Məktəb təliminə hazırlıq dövründə uşağın ətraf aləm haqqında məlumatlara yiyələnməsi.
Uşaqların hərtərəfli inkişafında müxtəlif vasitələr mövcuddur. Onlardan biri də ətraf aləmlə tanışlıqdır. Təbiət mənəvi zənginlik üçün ən gözəl tükənməz mənbədir. Uşaqlar daima bu və ya digər formada təbiətlə ünsiyyətdə olurlar. Onları əlvan çiçəklər,böcəklər, quşlar,heyvanlar, kəpənəklər, çaylar, göllər, meşələr, yaşıllıqlar, təbiət hadisələri və s. daima cəlb edir. Rəngarəng təbiət uşaqlarda əməyə,bədii fəaliyyətə canlı maraq oyadır, onları oyuna cəlb edir və inkişaf etmələri üçün zəngin qida verir. Heyvanlar və bitkilərin müşahidəsi, meşədə, göldə, çayın sahilində oyun, göbələk, giləmeyvə və çiçəklərin toplanması uşaqlara şən, həyəcanlı anlar bəxş edir.Hər bir insan uşaqlıqda olan xatirələrini heç vaxt unutmur,bütün ömrü boyu yaşadır. Təbiətə bağlılıq, uşaq ikən oynadığı yerlər onlarda öz diyarına, təbiətə, vətənə məhəbbət hissi yaradır, beləliklə uşaqlarda vətənpərvərlik tərbiyəsi inkişaf edir. Uşaqlarda təbiəti oldugu kimi görüb, duymaq bacarığının qazanılması onlarda təbiətə dərin maraq oyadır, biliklərini genişləndirir, xarakter və maraqlarını formalaşdırır. Marağı olan hər kəs ərtaf aləmi dərk etməyə, hər hansı bir fəaliyyətə, yaradıcılığa can atır. Maraq seçki xarakteri daşıyır və hər bir insanın inkişafında, yeni biliklərin əldə edilməsində əsas şərtlərdən biridir. Bu biliklər maraqlı olduqca daha möhləm olur və şüurlu şəkildə mənimsənilir.
Təbiətlə tanışlıq uşağın idrak prosesinin mühüm bir mərhələsi kimi bu prosesin bir sıra məsələlərini özündə əks etdirir.Təbiətlə fəal ünsiyyət prosesində uşaq özünü canlı təbiətin bir üzvü,parçası kimi dərk edir və təbiətə fəal müdaxiləsinin mümkünlüyünü hiss edir.Ağac əkmək,gülləri sulamaq,heyvanlara qulluq və s. kimi proseslərdə uşaq təbiəti bizim fəaliyyətimizlə dəyişən bir mühit kimi qavrayır.
Məktəbəqədər yaşlı uşaqların təbiətlə tanış edilməsi,onları əhatə edən təbiət haqqında realist biliklər alması vasitəsidir və hissi təcrübədə,ona düzgün münasibətin əsasıdır.
Uşaqların təbiət hadisələrini düzgün qəbul etmələri üçün onları təbiəti duyma prosesinə istiqamətləndirmək lazımdır.Uşaq təbiətə yaxınlaşmasa və təlim -tərbiyə prosesində ondan istifadə olunmasa,məktəbəqədər yaşlı uşaqların hərtərəfli inkişafının əqli,əxlaqi,fiziki,estetik,əmək və s.kimi vəzifələrini həll etmək olmaz.
“Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı”na uyğun olaraq uşaqların təbiətlə tanışlığı prosesində təlimedici və tərbiyəedici vəzifələr qoyulur ki,bunlar da bir-birilə sıx əlaqədardır.
ƏQLİ tərbiyənin əsas vəzifəsi uşaqlarda cansız təbiət əşyaları,bitkilər,heyvanlar,təbiət hadisələri və obyektləri arasında əlaqələr haqqında biliklərin təlim edilməsidir.Əqli tərbiyənin ayrılmaz hissəsi hissi,yəni sensor mədəniyyətdir.Uşaqlarda təcrübənin toplanması sonrakı ümumiləşmələrin təbiətlə bağlı elementar anlayışların formalaşdırılmasının əsasıdır və o,analizatorların təkmilləşdirilməsinə istiqamətləndirilib.
Uşaqlar tərəfindən biliklərin mənimsənilməsi onların idrak qabiliyyətlərinin-məntiqi təfəkkür,diqqət,nitq,müşahidəçilik,hissi aparatın inkişafı ilə sıx əlaqədardır.Təfəkkürün inkişafı və anlayışların düzgün formalaşdırılması üçün uşaqları təbiət hadisələri və əşyaları ilə tanış etmək lazımdır.
Biz,məktəbəqədər təhsil işçiləri,uşaqlara müşahidə etdikləri hadisələrin izahını axtarmağı öyrətmək, onlar arasında münasibət və əlaqələrin dərk edilməsinə aparmaq lazımdır.Məhz təbiət hadisələri arasında əlaqə və münasibətlərin səbəblərinin dərk edilməsi prosesində təfəkkür inkişaf edir.Biz uşaqlara təbiət hadisələrinə məqsədyönlü istiqamətləndirilmiş müşahidəçiliyi öyrətməklə,diqqəti inkişaf etdiririk ki,bu da əqli inkişafla sıx əlaqədardır və uşaqların təlimə hazırlanmasının şərtidir.Uşaqlara təbiətə maraq tərbiyə edilməsi çox zəruridir.Bitki və heyvanları müşahidə prosesində uşaqların diqqətini onların xarici görünüşünə,hərəkətlərinə,davranışına yönəltməklə,təkcə təbiətlə tanışlıq deyil,eyni zamanda ona münasibəti formalaşdırır. Uşağın diqqətinin hansı əşya və hadisəyə cəlb olunmasının səbəbi isə onun yaşı ilə əlaqədardır.
Uşaqlar təbiətlə bilavasitə təmasda olan zaman onlarda müşahidəçilikə bərabər, həm də hər şeyi bilməyə qarşı maraq da inkişaf edir.Bunun əsasında axtarıcılıq,tədqiqatçılıq refleksi durur.Bu inkişafı İ.P.Pavlov insanın xarakter xüsusiyyəti hesab edir.Məktəbəqədər yaşlı uşaqlarda bu refleks böyüklərə verilən “bu nədir?”,”necə?”,”nə üçün?”kimi sonsuz suallarda aydın görünür.
Uşaqların ƏXLAQ tərbiyəsində doğma təbiətə məhəbbət və canlılara qoruyucu münasibət tərbiyəsi xüsusi yer tutur.Uşaqların özlərinin qulluq edərək böyütdüyü onlara daha yaxın və əzizdir.Məktəbəqədər təhsil müəssisələrində heyvan və bitkilərə qulluq uşaqlarda müşahidəçilik,əməyə məhəbbət,tapşırığa əməl etmə,cavabdehlik kimi keyfiyyətlərin tərbiyə olunmasına kömək edir.
Uşaqlarda əməksevərlik,təbiətə qoruyucu münasibət tərbiyə etmək üçün onlara bitkilərin yerləşdirilməsinin və heyvanlara qulluğun ən sadə üsulları öyrədilməlidir.Bu zaman uşaqların prosesdən və əməyin nəticəsindən razı qalmaları təmin edilməlidir.Uşaqlar torpaq sahəsində işləyən zaman onların əzələlərinin inkişafına və əsəb sisteminin möhkəmləndirilməsi qayğısına qalınmalıdır.Əməksevərlik kimi keyfiyyətin formalaşdırılması zamanı uşaqları yaşlıların təbiətdə əməyi ilə tanış etmək,onların əməyinə hörmət tərbiyə etmək lazımdır.Təbiət qoynunda olmaqdan və təbiətdə əməkdən uşaqların sağlamlıqlarının qorunması və fiziki inkişafları üçün düzgün istifadə edilməlidir.
Təbiət uşaqların ESTETİK tərbiyəsinin əsas vasitələrindən biridir.Təbiətin gözəlliyi ən kiçik yaşlı uşaqların da diqqətindən kənarda qalmır.Onları təbiətlə tanış edərkən diqqətlərini meşəyə,çayın,bulaqların şırıltısına,quşların oxumasına,yarpaqların rənginə,çiçəklərin ətrinə,heyvanların hərəkətinə və s.yönəltmək lazımdır.Uşaqları həyatda ətraf aləmi özünün müxtəlifliyi və gözəlliyi ilə qəbul edə bilmələri üçün bu gözəlliyi hiss etmək bacarığını aşılamaq lazımdır.Məktəbəqədər tərbiyə müəssisələrinin tərbiyəsindən uşaqları təbiətlə tanış etmək üçün təbiət elmlərinin müxtəlif sahələri haqqında zəngin bilik ehtiyatı olması tələb olunur.Uşaqlarda təbiətə fəal və qoruyucu münasibətin tərbiyəsi uşaq bağçasında olan bitki və heyvanlara qulluq etməyə kömək edir.Hər bir tərbiyəçidən canlı təbiət guşəsini təşkil etmək bacarığı tələb olunur və o,bitki və heyvanların saxlanması üçün şərait yaratmalıdır.
Dostları ilə paylaş: |