Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
74
amneziya-travma və ondan əvvəlki hadisələrin müəyyən müddət ərzində unudulmasına deyilir.
Anteroqrad amneziya-travmadan sonrakı hadisələrin bu və ya başqa müddət ərzində unudulmasına
deyilir. O, bir neçə dəqiqədən bir neçə günədək ola bilər. Bəzən amneziya həm travmadan əvvəlki,
həm də travmadan sonrakı dövrləri əhatə edə bilər. Buna retro-anteroqrad amneziya deyilir.
2. YaddaĢın keyfiyyət pozuntularına yalançı xatirələr kriptomneziya, anekforiya,
konfabulyasiya, psevdoreminisensiya aiddir.
Kriptomneziya başqasının başına gələn hadisələri, onlara məzsus xidmətləri öz adına çıxmaqla
xarakterizə olunan yaddaş pozuntusudur. Keçmişdəki hadisələri təzə baş cvermiş hadisə kimi qələmə
verirlər. Məlumatın mənbəyi və vaxtı unudulur.
Anekforiya yada salmanın çıtinləşməsi ilə xarakterizə olunur. Deyiləcək sözün əvvəlini şəxsin
yadına salan kimi hər şey yadına düşür.
Psevdoreminisensiya yalnış. düzgün olmayan, yalançı yaddaş (xatırlamalar) olub hadisələrin
vaxtının, tarixinin təhrif edilməsi ilə xarakterizə olunur. Məsələn: qardaşının dostu ilə qarşılaşan bir
şəxs, ona qardaşının üç gün dundan əvvəl böyük müvəffəqiyyətlə dissertasiya müdafiə etdiyini
söyləyir. Əslində isə qardaşı altı il bundan əvvəl dissertasiya müdafiə etmişdir. O, beyin şişlərində,
alkoqol psixozlarında, travmatik, postinfeksion psixozlarda, mərkəzi sinir sisteminin sifilisində təsadüf
olunur.
Konfabulyasiya heç vaxt baş verməmiş və baş verməsi mümkün olmayan qeyri-real, fantastik
məzmunlu hadisələrin xatırlanmasına deyilir. Məsələn: 60 yaşlı bir xəstə şöbədə yeni bir adam görən
kimi keçmişdəki işlərindən söhbət açaraq deyərmiş ki, Bakı şəhərini 1930-cu ildə, yanvar ayının 1-dən
2-nə keçən gecə mən saldırmışam. Bu pozuntu beyin sifilisində. proqressiv iflic xəstəliyində təsadüf
olunur.
Ġntellektin pozuntuları
İntellekt və ya əqli qabiliyyət yaddaşla sıx bağlı olub, ancaq onun əsasında yaranır. belə ki,
normal yaddaş intellekt üçün zəmin hazırlayır. İntellekt-bilik və təcrübələrin cəmindən ibarət olub,
yeni mühakimələr yaratmağa, nəticələr çıxarmağa, biliklər əldə etməyə imkan verən mürəkkəb
anlayışdır. O, eyni zamanda fərdi olub hər bir şəxsin müstəqil
inkişafı nəticəsində yaranır. İntellektin səviyyəsi şəxsin
xasiyyətində, mədəniyyətində, davranışında, ümumiyyətlə psixi
fəaliyyətinin bütün formalarında özünü büruzə verir. İ.P.Pavlov
intellekti orqanizm ilə xarici mühit arasında çoxcəhətli əlaqə
yaradan əqli sistem adlandırmışdır. İntellektin təzahür
formalarından başlıcası nitqdir. Ona görə də intellektin
pozulması - ağıl zəifliyi (kəmağıllılıq) özünü ilk növbədə.
nitqdə göstərir.
Ağıl zəifliyi üç qrupa bölünür:
1) anadangəlmə ağıl zəifliyi-oliqofreniya;
2) qazanılma ağıl zəifliyi-demensiya;
3) yalançı ağıl zəifliyi-psevdodemensiya.
Oliqofreniya və ya anadangəlmə ağıl zəifgliyi
etiologiyası müxtəlif olan bir çox xəstəlikləri əhatə edir. Ağlın inkişaf səviyyəsindən asılı olaraq
oliqofreniyanın üç forması vardır:
1) idiotiya - ən dərin ağıl zəifliyidir. Belə xəstədə mühakimə və nitq qabiliyyəti olmur, psixi
fəaliyyət instinktlərlə məhdudlaşır. Bunlarda adətən, fiziki qüsurlar da gözə çarpır,
mikrosefaliya və displastik bədən quruluşu olur;
2) imbesillik orta səviyyəli ağıl zəifliyidir;
3) debillik-oliqafreniyanın yüngül formasıdır.
Belə adamlarda qavramanın, diqqətin, yaddaşın, mücərrəd təfəkkürün qeyri-normallığı, özünə
qarşı tənqidin enməsi tipik əlamətlərdəndir. Oliqofreniyanın (yunanca “kəmağıllılıq deməkdir”)
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
75
ümumi cəhəti psixikanın anadangəlmə və ya erkən yaşlarda qazanılmış (3 yaşa qədər) kifayət qədər
inkişaf etməməsi, etiologiya və klinik təzahürləri müxtəlif, qeyri proqredienit patoloji halları özündə
birləşdirməsidir. İlk dəfə anadangəlmə kəmağıllığı Eskirol təsvir etmişdir. Krepelin 1915-ci ildə bu
terminlə anadangəlmə ağıl zəifliyini təsvir etdi. Beynəlxalq təsnifat 2 meyarı əsas götürür: intelektin
çatışmazlığı dərəcəsi və etioloji faktor. Etioloji faktorlardan irsi (xromosomların tam dəyərli
olmaması) amillər, bətindaxili dövrdə və erkən inkişaf mərhələsində dölə (uşağa) dəyən zərərli təsirlər,
doğuş travmaları ayırd edilir. Xromosomların tam dəyərli olmaması nəticəsində yaranan kəmağıllıq
fiziki inkişaf pozuntuları, displastiklik, zahiri əlamətlərlə birgə təzahür edir. Belə hallara Daun
xəstəliyi, “pişik səsi” sindromu, Şereşevski-Terner sindromu aiddir. İrsi patologiya mübadilə
proseslərinin metabolik və ya enzimopatik (fenilketonuriya, qalaktozemiya) pozuntuları ilə əlaqədar
olub karbohidrat mübadiləsini nizamlayan fermentlərin çatışmazlığı ilə bağlıdır. Belə hallarda
kəmağıllıqdan başqa qusma, ishal, qaraciyərin sirrotik dəyişiklikləri, qıcolmalar kimi somatik
əlamətlər özünü göstərir. İrsi - ekzogen kəmağıllığa mikrosefaliya, kraniostenos. keritinizm aiddir.
Hamiləlik zamanı keçirilmiş məxmərək anadangəlmə kəmağıllığa və bununla yanaşı eşitmə və
görmənin pozuntularına səbəb ola bilər. Bətndaxili və postnatal meningitlər, doğum zamanı
asfiksiyalar və doğum travmaları psixoorqanik sindroma gətirib çıxarır. Anadangəlmə siflis, bətndaxili
toksoplazmoz, yenidoğulmuşların hemolitik xəstəliyi ana və uşağın immun konfliktinə (rezus-faktor)
səbəb olur. Beləliklə, müxtəlif etioloji faktorlar müxtəlif dərəcəli kəmağıllıq törədir. Sxematik olaraq
kəmağıllıq debillik, imbesillik və idiotiya-ağırlıq dərəcəsinə əsasən təsnif edilir. Xəstəliklərin
beynəlxalq təsnifatı 10-cu baxışa (XBT-10) istisnadan əqli inkişaf əmsalı fərdi qaydada əlavə
əlverişsiz şərtlər (eşitmənin, görmənin, nitqin pozuntuları) və somatik faktor nəzərə alınmaqla
standartlaşdırılmış məlumatlara əsasən müəyyən olunur.
Yüngül kəmağıllıq uşağın psixi inkişafında ləngimə ilə təzahür edir. Onlar adətən gec oturmağa,
gəzməyə, danışmağa başlayır. Lakin nitq vərdişləri ünsiyyət üçün kifayət edir. Özünə qulluq prosesləri,
əmək bərdişləri pozulmamışdır. Əsas çətinliklər təhsil başlandıqdan sonra meydana çıxır. Oxu, yazı
çətin mənimsənilir, xüsusilə təfəkkür geri qalır. Yüngül kəmağıllıq zamanı fərdi məşğələlər,
yüngülləşdirilmiş proqramlı məktəbdə tədris elementar biliklərə yiyələnməyə imkan verir. Onlar
ixtisaslaşmamış və yarıixtisaslaşmış fiziki əməyə qadir olurlar. Xüsusi məhsuldarlıq tələb olunmayan
sosial-mədəni sahədə belə şəxslər kifayət qədər konpensasiya olunurlar. Fərdi işdə onlar müəyyən
müvəffəqiyyətlər qazana və adaptasiyaya nail ola bilirlər. Adətən belə adamlar ailə qurur, uşaq tərbiyə
edir, adi həyat tərzi sürürlər. Əgər emosional və sosial gerilik özünü qabarıq şəkildə biruzə verərsə,
ailə həyatında və ümumiyyətlə uyğunlaşmada çətinliklər mümkündür.
Orta kəmağıllıq- Bu qrupa daxil olan şəxslərdə nitqin inkişafı, qavranılması və eləcə də ondan
istifadə imkanları geri qalır. Özünə qulluq vərdişləri kifayət qədər deyil. Onlar proqramı və tədris
metodları kəmağıllar üçün uyğunlaşdırılmış yardımçı məktəblərdə təhsil ala bilirlər. belə şəxslər oxu,
yazı, sadə hesab əməliyyatlarını mənimsəyə bilirlər. Nitqləri kasad, çox vaxt qüsurlu olur. Fiziki
cəhətdən sağlam və aktiv olmaları mümkündür. Onları nəzarət altında çətin olmayan işlərə
öyrəşdirmək olur.
Ağır kəmağıllıq - Bu formada kəmağıllıq tez-tez displastiklik. ətrafın yöndəmsizliyi. kəllənin
anomaliyaları, boyatmanın düzgün getməməsi duyğu orqanlarında inkişaf pozuntuları. motorikanın
pozuntuları, degenerasiyanın zahiri əlamətləri (qurdağızlılıq, dovşandodaqlılıq və s.), daxili orqanlarda
anomaliyalar kimi fiziki qüsurlar, nitqin kasadlığı ilə birgə rast gəlinir. Mərkəzi sinir sisteminin inkişaf
patologiyasını göstərən nevroloji əlamətlər nəzərə çarpır. Söz ehtiyatı çox məhduddur. Aqramatizm
müşahidə olunur, bilik ehtiyatı və maraq dairəsi kiçik olur, abstrakt təfəkkür inkişaf etmir. Onlar
yardımçı məktəblərdə belə təhsil ala bilmirlər.
Dərin kəmağıllıq- Bu qrup şəxslər psixi funksiyaların tamamilə yoxluğu ilə xarakterizə
olunurlar. Xəstələr çox vaxt hərəkətsiz və ya məhdud hərəkətli olurlar. Sidik ifrazı və defekasiya
funksiyaları pozulur, xarici aləmi qavrama çətinləşir və ya zəif deferensasiya olunur. Ətrafdakılara
qarşı reaksiya enmiş, çox vaxt qeyri-adekvatdır. Emosiyalar fizioloji tələbatları ödəməklə məhdudlaşır,
davranışları ya süst, az hərəkətli, ya da aqressivdir (dişləyir, cırmaqlayırlar). Meylləri pozulmuşdur.
(onanizmlə məşğul olur. ekstrementlərini yeyeir və s.) Kəmağıllığın qarşısını almaq məqsədilə tətbiq
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
76
olunan ilkin profilaktikaya tibbi genetik konsultasiyalar, mərkəzi sinir sisteminin inkişaf
anamaliyalarının prenatal diaqnostikası. postnatal infeksiyaların müalicəsi aiddir.
İkincili profilaktika uşaqlarda kəmağıllığın erkən aşkara çıxarılması və xəstənin müalicə və
reabilitasiyası üçün vaxtında tədbirlər görülməsindən ibarətdir.
Qazanılma ağıl zəifliyi və ya demensiya mərkəzi sinir sistemində gedən patoloji prosesin
xarakterinə görə iki qrupa bölünür;
a) qlobar (diffuz) ;
b) lokunar (hissəvi)
c) demensiya
Qlobar demensiya zamanı intellektual qabiliyyətin bütün sahələri pozulur, şəxsiyyət enir,
özünətənqid itir. Lokunar demensiya zamanı isə şəxsi keyfiyyətindən əsas cəhətləri mühafizə olunur,
əmək qabiliyyəti, özünütənqid yüksək dərəcədə pozulmur. Müxtəlif xəstəliklərlə əlaqədar meydana
çıxan demensiya zamanı şəxsi keyfiyyətlərin kobud şəkildə dəyişməsini nitqin, baxışın, hərəkətlərin
durğunluğu, təfəkkürün müfəssəlliyi mimikada əks olunan donuqluq və s. bu kimi əlamətlər diqqəti
cəlb edir. Ağıl zəifliyinin üçüncü forması psevdodemensiyadır. Bu sindrom bir sıra reaktiv hallarla (o
cümlədən psixozlarla) əlaqədar meydana çıxır. Müvəqqəti xaraxter daşıyır, yəni digər ağıl
zəifliklərindən fərqli olaraq davamlı olmur.
Təəssürat emosional sfera pozuntuları
Emosiyalar insan həyatının bütün sahələrini daima müşayiət edən, onun əxlaqi davranışına təsir
göstərən proses olub müxtəlif qıcıqlara qarşı orqanizmin mürəkkəb psixofioloji reaksiyasıdır.
Emosiyaların təsiri altında insan ozünə xoş gələn nə varsa ona doğru meyl göstərir və əksinə
xoşagəlməyən qıcıqlardan uzaqlaşmağa çalışır. İnsana daim çoxlu miqdarda müxtəlif xarici və daxili
qıcıqlar təsir edir. Qıcığın xarakterindən və orqanizmin vəziyyətindən asılı olaraq müxtəlif hisslər
əmələ gəlir ki, bunlar da bütövlükdə əhvalı ruhiyyəni müəyyən edir. Sağlam adamda əhvalı - ruhiyyə
gün ərzində dəyişilə bilər. Emosional halın güclü və qısamüddətli dəyişməsinə affekt deyilir. Affekt
fizioloji (normal) və pataloji (qeyri normal) olmaqla iki formaya bölünür. Fizioloji affekt adekvat
qıcıqlar nəticəsində yaranır, bu zaman düşüncə pozulmur, ona görə də şəxs içtimai təhlükəli hərəkətlər
etmir, etsə də məsuliyyət daşıyır. Fizioloji affektin səbəbi bəd xəbər, məsul şəxs işdə işləyərkən kobud
səhvə yol vermək, qiymətli bir şey itirmək, təhqirə məruz qalmaq və s. ola bilər.
Pataloji affekt qeyri-adekvat səbəblər nəticəsində yaranır, düşüncə pozulduğundan şəxs öz
hərəkətlərinə nəzarət edə bilmir. Bu zaman şəxs ictimai təhlükəli hərəkət edərsə, məsuliyyət daşımır.
Mərkəzi sinir sisteminin orqanik xəstəliklərində, psixopatlarda, isteriya nevrozu olan şəxslərdə
müşahidə oluna bilər.
Emosional halın dəyiĢməsini əks etdirən zahiri əlamətlərlə aĢağıdakılar aiddir:
1. Mimiki reaksiyalar
2. Hərəkət reaksiyaları
3. Vegetativ reaksiyalar
Klinikada rast gəlinən emosiya pozuntularına aĢağıdakılar aiddir:
1. Maniya – səbəbsiz olaraq əhvali-ruhiyyənin yüksəlməsi ilə təzahür edən hal olub, üç əlamətlə
özünü biruzə verir:
- Əhvalın yüksəlməsi;
- Hərəkətlərin fəallığı;
- Nitqin sürətlənməsi. (əsasən MDP-nin manikal fazasında və s rast gəlinir) .
2. Depressiya - səbəbsiz olaraq əhvali-ruhiyyənin enməsi olub, üç əlaməti var: a) əhvalın
enməsi; b) hərəkətlərin tormozlanması; v) nitqin tormozlanması. Depressiya zamanı əhvalın enməsi o
qədər güclü ola bilər ki, hətta xəstə özünə sui-qəsd edə bilər.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
77
3. Eyforiya - əhval ruhiyyənin az hərəkətli, laqeyd və
məzmunsuz olaraq yüksəlməsinə deyilir. Narkomanlarda, alkoqol
qəbul
edən
adamlarda,
mərkəzi
sinir
sisteminin
orqanik
pozulmasında rast gəlinir.
4. Disforiya - əhval-ruhiyyənin acıqlı, kədərli, hər şeydən
narazı halda enməsidir. Epilepsiya, kəllə travması keçirmiş
alkoqoliklərdə olur.
5. Emosional ləbillik - əhval ruhiyyənin səbəbsiz və asanlıqla
dəyişməsinə deyilir.
6. Emosional kövrəklik - emosional zəiflik əlaməti ilə özünü
biruzə verən haldır (hipertoniya, ateroskleroz və s.)
7. Laqeydlik - yaxın adamlara, ətrafda cərəyan edən
hadisələrə qarşı biganə olmaq əlamətinə deyilir. Lakin öz marağına,
instinktiv tələblərinə laqeyd olmur.
8. Emosional ambivalentlik - eyni zamanda iki zidd emosional halın olmasına deyilir.
Şizofreniyada olur.
9. Emosional kütlük - laqeydlikdən ağır forma olub, xəstələrin marağı ancaq instinktiv tələbləri
ətrafında toplanır. Şizofreniyanın son dövründə olur.
10. Qorxu - həm nevrozlar, həm də psixozlar zamanı tez-tez rast gəlinən əlamətlərdəndir.
11. Həyəcan - həm özünün, həm də yaxın adamlarının əmin-amanlığının pozulması üçün son
dərəcə narahatlıq hissi keçirməklə diqqəti cəlb edir. Bir sıra hallarda qorxu hissi ilə birləşib, daha da
mürəkkəbləşir. Qocalıqönü psixozlarda, nevrozlarda, reaktiv depresiyalarda olur.
Ġradi sfera pozuntuları
Qarşıya qoyulmuş məqsədə nail olmaq əzminə iradə deyilir. İnsan qarşısına hər hansı bir məqsəd
qoyayarkən onu şüurlu surətdə təhlil edir. Motiv adlanan bu hadisə iradənin əsas cəhətidir.
Ġradənin aĢağıdakı pozuntu formaları var:
1. Ġradənin zəifləməsi – hipobuliya. Belə pozuntusu olan şəxslər asanlıqla kənar şəxslərin təsiri
altına düşür. Psixopatlar, narkomanlar, alkoqoliklərdə daha çox olur.
2. Ġradənin güclənməsi – hiperbuliya. Sağlam şəxslərdə fəaliyyətin faydalı olması ilə fərqlənir.
Xəstələrdə patoloji məqsəd daşıyır. İradə pozuntuları özünü hərəkətlərin pozuntusunda göstərir. Belə
pozuntulardan biri hərəkətlərin ləngimıəsi ilə xarakterizə olunan fəaliyyətin bütün formalarına qarşı
marağın sönməsidir. Buna abuluya deyilir. İradi proseslər həmçinin insanın davranışının və
meyillərinin şüurlu surətdə tənzimlənməsini də əhatə edir. Psixi xəstəliklər zamanı meyillərin həm
güclənməsi, həm də zəifləməsi baş verə bilər. İradi pozuntulardan biri də impulsiv meyillərdir ki,
bunlar da müxtəlif cür təzahür edir. Məsələn. piromaniya – yanğın törətməyə meyl, dromomaniya –
mənasız səyahətlərə, avaraçılığa meyl, impulsiv hərəkətlər – səbəbsiz, mənasız, qəfləti meydana çıxan
hərəkətlərə meyl, Pluuşkin simptomu – lazımsız, yararsız şeyləri toplamağa və saxlamağa meyl və s.
İradə pozuntularına xəstənin intihar etməyə meyli olması, yeməkdən imtina, neqativizm (xəstə ona
göstərilən bütün təsirlərə və müraciətə qarşı səbəbsiz müqavimət göstərir), mutuzm (xəstə danışmır,
suallara cavab vermir) aiddir.
Meyl pozuntularına həmçinin qidalanma və cinsi meyllərin pozulması da aiddir.
Qidalanma meylinin pozulması
1. Qidalanma meylinin zəifləməsi və ya tamamilə itməsi anoreksiya adlanır.
2. Qidalanma meylinin güclənməsi polifagiya (bulemiya) yeməkdən doymamaq ilə özünü
göstərir.
3. Yeməyə meylin keyfiyyətcə pozulması zamanı yeyilməsi mümükün olmayan əşyaları qəbul
edir. Məsəslən: şüşə, torpaq, təbaşir və s. Nadir hallartda təsadüf edilən, ağır psixi xəstəliklərdə xəstə
öz ifrazını qəbul edir. Kaprofaqiya – şizofreniyanın son dövründə, kəskin ağıl zəifliyi ilə yanaşı olur.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
78
Cinsi meylin pozuntuları
1. Cinsi meylin zəifləməsi-hiposeksuallıq (depressiya. şizofreniya, nevrasteniya və s. -də
müşahidə olunur) .
2. Cinsi meylin güclənməsi – hiperseksuallıq (beynin bir sıra orqanik pozuntularında, manikal
oyanmada müşahidə olunur)
3. Təhrif olunmuş cinsi meyllər. Bu növ pozuntulara homoseksualizm (eyni cinsdən olan
şəxslərə seksual münasibət), zoofiliya (heyvanlarla cinsi əlaqə), pedofiliya (kiçik yaşlı uşaqlara cinsi
meyl), sadizm (portnyora işgəncə verməkdən cinsi zövq almaq), mazaxizm (işgəncədən cinsi zövq
almaq) və s. aiddir.
Hərəki sfera pozuntuları
Hərəki sferaya aid olan pozuntuların bir sıra formaları katatonik pozuntulara aid edilir.
Katatoniya təhrif olumuş iradi-hərəkət pozuntusu olub, əsasən şizofreniya xəstəliyində, bəzən
isə başqa psixozlarda (intoksikasion, infeksion psixozlarda) rast gəlinir. Katatonik əlamətlər əzələ
tonusunun yüksəlməsi, hərəkət aktivliyinin zəifləməsi fonunda meydana çıxır. Bu da, öz növbəsində,
stereotipiya (eyni adlı hərəkətlərin təkrar olunması) neqativizm əlamətləri ilə, bəzən isə impulsiv
hərəkətlərlə özünü biruzə verir. Katatoniya əlamətləri ağır psixi hal olub patoloji prosesin ancaq beyin
qabığında deyil, qabıqaltı sahəyə də nüfuz etməsini göstərir. Katatonik pozuntular zamanı xəstənin
hərəkətləri öz təbiiliyini itirir, başın, gövdənin və ətrafların hərəkətləri bir-biri ilə uzlaşmır. Üz
əzələləri sanki donmuş, emosional ifadəsini itirmiş olur. Bir sıra xarakteroloji somatik və nevroloji
əlamətlər qeyd olunur. Bədənin dəri örtüyü quru, sifətin dərisi isə tər və piy vəzilərinin fəaliyyətinin
artması nəticəsində daim işıldayır. Tənəffüs səthi, nəbz vurğuları zəif olur.
Katatoniya əlamətlərinin formaları aĢağıdakılardır:
1) Stupor (donuqluq) -tam hərəkətsizliklə xarakterizə olunan əlamətdir. Üç növü var: deppressiv,
psixogen, katatonik. Depressiv stupor MDP-nin depressiv fazasında olur. Belə xəstələr hərəkət etmirlər,
onları yedizdirmək belə lazım gəlir. Sifətləri qəmgin olur. Psixogen stuporda xəstə danışmır, hərəkət
etmir, ancaq qıcıqlandırıcı söhbət etdikdə reaksiya verir (ağlayır, qızarır və s.). Katatonik stuporda
bəzən əzələ tonusu enir, bəzən isə əzələ tonusu güclənir, (xəstənin vəziyyətini dəyişmək çətin olur).
2) Mutizm-nitqin tormozlanmasıdır.
3) Katalepsiya-və ya mumabənzər plastiklik. Xəstə ona verilən ən narahat vəziyyətdə belə donub
qalır. Məsələn: qolları qaldırılmış, başı yana əyilmiş. bir ayağı üstə dayanan xəstə uzun müddət bu
görkəmdə donub qalır.
4) Neqativizm-xəstə ona göstərilən bütün təsirlərə və müraciətə qarşı səbəbsiz müqavimət
göstərir. Müayinə zamanı həkim xəstəyə ayağa qalxmağı, dilini göstərməyi və s. təklif edərkən, xəstə
bunları etmir (passiv naqativizm). Bəzən isə əzələlərini gərginləşdirərək ciddi müqavimət göstərir və
ya təklif olunan hərəkətlərin əksini edir (aktiv neqavitizm) . Xəstə astadan deyilən (pıçıltı səslə) sözə
əməl edir, ucadan deyilən eyni məzmunlu sözə isə cavab vermir (İ.P.Pavlov əlaməti). Xəstə ancaq
yazılı müraciətə cavab verir, şifahi təkliflərə isə əməl etmir. (A.Q.İvanov-Smolenski əlaməti).
Manerlik və ya ədəbazlıq adlanan, davranış pozuntusu hesab edilən hal katatoniya zamanı tez-tez rast
gəlinir. Məsələn: salam verərkən barmaqlarını bükmək. yataqda uzanarkən başını bir qıdər aralı
saxlamaq (hava balıncı simptomu) , yorğanı başına ataraq palatada, həyətdə gəzişmək (başörtüyü
simptomu) , yataqda yorğanı başına çəkərək yemək qəbul etmək və s. Şizofreniya, intoksikasiya,
infeksiyalarda olur. Bir neçə saatdan aylarla davam edə bilər. Bu zaman xəstələr yeməkdən imtina edə
bilər. (onları zondla yedizdirkəm lazım gəlir)
Hərəki oyanma:
1. Manikal oyanma zamanı xəstələr daim hərəkətli olur. Ancaq diqqətli olmadıqları üçün heç bir
işi başa çatdırmırlar. Çox və tez-tez danışırlar. Sözlərin çoxunu buraxırlar, səsləri xırıltılı olur. Manikal
depressiv psixozda rast gəlinir.
2. Katatonik oyanma zamanı hərəkətlər qəribə olur. Xaotik hərəkətlər, manevrlik edir.
Təlxəkvari hərəkətlər olur.
3. Hebefren oyanma zamanı xəstələr manevrlik edir, qeyri təbii pozalar alır. Bəzən səbəbsiz
gülür. aqressiv ola bilirlər. Mənasız boş-boş danışırlar.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
79
MÖVZU 9
ĠNFEKSĠON, SOMATĠK, DOĞUġDAN SONRAKI PSĠXOZLAR.
KLĠMAKTERĠK DÖVRDƏ PSĠXĠ FƏALĠYYƏTĠN POZULMASI
Müxtəlif infeksiyaların təsiri nəticəsində meydana çıxan və psixi pozuntu əlamətləri ilə şərtlənən
bu qrup xəstəliklərə infeksion psixozlar deyilir. Psixi pozuntular forması və ağırlıq dərəcəsi,
infeksiyanın növü, lokalizasiyası, orqanizmin reaktivliyi və digər amillərlə əlaqədardır. Kəskin
psixotik hallar beyin hüceyrəlirındə orqanik dəyişikliklər törətmirsə, xəstəlik psixi qüsur vermədən
keçib gedə bilər. Bir sıra hallarda, məsələn, ensefalitlərdə, infeksiya bilavasitə beyin hüceyrələrini
zədələdiyi üçün geri dönməz orqanik beyin əlamətləri meydana çıxır. Qızılca, skarlatina, səpgili və
qarın yatalağı zamanı müşahidə edilən psixoz halları daha kəskin vəziyyəti ilə fərqlənir. İnfeksion
psixozların meydana çıxması üçün bir sıra amillərin zəruriyyətinin (irsiyyətin, orqanizmin. ilk növbədə
sinir sisteminin həssaslığının, yaşın, immun sistemin) əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.
Kəskin infeksion psixozlar bu və ya digər infeksiyanın törətdiyi spesifik əlamətlər fonunda
cərəyan edir. Psixotik əlamətlərin təzahür etməsi temperaturun ən yüksək olduğu dövrdə və ya
normaya endiyi anda ola bilər. Bir çox hallarda psixi pozuntuların meydana çıxmasından əvvəl kəskin
baş ağrıları, ümumi zəiflik, düşüncənin keyləşməsi və ya xarici qıcıqlara qarşı həssaslığın güclənməsi,
yuxunun pozulması qeyd edilir. Bu kimi əlamətlərin ardınca psixozun başlıca sindromları, müxtəlif
dərinliyə malik düşüncə pozuntuları, deliriy, amensiya, çaşqınlıq, sayıqlama və hallüsinasiyalar
meydana çıxır. Əksər hallarda mühitə bələdlik kobud pozulduğu halda özünə bələdlik saxlanılır.
Hərəkətlərin fəallaşması, ümumi narahatlıq fonunda görmə və eşitmə hallüsinasiyaları, nitqin qırıqlığı
tez-tez rast gəlinir. Bəzi hallarda pareydolik illüziyalar da təsadüf edilir. Belə ki, divarda asılmış
xalçanın naxışları, yaxud xəstənin diqqətini cəlb edən digər rəsmlər və cizgilər fonunda əcaib obrazlar,
fantastik səhnələr, vəhşi heyvanların siuleti qavranılır. Qorxulu məzmunlu ullüzor və hallüsinator
pozuntular xarakter əlamətlərdən sayılır. Hallüsinator sayıqlama sindromunun meydana çıxmasında
müxtəlif orqnlarda yaranan ağrıların rolu qeyd olunmalıdır. Pnevmoniya zamanı köks qəfəsinin aşağı
hissəsində zərbəvarı ağrılar müşahidə edilir. Bu zaman xəstələr ağciyərin parçalandığını, bədənlərinin
hissələrə ayrıldığını söyləyirlər.
Qrip və yatalaq xəstəlikləri zamanı meydana çıxan psixozlarda xəstə müxtəlif orqanlarının və ya
bədən hissələrinin “ikiləşdiyini”deyir. Məsələn: “iki başı”, “iki ağzı”, “dörd əl və dörd ayağı”olduğunu
söyləyir.
Ağır keçən psixozlarda düşüncənin kəskin pozulması (deliriy, amentiv hal) , narahatlıq və qorxu
əlamətləri ilə yanaşı epilepsiyayabənzər cəngolmalar da təsadüf edilir. Bəzən meningial oyanmalar
zamanı düşüncə bir o qədər də pozulmur, sorğu zamanı özünü böyütmə və ya müflüsləşmə
sayıqlamaları aşkar edilir. Görmə-eşitmə hallüsinasiyaları adətən bir neçə gün davam edir.
Səpgili yatalaq daha tez - tez pozuntulara səbəb olur. Bu zaman maniakal vəziyyət, rəngarəng
məzmunlu sayıqlama ideyaları, hallüsinasiyalar, illüziyalar müşahidə olunur. Temperaturun enməsi ilə
bu əlamətlər tədricən çəkilir, lakin əlamətləri kimi bəzi sayıqlama fikirləri, sonra isə amentiv sindrom
qeyd olunur.
Bruselyoz xəstəliyi – zamanı bəzi psixi pozuntulara rast gəlinir. Apatiya, münasibət
sayıqlamaları, deliriyoz tipli düşüncə pozuntusu, çaşqınlıq və s. əlamətlər daha tez-tez baş verir. Bəzi
xəstələrdə əllərdə hiposteziya. nitqin tormazlanması, absans halı, müxtəlif düşüncə pozuntuları qeyd
olunur. Xarakterik cəhətlərdən biri də bu əlamətlərin qısa müddət ərzində keçib getməsidir.
Malyariya psixozu – zamanı temperatur yüksəldikdə başlıca olaraq deliriyoz və amentiv
sindromlarla özünü göstərir. Xəstəliyin ağır keçdiyi hallarda daim dərin düşüncə pozuntusu-koma
vəziyyət yarana bnilər. Bu zaman qusma, Ceyn-stoks tipli tənəffüs qeyd olunur. Xəstəlik ensefalitlə
ağırlaşdıqda epileptik cəngolmalar, xoreik hərəkətlər mümkündür. malyariya psixozunun bir çox
təsadüfləri Korsakov amnestik sindromunun meydana çıxması, şəxsiyyətin dəyişməsi və ağıl zəifliyi
ilə nəticələnə bilər. Lakin əksər hallarda yaddaşın zəifləməsi, tezyorulma. subdepressiya və
ipoxondriya əlamətləri ilə müşayiət olunan asteniya baş verir.
|