Fənn: Fəlakət hallarında humanitar logistika və nəqliyyat servisləri


İstehlakçı sifarişlərinin yerinə yetirilməsi ilə bağlı xərclər



Yüklə 33,26 Kb.
səhifə9/13
tarix01.02.2023
ölçüsü33,26 Kb.
#82083
1   ...   5   6   7   8   9   10   11   12   13
Mühazirə 4

İstehlakçı sifarişlərinin yerinə yetirilməsi ilə bağlı xərclər. Bu növ xərclərə anbar uçot əməliyyatlarının (əmtəə-nəqliyyat qaimələrin tərtibi, müvafiq anbar jurnallarında qeydiyyatların aparılması, anbar işləinin cari vəziyyəti haqqında informasiyalarrın əldə edilməsi və s.) aparılması, sifarişlərin qəbulu və onların yerinə yetirilməsi ilə məşğul olan anbar işçilərinin əmək haqları, qablaşdırma və anbar daxilindəə məhsulların daşınmasına çəkilən xərclər aid edilir. Buraya əsasən xərc maddələrindən əlavə taranın yığılması, daşınması, təmizlənməsi və təmiri, tara itkilər və taraların keyfiyyətiin aşağı düşməsi ilə əlaqədar xərclər, habelə material resuslarının digər firma və ya təşkilatın anbarında müvəqqəti saxlanılmasına görə verilən haqlar, məhsulun kəmiyyətcə ekspertizasıya və analizinə çəkilən xərclər, məhsulların işlənməsinə, növlərə ayrılmasına və qablaşdırılmasına sərf edilən materialların dəyəri də daxil edilir.

Qeyd etmək lazımdır ki, tələbin intensiv deyişdiyi bir şəraitdə ona qarşı həssas olan və uyğun surətdə azalan və ya artan formada dəyişən bu xərclər firma və müəssisə səviyyəsində ehtiyatların idarə edilməsi strategiyasından aslı deyil. Buna görə də logistik sistemin fəaliyyət strategiyasının dəyişilməsi ilə adekvatlıq təşkil edən xərclərin müəyyənləşdirilməsi zamanı bu faktoru nəzərə almağa ehtiyac yoxdur. Lakin logistik sistem daxilində və ya müəssisə çerçivəsində məhsul qıtlığının yaranması nəticəsində əmələ gələn xərclər isə bilavasitə sistemin fəaliyyət strategiyasından aslıdır. Çünki, vaxtında qəbul edilən strateji qərarlar belə halların və bununla bağlı xərclərin yaranmasına imkan verir.

  1. Anbarda məhsul qıtlığının yaranması ilə əlaqədar xərclər. İnkişaf etmiş ölkələrin praktik təcrübəsi belə xərclərin ayrıca maddə kimi uçota alınmasını bir daha sübuta yetirib. Bu xərclərin konkret nədən ibarət olmasının müəyyələşdirilməsi bir qədər mürəkkəbdir. Lakin önəmli məqam ondan ibarətdir ki, müasir iqtisad şəraitdə istehlakçının bazar hegemonluğunu bazarda aparıcı qüvvə olması faktını bütün istehsalçı firmaların və logistik vasitəçilərin taktiki və strateji planlarının məhz bu isiqamətdə qurulması prinsipini nəzərə alsaq, onlar yüksək xidmət mədəniyyəti və tələblərinə çevik, habelə operativ reaksiya tələb edirlər. Sifariş verilən məhsulların anbarda həmin anda mövcud olmaması nəticəsində real istehlakçı qruplarının itirilməsi və bununla da gələcək dövrlər üçün istehsal edəcəkləri məhsullaa tələbat yarada bilməmək təhlükəsi ilə qarşılaşırlar. Təlabatı ödənilməyən istehlakçılar və ya istehlakçı qrupu real tələbatın ödənilməsi üçün iqtsadi məbələr, yeni bazarlar və ya bazar seqmentləri axtarmaq məcburiyyətində qalır. Daha doğrusu, hər bir element üzrə bazarın kompleks öyrənilməsi həyata keçirməlidirlər. Bu da onlardan müvafiq surətdə canlı və maddiləşmiş əmək sərfi tələb edir. İstehlakçıların bazar tədqiqatlarının aparılması üçün sərf etdikləri xərcləri dolayı formada bu xərc maddəsinə aid emək olar. Ümumi yekunda istehsalçı firmalar və logistik vasitəçilər ayrı-ayrı məhsul növləri üzrə istehlakçı sifarişlərindən məhrum olduqlarından və özləri haqqında müsbət imic yarada bilmədikərinə görə real tərəfdaşa çevrilə bilmirlər və mənfəət itkisi, bazar uğursuzluğu ilə üzləşirlər. iqisadi fəaiyyətlər nəticəsində konkret istehlakçının itirilməsindən yaranan mənfəət itkisi bilavasitə bu xərc maddəsinə daxil edilir.


  2. Yüklə 33,26 Kb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin