FƏSİL 12. Orta-gəlirli ölkələrin perspektivləri 12. 1 Orta-gəlirli ölkələrdə insan inkişafı çağırışları



Yüklə 368.38 Kb.
PDF просмотр
səhifə1/5
tarix23.12.2016
ölçüsü368.38 Kb.
  1   2   3   4   5

346

FƏSİL 12.

Orta-gəlirli ölkələrin perspektivləri

 

12.1 



Orta-gəlirli ölkələrdə insan inkişafı çağırışları

Dünya  Bankının  təsnifatına  əsasən,  orta-gəlirli  ölkələr  adambaşına  düşən 

ümumi  milli  məhsulun  1.026  ABŞ  dollarından  12.475  ABŞ  dollarına  qədər 

təşkil etdiyi ölkələrdir. Orta-gəlirli ölkələr növbəti qruplara bölünür: aşağı orta-

gəlirli ölkələr (1.026 dollardan 4.035 dollara qədər) və yuxarı orta-gəlirli ölkələr 

(4.036 dollardan 12.475 dollara qədər)

1

. Bu qrupa aid olan ölkələr öz miqyasları, 



inkişaf səviyyəsi və beynəlxalq kapital bazarlarına çıxış imkanları baxımından 

fərqlənir.



Cədvəl 1. Gəlir səviyyəsinə görə ölkələrin təsnifatı

Orta-gəlirli ölkələr həm əhalinin artım tempi, həm də insan inkişafının bəzi 

əsas göstəriciləri baxımından nisbətən daha sürətlə inkişaf edən ölkələr qrupunu 

təşkil edir. Hal-hazırda dünya ölkələrinin yarıdan çox hissəsi ölkələrin bu kateqo-

riyasına aid edilir. Bu gün dünya əhalisinin 72%-i (təxminən 5 milyard nəfər)  belə 

ölkələrdə yaşayır

2

. Latın Amerikası və Qəraib hovuzu ölkələri qlobal (28%) və re-



gional kontekstdə (təqribən 90%) orta-gəlirli ölkələrin ən böyük payına malikdir.

Ölkələrin təsnifat Adambaşna düşən gəlirin səviyyəsi  

(adambaşna, ABŞ dollar ilə) 

Əhali 

Yüksək gəlirli 

> 12,476  

16%  


Yuxar orta-gəlirli 

6,000 - 12,476  

72% 

Aşağ orta-gəlirli 



1,026  - 4,035  

Aşağ gəlirli 



< 1,025  

12% 


Mənbə:  http://data.worldbank.org/about/country-classifications  

1

 Adambaşına düşən ÜMG aşağı gəlirli ölkələr üçün $1.025 ABŞ dolları və daha az, yüksək 



gəlirli ölkələr üçün isə $12.476 və daha yuxarıdır.

2

Dünya əhalisinin 1,1 milyardı (16%) yüksək gəlirli ölkələrdə, təxminən 800 milyonu isə 



(12%) ən yoxsul ölkələrdə yaşayır.

 

 



Mənbə:  WOC, WB, IMF  

Mənbə:  G20 and Global Development 



347

Son  onilliklər  ərzində  orta-gəlirli  ölkələr  ÜDM  üzrə  artım  tempinə  görə 

yüksək  və  aşağı  gəlirli  ölkələri  qabaqlayırlar.  2012-ci  il  üçün  Qlobal  İqtisadi 

İcmalın (“Global Economic Outlook 2012”) proqnozlarına əsasən, bu tendensi-

ya çox ehtimal ki, bundan sonra da davam edəcək. Bu ölkələrin əksəriyyətində, 

ələlxüsus da Şərqi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatlarında artımın əsas 

drayverləri  (aparıcı  amilləri)  ticarətin  liberallaşdırılması  və  ixracatın  inkişafı 

olmuşdur. Bu isə dünya iqtisadiyyatında bu qrup ölkələrin mövqeyini daha da 

gücləndirmişdir. Əgər 90-cı illərdə orta-gəlirli ölkələrin payına dünya ÜDM-nin 

19%-i düşürdüsə, 2009-cu ildə bu pay 25%-ə qədər yüksəlmişdi. Dünya ixraca-

tında onların payı 1970-ci ildəki 12%-dən 1990-cı ildə 20%-dək və 2009-cu ildə 

26%-dək artmişdır. Bundan başqa, 1990-1998-ci illərdə orta-gəlirli ölkələrin pa-

yına inkişaf edən ölkələrə şəxsi kapitalın xalis axınının ən böyük hissəsi düşür 

(96%). Böhrandan sonrakı dövrdə dünya iqtisadiyyatının bərpasının təxminən 

yarısı məhz orta-gəlirli ölkələrin payına düşür.

Ümumiyyətlə  dayanıqlı  artım  bir  çox  orta-gəlirli  ölkələrdə  yoxsulluq 

səviyyəsinin azaldılması, həmçinin təhsil və səhiyyə sahələrində Minilliyin İn-

kişaf Məqsədləri (MİM) istiqamətində əhəmiyyətli irəliləyişin təmin edilməsi 

üçün ən mühüm amil olmuşdur. Bununla belə, bu gün 110 ölkənin daxil olduğu 

bu qrup əhali, ərazi, siyasi quruluş, MİM nəticələri və insan inkişafının səviyyəsi 

baxımından kifayət qədər rəngarəngdir. 2008-ci ildə BMT-nin Baş Assambleyası 

orta-gəlirli ölkələrin BMT-nin mandatındakı mərkəzi mövqeyinin, onların ehti-

yacl və çağırışlarının təsdiq edildiyi qətnaməni təsdiqləmişdir .

Dünya ÜDM və ixracat üzrə orta-gəlirli ölkələrin 

pay (%) 

İnkişaf edən ölkələrə sərmayə axnnda orta-

gəlirli ölkələrin pay (%) 

 

 



Mənbə:  World Development Indicators, Peter Fallon, Vivian Hon, Zia Qureshi, and Dilip Ratha. Middle Income 

Countries: Development Challenges and Growing Global Role, August 2001, World Bank Group 

3

 Mənbə: “Middle-income countries: The role and presence of the United Nations for the 



achievement of the internationally agreed development goals.” Background paper prepared 

jointly by UNDP, UNFPA (coordinator), UNOPS, UNICEF, UN-Women and WFP. January 

2012 New York


348

Ümumən,  orta-gəlirli  ölkələrin  yüksək  səviyyəli  inkişaf  göstəricilərinə 

nail olmasına baxmayaraq, bu gün bir sıra çağırışlar hələ də qalmaqdadır. He-

sablamalara görə, ölkələrin bu qrupunda dünyanın yoxsul əhalisinin təxminən 

70%-i yaşayır

4

. Baxmayaraq ki, bu ölkələr üzrə orta göstəricilər kifayət  qədər 



yüksəkdir, əldə olunmuş tərəqqi bərabər paylanılmamışdır.

Natamam  islahatlar  proqramı.  Bir  çox  orta-gəlirli  ölkələrdə  islahatlar 

prosesi hələ başa çatmayıb. Hətta nisbətən daha sürətlə genişlənən iqtisadiyyat-

larda ümumi rifah artımı və orta sinifin genişlənməsi çox zaman ölkənin daha az 

inkişaf etmiş regionlarında ana və uşaq ölümü üzrə faiz göstəricilərinin yüksək 

səviyyəsi, doyunca qidalanmama və səhiyyə xidmətlərinə kifayət qədər çıxışın 

olmaması ilə müşayiət olunur. Beləliklə, məsələ yalnız iqtisadi artımın təmin 

edilməsində və gəlir səviyyəsinin qorunub saxlanılmasında deyil. Əsas çağırış 

ondan ibarətdir ki, iqtisadi artımdan nə qədər insanın faydalanması və orta gəlir 

səviyyəsinin arxasında nəyin dayandığı müəyyən edilsin. Başqa sözlə desək, is-

lahatların gündəliyində səsləndirilməsi zəruri olan əsas məsələ -- ölkənin öz in-

kişaf problemlərinin öhdəsindən necə gəldiyi deyil, insanların bu problemlərin 

öhdəsindən necə gəlməsidir.

Bərabər və dayanıqlı artımın təmin edilməsi Minilliyin İnkişaf Məqsədlərinə 

nail  olunmasımda  ləngimələrin  daha  tez-tez  müşahidə  olunduğu  orta  gəlir 

səviyyəsindən aşağı gəlirli ölkələrdə xüsusilə aktualdır. Bu ölkələr xarici şokla-

ra daha çox məruz qalır ki, bu da əhalinin əksər hissəsinin yenidən yoxsulluğa 

düşməsinə səbəb ola bilər.

Haşiyə 1

BMT-də aparılan geniş müzakirələrə baxmayaraq, orta-gəlirli ölkələrin 

iştirakına dair Birləşmiş Millətlərin hərtərəfli strategiyasını konkret olaraq 

müəyyən edən heç bir siyasi çərçivə sənədi hələ ki, mövcud deyil. Baş As-

sambleyanın 66-cı iclasında Birləşmiş Millətlər Təşkilatının üzv-dövlətləri 

Baş  Katibin  2011-ci  il  üçün  hesabatında  əks  olunmuş  orta-gəlirli  ölkələr 

ilə əməkdaşlığın inkişaf etdirilməsi haqqında təklifləri nəzərə almış və bu 

ölkələrin dəstəklənməsini təsdiq edən qətnamə qəbul etmişdir. 2012-ci ilin 

yanvarında BMT-nin altı qurumunun İcraçı Şuralarının Birgə Yığıncağının 

orta-gəlirli ölkələr ilə Birləşmiş Millətlər arasında iş birliyi üçün razılaşdırıl-

mış çərçivə konsepsiyasının inkişaf etdirilməsi ilə bağlı müzakirələrə töhfə 

verəcəyi gözlənilirdi.



Bərabərsizlik.  Gəlirlərin  davamlı  olaraq  artmasına  baxmayaraq,  bir  çox 

orta-gəlirli  ölkələr  sosial  xidmətlərə,  təhsilə,  səhiyyəyə,  gəlirlərə  və  s.  çıxış 

4

 Mənbə: Andy Sumner. The New Bottom Billion: What If Most of the World’s Poor Live in 



Middle-Income Countries, Center for Global Development.

349

daxil  olmaqla  bərabərsizliyin  artmasına  məruz  qalırlar.  Bu  isə  bir  qayda  ola-

raq,  əhalinin  zəif  təbəqələrinin  marqinallaşması  və  istisna  edilməsinə  gətirib 

çıxarır.  Dünyanın  ən  sıx  məskunlaşmış  iki  ölkəsi  orta-gəlirli  ölkələr  qrupuna 

daxildir. Dünyanın yoxsul əhalisinin 70%-dən çoxu təkcə bu 2 ölkənin payına 

düşür ki, bu da ölkələrin daxilində bərabərsizliyin mövcudluğundan xəbər ve-

rir. Qrup ölkələrindən bir çoxu daxili disproporsiyalar (qeyri-bərabər inkişaf), 

bərabərsizliklər və bəzi hallarda isə geniş yayılmış ayrı-seçkilik problemləri ilə 

üzləşir. Uşaqlar arasında yoxsulluq, məktəbdən qalma (təhsildə geriləmə), artı-

mın ləngiməsi və uğursuz ailələrin başqa göstəriciləri orta-gəlirli ölkələr qru-

punda adətən daha yoxsul ölkələrin eyni göstəriciləri ilə müqayisə edilir.

Gəlirlərdə  bərabərsizlik  səviyyəsinin  ölçülməsi  üçün  istifadə  edilən  Cini 

(Gini) indeksi Asiya və Sakit Okean regionunun inkişaf edən ölkələrində 1990-

cı ildən sonrakı dövr ərzində orta hesabla 15%-ə qədər artmışdır. Həmin dövrdə 

26  ölkədən  16-da,  o  cümlədən  regionun  Çin,  Hindistan,  İndoneziya  və  Rusi-

ya  kimi  aparıcı  iqtisadiyyatlarında  gəlirlərdə  bərabərsizlik  əmsalının  artımı 

müşahidə olunmuşdur. Yüksək bərabərsizlik səviyyəsi bu ölkələrdə sosial inki-

şafın məhdudlaşdırılmasının səbəbi oldu. Bərabərsizlikləri nəzərə alaraq düzəliş 

edilərək, səhiyyə və təhsil sahəsində əldə edilmiş nailiyyətlər 10%-dən 30%-ə 

qədər itkiləri təmin edərək, regionun bir çox ölkələrində əhəmiyyətli dərəcədə 

aşağı oldu

5

.



Ölkələrdə bərabərsizlik problemi UNİCEF və BMTİP (Beynəlxalq Millətlər 

Təşkilatının İnkişaf Proqramı), Ümumdünya İqtisadi Forum (2011) və Beynəlxalq 

Valyuta Fondu (2011) kimi beynəlxalq təşkilatların siyasi gündəminə daxil edil-

mişdir.


5

 Mənbə: “Economic and social survey of Asia and the Pacific”, UNESCAP, 2012.



350

Yoxsulluq.  Orta-gəlirli  ölkələrdə  müxtəlif  təzahürlərlə  yoxsulluğun 

səviyyəsi hələ də yüksəkdir. Əgər 1990-cı ildə bütün dünyada yoxsul insanların 

93%-i aşağı gəlirli ölkələrdə yaşayırdısa, hal-hazırda 70%-dən çoxu, yəni dün-

yanın şərti olaraq “yeni milyard” adlanan bir milyardadək ən yoxsul insanı orta-

gəlirli ölkələrdə yaşayır.

6

 Qrupun bəzi ölkələri əvvəlki kimi artan yoxsulluqla 



üzləşirlər, halbuki başqa ölkələrdə bu problem yoxsulluğun yalnız geridə qalmış 

regionlarda cəmləşməsindən ibarətdir. Yoxsulların ən böyük hissəsi adambaşına 

düşən göstəricilərə görə orta hesabla varlı olmuş və nəticədə orta-gəlirli kateqo-

riyasına aid edilmiş ölkələrdə yaşayır.



Cədvəl 2. Dünyada yoxsulluğun qlobal paylanması 

(dünyanın 5 yoxsulu, US$1.25), 1990 və 2007-ci illərdə

Bu  ölkələrdə  yoxsulluğun  azaldılması  qlobal  sabitliyin  təmin  edilməsinə 

əhəmiyyətli  dərəcədə  imkan  yaradacaq.  Bundan  başqa,  yoxsulluğun  azaldıl-

ması qlobal bazarlarda tələbatın genişləndirilməsi üçün onların potensialından 

istifadə etməyə imkan verəcəkdir.

6

 Andy Sumner. Poverty in Middle-Income Countries. IDS, Brighton November 2011, http://



www.bellagioinitiative.org/wp-content/uploads/2011/10/Bellagio_Sumner.pdf

Ölkələr 

1990 2007 

Şərqi Asiya və Sakit Okean ölkələri  49.0 16.6 

Çin üzrə dünya yoxsulluğunun % göstəricisi 

kimi 


38.9 9.6 

Şərqi Avropa və Mərkəzi Asiya  

1.3 

1.7 


Latn Amerikas və Qəraib hovuzu ölkələri  

2.4 


2.3 

Orta Şərq və Şimali Afrika  

0.5 

0.9 


Cənubi Asiya 

33.6 


47.5 

Hindistan üzrə dünya yoxsulluğunun % 

göstəricisi kimi 

25.1 38.0 

Tropik Afrika ölkələri 

13.3 31.1 

Cəmi 

100.1 100.1 



Aşağ gəlirli ölkələr  

93.1 


29.1 

Orta-gəlirli ölkələr 

6.9 70.9 

Cəmi 


100 100 

Mənbə: Andy Sumner. Poverty in Middle-Income Countries. IDS, Brighton November 2011, 

 estimates based on PovCal (World Bank, 2011b, adjusted base year) 

351

Cədvəl 3. Aşağı və orta gəlirli ölkələrdə insan inkişafı göstəriciləri

İfrat yoxsulluq və aclığın aradan qaldırılması, eləcə də ekoloji daya-

nıqlığın əldə olunması və inkişaf üçün qlobal əməkdaşlığın təmin olunması 

(müvafiq olaraq 1, 7 və 8-ci MİM-lər) orta-gəlirli ölkələrdə əvvəlki kimi 

prioritet məsələ olaraq qalmaqdadır.

Təhsil. Ən kasıb ölkələr istisna olmaqla, Hindistan və Pakistan kimi 

bir  çox  orta-gəlirli  ölkələr  ibtidai  və  orta  təhsilin  əhatəsi  üzrə  kifayət 

qədər yüksək göstəricilər əldə etmişlər. Bununla yanaşı, savadsızlıq prob-

lemi  –  xüsusən  də  qadınlar  arasında  –  qalmaqda  davam  edir.  Məktəb  və 

şagirdlərin sayının çox olması avtomatik olaraq yüksək keyfiyyətli təhsilin 

göstəricisi  sayılmır.  Məsələn,  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı 

(İƏİT) çərçivəsində tələbələrin təhsil sahəsində əldə etdiyi nailiyyətlərin 

beynəlxalq  qiymətləndirilməsi  (“PISA”)  kimi  proqramlara  əsasən  La-

tın  Amerikasının  bir  çox  ölkələrində  təhsil  səviyyəsinin  ölçülməsi  mü-

vafiq ÜDM səviyyəsinə malik olan ölkələr üçün gözlənəndən daha aşağı 

səviyyəli nəticələr üzə çıxarmışdır.

Təhsil sahəsində əsas problemlər orta məktəbə aiddir. Bir çox ölkələrdə 

geniş  baza  təhsili  kifayət  qədər  geniş  vüsət  almasına,  həmçinin  ali 

təhsilin keyfiyyətinin münasib səviyyəsinin əldə edilməsinə baxmayaraq, 

orta  və  orta-ixtisas  təhsilinin  keyfiyyəti  hələ  də  aşağıdır.  Bunu  isə  orta 

təhsilin keyfiyyət göstəriciləri və məktəblərdən seçim əmsalı təsdiqləyir. 

Ümumən, əgər orta-gəlirli ölkələrdə təhsil islahatları haqqında danışırıq-

sa, deməli ilk növbədə əsas diqqət məktəblilərin koqnitiv qabiliyyətlərinin 

möhkəmləndirilməsinə, analitik düşüncənin və mürəkkəb kommunikasiya-

ların inkişafına yönəlməlidir.



Göstərici 

Dövr  

Aşağ 

gəlirli 

ölkələr 

Aşağ orta 

gəlirli ölkələr 

Yüksək orta 

gəlirli ölkələr 

Adambaşna düşən ümumi milli gəlir  

(Atlas, valyuta ABŞ $) 

2009 


494.5 2276.3 

7480.3 


Adambaşna düşən ümumi milli gəlir 

(alclq qabiliyyəti pariteti, cari 

beynəlxalq valyuta ABŞ $) 

2009 


1156.5 4703.6 

12494.9 


İnsan inkişaf indeksi (HDI

2010 


0.39 0.58 

0.71 


İnsan inkişafnn qeyri-gəlir üzrə indeksi   2010 

0.46 


0.62 

0.74 


Yoxsulluğun adambaşna düşən səviyyəsi 

(%  əhali, 1.25 ABŞ dollar) (baza ili, 

düzəlişsiz) 

2000-2007  52.4 27.1 

5.2 

Mənbə: World Bank, Human development report 2011 


352

Səhiyyə.  Orta-gəlirli  ölkələrdə  səhiyyə  sisteminin  xidmətləri  həm  dövlət, 

həm də özəl xidmətlər sistemi tərəfindən təqdim olunur. Orta hesabla bu ölkələrdə 

səhiyyə xərcləri ÜDM-in 6%-ni təşkil edir. Şərqi Avropanın bəzi dövlətləri is-

tisna olmaqla, ölkələrin əksəriyyətində tibbi xidmətlərin nağd pulla ödənilməsi 

payı  (“out-of-pocket”)  yüksəkdir  və  bu  göstərici  ümumi  səhiyyə  xərclərinin 

ortadan səviyyədən az gəlirli ölkələrdə 50%-ni, orta səviyyədən yuxarı gəlirli 

ölkələrdə isə 35%-ni təşkil edir. 

Səhiyyə xidmətlərinin ödəniş formaları regionun coğrafi yerləşməsindən və 

mədəni mənsubiyyətindən asılı olaraq dəyişir. Müxtəlif yanaşmaların tətbiqi ilə 

səhiyyə sistemlərinin çoxsaylı islahatları indi də sınaqdan keçirilməkdədir. Eyni 

zamanda, maliyyələşmə sistemlərinin xüsusiyyətləri bir çox məqamlarda hər bir 

regionun və ölkənin tarixi şəraiti və institusional inkişaf mərhələsi ilə təyin edi-

lir.

Regional  fərqlərə  baxmayaraq  orta-gəlirli  ölkələr  səhiyyə  sisteminin 



maliyyələşməsi üzrə oxşar prioritetlərə malikdir: ümumi əhatə dairəsi, maliyyə 

müdafiəsi və effektivliyinin təminatı

7

. Səhiyyə sistemlərinin inkişaf prioritetlərini 



formalaşdıran əsas çağırışları bunlardır: demoqrafik və epidemioloji vəziyyət ilə 

əlaqədar xərclərin artması, yeni texnologiyaların meydana çıxması; həddən artıq 

nağd pul ödənişləri; səhiyyənin qeyri-effektiv maliyyələşmə sistemi, həmçinin 

bütövlükdə səhiyyə sisteminin qeyri-effektivliyi. Orta-gəlirli ölkələrdə QİÇS və 

vərəmin yayılması kimi təhlükələr də mövcuddur. Belə ki, bütün dünyada vərəm 

xəstəliyinin 47 faizi Hindistan və Çinin payına düşür.



Mənbə: W

World Developpment Indicattors, 2011. 

Financing health in middle-income countries http://siteresources.worldbank.org/INTHSD/



Resources/topics/Health-Financing/HFRChap8.pdf

353

Məşğulluq.  Orta-gəlirli  ölkələrdə  iş  yerləri  yaradılmadan  iqtisadi  artımın 

baş  verməsi  hələ  də  aktual  problemdir.  Bu  isə  onunla  əlaqəlidir  ki,  ölkələr 

ümumiyyətlə işə düzəlmə imkanlarını formal sektora genişləndirmək iqtidarında 

deyil. Bu, hər şeydən əvvəl, gənclər üçün böyük bir problemdir və onlar üçün işə 

düzələ bilməmək ehtimalı əhalinin yerdə qalan hissəsi ilə müqayisədə üç dəfə 

yüksəkdir. 2012-ci ildə Asiya və Sakit Okean ölkələrində gənclər arasında işsiz-

liyin proqnozlaşdırılan səviyyəsi 10.2% təşkil etmişdir. Bundan başqa, 2010-cu 

ildə regionda təxminən 1.1 milyard işçi həssas məşğulluq kateqoriyasında ol-

muşdur.

İşsizlik  problemi  dünya  əhalisinin  sayının  artması  ilə  get-gedə  daha  da 



ağırlaşır. Yəni hətta işsizlik səviyyəsini xarakterizə edən göstərici stabil qalsa 

da, əslində işsizlərin mütləq sayı artmaqdadır. Bundan əlavə, statistika işsizlik 

dərəcəsini əhalinin əmək fəaliyyətinə yararlı olan hissəsindən faiz kimi hesab-

layır və əhalinin qocalmasını nəzərə alaraq, get-gedə daha çox insan bu kate-

qoriyaya daxil olunmur. Bu isə o deməkdir ki, işləyən hər bir insanın öhdəsinə 

daha  çox  insan  düşür  və  bu  isə  öz  növbəsində  müvafiq  olaraq  əhalinin  gəlir 

səviyyəsini aşağı salır.

Adamba

beynəlx

aşna düşə

xalq aspekt 2

ən ümumi 

2000-2008-c

səhiyyə 

i illər  (PPP

xərcləri: 

 int. $). 

H

s

b

Hökumət  v

sektoruna 

beynəlxalq t

və özəl sek

xərclənən 

təcrübə, 200

ktorlar tərə

vəsaitlərin 

08. 

findən səhi

ümumi p

iyyə 

ay: 


354

Əmək  haqqının  artmasının  əmək  məhsuldarlığının  artması  ilə  müşayiət 

olunması vacib məsələdir. Bu, daxili istehlakın iqtisadi artımın aparıcı qüvvəsi 

kimi çıxış etməsinə və əmək məhsuldarlığının artmasını, əmək şəraitinin yax-

şılaşmasını, sosial bərabərsizliyin azaldılmasını təmin etməyə, həmçinin stabil 

və “inkluziv” inkişafın yaradılmasına imkan yaradacaq. Aqrar sektorda sahib-

karlığın və məşğulluğun, habelə ekoloji təmiz istehsalın artmasına yönəldilmiş 

dövlət tədbirləri lazımdır. Belə siyasət ölkələrə əmək məhsuldarlığının iqtisa-

di  artım  ilə  ayaqlaşmaq  iqtidarında  olmadığı  şəraitdə  “orta  gəlir  səviyyəsinin 

tələlərindən” qaçmağa kömək edə bilər. Orta-gəlirli ölkələrin böhrandan sonrakı 

dövrünün makroiqtisadi strukturu üçün birinci dərəcəli məsələ - iqtisadi artımın 

nəzərdə  tutulmuş  templərindən,  inflyasiya  səviyyəsindən  və  dövlətin  maliyyə 

resurslarının dayanıqlığından asılı olmayaraq, əmək fəaliyyətinə yararlı əhalinin 

tam məşğuliyyətlə təmin edilməsidir. Daha effektiv sosial müdafiə sistemi iqti-

sadi artımın yeni mənbələrinin axtarışı və yoxsul əhalinin gəlirlərinin sonrakı 

azalmasının qarşısının alınması üçün ölkələrin səylərini dəstəkləyə bilər. Böh-

ran bəzi ölkələri işsizlik üzrə sosial sığorta sxeminin genişləndirilməsi variantını 

nəzərdən keçirməyə vadar etmişdir.



Davamlı inkişaf. Orta-gəlirli ölkələrin iqtisadi fəallığı dünya meşələrinin 

vəziyyətinə,  biomüxtəliflliyə  və  istixana  qazlarının  ətraf  mühitə  atılmasına 

əhəmiyyətli təsir göstərir. Məsələn, 1996-cı ildə, təkcə karbon 4-oksid qazının 

qlobal  səviyyədə  atmosferə  atılmasının  20%-i  Çin  və  Hindistanın  payına  dü-

şürdü.  Ətraf  mühitin  mühafizəsi  üzrə  tədbirlərin  qlobal  marağı  təmsil  etdiyi-

ni nəzərə alaraq, orta və aşağı gəlirli ölkələr ekoloji sabitliyin saxlanılmasına 

və tullantıların minimuma endirilməsinə xərclənən maliyyə vəsaitlərinin kom-

pensasiya  ediləcəyini  gözləyir.  Bu  istiqamətdə  artıq  bəzi  irəliləyişlərin  əldə 

 

Mənbə: Beynəlxalq Kreditorlar Təşkilat (WOC), Dünya Bank, Beynəlxalq Valyuta Fondunun məlumatlarna əsasən 


355

edilməsinə baxmayaraq, orta inkişaf səviyyəsinə malik ölkələrdə innovasiyalı 

maliyyələşdirmə formalarının tətbiq edilməsi və ekoloji investisiyaların təşviq 

edilməsinə  ehtiyac  var.  Emissiya  sertifikatları  bazarının  inkişafı,  həmçinin 

“təmiz inkişaf” mexanizmi nəticə etibarı ilə orta inkişaf səviyyəsinə malik bəzi 

ölkələrə əhəmiyyətli resursların ötürülməsinə imkan yarada bilər

8

.

12.2. Resurslar ilə təminat: təbiətin lənəti, yoxsa xeyir-duası?  



Neft və qaz kimi faydalı qazıntıların yeni yataqlarının tapılması insanlarda 

bir qayda olaraq varlanma və iqtisadi artım haqqında optimist ümidlərə səbəb 

olur, lakin təcrübə onu göstərir ki, çox zaman belə sərvətlər balanslı və davamlı 

inkişaf üçün imkanlar deyil, problemlər yaradır.  Nə qədər paradoksal görünsə 

də, uzunmüddətli perspektivdə zəngin təbii resurslara malik olan ölkələrin artım 

göstəriciləri adətən adambaşına düşən gəlirlərin ilkin səviyyəsinə görə oxşar olan 

kasıb ölkələrə nisbətən daha pis vəziyyətdə olur. Bu mövzu ilə əlaqədar səngimək 

bilməyən mübahisələrə baxmayaraq, hal-hazırda iqtisadi artım problemləri haq-

qında ölkələrarası müqayisəli tədqiqatların nəticələrinə əsaslanan bir konsensus 

formalaşır:  zəngin  resurslara  malik  olan  ölkələr  kasıb  ölkələr  ilə  müqayisədə 

daha az müvəffəqiyyətlə inkişaf edirlər

9

.



Təbii resursların hər hansı ölkənin üstünlüyündən çox “lənəti” olması haq-

qında  fikirlər  hələ  XX  əsrin  80-ci  illərində  yaranmağa  başlamışdı.  “Resurs 

lənəti” termini ilk dəfə 1993-cü ildə ingilis iqtisadçısı Riçard Auti tərəfindən 

istifadə  edilmişdi

10

.  O  göstərmişdi  ki,  uzunmüddətli  dövr  ərzində  resursla-



rın bolluğu iqtisadi inkişafı stimullaşdırmaq əvəzinə onu ləngidə bilər

11

. “Neft 



embarqosu”nun müəyyən edilməsi və 1974-cü ildə neftin qiymətlərinin kəskin 

artmasından etibarən iki onillikdən artıq dövr ərzində xammal ixracatının ən bö-

yük payına malik olan ölkələrin müvafiq payı az olan ölkələr ilə müqayisədə 

daha  ləng  inkişaf  etdikləri  müəyyən  edildi.  Xüsusən,  Neft  İxracatı  Ölkələri 

Təşkilatına (OPEC) daxil olan ölkələrdə adambaşına düşən ÜDM göstəricisi il 

ərzində orta hesabla 1,3% aşağı düşürdü, halbuki digər inkişaf edən ölkələrdə 

eyni göstərici orta hesabla illik 2%-dən də çox artırdı.

Öz  tədqiqatlarında  C.  Saks  və  E.  Uorner  1971-1989-cu  illərin  statistik 

8

 Economic and social survey of Asia and the pacific: Pursuing shared prosperity in an era of 



turbulence and high commodity prices, UNESCAP, 2012.

Сергей Гуриев, Александр Плеханов, Константин Сонин. Экономический механизм 



сырьевой модели развития. Вопросы экономики, №3, 2010.

10

 Auty R. Resource Abundance and Economic Development. Oxford: OUP, 2001.



11

 Qeyd etmək vacibdir ki, “resurs lənəti” iqtisadiyyatın strukturunun iqtisadi artım templərinə 

mənfi təsiridir, iqtisadi inkişafın səviyyəsi deyil. O, iqtisadi artım templərinə mənfi təsirin 

səbəbi kimi təbii resursların mövcudluğuna deyil, milli iqtisadiyyatda onlara üstünlük 

verilməsinə işarə edir.


356

məlumatlarına əsasən bu tezisi təsdiq etmişlər: onlar müəyyən etdilər ki, bu dövr 

ərzində xammal ixracatının ən böyük payına malik olan ölkələr müvafiq payın 

az olduğu ölkələr ilə müqayisədə daha ləng inkişaf etmişlər

12

.  Bundan əlavə, 



korrelyasiya əlaqəsi kifayət qədər böyük idi: ixracda resursların payının  10 bənd 

azalması, il ərzində artım templərinin 1 bənd artmasına səbəb olur.


  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə