Ekranın diaqonalının ölçüsü dyümlə ölçülür. Əvvəllər ev kompyuterlərində 14 dyümlü monitorlardan istifadə edilirdi. Sonra onları 15 dyümlü və 17 dyümlü monitorlar əvəz etdi. 19 dyümlü və daha böyük diaqonallı monitorlardan istifadə edənlər də az deyildir.
Ekranın mütənasibliyi.EŞB monitorlarında tərəflərin nisbəti (enin uzuna nisbəti) həmişə 4:3 olduğu halda, MK monitorlarda bu nisbət müxtəlif cür olur. MK monitorlarda əksər hallarda bu nisbət 16:9 olur. Bu da, belə bir enli ekranlı formatda DVD filmlərinə rahat baxmağa imkan verir. Standart proqramlarla işlədikdə isə ekran nisbətinin heç bir təsiri yoxdur.