Fənn: Mülki Müdafiə Müəllim: Vahid Məmmədov


Filtrasiya edici UZS (universal müdafiə vasitəsi) BK-



Yüklə 250,16 Kb.
səhifə3/4
tarix17.11.2022
ölçüsü250,16 Kb.
#69525
növüQaydalar
1   2   3   4
referat 6454

Filtrasiya edici UZS (universal müdafiə vasitəsi) BK- Filtrasiya edici əleyhiqaz UZS BK, fövqəladə hallarda, qəza hallarında, təbii və texnogen xarakterli FH nəticələrinin aradan qaldırılmasında xilasedicilərin, FHN dəstələrinin üzvlərinin, Mülki müdafiə qeyri-ştat qəza-xilasetmə dəstələrinin, həmçinin əhalinin və istehsalatda çalışanların tənəffüs üzvlərini, sifətini və gözlərini mühafizə edən fərdi mühafizə vasitələri kompleksinə aiddir
Uşaqlar üçün əleyhiqaz PDF - Hal-hazırda uşaqlar üçün əleyhiqazlardan ən mükəmməl modellər PDF-2D (məktəbəqədər uşaqlar üçün) və PDF-2Ş-dir (məktəb yaşlı uşaqlar üçün).
Əleyhiqaz 1,5 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub, uşaqların tənəffüs üzvlərini, sifətini və gözlərini zəhərləyici maddələrdən, bioloji aerozollardan və radioaktiv tozlardan qoruyur
Sənaye əleyhiqazı PFM-Kiçik ölçülü filtrasiya edici sənaye əleyhiqazı PFM-1 tənəffüs üzvlərini, üzü, gözləri havada qaz, toz və aerozol (toz, tüstü, duman) halında olan zəhərli qatışıqlardan mühafizə üçün nəzərdə tutulmuşdur.
İzolə edici əleyhiqazlar:
İzolə edici əleyhiqazlar İP-4M, İP-4MK, İP-4MP;
İzolə edici əleyhiqaz İP-6
İzoləedici əleyhiqazlar filtrasiyaedizi əleyhiqazlar etibarlı mühafizəni təmin etmədikdə istifadə edilir, məsələn, ətraf mühitdə oksigen çatmamazlığı zamanı.
Respirator - nəfəs orqanlarını zərərli maddələrdən və müxtəlif növ tozlardan mühafizə edən maska.
Respiratorlar əleyhqaza nisbətən daha yüngül, istifadə üçün daha sadə, rahat mühafizə vasitələridir. Lakin respiratorlar nəfəs orqanlarını havada zərərli maddələr yolverilən yüksək konesntrasiyasadan 10-15 dəfəyədək artıq olmayan hallarda mühafizə edir. Yolverilən yüksək konsentrasiya müəssisənin iş zonasının havasındakı elə elə maddələrin miqdarına deyilir ki, belə miqdar insanın bütün iş stajı dövründə, gündə 8 saat iş rejimində müasir metodlarla aşkar edilməsi mümkün olan heç bir xəstəlik törədə bilməyir. Xlordan, ammonyakdan, sionid turşusundan və başqa güclü zəhərli TKM-dən mühafizə məqsədilə respiratorlardan istifadə etmək qadağandır.
Respiratorlar quruluşuna görə əsas 2 növə ayrılırş birinci növ respiratorlarda süzücü maska eyni zamanda süzücü element rolunu oynayır. ŞB-1 “Lepestok-200”, “Lepestok-40”, U-2K, RP-K məhz belə respiratorlardandır. Ikinci respiratorlarda isə süzücü növ elementlər xüsusi patronlarda yerləşdirilir. Bu növə “Astra”, F-62Ş, RPQ-67, RU-67 markalı respiratorlar aiddir.
Dərinin fərdi mühafizə vasitələri (DFMV)
Dərinin fərli mühafizə vasitələri də digərləri kimi filtrasiya edici və izolə edici tiplərə ayırd edilir, müvafiq olaraq onlar filtrasiya edici və izolə edici materialdan hazırlanır. İstifadə məqsədindən və istifadə etmə sayınlan asılı olaraq daimi və dövrü olaraq istifadə edilən, bir dəfəlik və dəfələrlə istifadə olunan mühafizə vasitələrinə ayırd edilir.
Xüsusi mühafizə vasitəsinə yüngül mühafizə kostyumu L-1 və yüksək hermetik qabiliyyətinə malik izolə edici kostyumlar aiddir.
Dərinin fərdi mühafizə vasitələri:
Fildtrasiya edici tipli (ümum qoşun kompleks mühafizə kostyumları—OKZK, OKZK-M, OKZK-D (desantsılar üçün), həm də mühafizə kostyumu-KZS
İzolə edici tipli:
• Mühafizə edici plyonka kostyum
• Ümum qoşun mühafizə kostyumu (izolə edici dəri mühafizə vasitələrinə ümum qoşun mühafizə komplekti-OZK və mühafizə edici plyonka kostyum- KZP aiddir)
• Yüngül kostykm L-1
• Qəza mühafizə kostyumu
• Ç-20 komplekti
• LQ tipli pnevmo kostyum
• Komplekt KZM-1
• 6 saylı mühafizə komplekti
• Termokostyumlar
• Gözlərin mühafizə vasitələri
• Nüvə əleyhi skafand

Yüklə 250,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin