yaqub “ Bir dahi doğulub gəldi dünyaya” şeiri

Standart: 1.2.4. Bədii nümunələrin mövzu və ideyasini aydinlaşdırır,münasibət bildirir.

1.2.2.Obrazların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır,əsaslandırılmış münasibət bildirir.

1.2.3.Şifahi və yazılı ədəbiyyat nümünələrində bədii təsvir vasitələrinin (epitet,təşbeh)rolunu aydınlaşdırır

Məqsəd: Nümunənin mövzu, ideyasını aydınlaşdırır, münasibət bildirir.

Əsərdə əsas obrazın başlıca xüsusiyyətini müəyyən edir.

Əsəri təhlil edir.

İnteqrasiya: Həyat bilgisi, Tarix, Musiqi

İş forması: Kollektiv və kiçik qruplarla iş

İş üsulu: Əqli hücüm, müzakirə

Resurs: Dərslik, iş vərəqləri

Təchizat: Kompyuter, proyektor




Motivasiya

Heydər Əliyevin “Azərbaycan “ şeirini dediyi kadrlar ekranda nümayiş olunur. Şagirdlərdən Heydər Əliyev haqqında məlumat toplanılır. Müəllim yönəldici suallardan istifadə edərək şagirdlərdən Heydər Əliyevə həsr olunmuş şeir və əsərlər barəsində soruşur.



Cavablar alındıqdan sonra ekranda yeni video çarx nümayiş olunur. Video çarxda Zəlimxan Yaqubun “ Bir dahi doğulub gəldi dünyaya” şeiri nümayiş olunur. Dərsin adı açıqlanır.






Tədqiqat sualı


Tədqiqat sualı
Tədqiqat sualı: Əsərin ideyasını, mövzusunu və obrazların xüsusiyyətlərini müəyyən etməklə əsəri necə təhlil etmək olar?


Tədqiqatın aparılması:

Tədqiqat aparmaq üçün şagirdlər qruplara bölünür. İş vərəqləri paylanılır.











İnformasiya müzakirəsi və mübadiləsi.

Tədqiqat işləri bitdikdən sonra şagirdlər öz işlırini təqdim edirlər. Tapşırıqlar oxunur. Müzakirə olunur, ehtiyac olduqda müəllim öz əlavələrini edir.



Ümumiləşdirmə və nəticə. Əsərin ideyasını, mövzusunu, obrazların xüsusiyyətlərini müəyyən etməklə belə nəticəyə gəlindi ki, Heydər Əliyev bir kənd həyatından dahiliyə qədər ucalan şəxsiyyətdir.

Qiymətləndirmə: Aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə aparılır.

  1. İdeyanın müəyyən edilməsi

  2. Əsas obrazların başlıca keyfiyyətlərini müəyyən edir

  3. Hadisələri müəyyən etməklə əsəri hissələrə ayırır

  4. Əsərdə mətnin elementlərini müəyyən edir

  5. Təsvir edilən məqamları müəyyən edir

  6. Təqdimetmə mədəniyyəti

Yaradıcı tətbiqetmə:

Lövhədə “Aforizm ağaci” asılır. Aforizmlərdən istifadə etməklə ağacı düzəldilir.



Ev tapşırığı:

Heydər Əliyevin həyatına aid çəkilmiş video filmlərə bax və filmə öz münasibətini bildirib faktlardan ibarət mətn qur.
: upload -> iblock
iblock -> Информированное добровольное согласие пациента на ортодонтическое лечение. Я, Борисова Александра Петровна, находясь на лечении в стоматологической клинике «Зеленое яблоко»
iblock -> Программа курса: 1 день Онтогенез зубов
iblock -> Xətai rayonu, Ə.Əliyev adına
iblock -> Mövzuya keçməmişdən ötən dərsi qismən yada salaq. Mövzuya keçməmişdən ötən dərsi qismən yada salaq
iblock -> Dərsin məqsədi Suyun dövranının yaranma səbəbini izah etmək Suyun böyük dövranının sxemini çəkməyi bacarmaq
iblock -> Sinfə suallarla müraciət olunur
iblock -> Hüseynzadə Nüşabə 195 saylı tam orta məktəbin tarix müəllimi
iblock -> Elektron Təhsil” müsabiqəsi üçün Fənn: Azərbaycan dili
iblock -> Ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı alim S. Voznyak və S. Jobs fərdi kompyuter yaratmış və onu Apple adlandırmışlar. Fərdi kompyuterlərin yaranma tarixi 1974-1975
iblock -> Laboratoriya hesabatı




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə