|
Bir stansiya abonentinin birləşdirici xətt üzərindən digər stansiyanın abonenti ilə yaratdığı birləşmə
|
səhifə | 45/67 | tarix | 01.12.2023 | ölçüsü | 273,82 Kb. | | #170834 |
| Kommutasiya sistemləri
326. Bir stansiya abonentinin birləşdirici xətt üzərindən digər stansiyanın abonenti ilə yaratdığı birləşmə:
Stansiyadaxili birləşmə.
Çıxış birləşməsi.
Giriş birləşməsi.
Tranzit birləşmə.
Lokal birləşmə.
327. Birləşdirici xətt üzərindən digər stansiyadan daxil olan çağırışa əsasən yaranan birləşmə:
Tranzit birləşmə.
Lokal birləşmə.
Giriş birləşməsi.
Stansiyadaxili birləşmə.
Çıxış birləşməsi.
328. Akustik siqnallara aid deyil:
“Çağırışa nəzarət” siqnalı.
“Stansiyanın cavab” siqnalı (F=425Hs).
“Məşğulluq” siqnalı (F=425Hs).
“Çağırış” siqnalı (F=25Hs).
Nömrə yığımı siqnalları.
329. İdarəetmə siqnallarına aiddir:
Nömrə yığımı siqnalları.
“Çağırış” siqnalı.
“Cavab” siqnalı.
“Məşğulluq” siqnalı.
“Çağırışa nəzarət” siqnalı.
330. Elektron ATS-lərin qurulmasında ən çox modulyasiyanın hansı növündən istifadə olunur:
AİM.
İKM.
ZİM.
AİM və ZİM.
FM
331. Kömürlü mikrofonun iş prinsipi nəyə əsaslanır:
Müqavimətin temperaturdan asılılığına.
Kömür tozlarının müqavimətinin səs təzyiqindən asılılığına.
Sabit maqnit selinin dəyişməsinə.
Dəyişən maqnit selinin dəyişməsinə.
Heç birinə.
332. Mikrofonun statik rejimi nədir:
Mikrofonun müqavimətinin maksimum qiyməti.
Mikrofonun müqavimətinin minimum qiyməti.
Mikrofonun danışıq vəziyyəti.
Mikrofonun sakit, danışıqsız vəziyyəti.
Mikrofonun müqavimətinin orta qiyməti.
Dostları ilə paylaş: |
|
|