Nazirliyn mühüm vəzifəsi - öz dövlətinin xaricdəki səfir və misiyyalarının fəaliyyətinə gündəlik nəzarətdir: qeyd etmək lazımdır ki. onların fəaliyyətinin koordinasiyası internet,faks, teletayp, teleks, telefon əlaqəsi və yazışma, eləcə də söhbət, hesabat, məlumatların təhlili yolu ilə, bu səfirlik və missiyaların kadrlarla möhkəmləndirlməsi, onlarla işin yaxşılaşdırılıması xətti ilə həyata keçirilir. Və nəhayət XİN fəaliyyətinin daha bir istiqaməti - nazirliyin operativ və ərazi idarələrin əlaqə və kontaktları. Bütün bu sadalananlar xarici işlər nazirliyi diplomatik idarələrin ümumi vəzifə və funksiyaları sahəsidir. XİN daxilində informasiya və məlumat işi, müxtəlif məsələlrin hazırlanmasında digər idarələrlə əlaqə və ya digər nazirlik və idarələrin iştirakı ilə ayrı-ayrı tədbirlərin həyata keçirlməsi, həmçinin XİN-in bütün operativ diplomatik şöbələrinin gündəlik funksyiasıdr. Xarici işlər nazirliyinin diplomatik idarələri bu vəzifə və funksiyaları nə cür həyata keçirirlər? Diplomatik şöbə üçün ən mühüm vəzifə - müvafiq ölkələrin aktual məsələləri üzrə informasiyası olmaqdır. Bu ölkədə və ya ona münasibətdə digər ölkələrdə nə baş verdiyi haqda, bu və ya digər ölkədəki mühüm partiyaların, siyasi və dövlət xadimlərinin mövqeləri haqqında informasiya almadan hər hansı diplomatik addımı atmaq olmaz və bu qeyri-mümkündür. Məhz buna görə də, şöbənin fəaliyyət sahəsinə daxil olan hər bir ölkə haqqındakı informasiyanın öyrənilməsi və təhlili istənilən ərazi-diplomatik idarənin müvəffəqiyyətli fəaliyyətinin əsas şərtidir. Müvafiq idarə və ya şöbənin rəhbəri hər şeydən əvvəl şöbəsinin fəaliyyət dairəsinə daxil olan ölkələrə aid məsələlərlə tanış olmalıdır. O, səfirlik və missiyaların məlumatlarını gözdən keçirir, kütləvi informasiya vasitələrindən şöbəsinin və ya idarəsinin fəaliyyət dairəsinə daxil olan ölkələrə dair xəbərləri alır. Məhz belə informasiyaları aldıqdan sonra günün praktiki işlərinə başlamaq olar. Operativ diplomatik şöbələrinin cari işinə müvafiq xarici səfirliklərin sorğularına, müraciətlərinə münasibət bildirmək, onlara cavab hazırlamaq, nota və digər diplomatik sənədləri tərtib etmək də daxildir. Nazirliyin xarici səfirliklərlə yazışması nota (verbal şəxsi və s.) kiçik məktublar və ya memorandum şəklində aparılır. Hər bir nota və ya digər diplomatik sənədlər dövlət sənədi hesab olunur, belə ki, nota, kiçik məktub və memorandum bütün nazirlik adından göndərilir. Tamamilə aydındır ki, bu - ayrıca bir işçinin deyil, dövlətin, hökumətin adından çıxış edən nazirliyin sənədidir. Bu o deməkdir ki, hər hansı nota, mahiyyətcə hökumət notasıdır. Məhz buna görə də hər bir nota nazirlik rəhbərlərindən biri, idarə və ya şöbə rəhbəri tərəfindən imzalanır. Bu cür mərkəzləşdirmə ondan irəli gəlir ki, diplomatik sənəd hökumətin mövqeyini əks etdirir və məktubu alan hökumət bu dövlətin siyasəti haqqında fikir yürüdə bilər. XİN operativ diplomatik idarə və şöbələrinin fəaliyyətinə həm də şöbənin işçiləri, şöbənin müdirindən başlamış, hamısı şöbənin fəaliyyət dairəsinə daxil olan dövlətlərin xarici səfirliklərinin işçiləri ilə görüşür və onlarla söhbətlər aparırlar. İstər XİN aparatında, istərsə də səfirliklərdə aparılan bütün diplomatik söhbətlər bir qayda olaraq işçinin xüsusi gündəliyində qeyd edilir. Lakin bu boş rəsmiyyətçilik deyildir, nazirlik və səfirliyin işinin mühüm elementidir. Diplomatik şöbə rəhbərinin və yə əməkdaşının söhbət etdiyi diplomatik nümayəndəlik başçısı və səfirlik işçisi səfirliyə qayıtdıqdan sonra bu söhbət haqqında qeydlər edir. Belə ki, nazirlnkdə bu və ya digər məsələ haqqında aparılan söhbət həm onun özü üçün, həm də onun hökuməti üçün çox vacibdir. Söhbət haqqında hər bir qeyd daxili xarakterli olsa da sənəddir, həm də mühüm əhəmiyyətə malikdir. Nazirlikdəki hər bir söhbətin mövzusu xaricdə müvafiq səfirliyə çatdırılır. Söhbət haqqında qeydlərə əsasən hətta bu söhbət telefonla aparılsa belə, müvafiq nəticələr çıxarılır, bu və ya digər operativ tədbirlər görülür. Bu və ya digər ölkə ilə diplomatik münasibətlərə aid məsələlər daima diplomatik işçilərin körüş dairəsindədir. Bu işçilər gündəlik işlərində həmin ölkə ilə münasibət məsələlərilə məşğul olurlar. Gündəlik operativ fəaliyyətdən başqa şöbə müvafiq ölkə ilə münasibətlərin inkişafı sahəsində müəyyən aksiyaların işlənib hazırlanması ilə daha dərindən məşğul olmalıdır. Bu aksiyalar həm diplomatik qaydada, həm də ictimai tədbirlər kimi mətbuat, televiziya, radio vo s. yollarla tədricən həyata keçirilir. Bu zaman həm ölkədə, həm də xaricdə keçirilən tədbirlərdən istifadə edilnr, daha sonra səfirliklər, hər bir operativ şöbə, bütünlüklə XİN və s. tərəfindən müvafiq addımlar hazırlanır. Bu cür tədbirlər planı ölkədəki konkret şəraitin, müxtəlif mənbələrdən alınan informasiyaların yekununun öyrənilməsinə əsaslanır. Beləliklə, müəyyən hərəkət xətti formalaşır, sonradan da həyata keçirilir. Bir qayda olaraq səfirliklər şöbələrə müxtəlif sənədlər və müntəzəm hesabatlar göndərirlər. Bunlar əsasında şöbələrdə xülasələr hazırlanır və nazirlik rəhbərliyi tərəfindən təsdiq edilir. Nəticədə, səfirliklərin hesabatının təhlilindən irəli gələn bu və ya digər məsələlərə diqqət yetirməli olan səfirliklərə nazir və ya onun müavinləri müvafiq göstərişlər verirlər. Xarici işlər nazirliyi aparatındakı diplomatik şöbələrin gündəlik fəaliyyət dairəsi və əsas funksiyaları bunlardır. Azərbaycan Xarici İşlər Nazirliyi mövçud olduqu bütün tarix ərzində dövrün siyasi təsirini daha yaxından hiss etmişdir. Məlumdur ki, respublikanın «xarici siyasəti» bu işlərdə «mərkəzdə» təsdiq edilən və yerlərdə dəqiqliklə yerinə yetirilən kursa uyğun qurulurdu. Çoxtərəfli və ikitərəfli müstəqil aksiyalar, BMT-yə və ya digər beynəlxalq təşkilatlara üzv olmaq haqqında söhbət də gedə bilməzdi. Respublika XİN-in işi əsasən üç istiqamətdə qurulurdu: konsul, protokol və informasiya işi.
Keşən əsrin yetmişinci illərin sonlarında Bakıda açılan iki - İran və İraq baş konsulluqları ilə iş az yer tutmurdu. Nazirliyin əməkdaşları Bakıda keçirilən müxtəlif beynəlxalq konfranslara, simpoziumlara, hökumət nümayəndələrinin, diplomatik nümayəndəlik başçılarının, xarici diplomatların ölkəyə gəlişinə hazırlıq işlərində iştirak edirdilər. İnformasiya və mətbuat şöbəsinin işində xarici jurnalistlərlə kontakta geniş yer verilirdi. 1979-cu il İranda baş verən inqilabi hadisələrdən sonra Bakıya, onların axını daha da güclənmişdi. Azərbaycan əhalisinin bu hadisələrə münasibəti, bu hadisələrin Azərbaycanın siyasi həyatına göstərə biləcəyi təsir Qərb mətbuatını çox maraqlandırırdı. Nazirliyin konsulluq işi əsasən vizalar tərtib etməkdən, xaricə gedənlər üçün xarici pasportlar yazmaqdan, müxtəlif məsələlər üzrə adamları qəbu. etməkdən ibarət idi. Konsul şöbəsinin fəaliyyətində Bakıdakı iran və İraq baş konsulluqlarının diplomatları ilə işə xeyli yer ayrılmışdı. XİN-in strukturunda dəftərxana və təsərrüfat xidməti də fəaliyyət göstərirdi. Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin vəzifə və funksiyaları əhəmiyyətli dərəcədə genişlənmişdir. Nazirliyin strukturu əsaslı şəkildə dəyişilmiş, şöbə xidmətlərinin sayı artmış, yeni idarələr yaranmışdı. Hazırda Azərbaycan Respublikasının XİN-yi çoxprofilli bırstruktura çevrilib, Nazirliyin tərkibində bir sıra funksional və müxtəlif regionlar üzrə idarələr yaranıb. XİN-in diplomatik əməkdaşları Azərbaycanın xariçdəki diplomatik nümayəndəliklərilə daimi əlaqə saxlayır, dövlətin xarici siyasət kursunun işlənib hazırlanmasında, beynəlxalq səviyyəli müxtəlif tədbirlərdə iştirak edirlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan XİN-in fəaliyyət göstərdiyi uzun illər ərzinda dünyanın bir çox ölkələrində işləyən diplomatlar dəstəsi formalaşmış və yetişmişdir. Məlumdur ki, Azərbaycan Demokratik Respublikasının mövcud olduqu dövrdə (1918-1920) ADR Xarici İşlər Nazirliyi xarici siyasəti fəal surətdə həyata keçirirdi. Azərbaycan Respublikasının 1920-ci ildə «Azərbaycan» qəzetinin mətbəəsində nəşr edilən təqvimi qalıb ki, burada o dövrün hökumət idarələri haqqında məlumatlar verilmişdir. Azərbaycan Demokratik Respublikası XİN-in strukturu bu şəkildə təqdim edilir: Nazir, nazir müavini, diplomatik şöbə, ümumi işlər şöbəsi, informasiya bürosu, tərcümə şöbəsi, təsərrüfat şöbəsi, qeyd şöbəsi, arxiv, dəftərxana. Adı çəkilən təqvimdə o vaxtlar Bakıda fəaliyyət göstərən xarici missiyalar da sadalanır:
İngiltərə - vitse-konsul Qevelke.
Belçika - konsul Ayvazov.
Yunanıstan - konsul Kusis.
Gürcüstan - diplomatik nümayəndə N. S. Alşibay.
Danimarka - konsul E. F. Bisrinq.
İtaliya - səkkizinci missiya rəisi Enriko İnsom.
Litva - konsul agenti V. İ. Miskeviç.
İran - baş konsul Saad-ül-Vəzirov.
Polşa - konsul agenti S. Rılski.
Şimali Amerika Birləşmiş Ştatları - vitse-konsul Randolf.
Ukrayna - vitse - konsul Qolovan.
Finlandiya - konsul agenti Veqelius.
Fransa - konsul agenti Yemelyanov.
İsveçrə - konsul, Klottyü İsveç - konsul R. K- Vander-Pluq.
Aparıcı dövlətlərin xarici işlər idarələrinin təqribi strukturu
Diplomatik xidmətlərlə əlaqədar məsələləri daha dəqiq başa düşmək üçün bir çox xarici ökələrin səlahiyyətlərinə xarici siyasət sahəsində tədbirlər hazırlamaq və diplomatik fəaliyyət daxil olan rəsmi idarələrinin strukturu ilə tanışlıq xeyirli olardı.
Dostları ilə paylaş: |