Tarixlə əlaqəsi: Ana dilinin tədrisi zamanı müxtəlif tarixi faktlarla, hadisə və əhvalatlarla, tarixi günlər, tarixi mərasimlər, milli-tarixi keçmişimiz, müasir həyatımız, o cümlədən milli dövlətçiliyimizin tarixi keçmişi və müasir siması ilə bağlı məsələlər haqqında məlumtlar verilir. Elmi-kütləvimətnlər məqalə və oçerklərin oxusu zamanı taixi faktlara və tarixi yaddaşlara müraciət edilir.
Təbiətşünaslıqla əlaqəsi: Yazı və oxu dərslərinin mövzusundan və xarakterindən asılı olaraq, nəzəri və təcrübi məşğələlərdə təbiətlə, təbiətşünaslıqla bağlı müxtəlif məlumatlar, təsvirlərdən bəhs edilir. Elmi-kütləvi mətnlərdə təbiətşünaslıq elminə aid olan mövzular da xüsusi yer tutur. Ətraf aləmlə tanışlıq məşğələsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.