hadisələrlə əlaqələndirən fikirlər ola bilər. Bunlara aiddir:
1.
Dixotom (haçalanmış) təfəkkür – buraya ifratçılıqla araşdırmaq qabiliyyəti daxildir. Yəni
“hər şey və ya heç nə”, “yaxşı-pis”, “qara-ağ”.Məsələn, insan belə hesab edir: “ya mən
xoşxasiyyətəm və hamıya lazımam, ya da pisəm və heç nəyə yaramıram”.
2.
Öz tutduğu işlər haqqında yanlış fikir söyləməyə, özünə bir “ad” qoymağa çalışmaq.
Məsələn: səhvə yol vermiş adam “mən səhv etmişəm” demək əvəzinə “mən nə ağılsızam”
deyə düşünür.
3.
Fövqəl nəticə -“həmişə” və ya “heç vaxt” kateqoriyaları ilə düşünmək. Məsələn, xəstə
hesab edir ki, o, artıq heç vaxt sağlam olmayacaq.
4.
Selektiv filtrasiya – mənfi hadisələri artırmaq, müsbətləri isə minimuma endirmək.
Məsələn, həkim bir çox xəstələri uğurla müalicə edir, onlardan yalnız birində residiv
(xəstəliyin qayıtması) baş verərkən, o belə bir nəticəyə gəlir ki, pis mütəxəssisdir.
5.
Reallığı inkaretmə - müsbət amillərə tamamilə əhəmiyyət verməmək. Məsələn, insan hər
hansı bir uğur əldə etdikdə “bu nədir ki, bunu hamı bacarar” deyir.
6.
Əsassız nəticə - kifayət qədər obyektiv dəlil olmadıqda tez bir nəticəyə gəlmək. Məsələn,
oğlan qıza zəng edir, lakin dəstəyi qaldıran olmur, o, düşünür ki, qız onunla danışmaq
istəmir.
7.
Şişirtmə - əhəmiyyətsiz səbəbdən çaxnaşmaya meyllilik. Məsələn, avtomobilində bir
balaca nasazlıq olan adam belə hesab edir ki, onun təmiri böyük xərc tələb edir və yeni
avtomobil alsa daha yaxşı olar.
8.
Emosional şərtləndirmə - öz emosiyalarını real qəbul etmək. Məsələn, bir nəfər təyyarə ilə
uçmaqdan qorxur və elə hesab edir ki, bu uçuşlar doğrudan da qorxuludur.
9.
Günahı şəxsiləşdirmə - bütün uğursuzluqların səbəbini özündə axtarmağa çalışmaq.
Məsələn, uşağı xəstələndiyinə görə qadın özünü pis ana hesab edir.
10.
Hədsiz cavabdehlik – “bu mənim borcumdur (vəzifəmdir)” və ya “bu mənim borcum
(vəzifəm) deyil” kateqoriyaları ilə düşünmək. Məsələn, tələbə əmindir ki, o, yalnız əla
qiymət almalıdır, ona görə də imtahan qabağı möhkəm həyəcan keçirir.
|