FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov


tacar qoyulmuşdu.    Gömrükxanalarda  bac



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə19/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   15   16   17   18   19   20   21   22   ...   179
Vergilər Və Vergitutma

tacar qoyulmuşdu. 
 
Gömrükxanalarda  bac  alınırdı.  Mövcud  vergilər  zəhmətkeşlərin 
gəlirinin 3\4 hissəsini aparırdı. 
 
Vergi  toplamaqla  ayrıca  idarə  –  divan  məşğul  olurdu.  Divan 
vergiləri  ya  dövlət  darğaları  vasitəsilə,  ya  da  vergi  yığmaq  hüququnu 
icarəyə  vermək  (müqatiə)  yolu  ilə  toplanırdı.  Azərbaycanın  cənub 
vilayətlərində  toplanan  vergi  210  tümənə  (1  tümən  –  10  min  dinar), 
şimal  vilayətlərində  toplanan  vergi  isə  54  tümənə  çatırdı.  Vergi  verə 
bilməyənlərə icbari əmək müəyyən edilirdi. 
 
Xəzinə  gəlirinin  azalması,  kəndlilər  arasında  qaçqınçılıq  və 
ixtisasların artması ilə əlaqədar olaraq Keyxatu xan pul islahatı keçirdi: 
ölkədə kağız pullar – ça tədavülə buraxıldı. 
 
Lakin  bu  tədbir  səmərə  vermədi,  bazar  qiymətləri  artdı,  ticarət 
dövriyyəsi azaldı. Qazan  xan feodalların hakimiyyətini  möhkəmlətmək, 
dövlət  gəlirini  artırmaq  məqsədilə  bir  sıra  qanunlar  verdi.  Divan 
torpaqlarından  əkin  sahələri  irsi  iqta  hüququ  əsasında  kəndlilərə 
paylandı. 
 
Qazan xan vergi sistemini qaydaya salmağa çalışaraq bəzi vergiləri 
məhdudlaşdırdı.  İslahat  müəyyən  dərəcədə  kənd  təsərrüfatı  istehsalının 
yüksəlişinə,  gəlirin  artmasına  və  onun  daha  müntəzəm  xəzinəyə 
yığılmasına səbəb oldu. 
 
XV əsrdə Azərbaycanda Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin 
mövcud  olduğu  bir  dövrdə  otuzdan  çox  adda  vergi  və  mükəlləfiyyət 
mövcud  idi  və  bu  ağır  vergi  sistemi  əhalini  əzirdi.  Məlcahət  (və  ya 
bəhrə)  əsas  vergi  olmuşdur.  Uzun  Həsənin  “Qanunnamə”sinə  əsasən 
bəhrə  əldə  edilən  məhsulun  1\5  hissəsini  təşkil  etmişdir.  Kəndlilər 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin