Fənn: İslam Fəlsəfəsi Tələbə: Ömər Süleymanlı Kurs



Yüklə 319,44 Kb.
səhifə6/9
tarix06.11.2022
ölçüsü319,44 Kb.
#67605
1   2   3   4   5   6   7   8   9
Fəlsəfə sərbəst iş

Psixoloji görüşləri
Fərabinin psixoloji görüşləri onun əxlaq və siyasi fəlsəfələri ilə sıx şəkildə bağlıdır. Ruhun mahiyyəti və onun bədənlə bağlılığını şərh edən Fərabi göstərir ki, insan təbiətinin bir bütün olaraq anlaşılmasında ruhun önəmli bir yeri vardır. Ruh bəşəri fəzilətlərin əxlaqi və fikri olaraq sinifləndirilməsinə təməl təşkil etmişdir. Fərabi ruhun gücünü beş növə ayırmışdır: 1) Bəsləyici güc; 2) Düyüm gücü; 3) Arzu gücü; 4) Xəyal gücü; 5) Rasyonal güc. Ruhun bu gücləri arasında bir xidmət edən, bir də xidmət edilən əlaqəsi vardır. Bir altdakı güc digər üstdəki gücə xidmət edir. Fərabi bənzər iyerarxik (aşağı rütbəlilərin yuxarı rütbəlilərə tabe olması qaydası) düzəni iqtisadi-siyasi təşkilatlanmada və bütövlükdə Kainatda da görür. Rasional güc isə öz sırasında nəzəri və əməli olmaqla ikiyə ayrılır: birincisi fikri, ikincisi isə əxlaqi fəzilətlərlə əlaqədardır.
Həyatda hər kəsin sahib olduğu bir imkan və qabiliyyət vardır ki, bu potensial ağıldır. Ruhun bu qismini Fərabi “bəsit cövhər” adlandırmış və göstərmişdir ki, bu varlıq halı özbaşına ölümsüz deyildir. O, yalnız ağıl mərtəbəsinə yüksəldiyi zaman ölümsüzləşir. Bu isə ancaq bilginin ilk əsaslarının dərk edildiyi təqdirdə gerçəkləşir. Üç növ dərk vardır: 1) Həndəsi bilgi ilə bağlı dərk; 2) Pis və yaxşı haqqındakı bilgi ilə bağlı dərk; 3) Metafizik bilgi ilə bağlı dərk.8
Fərabiyə görə, hər kəsin bilmə qabiliyyəti fərqlidir. Bəziləri şeylərin gerçək mahiyyətini dərk edər, bəziləri də ancaq təxəyyül edərlər. Bu iki termin-gerçək və təxəyyül Fərabi fəlsəfəsində çox mühüm yer tutur. Fərabiyə görə, bir şey ağılla idarə edildiyi və onun tərəfindən işlənildiyi müddətcə anlamanın mövzusu olur. Bu durumda ağlın xəyal və s. kimi digər güclər üzərində tam bir üstünlüyə sahib olması gərəkdir.Əgər bir şeyin özü deyil də xəyala yansıyan bir imajı varsa, bu durumda o şey təxəyyülün mövzusu olur. Anlamanın mövzusu dünyəvidir. Ona görə də təxəyyülünkü insandan insana dəyişir. Eyni reallığın müxtəlif simvolları ola bilər. Ağıl gücünə sahib olanlara filosof, təxəyyül gücünə sahib olanlara isə möminlər deyilir. Filosoflar və Peyğəmbərlər ağıl gücünə sahib olmaqla bərabər onlar arasında mühüm bir fərq də vardır. Beləki, Peyğəmbərlərdə həm ağıl, həm də təxəyyül gücü vardır. Bu baxımdan Peyğəmbərlər vəhy yolu ilə aldıqları əqlə sığan anlamları xəyal gücü ilə qavranıla bilər hala gətirirlər. Bu baxımdan Peyğəmbərlərin mövqeyi vəhyin dəstəyinə sahib olmayan filosiflarınkından daha da üstündür. Ona görə də Fərabinin filosofu daha çox üstün tutduğuna dair yayılmış görüşün əsası yoxdur. Şübhəsiz ki, ağıl gücü xəyal gücündən daha üstündür. Lakin yuxarıda da qeyd edildiyi kimi, Peyğəmbərlərdə bu güclərin hər ikisi vardır.
Fərabi öz-özünü gerçəkləşdirmə mərhələsindən keçən ruhun ölümsüz olduğunu qəbul etməklə bərabər, potensial ağlın ölümsüzlüyünə inanmamışdır. Fərabiyə görə, ölümsüzlük ruhun təbiətində olan bir şeydir. Fərabi göstərir ki: “Xoşbəxtlik, ruhun tam şəkildə öz imkanlarını gerçəkləşdirməsinə bağlıdır. İnsan çox çalışdığı, nəzəri, əxlaqi və təcrübi yetkinlikləri əldə etdiyi ölçüdə bu dünyada və axirətdə xoşbəxt olur. İnsan nəyin yaxşı, nəyin pis olduğunu bilməsinə baxmayaraq əxlaqi yetkinliyə sahib deyilsə, hər iki dünyada da bədbəxt olur. Ən yüksək xoşbəxtliyin qazanılması üçün vəhyin yardımına ehtiyac vardır”. Bu baxımdan Fərabi dinlə fəlsəfənin eyni həqiqəti qəbul etdiyinə inanmış və dinlə fəlsəfəni birləşdirməyə çalışmışdır. Belə ki, Fərabiyə görə: “Din, geniş xalq kütlələrinin xeyrini nəzərə alaraq həqiqəti simvolik bir tərzdə ifadə edir. Peyğəmbərlər Tanrıdan vəhyi alır və bu vəhylərin işığında insanlara yol göstərirlər. Mədəni bir cəmiyyət ancaq bu yolla həyatını davam etdirir”.9
Bütün bunları nəzərə alan Azərbaycan alimi Zakir Məmmədov Fərabini panteist filosof adlandıranlara məntiqi dəlillərlə cavab verərək göstərir ki: “Şərq peripatetikləri ilk səbəb olan Allahla nəticə olan maddi aləmi bir-biri ilə əlaqədar götürsələr də onları eyniləşdirməyiblər, əksinə, Allahı Təbiətdən kənarda, Fərabinin təbirincə “substansiyalardan və aksidensiyalardan ayrı” zənn etdikləri üçün panteist deyillər.10 Fərabinin fəlsəfi sistemində əxlaq, siyasəti və qismən də iqtisadiyatı içinə alan praktik fəlsəfə nəzəri fəlsəfədən ayrı deyildir. Belə ki, Fərabiyə görə: “İnsanın real ehtiyaclarının müəyyənləşdirilməsi üçün onun mahiyyəti haqqında nəzəri məlumatlar vermək lazımdır.”



Yüklə 319,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin