Fərabinin fəlsəfə sahəsindəki fəaliyyətini tam anlaya bilmək üçün onun fəlsəfi düşüncəsinin sonrakı inkişafı üzərindəki təsirlərinə qısaca da olsa nəzər salmaq lazımdır. İlk olaraq onu qeyd etmək lazımdır ki, Fərabinin fəlsəfi dünyagörüşü çağdaş fəlsəfə də daxil olmaqla dünya fəlsəfə tarixinin ana mövzularını formalaşdırmışdır.
Fərabi fəlsəfəsindən ilk yararlanan dahi Türk mütəfəkkiri İbn Sina olmuşdur. Bütün həyatı siyasi hadisələrin içində keçən İbn Sina təməl mövzularda Fərabi ilə eyni görüşü paylaşmışdır. Sonradan bu iki böyük Türk mütəfəkkirinin fəlsəfi görüşləri yəhudi filosoflarına, onlar vasitəsi ilə də Qərb filosoflarına təsir göstərmişdir. Əslində Descartes, Leibniz, Spinoza, Kant və Berqsonda Fərabi və İbn Sinanın təsirini tədqiqatçılar inkar etmirlər.
Orta əsr Xristian dünyasının qədim Yunan fəlsəfəsi ilə ciddi təması da məhz Türk mütəfəkkirləri olan Fərabi, İbn Sina və Əbu Reyhan Biruni (973-1048) başda olmaqla müsəlman filosofların əsərləri sayəsində olmuşdur. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin fəlsəfəyə və təbiət elmlərinə dair fikirlərində Fərabinin güclü təsiri duyulur.
Nəticə
Fərabinin fəlsəfəsi və pedeqoji görüşləri adlı araşdırmamızda Fərabinin fəlsəfəsinin daha dərindən incələmə imkanı əldə etmək üçün onun ünumi fəlsəfəsini bir neçə başlıq altında öyrənməyə qərar verdik. İlk olaraq giriş hissəsində fərabinin doğumu, ilk təhsili və ümumi həyatı haqqında məlumat verdik. Daha sonra araşdırmamızda Fərabinin fəlsəfəsində mühüm yerə malik olan onun təhsillə bağlı müxtəlif fikirlərinə nəzər yetirdik. Pedeqoji görüşlərini yazarkən xüsusi altbaşlıqlardan istifadə etdik. Müxtəlif mənbələrə isnad edərk Fərabinin müəllimin və tələbənin xüsusiyyətləri ilə bağlı görüşlərini geniş şəkildə qeyd etdik sonra isə psixoloji fikirlərinə yer verdik. Daha sonra Fərabinin Əxlaq fəlsəfəsi daxilində “ Mədinətül- Fəzilə” məfhumunun mahiyyətini yenə müxtəlif əsərlərə dayanaraq izah etməyə çalışdıq. Araşdırmanın sonuncu altbaşlığında Fərabinin fəlsəfəsindən qaynaqlanan filosoflar barədə məlumat verdik. Son olaraq araşdırma zamanı istifadə etdiyimiz ədəbiyyat siyahısını təqdim edəcəyik.