"Insan–cəmiyyət–təbiət" sistemində qlobal problem-lər xüsusi yer tutur.Ona görə ki, bu sistemlə bağlı prob-lemlər təkrar istehsalın quruluşu və mexanizminə təsir göstərir, onun keyfiyyətcə yeni ekoloji – iqtisadi simasını formalaşdırır. Belə prolbemlərdən biri müasir dünyanın əhatə etdiyi çox geniş ərazidə yoxsulluğun, aclığın, müxtəlif növ xəstəliklərin, işsizliyin, savadsızlığın ləğv edilməsidir. Statistik məlumata görə hazırda yer kürəsində bir milyarddan çox adam daim aclıq içərisində yaşayır, planetin bir gündə (24 saatda) 35 min, bir dəqiqədə isə 24 sakini acından ölür ki, bunların da 18 nəfəri 5 yaşınadək uşaqlardır. Aclığın hökm sürdüyü əraziyə əsas etibarilə Cənub-Şərqi Asiya, Hindistan, Afrika, Latin Amerikasının ekvato-ra yaxın hissəsi daxildir. Hindistan, Banqladeş, Mozambik, Uqanda, Çad və Somalidə vəziyyət daha acınacaqlıdır.
Inkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi geriliyi-nin aradan qaldırılmasını demoqrafiya prosesləri mürək-kəbləşdirir. Çünki bu ölkələrdə əhalinin artım sürəti digər ölkələrə nisbətən yüksəkdir. Hesablamalara görə XXI əsrdə yer kürəsinin əhalisi 8-14 milyarda çatacaq və artımın 90%-i inkişaf etməkdə olan ölkələrin payına düşəcəkdir. Təbiidir ki, əhalinin belə sürətlə artması həmin ölkələrdə mənzil tikintisi, tibbi xidmət, ərzaq, enerji və s. olan tələbatın kəs-kin surətdə artmasına və bu problemlərin mürəkkəbləşmə-sinə səbəb olacaqdır.
Qlobal problemlər içərisində ətraf mühitin mühafizəsi də çox böyük əhəmiyyət kəsb edir. Insanlar, özlərinin istehsal və idrak fəaliyyətlərində təbiəti dəyişdirməklə yanaşı, cəmiyyəti və özlərini də dəyiş-dirirlər. Elmi-texniki tərəqqinin müasir mərhələsində təsər-rüfat fəaliyyətinin təsiri ilə təbii mühitin dəyişməsi elə bir səviyyəyə çatmışdır ki, bu, istər-istəməz insan orqanizminə, onun əmək məhsuldarlığına, dünyanın ayrı-ayrı iqtisadi rayonlarının inkişafına təsir göstərməyə başlamışdır. Hazırda yer kürəsi əhalisinin 1/3 hissəsindən çoxu təhlükəli və əlverişsiz təbii mühitdə yaşayır. Bir sıra ərazilərdə ol-duqca təhlükəli və keçici xəstəliklər baş qaldırır, bəşəriyyə-tin yarıya qədəri təminatlı su təchizatından məhrumdur, inkişaf etməkdə olan ölkələrin əhalisinin 85%-i heç bir sanitariya – gigiyena şəraitinə uyğun gəlməyən mənzillərdə yaşayırlar. Bu ölkələrdə bütün xəstəliklərin 3/4 hissəsinin baş verməsi və hər iki nəfərdən birinin ölməsi səbəbləri bunlarla izah edilir.
XX əsrin 50-ci illərinin əvvəllərindən başlayaraq, istehsalın miqyasının artması ilə əlaqədar olaraq hava və su hövzəsinin kütləvi surətdə çirklənməsi prosesi gedir. Hava təbəqəsində kükürd 4 oksid, azot 4 oksid, karbon 4 oksid və başqa üzvi birləşmələr toplanır. Hava təbəqəsinin çirklən-məsi və "turş yağışların" yağması nəticəsində inkişaf etmiş ölkələrdə 30 milyon hektardan çox meşəliyə ziyan dəymiş-dir. Hazırda çox geniş ərazidə külli miqdarda tullantı yığılıb qalır, hər il 6 milyon hektar torpaq sahəsi səhraya çevrilir, 300 min kv. kilometrdən çox meşəlik qırılır. Bütün bunlar ayrı-ayrı ölkələrdə ekoloji mühiti korlayır, dünya miqya-sında təbii şəraitin pisləşməsinə səbəb olur.
Insanlar müxtəlif ölkələrdə yaşasalar və müxtəlif dil-də danışsalar da, bir-birilərindən dini etiqadlarına, ənənələ-rinə, müasir dünyada mənafelərinə, tarixlərinə, milliyyətlə-rinə və s. əlamətlərinə görə fərqlənsələr də onların hamısının bir fəzası və bir kainatı var. Deməli, bu və ya digər ölkədə ekoloji bərabərliyin pozulmasının təzahürləri və nəticələri ümumi xarakter dışıyır, bütün kainatın həyatın mövcud ol-duğu sahəsinə (biosfera), hava təbəqəsinə (atmosfer), yer üzündəki sulara (hidrosfera) və yer qabığına (litosfera) təsir göstərir.
Bütün bunlar ətraf mühitin birgə səylə mühafizə olunması sahəsində elmi, texniki, istehsal və s. vəzifələrin həyata keçirilməsinə dair beynəlxalq konsepsiya və proq-ramlar işlənib hazırlanmasını zəruri edir. Mübaliğəsiz de-mək olar ki, bunların içərisində birinci yeri ekologiyanın qorunmasının iqtisadi aspektləri tutur. Hava və su hövzələ-rinin təmizliyinin standartlara uyğun surətdə qorunub saxlanması ilə əlaqədar tədbirlər, bütün növlərdən olan təmizləyici qurğuların inşa olunması, müasir texnoloji pro-seslərin təhlükəsizliyi və bütövlükdə təbiəti mühafizə fəaliyyətinin təmin olunmasını tələb edir. Lakin ekspertlərin hesablamalarına görə dünyada ətraf mühitin mühafizəsi ilə əlaqədar olaraq sərf edilən xərclərin ümumi məbləği, ekoloji vəziyyətin əvvəlcə sabitləşdirilməsi, sonra isə yaxşılaşdırıl-ması üçün zəruri olan xərclərdən təqribən 2,5 dəfə azdır.