Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev III mövzu: Psixi sağlamlıq meyarları və səviyyələri



Yüklə 145,77 Kb.
Pdf görüntüsü
tarix06.03.2017
ölçüsü145,77 Kb.
#10440

 

- 1 - 


Fənn: Klinik psixologiya            

Müəllim:  Dos.N.Z.Çələbiyev 

III  MÖVZU:      Psixi sağlamlıq meyarları və səviyyələri. 

 

Plan: 

1.

 

Psixi sağlamlıq anlayışı və onun mahiyyəti 



2.

 

Psixi sağlamlığın üçölçülü (bioloji, psixoloji və sosial) səviyyələri. 



3.

 

Psixi pozğunluqları və xəsləlikləri şərtləndirən amillər. 



4.

 

Patopsixoloji sindromlar. 



 

Ədəbiyyat. 

1.

 



 Bayramov  Ə.S.  Şəxsiyyətin  təşəkkülünün  aktual  psixoloji  problemləri, 

Bakı, 1981. 

2.

 

Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.,Seyidov  İ.Ə.  Məhkəmə  psixologiyası 



məsələləri, ADU, 1985. 

3.

 



İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. “Maarif” 

nəşriyyatı, Bakı, 2002. 

4.

 

İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya (dərslik) 



2-ci nəşr, Bakı, 2008. 

5.

 



İsmayılov N.V. Psixiatriya, Bakı, 1998. 

6.

 



Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997. 

7.

 



Метделевич 

В.Д. 


Клиническая 

и 

медицинская 



психология. 

Практическое руководство.M., 1998. 

 

Mürəkkəb  canlı sistem kimi insanın həyat və fəaliyyəti  müxtəlif, lakin bir –



biri  ilə  sıx  əlaqədə  olan  səviyyələrdə  təmin  olunur.  Bu  baxımdan  3  əsas  spesifik 

səviyyələri  fərqləndirmək  olar:  bioloji  psixixoloji,  sosial.  Adları  qeyd  olunan  hər 

bir  səviyyələrdə  insanın  sağlamlığı  öxünəməxsus  təzahürlərə  malikdir.  Bioloji 

səviyyədə sağlamlıq orqanizmin bütün daxili orqanlarının dinamik müvazinətini və 

ətraf  xarici  aləmin  təsirlərinə  adekvat  uyğunlaşmanı  nəzərdə  tutur.    Sağlamlığın 

profilaktikası,  orqanizmin  müdafiə  qüvvələrinin  möhkəmləndirilməsi  və  somatik 

xəstəliklərin müalicəsi ənənəvi tibbdə qədimdən həyata keçirilir. Bioloji səviyyədə 

sağlamlıq isə öz növbəsində psixoloji səviyyə ilə sıx  bağlıdır. Belə bir sual qarşıda 

durur: Sağlam şəxsiyyət nə deməkdir? Məşhur rus psixiatrı S.S.Korsokovun qeyd 

etdiyi kimi, şəxsiyyəti təşkil edən bütün xüsusiyyətlər nə   qədər  davamlı və əks 

təsirlərə  qarşı  müvazinətlidirsə,  onda  şəxsiyyətin    bütövlüyünü  pozmaq  mümkün 

deyildir. Psixi cəhətdən sağlamlıq şəxsiyyəti dəyərləndirən  əsas amildir. Müəyyən 

neqativ  xarakter  əlamətləri,  əxlaqi  sahədə  qüsurlar,  sərvət  yöəlişliyindəki 


 

- 2 - 


yanlışlıqlar şəxsiyyətin dəyərini aşağı salır. Psixoloji sağlamlıqdan sosial sağlamlıq 

səviyyəsinə  keçid  kifayət  qədər  şərtidir.  Psixoloji  xüsusiyyətlər  insanın  əhatə 

olunduğu  ictimai  münasibətlər  sistemindən  kənarda  deyildir.  Bu  səviyyədə  insan 

ictimai  varlıq  kimi  fəaliyyət  göstərir.  Burada  uyğun  olaraq  sosiumun  şəxsiyyətin 

sağlamlığına  təsiri  məsələsi  ön  plana  çıxır.  Şəxsiyyətin  psixi  sağlamlığı  müxtəlif 

sosial  əlaqələrin,  o  cümlədən  ailə, dostlar  və  qohumlarla  ünsiyyət,  iş,  asudə  vaxt, 

dini və digər təşkilatlara mənsubiyyət və s. təsirinə məruz qalır. Bu təsirlər müsbət 

və  neqativ  xarakterli  ola  bilər.  Yalnız  sağlam    psixikaya  malik  olan  insanlar 

özlərini sosial sistemin  fəal iştirakçıları kimi hiss edirlər. Tərbiyə işinin özbaşına 

buraxılması  və  ətraf  mühitin  əlverişsiz  təsiri  insanın  cəmiyyətdə  qeyri-adekvat 

davranışlarının  müxtəlif  təzahürlərinə,  şəxsiyyətin  kriminal  inkişafına  və 

deqradasiyasına  səbəb  ola  bilər. Şəxsiyyət  o  vaxt dəyişir və deqradasiyaya  məruz 

qalır  ki,  onun  insanlara,  əməyə  və  kollektivə  qarşı  normal  münasibəti  dəyişir. 

Yalnız  davamlı  və  daimi  fəal  münasibətlər  şəxsiyyətə  şəxsi  inamını  qorumağa, 

ətraf xarici aləmin neqativ təsirlərini aradan qaldırmağa, maneələri dəf etmək, son 

nəticədə  qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  imkanı  verir.  Sosial  səviyyədə 

psixi  sağlamlıq  ideyasının  reallaşması  cəmiyyətdə  özünü  doğrultmayan,  dəyərini 

itirmiş adət və ənənələri aradan qaldırmağı, təlim və tərbiyə sistemində islahatlar 

yolu  ilə  onu  təkmilləşdirməyi,  sosial  məşğulluğu,  asudə  vaxt  problemini  səmərəli 

təşkil etməyi, qida sənayesində dəyişikliklər etməyi və s. tələb edir. 

Bir  sıra  ədəbiyyatlarda  psixi  sağlamlıq  kateqoriyasının  xarakteristikasına 

onun  bir  sıra  ayrı-ayrı  ifadəli  əlamətləri  daxil  edilir.  Onların  sırasında  psixi 

müvazinət  kateqoriyası  birinci  yerdə  durur.  Onun  köməyi  ilə  insanın  psixi  

fəaliyyətinin  xarakteri  haqqında  (idraki,  emosional  və  iradi)  fikir  yürütmək  olar. 

Şəxsiyyətin inkişaf anomaliyası onun şəxsiyyət baxımdan disharmoniyasının ayrı-

ayrı  təzahürləri,  onun  sosial  mühitdə  öz  mühazinətini  itirməsi,  yəni  cəmiyyətdə 

sosial  adaptasiya  proseslərinin  pozulması  haqqında  fikir  irəli  sürməyə  əsas  verir. 

Bu  kiriteriya  üzvi  şəkildə    digər  iki  amillə-psixikanın    ahəngdar  təşkili  və  onun 

uyğunlaşma imkanları ilə bağlıdır.  

Psixi  müvazinət  və  onun    ifadəlilik  dərəcəsi  insanın  obyektiv  şəraitə 

mütəhərrik  olaraq  uyğunlaşması  ilə  bağlıdır.  Rus  psixoloqu  V.N.Myasinsevanın 

fikrincə, insanın mütəhərrikliyi və onun ətraf xarici təsirlərə reaksiyasının adekvat 

olması  norma  və  patologiyanın  sərhədlərinin  aydınlaşdırmağa  təkan  verir.  Aydın 

məsələdir ki, qeyri-mütəhərrik, davamsız reaksiyaları ilə diqqəti cəlb edən insanın 

faktiki    olaraq  müvazinəti  və  onun  şəxsi  statusunun  əsasında  duran  hormonik 

qarşılıqlı  təsirlər  pozulmuşdur.  Yalnız    psixi  cəhətdən  sağlam,  yəni  mütəhərrik 

adamda  biz  davranışın  nisbi  sabitliyini  və  onun  xarici  şəraitə  adekvat  olmasını 

müşahidə edirik. 



 

- 3 - 


Bütün  bunlarla  yanaşı  insanın  psixi  sağlamlığına  kompleks  yanaşmada  və 

onun  qiymətləndirilməsində  yeni  perspektivlər  mövcuddur.  Elmi  ədəbiyyatlarda 

bir  çox  kriteriyalara  kompleks  yanaşaraq  psixi  sağlamlıq  anlayışını 

səciyyələndirmək təşəbbüslərinə heç də az təsadüf olunmur. Bunlardan iki başlıca 

nəticə  çıxarmaq  olar.  Həmin  kriteriyalar  içərisində  şəxsiyyətin  optimizmi, 

mütəhərrikliyi,  mənəviyyatı  (ləyaqətli,  vicdanlı  və  s.)  olması,  adekvat  iddia 

səviyyəsi,    borc  hissi,  özünə  inam,  incikliyi  bağışlamağı  bacarması,  azad  və 

əməksevər  olması,  məsuliyətliliyi,  yumor  hissinə    malik  olması,  xeyirxahlığı, 

səbrliliyi, özünəhörməti və özünənəzarəti kimi xüsusiyyətlər əsas yer tutur. 

Psixi  sağlamlıqdan  söhbət  gedərkən  psixi  vəziyyətlər  sahəsinə  adətən 

emosional  dayanıqlılıq  (özünüəlaalma)  hisslərin  yaşa  uyğun  yetkinliyi,  neqativ 

emosiyaların  (qorxu,  günah  hissi,  acgözlük,  nifrət  və  s.)  olmaması,  hiss  və 

emosiyaların sərbəst və təbii təzahürləri, sevinmək, adət edilmiş əhval-ruhiyyənin 

üstünlüyü aid edilir. 

Psixi  sağlamlığı  şərtləndirən  psixi  proseslər  sırasına  duyğu  və  qavrayışın 

adekvat xarakterdə olması, diqqəti mərkəzləşdirmək qabiliyyəti, informasiyanı hifz 

edib  saxlamaq    bacarığı,  informasiyanı  məntiqi  cəhətdən  emal  etmək  qabiliyyəti, 

təfəkkürün  tənqidiliyi,  kreativlik  (yaradıcılıq,  intellektdən  istifadə  qabiliyyəti), 

özünü tanıma, əqli intizam (fikirləri idarə etmək) qabiliyyəti aid edilir. Şəxsiyyətin 

psixi  sağlamlığında  həmrəylik,  həqiqətə  can  atma,  humanist  dəyərlərin  prioritet 

olması,  özünüinkişaf  orientasiyası  və  özünüzənginləşdirmə  kimi  keyfiyyətlər 

aktuallıq  kəsb  edir.  İradi  güc,  hisslərin  əxlaqi  tərbiyəlilik  səviyyəsi,  fəallıq  və 

enerjilik özünənəzarət  qabiliyyəti  kimi  mühüm  keyfiyyətləri  də  psixi  sağlamlığın 

kriteriyaları kimi dəyərləndirmək olar. 

Şəxsiyyətin  sosial  sağlamlığı  öz  əksini  onun  sosial  gerçəkliyi  adekvat 

davramasında,  ətraf  aləmə  qarşı  marağında,  fiziki  və  ictimai  mühitə 

uyğunlaşmasında,  ictimai-faydalı  əməyə  yönəlişliyində,  istehlak  mədəniyyətində 

alturizm,  empatiya,  başqaları  qarşısında  məsuliyyətliliyində,  demokratik 

baxışlarında əks etdirir. 

Psixi  xəstəlik  kimi  şəxsiyyətin  psixoloji  portretində    zərərli  vərdişlərə 

aludəçilik, məsuliyyətdən qaçma, özünə inam və etibarı itirmə, passivlik, əsəbilik, 

utancaqlıq, pintilik, yalançılıq, kütlük, səbəbsiz qəddarlıq, insanlara düşməncəsinə 

münasibət, qisasçılıq, hədsiz qorxaqlıq və s. aid edilir. 

İdraki  sferada  psixi  pozğunluqlara  qavrayışın  qeyri-adekvat,  illüzior 

xarakterdə  olması,  öz  “Mən”ini  qiymətləndirə  bilməmək,  məntiqsizlik,  hədsiz 

təlqinə  düşmə,  doğma  adamlara  biganə  münasibət  passiv    həyat  mövqeyi,  iradə 

zəifliyi,  destruktiv  davranış,  münaqişəyə  meyllilik,  erosentrizm,  qəddarlıq 

əşyabazlıq aiddir.  



 

- 4 - 


Psixi  sağlamlığın  təyin  edilməsində  özünüidarə  ideyası  XX  əsrdə  çox 

psixoloq  və  psixiatrların  diqqətini  cəlb  etmişdir.  Belə  bir  fikir  mövcud  olmuşdur 

ki,  xəstə  insandan  fərqli  olaraq  sağlam  insan  özünün  psixikasını  idarə  etməyi  və 

ona nəzarəti daha yaxşı bacarır.  

Sağlam  psixikanın  təmin  olunmasında  müəyyənedici  rol  şəxsiyyətin  ətraf 

aləmlə qarşılıqlı əlaqəsi və təsiri amilinə məxsusdur.  

Müasir  dövrdə  psixiatriyaya  insan  şəxsiyyətinin    ruhi  sağlamlığının  və 

rifahının qorunması və idarə olunmasına xidmət  göstərən elmi əlavə kimi baxırlar. 

Belə  bir  fikri  əsas  götürürlər  ki,  psixi  xətəliklərin  spesifik  xüsusiyyətləri 

psixi özünüidarə ümumiliklə psixi sağlamlığın  ən mühüm kriteriyalarından hesab 

edilir. 

Psixoloji özünüidarəyə aşağıdakı mərhələlər daxildir: 

a)

 

idarəetmə məqsədinin  qoyulması; 



b)

 

informasiyanın qəbulu və işlənməsi; 



c)

 

qərara qəbulu; 



d)

 

qərarın həyata keçirilməsi və nəzarət. 



Bu  mərhələlərin  hər  birində  psixi  sağlamlığı  təmin  etməyə  təsir  göstərən 

proseslər inkişaf edir. Fikrimizi izah edək. 

Məqsədyönlülük şəxsiyyətə  məxsus olan keyfiyyət olub, insana onun nəyin 

naminə  hərəkət  etməsini  göstərir.  Həyatda  məqsədin  düzgün  seçilməsi,  psixi 

sağlamlığın təmin olunmasının ən mühüm şərtlərindən biridir. 

Məsələn,  həyat  yolunundüzgün  seçilməsi.  Sənət  seçimi,  cəmiyyətdə  yerini 

və  mövqeyini  müəyyənləşdirmək  və  s.hər  bir  şəxsin  qəbul  edəcəyi  həyati 

əhəmiyyətə malik olan məsələdir. 

İstər  əmək  sahəsində,  istərsəd  də  həyatda  öz  yerini  tapa  bilməyən  hər  bir 

insanın timsalında cəmiyyət əvəzedilməz şəkildə maddi və mənəvi zərər çəkər, itki 

verir.Psixoloji zədənin ən böyüyü isə şəxsiyyətin özünə dəyir. İnsanın uzunmüddət  

xoşlamadığı  bir  işdə  çalışması  onun  daxili  psixoloji  durumunun  pozulmasına, 

şəxsiyyətin deformasiyasına gətirib çıxarır. 

Özünüidarə  sisteminin  funksional  bütövlüyü  ilk  növbədə  ondan  asılıdır  ki, 

informasiyaların  qəbulu  və  təhlili  prosesi  nə  dərəcədə  səmərəli  cərəyan  edir.  Elə 

həmin zəmində də orqanizm xarici aləmi və öz halətini, vəziyyətini əks etdirir. 

Yəni  insanın  ətraf  mühitə  bələdləşməsinin  əsas  şərtini  onun  psixikasının 

daxili və xarici mühitinin düzgün  əks etdirilməsi təşkil edir. Praktikada baş verən 

hər  bir  psixoloji  dəyişiklik  ətraf  mühitdən  gələn  idrak  məlumatlarının  şəxsiyyət 

tərəfindən  düzgün  əks  edilməsi  ilə  bağlıdır.  İnsanın  süni  şəkildə  informasiya 

axınından məhrum edilməsi (sensor aclıq) üzrə aparılan təcrübələr göstərdi ki, belə 

şəraitdə insanlar uzun müddət qala bilmirlər. İnsanın uzun müddət “sensor aclıq” 



 

- 5 - 


şəraitində  saxlanılması,  onun  psixikasında  bəzi  neqativ  hallara  gətirib  çıxarır 

(illüziya, hallyüsinasiya) və s. 

Müasir  təhsil  sisteminin  əsas  xüsusiyyətlərindən  biri  hələ  də  insana  ətraf 

aləm haqqında daha çox bilik vermişdir. Bu səbəbdəndir ki, insanın özü haqqında, 

psixi  imkanları  haqqında  malik  olduğu  bilik,  həcm  etibarilə  ətraf  aləm  haqqında 

bildiklərindən çox azdır. Olanlar da fraqmental və dayazdır. 

Özünün psixi sağlamlığını qorumaq üçün, özünü idarəetmək üçün insan özü 

haqqında  əsaslı  nəzəri  və  praktik  biliyə  yiyələnməlidir.  Belə  bir  biliyin 

çatışmamazlığını  hamımız  etiraf  edirik  və  onun  törətdiyi  ağır  nəticələrdən  isə 

təəssüf ki, çoxumuzun xəbəri yoxdur. 

İnsan  özünün  psixi  vəziyyətinin  “dilini  aça  bilməlidir”  və  ona  təsir  

göstərməyi,  yeri  gəldikdə  isə  idarə  etməyi  bacarmalıdır.  Hər  bir  insan  özünün 

güclü  və  zəif    xüsusiyyətlərini,  həmçinin  fiziki  və  psixi  imkanlarının  səviyyəsini 

düzgün    və  adekvat  şəkildə  qiymətləndirməlidir.  İnsan  psixi  sağlamlığını  idarə 

etməyi bacarmalıdır. 

Hər bir kiçik psixi problemlərdən  ötrü həkim –psixoterapevtə, ekstrasensə, 

hipnozçuya və digər şəfaverici insanlara müraciət etmək insanı ətraf mühitdən asılı 

və  passiv  vəziyyətə  salır.  İnsan  öz  gücünə  inanmalı,  imkanlarının  sərhədlərini 

bilməli və lazım olduqda onların hesabına öz –özünü tənzimləməlidir. 

Psixi özünüidarəetmə məsələsində, özünənəzarətin xüsusiyyətləri bir prosesə 

deyil,  bütün  psixi    proseslərə  aid  olmalıdır.  Beləliklə,  dövri  sxem  üzrə  (qəbul, 

yenidən  işlənmə,  qərar  qəbulu  və  onun  həyata  keçirilməsi)  informasiyanın 

dəyişilməsi  özünənəzarətlə  müşayiət  olunmalıdır.  Bu  da  əvvəlcədən  qarşıya 

qoyulmuş  məqsədə  nail  olmanı  və  özünüdərketmə  prosesinin  səmərəli  cərəyan 

etməsini təmin edəcəkdir. 

Psixi sağlamlığın mühüm meyarı olan özünənəzarət, lazımi səviyyədə təsdiq 

olunmaq  əvəzinə  daha  çox  xatırlanır.  Bununla  yanaşı  yaxşı  məlumdur  ki, 

texnikanın idarə olunmasında ən çox pozuntular özünənəzarətin itirilməsindən irəli 

gəlir. 

Xəstə  adamın  davranışında  aqressivlik,  özündənçıxma,  impulsivlik  kimi 



özünü  göstərən  psixi  pozuntular  emosional  nəzarətin  zəifləməsinin    məntiqi 

nəticəsi  kimi  başa  düşülməlidir.  Psixi  pozuntuların  bir  sıra  formaları  emosional 

nəzarətin  zəifləməsi  nəticəsində  baş  verir.  Buna  misal,  xəstə  adamların 

davranışında  özünü  göstərən    impulsivlik,  çılğınlıq,  aqressivlik  kimi  halları  qeyd 

etmək olar. 

Uzunömürlülüyün psixoloji əsasları da maraqlıdır. Nəzərə almaq lazımdır ki, 

insanın  sağlamlığı  bir  sıra  zəruri  amillərdən  asılıdır.  Müəyyən  edilmişdir  ki, 

sağlamlığın  50%  insanın  həyat  tərzindən,  20%  irsi  xüsusiyyətlərindən,  10%  isə 

tibbi xidmətlərdən asılıdır. Həyat tərzi dedikdə insanların müəyyən ictimai-iqtisadi 


 

- 6 - 


şəraitdə  həyat  və  fəaliyyəti,  onun  bu  şəraitdə  maddi  və  mənəvi  təlabatlarının 

ödənilməsi, həmçinin ünsiyyət və davranış normaları başa düşülür. Sağlam həyat 

tərzi  nisbətən  məhdud  bir  anlayışdır.Həmin  anlayış  insan  orqanizminin  həyat 

fəaliyyətinin  daxili  və  xarici  amillərinin  vəhdəti  nəticəsində  bu  sistemin  uzun 

müddət işləməsini, həmçinin orqanizmin möhkəmlənməsinə, şəxsiyyətin ahəngdar 

inkişafına, əmək və istirahət üsullarının qarşılıqlı təsirini bildirir. 

Sağlam həyat tərzi, psixi sağlamlıq insanların təbii tələbatına çevrilməlidir. 

Belə  olan  halda  insan  heç  bir  çətinlik  çəkmədən,  könüllü  şəkildə  ona  nail 

olacaqdır. 

Sağlam  həyat  tərzinin  tərbiyə  olunmasına  lap  kiçik  yaşlarından  başlamaq 

lazımdır.  Elə  etmək  lazımdır  ki,  uşaqlarda  sağlam  həyat  tərzinə  daxili  təlabat 

yaransın.  

Adətən  sağlam  həyat  tərzinin  tərbiyə  olunması,  öyrədilməsi  işində  bir 

problemlə qarşılaşılır. Bu elə bir problemdir ki, onunla kiçik uşaqdan yaşlı adama 

kimi  hamı  üzləşir.  Bu,  sağlam  adamın  öz  orqanizminin  qayğısına  qalması  ilə 

bağlıdır.  Belə  ki,  sağlam  adam  özünü  yaxşı  hiss  etdiyi  üçün  səhhəti  ilə 

maraqlanmır. O, sağlamlığının qədrini bilmir. İnsan öz sağlamlığı ilə maraqlanmır. 

O, sağlamlığının qədrini bilmir. İnsan öz sağlamlığı ilə naxoş olduğu, xəstələndiyi 

zaman yaxından maraqlanmağa başlayır, onun qayğısına qalmaq istəyir.  

Herontologiyanın banilərindən sayılan İ.İ.Meçnikov bu məsələ ilə bağlı qeyd 

edirdi ki, ölüm qorxusu ahıl yaşında olan insan üçün öz mənasını itirir. İnsanlar öz 

təbii ölümlərini axıra kimi yaşaya bilmədikləri üçün ölümdən qorxurlar. 

Uzunömürlülər  ailə  üzvləri  və  yaxın  adamları  ilə  çox  yaxşı  münasibətdə 

olmağa çalışır, ətrafdakılara qarşı qayğıkeş və diqqətcil olurlar. Onlar çalışırlar ki, 

qohumları,  qonşuları  və  iş  yoldaşları  konfliktə  düşməsinlər,  özləri  də 

konfliktlərdən uzaq olmağa səy göstərirlər. 

Uzunömürlülər  öz  həyatlarını  taleyin  hökmü  ilə  deyil,  arzu  və  bacarıqları 

əsasında  qururlar.  Onlar  sağlamlıqlarına  xüsusi  diqqət  yetirilər.  Uzaqgörənlik 

belələri üçün adi davranış normasına çevrilir. 

Uzunömürlülər hafizənin, diqqətin zəifləməsi ilə əlaqədar olaraq davranış və 

hərəkətlərinə  psixomotorikanın  hesabına  nəzarət  edir,  bununla  qarşıya  çıxa  bilən 

səhv və xataların qarşısını alırlar. 

Uzunömürlülük  yolunda  ən  çətin  sınaq  dövrü  öz  sənəti,  peşəsi  ilə  bağlı 

olaraq,  rayon  və  kənd  əhalisi  üçün  “təqaüd  məşğuliyyətçi”  məsələsi  o  qədər  də 

ciddi problem olmur. Belə ki, həyatyanı sahədə çalışma meyli problemin həlli üçün 

yaxşı çıxış yoludur. 

Yaşa görə təqaüdə çıxmaqla bağlı olaraq, ortaya  bir neçə riskli amillər çıxır. 

Bunlar aşağıdakılardan ibarətdir: 



 

- 7 - 


1.

 

İşçinin  yüksək  peşəkarlığı,  peşəkarlıq  nə  qədər  yüksək  olarsa,  işdən 



ayrılmaq da bir qədər ağır olur. 

2.

 



İşi  davam  etdirmək  kimi  daxili  istəklə,  işdən  çıxmanın  zəruriliyi  arasında 

uyğunsuzluq, ziddiyyətin olması. 

3.

 

Təqaüd  yaşına  psixoloji  cəhətdən  hazır  olmamaq,  işdən  başqa  heş  bir  şeyə 



marağın olmaması. 

4.

 



Təqaüdə  çıxmaqla  bağlı  insanda  gərəksizlik  və  lazımsılıq  hissinin  baş 

qaldırması. 

5.

 

Ailə və cəmiyyətə ağır yük olmaq hissinin yaranması və s. 



 

Psixopatoloji sindromlar 

    Psixi  xəstəliklərin diaqnostikasında  böyük  əhəmiyyətə  malik  olan  psixopatoloji 

sindrom  bir  neçə  əlamətin  birləşməsinə  deyilir.  Sindrom  xəstəliyin  hər  hansı  bir 

mərhələsini  əks  etdirməklə  eyni  zamanda  dəyişə  bilər.Məsələn,  şizofreniya 

xəstəliyində təsadüf edilən nevrotik sindrom xəstəliyin başlanğıcında, hallüsinator-

paranoid  sindrom  inkişaf  mərhələsində,  apato-obulik  sindrom  isə  son  dövründə 

təsadüf  edilir.  Beləliklə  hər  bir  sindrom  sadədən  mürəkkəbə  doğru  inkişaf  edərək 

xəstəliyin inkişafını xarakterizə edən patogenetik qanunauyğunluğu əks etdirir. 

    Psixiatriya  təcrübəsində  qəbul  olunmuş  “kiçik”  və  “böyük”,  “neqativ”  və 

“pozitiv” sindrom anlayışı vardır. Sindromların böyük və kiçikliyi patoloji prosesin 

yayılma  dərəcəsini  göstərir.  Pozitiv  əlamətlər  xəstəliyin  inkişafının  dinamikasını 

əks etdirən kəskin əlamətləri nəzərdə tutur. Onlara misal olaraq psixi avtomatizm, 

maniakal, paranoyal sindromları göstərmək olar. Müalicə nəticəsində bu əlamətlər 

tamamilə  yox  ola  bilər.  Neqativ  sindromlar  isə  xəstəliyin  qüsur  əlamətləri  kimi 

meydana  çıxır,  əksər  hallarda  stabil  əlamətlərdir.  Belə  sindromlardan  enerji 

potensialının enməsini (şisefreniyada) şəxsiyyətin dəyişməsini (epilepsiyada), psixi 

marazmı  (qocalıq  ağıl  zəifliyində)  göstərmək  olar.  Xəstəliyin  gedişi  zamanı 

sindromların təyininin bir sıra praktik əhəmiyyəti vardır. 



                                         Nevrotik sindromlar 

      Astenik sindrom qıcığa qarşı həssaslığın artması və tez yorulma əlamətləri ilə 

özünü  büruzə  verir.  Əhvali-ruhiyyə  asanlıqla  və  qısa  müddət  ərzində  müxtəlif 

istiqamətlərdə  dəyişə  bilər.  Xəstələr  ümumi  narahatlıqdan,  başağrısı  və  yuxunun 

pis  olmasından  şikayət  edirlər.  Əsassız  somatik şikayətlər  (ürək,  mədə,  qaraciyər 

nahiyələrində  ağrılar),  yaddaşın  zəifliyi,  vegetativ  sinir  sisteminə  aid  əlamətlər 

(ürəkdöyünmə,  tərləmə)  astenik  sindromun  daimi  əlamətləridir.  Bir  sıra  hallarda 

astenik  vəziyyət  sarışan  qorxular,  isterik  tutmalar,  əhvali-ruhiyyənin  düşkünlüyü 

və  s.  əlamətlərlə  ağırlaşaraq  müəyyən  müddət  xəstələrin  əmək  qabiliyyətinin 

itməsinə səbəb ola bilər. 


 

- 8 - 


      Sarışın  hallar  sindromu  sarışan  qoxuların,  fikirlərin  və  hərəkətlərin  eyni 

vaxtda  birlikdə  və  ya  ayrılıqda  meydana  çıxması  ilə  xarakterizə  olunur.  Xəstələr 

onları  narahat  edən  halların  lüzumsuzluğunu  başa  düşür  (tənqidi  münasibət 

göstərir)  lakin,  mübarizə  apara  bilmirlər.  Qeyri-normal  fikirlər,  qorxu,  mənasız 

hərəkətlər, sanki onları aramsız olaraq təqib edir, əlçəkməz, yorucu olurlar. Sarışan 

hallar, bir qayda olaraq, əhvali-ruhiyyənin enməsi, ipoxondrik şikayətlərlə birlikdə 

təsadüf  edir.  Xəstələr  daim  mənəvi  iztirablar  keçirir,  vəziyyətlərinin  ağırlaşması 

qorxusu bir an belə onları sakit buraxmır. 

   Sarışan  hallar  sindromu,  əsasən,  nevrozlarda,  endogen  psixi  xəstəliklərin 

(şizofreniya, MDP) başlanğıc mərhələlərində və epilepsiya zamanı rast gəlinir. Bu 

sindrom  özünü  olduqca  müxtəlif  formalarda  büruzə  verə  bilər.  Geniş  yayılmış 

klinik  variantları  aşağıdakılardır:  sarışan  şübhələr  –  xəstə  gördüyü  işə, 

hərəkətlərinə  və  s.  şübhə  ilə  yanaşır,  inamsızlıq  göstərərək  öz-özünü  dəfələrlə 

yoxlayır.  Məsələn,  evin  işığını  söndürmüşdürmü,  qapını  bağlamışdırmı.Bu  kimi 

şübhələrin  təsiri  altında  yarı  yoldan  geri  dönərək  özlərini  yoxlayırlar.  Sarışan 

xatırlamalar  zamanı  xəstə  xoşagəlməyən  nalayiq  hərəkətləri  yada  salır,  heç  cür 

onları unuda bilmir, iztirab keçirir. 



    Sarışın meyllərdə hər hansı bir təhlükəli hərəkət, qəddarlıq etmək fikri meydana 

çıxır.  Belə  meyllər  bəzən  yaxın  adamlara  (həyat  yoldaşına,  sevdiyi  şəxsə, 

övladlarına) qarşı yönəlir. 

      Sarışan  qorxularda  xəstələr  hündürlükdən,  geniş  meydandan,  izdihamdan, 

sudan  və  s.  Qorxur.  Bir  sıra  hallarda  bəzi  xəstəliklərə  tutulmaqdan  qorxurlar. 

Məsələn,  siflisə  (sifilissofobiya),  spidə  (spidofobiya),  xərçəng  xəstəliyinə 

(kanserofabiya) və s. Bir nəfər xəstə özünü infeksiyadan mühafizə etmək məqsədi 

ilə daima əlçəkdə gəzir, əl verməkdən imtina edir. Ən yaxın adamları ilə məcburən 

görüşdükdən sonra, əlini dəfələrlə yuyub sonra sakitləşirdi. 

       Sarışan  hərəkətlər  zamanı  xəstələr  müxtəlif  yersiz,  bəzən  gülünc  hərəkətlər 

edir.  Məsələn,  küçədəki  maşınların  nömrələrini  əzbərləyir,  hündür  binaların 

mərtəbələrini  sayır,  ağacların  yaşıl  yarpaqlarını  qıraraq  əzişdirir  və  s.  Bəzən 

xəstələr  öz  hərəkətləri  üçün  xəcalət  çəkir.  Biri  onların  hərəkətlərini  gördükdə 

bəraət qazandırıcı izahat verməyə cəhd göstərirlər. 



       İsterik  sindrom.  İsteroid  xasiyyətə  malik  olan  şəxslərdə  psixi  travmalarla 

əlaqədar olaraq meydana çıxır. Bu sindrom müxtəlif kliniki formalarla təzahür edə 

bilər  (isterik  tutmalar,  Qanzer  sindromu,  psevdodemensiya,  pueriliəm  və  s.)  Bir-

birinə  zidd  istiqamətdə  dəyişə  bilən  parlaq  emosional  reaksiyalarla  ifadə  olunan 

əlamətlərlə  özünü  büruzə  verir.  Xəstəliklərin  davranış  və  rəftarında  qeyri-təbii 

hərəkətlərlə zəngin olan eqosentrizm - ətraf adamların nəzər diqqətini cəlb etməsi 

xasiyyəti  qabarıq  şəkildə  ifadə  olunur.  Belə  şəxslərin  danışıq  tərzi,  səsin 

intonasiyası və işlətdiyi sözlərin məzmunu (çox vaxt uydurmalar, şişirtmələr) nəzər 



 

- 9 - 


diqqəti  cəlb  edir.  Ətrafdakı  adamları  inandırmaq,  onları  özləri  ilə  həmfikir  etmək 

məqsədilə bəzən ucadan qışqırmaq, göz yaşı axıtmaq, qab-qacağı sındırmaq, yaxud 

özünə  xəsarət  yetirmək  belə  xəstələrin  adi  davranış  tərzi  kimi  qeyd  olunur. 

Affektiv  epizodlardan  sonra  bəzən  xəstələrdə  funksional  xarakterli,  geri  dönən 

parez və ifliclər, korluq, karlıq, lallıq kimi əlamətlər müşahidə olunur. 

      İsterik  sindromun  kliniki  variantlarından  aşağıdakıları  görmək  olar:  isterik 



tutma, hər-hansı bir psixi qıcıqla əlaqədar olaraq xəstə əsəbiləşir, sonra yıxılır, həm 

də özünə xəsarət yetirmədən, münasib yerə, sonra müxtəlif xaotik hərəkətlər edir, 

əcayib  səslər  çıxarır,  ritmik  olaraq  əlini-ayağını,  bəzən  başını  döşəməyə  çırpır, 

sifətini,  bədəninin  müxtəlif  nahiyələrini  cırmaqlayır,  hönkürtü  ilə  ucadan  ağlayır, 

saçını yolur və s. 

      İsteriya  sindromunun  xarakter  əlamətlərindən  biri  də  isteriya  cəngolma 



tutmasıdır.  Belə  tutma  zamanı  xəstə  əzələlərini qıcıqdaraq  başı  ilə  dabanları  üstə 

dayanmaqla  bütün  bədənini  qıvsvarı  şəkildə  havaya  qaldırır  (isteriya  qövsü). 

Epilepsiya  tutmasından  fərqli  olaraq  müəyyən  ardıcıllıqla  cərəyan  edən  tonik  və 

klonik  cəngolma  əlamətləri  olmur.  Xəstənin  düşüncəsi  pozulmur.  Tutma  nisbətən 

uzun  -20-30  dəq.,  bəzən  daha  çox  çəkir.    Tutma  zamanı  xəstələrə  diqqətlə 

yanaşmaq, qayğıkeşlik göstərmək, tutmanın müddətini daha da uzada bilər. Bunu 

nəzər  alan  təcrübəli  həkim  xəstənin  hərəkətlərinə  əhəmiyyət  vermir,  əksinə  ona 

acıqlanma, təmbeh etməklə tutmanı tez bir zamanda dayandıra bilir. 

    Qanzer  sindromu.  Reaktiv  psixozlar  zamanı  rast  gəlinən  primitiv  müdafiə 

reaksiyasıdır.  Düşüncənin  isterik  (funksional)  alaqaranlıq  şəkildə  pozulması 

halıdır.  Güclü  psixi  travma  nəticəsində  baş  verir  və  adətən,  bir  neçə  gün  davam 

edir.  Xəstələr  veilən  suallara  səhv  (şox  vaxt  yanlış)  cavab  verirlər.  Davranışları 

bayağı və gülünc olur. Məsələn, şalvarı tərsinə geyir, papirosu tütün olan tərəfdən 

ağzına  qoyub,  müştuq  tərəfini  yandırırlar  və  s.  Mühütə  bələdliyi  pozulur  öz 

halından sonra amneziya qeyd olunur. 

      Puerilizm – Qanzer sindromu kimi psixi travmalar nəticəsində meydana çıxır, 

lakin  ondan  fərqli  olaraq  ən  çox  qadınlarda  müşahidə  edilir.  Xəstələr  özlərini  az 

yaşlı uşaqlar kimi aparırlar. Məsələn, yaşlı qadın kukla ilə oynayır, kiçik uşaq kimi 

danışır, yaşca özündən kiçik adamlara “dayı”,”əmi”, “xala” deyə müraciət edir və 

s. Adətən, uzun sürmür, lakin bəzən həftələrlə davam edə bilir. 

      İsterik stupor nitqin tormozlanması, hərəkətsizlik, bir sıra hallarda isə yalançı 

ağıl  zəifliyi  əlamətləri  ilə  özünü büruzə  verir.  Reaktiv  psixozlarda özünümüdafiə 

reaksiyasının  bir  forması  kimi  meydana  çıxır.  İsterik  sindromun  müalicəyə  çətin 

tabe olan və uzun sürən formalarındandır. 

      İpoxondrik  sindrom  əsassız  olaraq  özünü  xəstə  hesab  etmək,  müxtəlif 

orqanlarda  ağrıların  və  digər  pataloji  halların  olmasından  şikayətlənmək  kimi 

əlamətlərlə  təzahür  edir.  Xəstələr  müxtəlif  ixtisas  həkimlərinə  müraciət  edərək 


 

- 10 - 


mövcud olmayan xəstəliklərin tapılmasını tələb edirlər. Belə xəstələr bəzən cərrahi 

müdaxilə etdirərək orqanlardakı “çatışmazlığı” ləğv etməyə çalışırlar. Bu sindrom 

nevrozlarda,  mərkəzi  sinir  sisteminin  orqanik  xəstəliklərində,  şizofreniyanın  bəzi 

kliniki variantlarında rast gəlinir. 

                                     Emosional (affektiv) sindromlar 

 

    Maniakal  sindrom  əhvali-ruhiyyənin  səbəbsiz  yüksəlməsi,  fəaliyyətin  və 

təfəkkürün (nitqin) sürətlənməsi ilə xarakterizə olunan haldır.Xəstələr özlərini çox 

şən  və  çevik  aparırlar.  Müxtəlif  hərəkətlər  nümayiş  etdirirlər.  Bir  sıra  hallarda 

maniakal sindrom özünüböyütmə ideyaları ilə birlikdə müşahidə olunur. Xəstələr 

özlərini  güclü,  istedadlı  adamlar  kimi  qələmə  verir.  Lakin  onların  hərəkətlərində 

məqsədəuyğunluq,  ardıcıllıq  olmur,  müxtəlif  yersiz,  mənasız  tələblər  irəli 

sürürlər.Yerinə yetirilmədikdə qəzəblənirlər (qəzəbli maniya). 

      Maniakal sindrom MDP-nin maniakal fazasında və dövri (sirkulyar) psixozda, 

bəzən isə toksik hallarda əlaqədar meydana çıxa bilər. 

     Depressiv  sindrom  maniakalsindromun  əksinə  olan  əlamətlərlə:  fəaliyyətin 

enməsi, hərəkətlərin və nitqin tormozlanması ilə xarakterizə olunur. Xəstələr bütün 

günü  qəmgin  halda  başlarını  aşağı  dikərək  çarpayıda  oturur.Ətraf  mühitdə  olan 

əşyalar solğun, adamlar məyus görünür. 

      Stupor  (donuqluq)  vəziyyətində  olan  xəstələrdən  fərqli  olaraq  belə  xəstələrlə 

kontakt yaratmaq  mümkün olur. Lakin suallara ləng, asta və yekcinc səslə cavab 

verirlər.  Depressiya  vəziyyətində  olan  xəstələr  bəzən  özünü  kiçiltmə,  izləmə  və 

müflücləşmə sayaqlamaları söyləyirlər. Bəzən isə narahat, həyəcanlı olurlar (ajitəli 

depressiya). Özünə qəsd etmə fikirləri olarsa, xəstələrə nəzarəti gücləndirmək tələb 

olunur. 


      Depressiv  sindrom  əsasən  MDP-nin  depressiya  fazasında  qocalıqönü 

psixozlarda və reaktiv hallarda rast gəlinir. 

      Apatiya  sindromu  –  tam  laqeydlik,  fəaliyyətsizlik,  bütün  istək  və  arzuların 

yoxluğu ilə xarakterizə olunur. Xəstələr bütün günü çarpayıda uzanıb, gözlərini bir 

nöqtəyə  dikərək  mənasız  vaxt  keçirir.  Özlərinə  adi  gigiyenik  xidmət  etmək  (əl-

üzünü  yumaq,  başını  daramaq  və  s.)  həvəsi  olmur.  Bu  sindrom  çox  vaxt  iradi 

hərəkətlərin  (fəaliyyətin  bütün  formalarının)  tormozlanması  ilə  birlikdə  müşahidə 

olunur (apato-abulik sindrom). Şizofreniyanın son dövrü üçün xarakterikdir. 

                                 Paranoud (sayıqlama) və hallüsinator. 

                                         Paranoid sindromlar 

      Paranoyal  sindrom  –  aydın  düşüncə  fonunda  meydana  çıxan,  emosional 

boyalarla zəngin. əsasən məişət mövzularını əks etdirən sayıqlama ideyalarıdır. Bu 

sindromun  xarakter  cəhətlərindən  biri  hallüsinasiyaların  və  psixi  avtomatizmin 

olmamasıdır.  Bu  sindrom  kəskin  və  xronik  olmaqla  iki  formada  rast  gəlinir: 


 

- 11 - 


a)kəskin paranoyal sindrom tutma şəklində, qəflətən baş verir. Qısa müddət davam 

edir və nəzərə çarpan kobud iz qoymadan keçib gedir. Şubvarı şizofreniya zamanı 

rast  gəlinir;  b)xronik  variant  isə  tədricən  şiddətlənərək  uzun  müddət  davam  edir. 

Şəxsiyyətin  dəyişməsi  əlamətləri  ilə  müşayiət  olunur.  Şizofreniyada,  beyinin 

orqanik və damar pozuntularında rast gəlinir. 

    Hallüsinator-paranoud 



sindrom

eyni 


zamanda 

meydana 


çıxan, 

hallüsinasiyalardan  və  sayıqlama  ideyalarından  ibarət  olan  bu  sindrom  həm 

müstəqil,  həm  də  psixi  avtomatizm  (Kandinski-Klerambo)  sindromu  formasında 

rast  gəlinir.  Bir-birilə  əlaqədar  olan  yalançı  hallüsinasiyalar,  təqib  (və  ya  təsir) 

sayıqlamaları, xəstənin iradə və fikirlərinin başqasına mənsub olması əlamətlərinin 

birlikdə rast gəlməsi psixi avtomatizm sindromu adlanır. Onu ilk dəfə təsvir edən 

rus  alimi  B.X.Kandinskinin  (1880)  və  fransız  alimi  Klerambonun  (1920)  şərəfinə 

Kandinski-Klerambo  sindromu  adlanır.  Bu  sindromun  xarakter  cəhətlərindən  biri 

də  xəstələrin  dediyinə  görə  fikirlərinin  başqasına  mənsub  olması  və  kənar  qüvvə 

tərəfindən  idarə  olunmalarıdır.  Xəstələr  özlərini  tez-tez  avtomata,  robota 

bənzədirlər,  fikirlərinin  yadlaşmasını  hərəkətlərinin  avtomatik  olaraq  cərəyan 

etməsini  söyləyirlər.  Xəstələr  bəzən  fikirlərinin  hamıya  bəlli  olmasından 

(“aşkarlıq”  əlaməti),  fikirlərin  çoxluğundan  və  ya  axmasından  (mentizm)  şikayət 

edirlər.  Bir  xəstə  söyləyirdi  ki,  kənardan  elektron  qurğusu  vasitəsilə  idarə  olunan 

robotdur.  Onları  istənilən  vaxt  gülüb-ağlamağa  və  qışqırıb-bağırmağa  vadar  edə 

bilirlər. Psixi avtomatizm sindromu əsas etibarilə şizofreniyada, tək-tək hallarda isə 

intoksikasion, somatik və orqanik psixozlarda, epilepsiya zamanı təsadüf olunur. 



     Parafren  sindrom  sistemləşmiş,  fantastik  məzmunlu  təqib  və  təsir  sayıqlama 

ideyalarının,  psevdohallüsinasiyaların  və  psixi  avtomatizm  əlamətlərinin  birlikdə 

təsadüf  olunmasından  ibarətdir.Xəstələr  özünü  qeyri-adi  istedada,  qüvvəyə  malik 

şəxs  hesab  edirlər.  Böyük  səlahiyyət  sahibi  olduqlarını  qeyd  edurlər.  Bir  xəstə 

özünü eyni zamanda bütün dünyanın baş hakimi, bütün akademiyaların prezidenti, 

bütün  orduların  komandanı  kimi  qələmə  verir.  Lomonosovun  oğlu  olduğunu 

söyləyirdi.  Yaxın  günlərdə  ayla-yeri  birləşdirib bir neçə  yeni ölkələr  yaradıcığını 

deyirdi.  Parafreniya  sindromu  kəskin  və  xronik  formalarda  meydana  çıxa  bilər. 

A.B.Snajnevskiyə  görə  parafen  sindrom  pranoyal,  hallüsinator-paranoid  (psixi-

avtomatizm) sindromlarının inkişafı kimi meydan çıxan, ümumi patogenezə malik 

vahid  psixopatoloji  prosesdir.  Hallüsinasiyalara  (psevdohallüsinayalara)  nisbətən 

sayıqlamaların  üstünlük  təşkil  etməsi  psixi  fəaliyyətin  daha  kəskin  pozulmasını 

göstərir.Parafreniya  sindromu  şizofreniya  xəstəliyinin  müstəqil  kliniki  variantı, 

bəzən  isə  xəstəliyin  inkişafının  müəyyən  mərhələsi  kimi  rast  gəlinir.  Bu  əlamət 

qocalıq psixozlarında da (beyin aterosklerozu) təsadüf olunur. 

       Kotar  sindromu  ipoxindrik,  nigilistik  (inkar)  sayıqlamaların  və  depressiv 

əlamətlərin  birləşməsindən  ibarət  olan  sindromdur.  Xəstələr  heç  vaxt 


 

- 12 - 


ölməyəcəklərini  və  həyatları  boyu  əzab-əziyyət  çəkəcəklərini  söyləyirlər.  Onlar 

nəinki  özlərini,  həmçinin  ətrafdakı  adamların  da  iztirab  içində  yaşadıqlarını  deyir 

və  bunun  üçün  təqsirkar  olduqlarını  bildirirlər.  Yeməkdən  imtina  edərək  həmişə 

tox  olduqlarını  bildirirlər.  Yeməkdən  imtina  edərək  həmişə  tox  olduqlarını 

söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın 

suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili 

orqanlarının  yoxluğundan,  beyinin  çürüməsindən  şikayətlənir,  yüz  illər  belə  ağır 

vəziyyətdə  yaşayacağını  söyləyir.  Bu  sindrom  əsasən  qocalıq  psixozlarında  rast 

gəlinir. 

                                     Katatonik sindromlar 

 

       Katatonik  oyanma  sindromu  səbəbsiz,  məntiqsiz  və  pərakəndə  (bəzən 

stereotip)  formada  meydana  çıxan,  təhrif  olunmuş  hərəkətlərlə  ifadə  olunan 

oyanma  halına  deyilir.  Xəstənin  xarici  görünüşü  qeyri-təbii,  yöndəmsiz,  nitqi  isə 

anlaşılmaz olur. Hər şeyi əksinə etmək- neqativlik qeyd olunur. Məsələn, xəstəyə 

üst  paltarını  geyinməyi  təklif  etdikdə  alt  paltarını  soyunur,  utancaqlıq  hissi  itmiş 

olur. Hamının gözü qarşısında çılpaq dayanıır, bəzən hətta ananizmlə məşğul olur. 

Oyanma halı bir sıra hallarda güclənərək impulisiv (qəflətən və mənasız) hərəkətlər 

şəklində  təzahür  edir.  Bəzən  isə  yersiz  və  gülünc  formada  meydana  çıxır.  Buna 



kataton-hebefrenik  oyanma  deyilir.  Xəstələr  mənasız  hırıldayır,  sifətlərini  gülünc 

vəziyyətə salırlar. Yaxud da ətrafdakı adamlara hücum edirlər. Belə xəstələr izolə 

olunmalı  və  nəzarət  altında  saxlanılmalıdır.    Əks  təqdirdə  ətrafdakılara  xəsarət 

yetirər, qapı-pəncərəni sındıra bilərlər. 



       Katatonik  stupor.  Hərəkətlərn  və  nitqin  tormozlanması  ilə  təzahür  edən  bu 

sindrom ya katotonik oyanmadan sonra, ya da müstəqil olaraq meydana çıxır. Bu 

halı  keçirən  xəstələr  saatlarla  hər  hansı  bir  vəziyyətdə  donub  qalır,  məcburi  belə 

onları  yerindən  tərpətmək  mümkün  olmur.  Onlar  qolunu  və  qıçlarını  qarınlarına 

yığaraq (çömbəlmiş vəziyyətdə) bir küncdə otururlar və ya yataqda uzanırlar. Buna 

embrional vəziyyət deyilir. Hava balıncı əlaməti zamanı xəstə başını balıncdan bir 

qədər  aralı  saxlayaraq  saatlarla  bu  vəziyyətdə  qalır.  Bir  ayağını  və  qolunu  yuxarı 

qaldırıb,  başını  yana  əyərək  belə  yöndəmsiz  vəziyyətdə  xeyli  müddət  dayana 

bilirlər. Buna katalepsiya (mumabənzər gərginlik) deyilir. Bəzən xəstələrə heç bir 

vəchlə  hər  hansı  bir  hərəkəti  etdirmək  mümkün  olmur.  Xəstə  əks  müqavimət 

göstərir (neqativizm əlaməti). 

      Katatonik  sindromlar  əksər  təsadüflərdə  bir  sıra  məhsuldar  psixopatoloji 

əlamətlərlə  birlikdə  rast  gəlinir.  Aydın  düşüncə  fonunda  hallüsinasiyalar  və 

sayıqlamalarla  müşayiət  olunan  katatoniya  sindromu  yaman  gedişə  malik 

şizofreniyanın  bir  forması  kimi  rast  gəlinir  (Lüsid  katatoniya).  Emosional 

gərginliklə  ifadə  olunan  hallüsinasiyalar,  sayıqlamalarla  və  düşüncənin  oneyroid 


 

- 13 - 


vəziyyətdə  pozulması  ilə  müşahidə  olunan  katatonik  sindrom  xoşxassəli  gedişə 

malik şizofreniya üçün xarakterikdir. (Oneyroid katatoniya). 

       Hebefrenik  sindrom.  Əhvali-ruhiyyənin  səbəbsiz,  məzmunsuz,  yüksəlməsi 

fonunda  nitqin  və  davranış  hərəkətlərinin  oyanıqlığı  ilə  müşayiət  olunan  psixi 

pozuntulardır.  Xəstənin  hərəkətləri  gülünc  və  cəfəng  (yöndəmsiz)  olur.  Müxtəlif 

təfəkkür  pozuntuları,  nitqin  qırıqlığı,  şəxsiyyətin  enməsi  əlamətləri  bu  sindromun 

ağırlıq  dərəcəsini  göstərir.  Hebefrenik  sindrom  əsasən  gənc  yaşlarda  başlayan 

bədxassəli  şizofreniyada  rast  gəlinir.  Nadir  hallarda  epizodik  olaraq  müxtəlif 

zəhərlənmələrdə - intoksikasion və reaktiv psixozlarda da rast gəlinir. 

                                   Düşüncə pozuntusu sindromları 

    Depersonalizasiya  –derealizasiya  sindromu.  Özünü  dərk  etmənin  pozulması 

depersonalisaziya,  xarici  mühitə  qarşı  dərk  etmənin  pozulması  (ətraf  mühitin 

düzgün  dərk  edilməməsi)  isə  derealizasiya  adlanır.  Bir  sıra  psixi  xəstəliklər 

nəticəsində meydana çıxan bu əlamətlər əksər hallarda birlikdə təsadüf edilir. 

    Depersonalizasiya və ya özünü dərketmənin pozulması şəxsiyyətin ikiləşməsi və 

ya tamamilə inkar edilməsi formasında ola bilər. Məsələn, Səməndər adlı bir xəstə 

söhbət zamanı onun həm Səməndər, həm də Arif olduğunu söyləyir və qeyd edirdi 

ki,  Arif  Səməndərin  bütün  hərəkətlərinə  nəzarət  edir.  Bəzən  də  o,  fikirlərinin, 

hissiyyatının və hərəkətlərinin ona məxsus olmadığını israr edir. Depersonalizasiya  

zamanı  xəstə  bəzən  yaxşı  tanıdığı  küçəni  və  ya  adamları  tanımadığını  söyləyir. 

Bəzən  isə  hadisələrin  çox  sürətlə  cərəyan  etdiyini  (vaxtın  sürətlənməsini)  və  ya 

əksinə  onun  tam  hərəkətsizliyini  qeyd  edir.  Məsələn,  gündüzü  gecədən  ayıra 

bilmir, ətrafdakı adamların hamısını bir sifətdə, bir boyda qavrayır. 

    Depersonalzasiya  və  derealizasiya  sindromu  müxtəlif  emosional  pozuntularla 

müşayiət olunur. Kədər, qorxu və ya bütün hissiyyatların sönməsi kimi əlamətlər 

qeyd  edilir.  Bu  sindrom  şizofreniyada  (süst  gedişli  fasiləsiz  formada)  MDP-nin 

depressiv  fazasında,  epilepsiya  xəstəliyində,  mərkəzi  sinir  sisteminin  orqanik 

pozuntularında, nadir hallarda isə psixopatiyalar zamanı rast gəlinir. 



                              Şəxsiyyətin dəyişməsi sindromları 

    Şəxsiyyət dedikdə, hər şeydən əvvəl, ictimai məzmun kəsb edən, tarixi inkişafın 

məhsulu  olan  konkret  adam  nəzərdə  tutulur.  Hər  bir  şəxsiyyətin  özünəməxsus 

təfəkkürü,  dünyagörüşü,  xasiyyəti,  hissiyyatı,  iş  görmə  qabiliyyəti,  cəmiyyətdə,  o 

cümlədən dostları, iş yoldaşları yanında fərdi, təkrarolunmaz xüsusiyyətləri vardır. 

Şəxsiyyətin  formalaşması  ictimai  mühitdə,  yəni  təhsil,  əmək  fəaliyyəti,  mədəni 

səviyyəsinin inkişafı proseslərində baş verir. Şəxsiyyətin ən xarakter cəhətlərindən 

biri  onun  mənəvi  keyfiyyətləridir.  Şəxsiyyətin  inkişafında  sinir  sisteminin 

tiplərinin,  temperamentin,  ümumi  psixi  sağlamlığın  böyük  əhəmiyyəti  olduğunu 

qeyd etmək lazımdır. 



 

- 14 - 


     Şəxsiyyətə tibbi baxımdan yanaşarkən, göstərilənlərlə yanaşı onun sağlamlığına 

mane  olan  cəhətləri,  yaş  xüsusiyyətlərini  və  bir  sıra  başqa  amilləri  nəzərə  almaq 

lazımdır. Şəxsi keyfiyyətlərin düzgün qiymətləndirilməsinin tibbi təcrübədə böyük 

əhəmiyyəti  vardır.  Bunu  nəzərə  almadıqda  həkim  səhvə  yol  verər,  müalicə 

prosesinə yardım etmək əvəzinə əksinə mənfi təsir edə bilər. Həkim hər bir xəstəni 

müalicə  edərkən  unutmamalıdır  ki,  o,  xəstəliklə  deyil,  özünəməxsus  tərzdə 

xəstəliyi  keçirən  konkret  şəxslə  təmasda  olur.  Məşhur  rus  psixiatrı 

prof.B.P.Serbskinin dediyi bu sözlər nəinki psixiatrlar, psixoterapevtlər, həmçinin 

digər ixtisas üzrə çalışan həkimlər üçün də örnək olmalıdır. 

   Psixi  xəstəliklərlə  əlaqədar  olaraq  şəxsiyyətin  dinamiki  xarakterli  dəyişməsinə 

səbəb  olan  xüsusiyyətlərdə:  emosiyalar,  intellektual  və  davranış  qaydalarının 

pozulmasında özünü büruzə verir. 

    Aşağıda  təsvir  olunan  sindromlar  psixopatologiyanın  ağırlığı  dərəcəsinə  görə 

verilmişdir. 

    1.Şəxsiyyətin  ixtilafı  (disharmoniyası)  psixi  xəstəlik  nəticəsində  meydana 

çıxan  şizoid  tipli  pozuntulardan  ibarət  əlamətlərlə  təzahür  edir.  Emosional 

reaksiyaların,  davranışın,  hərəkətlərin  məqsədyönlü  olmaması,  şəxsin  tələbinə 

cavab verməyən təfəkkür və fəaliyyət yaxın adamlara, iş yoldaçlarına münasibətin, 

həssaslığın  pozulması  kimi  əlamətlərlə  xarakterizə  olunur.  Xəstələrdə  müxtəlif 

qıcıqlara  qarşı  həssaslığın  yüksəlməsi  ilə  yanaşı  maraq  dairəsi  daralır.Ətrafdakı 

adamlara  qarşı  laqeydlik,  səbəbsiz  əhvalın  enməsi  ilə  yanaşı  onun  eyforik  tipli 

yüksəlməsi, lüzumsuz olaraq az tanıdığı adamlarla şit zarafatlar etmək, utancaqlıq 

hissinin azalması kimi əlamətlərlə təzahür edir. 

    2.Psixi  enerji  potensialının  enməsi.  İntellektual  aktivliyin  və  əmək 

qabiliyyətinin  enməsi,  əvvəllər  həmin  şəxsə  məxsus  olan  bacarıq  və  işgüzarlığın 

kəskin azalması ilə xarakterizə olunur. Yuxarıda təsvir olunan sindrom kimi bu da 

şizofreniya  xəstəliyində  təsadüf  olunur.  Tədricən  dərinləşərək  şəxsiyyətin  enməsi 

sindromu ilə əvəz edilir. 



   3.Şəxsiyyətin  geriyə  inkişafı  (deqradasiyası).Bəzi  psixi  xəstəliklər  zamanı 

meydana  çıxan  bu sindromun  müxtəlif  kliniki variantları vardır.  Bir sıra hallarda 

laqeydlik, emosional kövrəklik, özünə tənqidi yanaşmamaq, intim münasibətlərdə 

utancaqlıq hissinin itməsi ilə özünü büruzə verir. Bəzən isə səbəbsiz əsəbiləşmək, 

qaraqışqırıq  salmaq,  ətrafdakı  adamlara,  qohum-əqrabay,  ailə  üzvlərinə  qarşı 

kobudluq etmək kimi əlamətlər nəzərə çarpır. 

    Alkoqolizmlə  əlaqədar  meydana  çıxan  şəxsiyyətin  enməsi  sindromu 

özünəməxsus  spesifik  əlamətlərlə  diqqəti  cəlb  edir.  Belə  şəxslər  mənasız,  şit 

zarafatlar  edir,  məsuliyyət  hissini  itirir,  yalan  danışır,  öz  evinin  əşyalarını 

oğurlayaraq hansı qiymətə olursa olsun satır və s. 



 

- 15 - 


    Şəxsiyyətin 

enməsinin 

bütün  variantları  üçün  ali  hisslərin  (əxlaqi 

keyfiyyətlərin),  marağın,  əmək  qabiliyyətinin  və  özünütənqidin  azalması  əsas 

əlamətlərdəndir. 

     4.Şəxsiyyətin  tənəzzülü  və  ya  marazm  bir  sıra  psixi  xəstəliklərin  son 

mərhələsini  təşkil  edən  kobud,  neqativ  əlamətlərdən  olub  şəxsi  keyfiyyətlərin 

əsaslı  olaraq  pozulmasıdır.  Bu  zaman  xəstələrin  bütün  maraqları  sönür,  insani 

keyfiyyətləri, instintiv (heyvani) tələbatlarla əvəz olunur. Xəstə hər nə gəldi yeyir, 

doymaq  bilmir  (polifargiya),  utancaqlıq  hissi  olmur,  seksual  tələbat  etik 

normalardan  kənara  çıxır,  xəstə  ən  adi  gigiyenik  qaydalara  belə  əməl 

etmir.Tədricən ağır fiziki çatışmazlıqlar: bədən çəkisinin azalması, distrofik yaralar 

və s. bu kimi pozuntular meydana çıxır. 

    5.Korsakov  (amnestik)  sindromu  –  hazırda  baş  verən  hadisələrin  yadda 

qalmaması (unudulması) ilə yanaşı müşahidə olunan özünü və mühiti dərk etmənin 

pozulmasıdır. Xəstə bir neçə dəqiqə bundan əvvəl baş vermiş hadisəni, görüşdüyü 

adamı dərhal unudur, eyni adamlarla dəfələrlə salamlaşır, hər dəfə də onları yeni 

adamlar  kimi  qəbul  edir.  Bunlarla  yanaşı  həmin  adam  xəstəliyə  qədər  baş  vermiş 

hadisələri olduğu kimi xatırlayır, intellektual qabiliyyət pozulmur. Bir sıra hallarda 

xəstələrdə  paramneziyalar  (psevdoreminissensiya,  konfabulyasiya)  müşahidə 

olunur.  Xəstələrin  ümumi  vəziyyəti  nəzər  diqqəti  cəlb  edir:  həddindən  artıq 

yorğun, halsız görünən, qıcığa qarşı həssas, bəzən isə əhvalı tez-tez dəyişən eyforik 

vəziyyət  qeyd  edilir.  Sindrom  ilk  dəfə  onu  təsvir  edən  alimin  –  S.S.Korsakovun 

(1189)  adını  daşıyır.  Əsasən  alkoqol  psixozlarında,  bəzi  hallarda  isə  beynin 

orqanik xəstəliklərində təsadüf edilir.  



Yüklə 145,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin