FƏNNİn mövzulari: s ıra sayı



Yüklə 0.98 Mb.
PDF просмотр
səhifə1/11
tarix26.05.2017
ölçüsü0.98 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11

FƏNNİN MÖVZULARI: 

 

S

ıra sayı

 

Mövzular 

Müha

zirə 

 

Semi

nar 







1. 


Proqram və proqram təminatı 



2. 

Əməliyyat  sistemləri  



3. 



MS DOS əməliyyat sistemi, yüklənməsi və əmrləri 



MS DOS əməliyyat sisteminin fayl sistemi, qurğuların adları 



5. 



Əməliyyat sistemlərinin təyinatı, əsas funksiyaları və tipləri 



6. 

Windows  əməliyyat sistemi 



7. 



Windows  əməliyyat sisteminin fayl sistemi, faylların əsas xassələri 



8. 

 Windows 7  əməliyyat sistemi 



9.  



Dialoq pəncərəsinin parametrlərinin müəyyən edilməsi 



10. 

Servis proqramları 

2 

2 

11. 

Arxivləşdirici və antivirus proqramları 



2 

2 

12. 

Disk fəzasının təşkili 



2 

2 

13. 

UNİX əməliyyat sistemi 



14. 



LINUX əməliyyat sistemi 



15. 

Şəbəkə əməliyyat sitemi 



Cəmi: 



30 

30 


 

Kursun məzmunu 

1.

 

Proqram və proqram təminatı 

Ümumi  anlayışlar  və  proqram  təminatının  təsnifatı.  Proqram  təminatının  həyat  dövrülüyü. 

Əməliyyat mühiti anlayışı. Hesablama prosesləri və resursları anlayışları. 

2.

 

Əməliyyat sistemləri 

Əməliyyat sistemlərinin inkişaf tarixi. Əməliyyat sistemlərinin təsnifatı. Əməliyyat sistemlərinə 

olan tələbatlar 

3.

 

MS DOS əməliyyat sistemi 

MS  DOS  əməliyyat  sisteminin  strukturu  və  funksiyaları.  MS  DOS  əməliyyat  sisteminin 

yüklənməsi.  MS  DOS  əməliyyat  sisteminin  daxiili  və  xarici  əmrləri.  MS  DOS  əməliyyat 

sisteminin fayl sistemi, qurğuların adları. DİSK əməliyyat sisteminin əsas anlayışları. MS-DOS-

da DİSK-in strukturu. DİSK-in  fayl strukturu 

4.

 

Əməliyyat sistemlərinin təyinatı 

Sistemin  əsas  funksiyaları  və  tipləri.  Windows    əməliyyat  sistemi.  Windows    əməliyyat 

sisteminin fayl sistemi, faylın əsas xassələri. 

5.

 

Windows  7 əməliyyat sistemi 

İşçi  stol  və  onun  nizamlanması.  Əlavələrlə  işləmək.  Əlavənin  işə  salınması.  Əlavənin  işə 

salınması. Əlavənin pəncərəsinin idarə edilməsi.Dialoq pəncərələrinin parametrlərinin müəyyən 

edilməsi.  Əlavədə  kəsilmələr  baş  verdikdə  Windows    əməliyyat  sisteminin  yerinə  yetirəcəyi 

işlər. Əlavədə  sənədlər üzərində əməliyyatlar. Windows  əməliyyat sisteminin mübadilə buferi. 

6.

 

Servis proqramları. UNİX, LINUX və şəbəkə əməliyyat sistemləri    

Servis  proqramları.  Arxivləşdirici  və  antivirus  proqramları.  Disk  fəzasının  təşkili.  UNİX  və 

LİNUX əməliyyat sistemləri, üstünlükləri və nöqsanları. Şəbəkə əməliyyat sistemi 

 

 


Mövzu 1. PROQRAM VƏ PROQRAM TƏMINATI  

Plan: 


1.

 

Sistem proqramları 

2.

 

Tətbiqi proqramlar 

3.

 

Proqramlaşdırma dilləri 

Proqramlar 

Kompüter  digər  qurğulardan  fərqli  olaraq  onun  üçün  əvvəlcədən  hazırlanmış  proqrama 

uyğun işləyən və ona daxil olan informasiyanın təhlilinə aid istənilən əməliyyatları yerinə yetirən 

qurğudur. Odur ki,  kompüter üçün onun başa düşəcəyi  dildə və ətraflı əməllər ardıcıllığı,  yəni 

proqram tərtib olunmalıdır.  

 Proqram-maşının  addım-addım  yerinə  yetirəcyi  təlimatlar  və  yaxud  əmrlər  siyahısıdır. 

Kompüterdən  istifadə  etmək  və  onun  tətbiq  sahəsini  genişləndirmək  üçün  onlar  proqram 

təminatına malik olmalıdır.  



Proqram təminatı elə proqramlar kompleksidir ki, onsuz kompüterin işini təsəvvür etmək 

olmaz. Proqram təkcə konkret məsələni həll etmək üçün deyil, istifadəçi  ilə kompüter arasında 

ünsiyyət  yaratmaq,  informasiya  emalı  prosesini  idarə  etmək,  məsələnin  həllində  proqramçıya 

kömək etmək, səhvləri aşılayıb ona çatdırmaq və s. üçün lazımdır. Proqram təminatı kompüter 

istifadəçisinin araşdırdığı problem və məsələlərin həllini təşkil edən proqramlar yığımıdır. 

İş üsuluna görə proqram təminatına daxil olan proqramlar üç kateqoriyaya bölünürlər: 

 



Sistem  proqramları.  Belə  proqramlar  həmişə  işə  hazır  vəziyyətdə  olub  yaddaşda 

saxlanılırlar.  Onların  əsas  vəzifəsi  kompüterin  qurğuları  və  aparat  hissəsi  ilə  iş  prosesində 

istifadə edilən digər proqramlar arasında əlaqə yaratmaqdır. Belə proqramlara  BİOS proqramını 

göstərmək olar; 

 

Qeyri-rezident  (adi)  proqramlar.  Ən  geniş  yayılmış  kateqoriyalı  proqramlardır.  Bu 



proqramlar vasitəsilə istənilən növ məsələni kompüterdə həll etmək mümkündür. Bu proqramlar 

işlərini bitirdikdən sonra əməli yaddaş boşaldılaraq idarəetmə digər proqramlara verilir. 

 

Rezident  proqramlarBelə  proqramlar  adi  proqramlardan  fərqli  olaraq  idarəetməni 



digər  proqramlara  ötürdükdə  əməli  yaddaşdan  silinmirlər  və  onlar  proqramların  icrası 

qurtardıqdan sonra idarəetməni öz üzərinə götürürlər. 



Kompüterdə  istifadə  olunan proqram  təminatı  funksional  təyinatına  görə  üç  qrupa 

bölünürlər: 

1.

 



İdarəetmə  və  müxtəlif  köməkçi  funksiyaları  yerinə  yetirən sistem  proqram  təminatı

Məsələn,  istifadə  olunan  informasiyanın  surətinin  çıxarılması,  kompüterdə  qurğunun  işçi 

vəziyyətdə olmasının yoxlanması və s. 

2.

 



Kompüterdə  yeni  proqramların  yaradılmasını  təmin  edən proqramlaşdırma  sistemləri və 

ya instrumental sistemlər

3.

 

İstifadəçinin  müəyyən  işlərini  həyata  keçirən tətbiqi  proqramlar.  Məsələn,  mətn 



redaktorları, şəkil və qrafiklərin çəkilməsi və s. 

Sistem proqram təminatı:  

Sistem proqram təminatı kompüterdə informasiyanın emalı prosesini təşkil edir. 



Sistem proqramları aşağıdakılardır: 

 



Əməliyyat sistemləri; 

 



Şəbəkə sistemləri; 

 



Xidməti proqramlar və s. 

Sistem  proqramlarının  vasitəsilə  diskləri  formatlaşdırmaq,  kompüterə  qoşulan  xarici 

qurğuların  parametrlərini  təyin  etmək,  əməli  yaddaş  və  digər  qurğuları  testdən  keçirmək,  çapı 

təşkil etmək, lokal və qlobal şəbəkələrlə əlaqə yaratmaq mümkündür. 

Əməliyyat  sistemləri sistem  proqram  təminatının  əsasını  təşkil  edir.  Əməliyyat 

sistemləri  fərdi  kompüterlərin  vacib  elementlərindən  biridir.  Əməliyyat  sistemi  kompüter 

qoşulduqda  işə  düşən,  kompüterin  bütün  hissələrinin  işləməsini  təmin  edən  və  informasiyanı 

idarə  edən  proqram  sistemidir.  Əməliyyat  sistemi  məlumatların  saxlanması  və  onun  emalının 

idarə edilməsi ilə yanaşı istifadəçi üçün də interfeysə malikdir. 

Şəbəkə əməliyyat sistemləri  lokal və qlobal kompüter şəbəkələrinin meydana  gəlməsilə 

əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir. 

Şəbəkə  proqram  təminatı paylanmış  hesablama  şəbəkəsinin  ümumi  ehtiyatlarını  idarə 

edir.  Ümumi  ehtiyatlara  yaddaş  qurğuları,  periferiya  qurğuları,  ortaq  proqram  təminatı  və  s., 

şəbəkə  proqram  təminatına  isə   Windows  2000  for  Server,  Windows  NT  Server,  Netware, 

Windows for Workgroup və s. aiddir.  

Əməliyyat sisteminin tərkibinə bir sıra işləri yerinə yetirən xidməti proqramlar daxildir. 

Bu proqramlar kompüterdən istifadəni və onun texniki xarakteristikalarını xeyli yaxşılaşdırır. Bu 

proqramlar  kompüterin  aparat  hissəsinin  işinə  nəzarət  edir,  nasazlıqları  aşkarlamağa,  onların 

harada  baş  verdiyini  müəyyənləşdirir,  əməliyyat  sisteminin  nüvəsinə  müraciət  etməyə, 

proqramların  xarici  yaddaş  qurğularından  (disklərdən  və  viçesterdən)  əməli  yaddaşa 

yüklənməsinə,  iş  zamanı  səhvləri  düzəltməyə,  proqram  modulları  arasında  əlaqə  yaratmağa, 

disklərin  formatlaşdirilmasına  və  sair  işlərin  həyata  keçirilməsinə  imkan  verir. 

Xidməti proqramlara aşağıdakılar aiddir: 

 



interfeys proqramları; 

 



fayl, kataloq və qovluqlarla işləmə proqramları; 

 



antiviruslar; 

 



arxivləşdirmə proqramları; 

 



proqram örtükləri; 

 



qurğuların iş qabiliyyətini yoxlayan proqramlar

 



qurğuların işini idarə edən proqramlar-drayverlər; 

 



köməkçi proqramlar. 

Xidməti proqramlar kompüterin istismarı zamanı aşağıdakı köməkçi funksiyaları yerinə yetir: 

o

 

kompüteri  diaqnostika  edərək  nasazlıqları  aşkar  edir  və  imkan  daxilində  onları  aradan 



qaldırır; 

o

 



arxivləşdirmə  proqramları  faylları  sıxaraq  həcmlərini  kiçildir  (ARJ,  ZİP,  WINZIP? 

WINRAR); 

o

 

antivirus  proqramlar  kompüterin  viruslrla  yoxlanmasının  qarşısını  alır  və  əmələ  gələn 



virusları arada götürür (NOD32, Ативирус Касперского və s.). 

Sistem  proqramları

Proqram  təminatının əsas  hissələrindən  olan  sistem  proqramları 



kompüteri idarə etmək üçündür. Sistem proqramlarına daxildir: 

1.

 



Əməliyyatlar sistemləri 

2.

 



Örtük proqramları 

3.

 



Arxiv proqramları 

4.

 



Antivirus proqramları 

5.

 



Drayverlər(xarici qurğuları birləşdirən) 

6.

 



Utilitlər və s. 

Əməliyyat  sistemi kompüteri  idarə  edən,  kompüterin  qurğularını  bir-birinə  bağlayan, 

kompüterlə  istifadəçi  arasında  əlaqə  yaradan  proqramlar  toplusudur.  Misal  üçün:  MS-DOS, 

Windows 95/98/NT/XP/2000/2003, Linux, Unix və s. 

Örtük  proqramları Əməliyyat  sisteminin  əmrlərindən  rahat  istifadə  etmək  üçün 

yaradılan  proqramlardır: Misal üçün: NC,Windows 3.1, Widows özü həm əməliyyat sistemidir 

həm də örtük proqramı. 

Arxivator proqramları  diskdəki  faylların  cəmləşdirilməsi,  sıxılması  və  qorunması 

məqsədi ilə onları xüsusi arxiv qovluqlarına yığa bilən və lazım olduqda həmin qovluqları idarə 

edən utilit proqramlardır. Onların genişlənməsi .zip, arj, rar. 

Antivirus proqramları kompüterdəki virusları təsbit edə bilən, passivləşdirən və silə bilən, 

eyni  zamanda  virusların  kompüterə  daxil  olmasının  qarşısını  alan  xüsusi  təyinatlı  utilit 

proqramlardır. Misal üçün: Norton Antivirus, Kaspersky AYP və s. 

Kompüter  virusu  özü  kiçik  həcmli  ziyanverici  proqram  məhsuludur.  Virus  proqramları 

Antivirus proqramlarından bir addım qabaqda gedir. 

Utilitlər latınca  utilitas  “fayda”  sözündən  götürülmüş  və  ikinci  dərəcəli  sistem 

proqramlarını  təşkil  edən  proqramlardır.  Utilitlər  əsas  olaraq  əməliyyat  sisteminin  əlavə 

imkanlarını  həyata  keçirir  və  ya  özünə  məxsus  funksiyaları  həyata  keçirir.  Utilitlər  aşağıdakı 

qruplara bölünür: 

1.

 

Kontrol, test və diaqnostika proqramları. 



2.

 

Drayver proqramları 



3.

 

Arxivator proqramları 



4.

 

Antivirus proqramları 



5.

 

CD və ya DVD yazıcı proqramları 



İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri):  

İnstrumental  proqramlar  və  ya  proqramlaşdırma  sistemləri yeni  proqram  vasitələri 

(sistem və tətbiqi) yaratmaq üçün istifadə edilir. Proqramlaşdırma sistemləri maşın dilində deyil, 

istifadəçi  üçün  daha  asan  olan  proqramlaşdırma  dillərində  işləməyi  təmin  edir. 

Maşın dili çoxsaylı əmrlər ardıcıllığından ibarət kompüterin birbaşa başa düşə biləcəyi kodlarla 

işləyir. Lakin çoxsaylı istifadəçilər üçün bu dildə işləmək əlverişli deyildir. Ona görə də təbii dilə 

yaxın  olan  simvolik  dillərdən  istifadə  olunur.  Bu  cür  dillərə  proqramlaşdırma  dilləri  deyilir. 

Proqramlaşdırma dilində yazılan proqramlar maşın dillərinə çevrilərək yerinə yetirilir. 

Alqoritmik  dillər  yüksək  səviyyəli  dillər  hesab  edilir.  Belə  dillərdə  tərtib  olunan 

proqramlar  istənilən  kompüterdə  işləyir  və  onlarla  işləmək  əlverişli  və  asandır.  Çatışmayan 

cəhətləri  kompüterin  texniki  xarakteristikalarının  nəzərə  alınmasının  mümkün  olmaması  və 

icrasına daha çox vaxtın sərf edilməsidir. 

Alqoritmik dillər aşağıdakı qruplara ayrılırlar

 



məntiqi məsələlərin həlli üçün

 



elmi-texniki və iqtisadi məsələlərin proqramlaşdırılması üçün; 

 



texnoloji proseslərin idarə olunması və modelləşdirilməsi məsələlərinin proqram-

laşdırılması üçün. 

Proqramlaşdırma dilində yazılan proqram yerinə yetirilmədən əvvəl  translyator adlanan 

proqramlar kompleksinin köməyi ilə maşın dilinə çevrilirlər. 



Translyatorlar  iki  üsulla təşkil  oluna  bilərlər:  interpretasiya  və  kompilyasiya  yolu  ilə. 

Məhz  buna  görə  də  translyatoru  uyğun  olaraq  interpretator  və  ya  kompilyator  adlandırırlar. 



İnterpretator proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə yaddaşa yükləyir. Bu 

səbəbdən də proqramın işləmə vaxtı uzanır. 



Kompilyator bütün  proqramı  maşın  koduna  çevirərək  səhvlər  haqqında  məlumatları 

vaxtında istifadəçiyə çatdırır. Burada operatorların təhlili və maşın koduna çevrilməsi bir dəfəlik 

aparılır. Buna görə də kompüterin işləmə sürəti artır və proqramın icrası prosesdən asılı olmur. 

Nəticədə  proqramın  əməli  yaddaşa  yüklənməsinə  ehtiyac  duyulmur  və  əməli  addaşdan  digər 

məqsədlər üçün istifadə edilməsinə şərait yaranır. 

Tətbiqi proqramlar və onların təsnifatı 

İnsan  fəaliyyətinin  müxtəlif  sahələrinə  aid  məsələləri  həll  etmək  üçün  nəzərdə  tutulan 

proqram təminatına tətbiqi proqramlar deyilir. Tətbiqi proqramlar iki hissədən ibarətdir: 

 



tətbiqi proqramlar paketi (TPP); 

 



standart proqramlar kitabxanası. 

Tətbiqi  proqramlar  paketimüəyyən  sinif  məsələləri  həll  etmək  üçün  nəzərdə  nəzərdə 

tutulmuş  elə  proqramlar  kompleksidir  ki,  kompleksin  komponent-

lərindən  biri  idarəedici  rolunu  oynayaraq,  istifadə  edilən  bütün 

proqramların bir-biri ilə əlaqəsini təşkil etmiş olur. Hər hansı sahədə 

tətbiq  olunan,  rahat  interfeysə  malik  olan,  dialoq  rejimində  işləyən 

hazır proqram məhsuludur.  



Standart  proqramlar  kitabxanası isə   riyazi  funksiyaların 

hesablanması,  standart  məsələlərin  həllini,  verilənlərin  emalını  və 

sairə  bu  kimi  işləri  yerinə  yetirən  proqramlardır.  Bu  proqramlar 

əvvəlcədən hazırlanaraq istifadə üçün kompüterin yaddaşına yazılır. 

Hal-hazırda  ən  çox  istifadə  edilən  tətbiqi  proqramlar 

aşağıdakılardır: 

 

kompüterdə 



mətnlərin 

hazırlanması-mətn 

redaktorları 

(WordPad, Microsoft Word); 

 

cədvəl  verilənlərinin  emalı-cədvəl  prosessorları  (Lotus  1-2-3, 



Microsoft Excel); 

 



nəşriyyat sənədlərinin hazırlanması-nəşriyyat sistemi (PageMarker? QuarkXpress); 

 



informasiya  massivlərinin  emalı-verilənlər  bazasının  idarə  edilməsi  sistemləri  (Microsoft 

Access); 

 

təqdimatların (prezentasiyaların) hazırlanması (Microsoft Power Point); 



 

iqtisadi əhəmiyyətli proqramların hazırlanması (Фиэксперт, Бухгалтерия 1С); 



 

videofilmlərin, şəkillərin yaradılması üçün proqramlar-qrafik sistemlər (Presto! Mr. Photo); 



 

verilənlərin statistik təhlili proqramları (SPSS, Statistika); 



 

kompüter oyunları, öyrədici proqramlar, tərcümə proqramları və s. (Polyqlot, PROMT). 



Tətbiqi proqramlar paketi hər hansı məsələ və  ya məsələlər sinfi, həmçinin istifadəçilər 

üçün nəzərdə tutulan proqram vasitələrinin toplusu və ya kompleksidir.  



Tətbiqi proqramlar paketi aşağıdakı əlamətlərə görə təsnif olunurlar: 

 



tətbiq sahəsi və həll olunan məsələlər sinfinə görə; 

 



informasiyanın işlənməsi üsullarına görə; 

 



paketlərin reallaşmasın qaydasəna görə. 

Tətbiqi proqramlar paketi tətbiq sahələri üzrə aşağıdakı kimi təsnif olunurlar: 

 



əməliyyatlar sistemlərinin imkanlarını genişləndirən tətbiqi proqramlar paketi

 



ümumi təyinatlı tətbiqi proqramlar paketi; 

 



mühəndis, iqtisadi və sairə məsələlərin həlli üçün istifadə olunan tətbiqi proqramlar paketi. 

İnformasiyanın işlənməsi üzrə tətbiqi proqramlar paketi üç qrupa bölünürlər: 

 



üsulyönlü proqramlar paketi; 

 

problemyönlü və ya problemlə bağlı  proqramlar paketi; 



 

texnologiyayönlü proqramlar paketi. 



Üsulyönlü tətbiqi  proqramlar  paketi  hər  hansı  üsulla  (məsələn,  simpleks  üsulla  xətti 

proqramlaşdırma məsələlərinin həlli) məsələlərin həlli üçün istifadə edilir. 



Problemyönlü tətbiqi proqramlar paketihər hansı problemlə bağlı (uçot, təhlil, audit və s.) 

məsələlərin həlli üçün istifadə edilir.  



Texnologiyayönümlü tətbiqi  proqramlar  paketi  informasiyaların  işlənməsi  texnologiyası 

və məlumatların icrası üçün nəzərdə tutulur. Tətbiqi proqramlar paketlərini əməliyyatyönümlü və 

problemyönümlü paketlər kimi də fərqləndirmək mümkündür.  

Əməliyyatyönümlü paketlər də  öz növbəsində iki yerə bölünür: 

 



məlumatların işlənməsini təmin edən paketlər

 



məlumatların məntiqi-riyazi işlənməsini təmin edən paketlər. 

Tətbiqi proqramlar ixtisaslaşmış və inteqrasiya olunmuş proqram paketlərinə bölünürlər. 



İxtisaslaşmış  tətbiqi  proqramlar  paketi ayrıca  sahə  və  ya  ayrıca  götürülmüş  məsələnin 

həlli  üçün  təyin  olunmuş  və  istifadə  edilən  proqram  paketidir. İnteqrasiya  olunmuş  proqram 



paketləri ümumi  təyinatlı  tətbiqi  proqramlar  paketi  funksiyalarına  görə  fərqləndirən,  müxtəlif 

proqram paketlərini özündə birləşdirən tətbiqi proqramlar paketidir. Müasir inteqrasiya olunmuş 

tətbiqi  proqramlar  paketi  tərkibinə  mətn  redaktorları,  elektron  cədvəllər,  qrafiki  redaktorlar, 

informasiya bazalarını idarəetmə sistemləri və kommunikasiya sistemləri daxildir. Buraya digər 

komponentləri  əlavə  etmək  də  olar.  Müxtəlif  komponentlərin  inteqrasiya  edilməsi  istifadəçi 

imkanlarını genişləndirir.  

Fərdi kompüterin proqram təminatı aşağıdakı sxemdə göstərilmişdir: 

 

 



 

 

 

 

Mövzu 2. ƏMƏLIYYAT   SISTEMLƏRI 

Plan: 

1.

 

Əməliyyat sistemlərinin inkişaf tarixi.  

2.

 

Əməliyyat sistemlərinin təsnifatı.  

3.

 

Əməliyyat sistemlərinə olan tələbatlar 

Sistem proqram təminatı  (SPT) kompüterdə informasiyanın emalı  prosesinin təşkili ilə 

yanaşı, tətbiqi proqramlar üçün normal mühiti təmin edir.  SPT kompüterin aparat vasitələri ilə 

sıx əlaqədə olduğundan, bəzən onu kompüterin bir hissəsi də hesab edirlər.  Əməliyyat sistemləri 

SPT-nın  əsas tərkib hissəsidir.  

Əməliyyat  sistemi (ƏS)  kompüter  resurslarını  idarə  edən,  tətbiqi  proqramların  işə 

salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi 

ilə kompüter arasındakı dialoqu təmin edən proqram vasitələrinin məcmusudur. Resurs dedikdə 

kompüterin  istənilən  komponenti-  mərkəzi  prosessor,  əməli  və  ya  xarici  yaddaş,  xarici  qurğu, 

proqram və s. başa düşülür.  

Əməliyyat sistemləri informasiya emalının idarə olunmasını və aparat vasitələri ilə istifa-

dəçinin  qarşılıqlı  əlaqəsini  təmin  edir.  ƏS-nin  əsas  funksiyalarından  biri  informasiyanın 

daxiletmə-xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi 

proqramın idarə edilməsidir.  ƏS  lazım olan proqramı kompüterin  yaddaşına  yükləyir və onun 

yerinə yetirlməsinə nəzarət edir.  

Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür: 

- birməsələli (biristifadəçili); 

- çoxməsələli (çoxistifadəçili); 

- şəbəkə.  



Birməsələli  ƏS  -  müəyyən  bir  anda  konkret  bir  məsələ  ilə  bir  istifadəçinin  işi  üçün 

nəzərdə  tutulmuşdur.    Bu  tip  ƏS-nin  nümayəndəsi  Microsoft  firması  tərəfindən  yaradılan  MS 

DOS-dur.  

Çoxməsələli  ƏS   kompüterdən,  multiproqram  rejimdə  vaxt  bölgüsü  ilə  kollektiv 

istifadəni təmin edir.  Bu tip ƏS-nə UNIX, OS/2, Windows 7 və s.  misal göstərmək olar.  


  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə