Mifoloji dünyagörüşü
Dünyagörüşünün üç çeşidi vardır. Bunlar mifoloji, dini və fəlsəfidir. Mifoloji dünyagörüşü ictimai inkişafın ilkin mərhələsidir, dünyanı anlama üsuludur, ictimai düşüncəsinin formasıdır. Mifologiya əski toplumların əfsanə və əsatirlərini içəriləyir. Orada tanrılardan, igidlərdən və başqa əfsanəvi personajlardan söhbət açılır. Ancaq bu əsatirlərdə, artıq dünya yükümlü problemlərə cavablar vermək cəhdləri də yer almışdır.2
Mifologiyanın özəlliyi dünya ilə insanın, düşüncə ilə emosiyaların, biliklə təzahürlərin, obyektlə subyektin fərqlərinə varılmamasındadır.
Əsatirlər ibtidai düşüncədən doğur. Onlar əski çağlarda millətlərin dünyagörüşünün formalaşmasında böyük rol oynamışdırlar.3 Əsatirlərin vasitəsi ilə çeşidli xalqların mənəviyyatı və mədəniyyəti formalaşmışdır, dəyərlər sistemi yaranmışdır. Onlar incəsənətin, poeziyanın, musiqinin inkişafında böyük rol oynamışdırlar.
Dostları ilə paylaş: |