FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə2/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   2   3   4   5   6   7   8   9   ...   179
Vergilər Və Vergitutma

1. Vergilərin yaranma tarixi 
 
Vergilərin  tarixi  bəşəriyyətin  tarixi  qədər  qədimdir.  Vergilər 
dövlətin  maliyyə  ehtiyatlarının  yaradılmasının  əsas  mənbəyi  olmaqla 
min  illərdir  ki,  mövcuddur.  Onlar  dövlətin  təşəkkül  tapdığı  və 
cəmiyyətin  siniflərə  bölündüyü  andan  iqtisadi  münasibətlərin  zəruri 
elementinə  çevrilmişlər.  İngilis  iqtisadçısı  S.Parkinsonun  sözləri  ilə 
desək, “Vergitutma dünyanın özü qədər qədimdir. Onun ilk forması hər 
hansı bir yerli hökmdarın çayın mənsəbinə, iki çayın qovuşduğu yerə və 
ya  dağ  keçidinə  sədd  çəkdiyi  və  tacir  və  səyyahlardan  keçib  getmək 
üçün haqq aldığı zaman yaranmışdır”.  
 
Məğlub  edilmiş  xalqdan  bac-xərac  alınmasını  vergitutmanın  ilk 
forması  hesab  etmək  olar.  Məğlub  edilmiş  tərəfin  bütün  varidatı  hərbi 
qənimət  kimi  qalib  tərəfin  əlinə  keçirdi.  Məğlub  tərəf  qaliblərin 
saxlanılması  ilə  bağlı  olan  xərcləri  ödəməyi  öz  öhdəsinə  götürürdü. 
Başqa sözlə, məğlublardan alınan varidat vergilərin ilk timsalıdır. 
 
Dinc dövrlərdə vergitutmanın ilk formasını qurban verilməsi hesab 
etmək  olar.  Qurban  verilməsi  əslində  könüllü  olmasına  baxmayaraq 
qeyri-rəsmi olaraq məcburi xarakter daşımışdır. Hətta vergilərin bu ilkin 
formalarında  belə  onların  əsas  əlaməti  –  məcburi  olması  öz  əksini 
tapmışdır.  O  dövrlərin  vergilərində  vergitutmanın  daha  bir  elementi  – 
vergi  dərəcələri  də  müəyyənləşdirilmişdir.  Məsələn,  “Tövrət”də  qeyd 
olunur ki, yer üzündə mövcud olan hər nə varsa, onların onda biri Allaha 
məxsusdur. Deməli, gəlirdən ilk vergi dərəcəsi 10% təşkil etmişdir.  
 
Dövlət  aparatının  yaranması,  ordunun  formalaşması  onların 
saxlanması üçün vergi tutulmasını zəruri edirdi. Qədim Misirdə vergilər 
dövlət  başçısına  məxsus  torpaqlardan  istifadəyə  görə  icarə  haqqı 
şəklində  tutulurdu.  Bizim  eradan  əvvəl  VII-VI  əsrlərdə  Qədim 
Yunanıstanda  muzdlu  ordunun  saxlanılması,  şəhər  ətrafında  qala 
divarlarının ucaldılması, körpülərin salınması, ehramların tikilməsi və s. 
məqsədlər üçün gəlirin onda biri həcmində vergilər müəyyən etmişdilər. 
Eyni zamanda, Qədim Dünyada vergitutmaya qarşı ciddi müqavimət də 
mövcud olmuşdur. Məsələn, Afinada hesab edirdilər ki, azad vətəndaşı 
quldan  fərqləndirən  əsas  xüsusiyyətlərdən  biri  onun  vergi  ödəməkdən 
azad edilməsidir. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin