Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya



Yüklə 116,06 Kb.
səhifə39/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   35   36   37   38   39   40   41   42   ...   58
KOMMUNİKASİYA (1)

56. Elmi üslub

Elmi üslub — milli elmi təfəkkürün ifadəsidir. O, müxtəlif elm sahalərinin dilidir. Elmi üslubun əsas xüsusiyyəti məntiqilik, dəqiqlik, ardıcıllıq və konkretlikdir. Elmin müxtəlif sahalərinə aid kitab,dərslik və məqalələr elmi üslubda yazılır. Bədii üslubun əsas göstəriciləri olan obrazlılığa, emosionallığa elmi üslubda, demək olar ki, təsadüf edilmir.

Elmi üslubun əsas səciyyəvi xüsusiyyətlərindən biri də onda ixtisas sözlərinin — terminlərin bol — bol işlənməsidir. Hər bir elm sahəsinin özünəməxsus terminləri vardır ki, onlar yalnız mütəxəssislər üçün tam və dəqiq şəkildə anlaşıqlı olur.

Elmi üslubda mürəkkəb cümlələr, modal sözlər çox işlənir. Elmi üslubda fikrin daha dəqiq və yığcam şəkildə ifadəsi üçün çox vaxt müxtəlif sxem və qrafiklərdən, şərti işarələrdən geniş istifadə edilir. Elmi üslubda söz və ifadələr müəyyən elmi anlayışları birmənalı şəkildə, birbaşa ifadə edir. Buna görə də elmi üslubda fikrin müxtəlif cür anlaşılmasına, mətnaltı mənaya və ya çoxmənalılığa yol verilmir.

Sözün elmi üslubdakı əsas vəzifəsinə onun terminoloji funksiyası deyilir.Mətndə birbaşa terminoloji funksiya daşıyan söz və ya ifadə termin adlanır.

Başqa üslublar üçün səciyyəvi olmayan terminlər elmi üslubun əsas göstəricilərindən biridir. Elmi mətndəki hər hansı bir sözü termin kimi qəbul etmək olmaz. Termin, ilk növbədə, ayrı-ayrı elm sahəsinə aid oları və yalnız həmin elm sahəsində işləyən mütəxəssislər üçün anlaşıqlı olur.Terminin daha bir xüsusiyyəti təkmənalı olması, yəni bir anlamı ifadə etməsi və yığcamlığıdır. Dünyanın bir çox dillərində olduğu kimi, bizim dilimizdə də alınma terminologiya — beynəlmiləl səciyyə daşıyan ixtisas sözləri çoxdur. Elmi terminlərin çoxu bir sıra dünya dillərində eyni olur. Məsələn: fonetika, leksikologiya, sinus, kosinus, qravitasiya, hidrodinamika və s.



Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin