Şüur – bizim dərk etdiyimiz fikir və duyğuları, eləcə də xarici mühitdən qəbul olunan sensor
məlumatları özündə birləşdirir.
Şüuraltı – yalnız diqqəti onların üzərində cəmləşdirdikdə meydana çıxan fikirlər,
emosiyalar, xatirələrdən ibarətdir. Məsələn, insanların əksəriyyəti şüurunda mümkün olan zəlzələ
haqqında fikirlər saxlamır, lakinbir zəlzələ haqqında düşündükdə, yəni bu mövzuya xüsusi olaraq
müraciət etdikdə, həmin fikirlər meydana çıxır. Beləliklə, şüuraltının əsas məqsədi senzura
funksiyasını yerinə yetirməkdir. Senzura qeyri-şüuri materialın – təşviş yarada bilən fikir və
meyllərin şüura keçməsinin ya tamam qarşısını alır, ya da onu dəyişdirib tanınmaz hala salır.
Məsələn, gənc qızın yaxşı tanımadığı cavan oğlana qarşı cinsi meyli güclü həyəcana səbəb ola
bilər (əlbəttə, əgər bu meyl qızın mənəvi-etik baxışlarına zidd gedirsə).Odur ki, senzura bu
impulsların ya tamamilə qarşısını alır, ya da əks hissə, məsələn, ədavət hissinə çevrilir (təbii ki,
gənclər arasında olan bütün qərəzli münasibətləri bu nöqteyi-nəzərdən izah etmək olmaz).
Şüursuzluq – şüur üçün əlçatmaz olan fikir. Meyl və fantaziyaların məkanıdır. Bunların
üzərində diqqəti cəmləşdirdikdə belə şüur onları dərk edə bilmir. Belə fikir və duyğular itmir,
sadəcə olaraq, yaddaşa buraxılmır və buna görə də dolayı yolla, səhv sözlər, yanlış xatirələr,
yuxular və nevrozlar aşkar olunurlar.
Dostları ilə paylaş: |