Sosial uyğunlaşma texnikası özünə inam yaratmaqdan, həyat vərdişləri öyrənməkdən, sosial
vərdişlərə, ünsiyyət bacarığına yiyələnməkdən ibarətdir.
Özünə inam yaratmaq həyəcan və köməksizliyin yaranması ilə bağlı olan hallarda verbal
və qeyri-verbal davranışın (baxış, mimika, jest)müxtəlif formalarının təkmilləşdirilməsi üsuludur.
Şəxsiyyətin anankastik və ya asılı tipinə aid olan qorxaq və utancaq adamlar üçün məsləhət
görülür.
Həyat vərdişlərini öyrənmək – buraya əsas funksiyaların (yemək hazırlamaq, mənzilin
təmizlənməsi və s.) yerinə yetirilməsi, vaxtın düzgün bölünməsi, vəsaitin idarə olunması
daxildir. Xroniki psixi xəstəliklərdən əziyyət çəkənlərə kömək göstərmək üçün bu üsullardan
istifadə olunur.
Dostları ilə paylaş: |