FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov


 Torpaq vergisinin hesablanması və ödənilməsi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə161/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   157   158   159   160   161   162   163   164   ...   179
Vergilər Və Vergitutma

4. Torpaq vergisinin hesablanması və ödənilməsi 
 
 
Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu 
təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların 
altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün 
zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 
 
Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq 
vergisinin  dərəcələrinə  əsasən  illik  olaraq  hesablayır  və  mayın  15-dən 
gec  olmayaraq  hesablamaları  vergi  orqanına  verirlər.  Bu  qaydada 
hesablanmış  torpaq  vergisinin  məbləği  məhdudlaşdırılmayan  gəlirdən 
çıxılmalara aid edilir. 
 
Bələdiyyələr  hər  il  iyulun  1-dək  fiziki  şəxslərə  torpaq  vergisi 
hesablayır  və  tədiyə  bildirişləri  avqustun  1-dən  gec  olmayaraq  onlara 
çatdırılır. 
 
Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya 
istifadəsində  olan  tikililərin  altında  qalan  və  ya  onlara  xidmət  üçün 
ayrılmış  torpaq  sahələrinə  görə  vergi  onlara  məxsus  tikili  sahələrinə 
mütənasib surətdə hesablanır. 
 
Torpaq  vergisi  bərabər  məbləğlərdə  15  avqust  və  15  noyabr 
tarixlərindən  gec  olmayaraq  ödənilir.  Torpaq  vergisi  torpağın  əvvəlki 
sahibi  tərəfindən  ödənilmədiyi  halda,  vergi  yuxarıda  müəyyən  edilmiş 
ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. 
 
Müəssisələrin  torpaq  vergisi  dövlət  büdcəsinə,  fiziki  şəxslərin 
torpaq vergisi ilə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. 
 
 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin