İnternet Phone. İnternet Phone xidmət növü səs vasitəsilə rabitəni təmin edir. Bu xidmət növü beynəlxalq telefon rabitəsinə görə rahat olduğundan beynəlxalq danışıq vasitəsi kimi son illər geniş istifadə olunmaqdadır.
İnternet-radio və İnternet televiziya. Bu xidmət növləri muvafiq olaraq İnternet vasitəsilə yayımlanan radio və televiziya verilişlərinə qulaq asmağa və baxmağa imkan verir. Məsələn, Azərbaycanın “İctimai” Teleradio şirkəti öz verilişlərini alternativ olaraq İnternet televiziya və radio vasitəsilə yayımını həyata keçirirlər. Qeyd edək ki, bu xidmət növü yüksək sürətli rabitə kanallarını tələb etdiyindən qeyd olunan xidmət növlərindən son illərə qədər bir qədər az istifadə edirdilər.
1 ENIAC kompyuteri 9 il – 1955-ci ilə qədər fəaliyyət göstərmişdir.
2 Bayt informasiyanın ölçü vahididir.
1 MESM (Малая Электронная Счетная Машина) 1950-ci ildə S.A. Lebedevin rəhbərliyi altında Ukrayna Elmlər Akademiyasının Elektrotexnika İnstitutunda hazırlanmışdır və SSRİ-də yaradılan ilk kompyuter hesab edilir.
2 Kbayt informasiyanın ölçü vahididir və 1024 bayta bərabərdir.
3 Bax: Alqoritmik dillər.
4 Bax: Proqram təminatı.
1 Bir sıra ingilis dilli ədəbiyyatlarda mikrosxem əvəzinə Chip işlədilir.
1Mərkəzi ayrıca otaqda yerləşir. Bu otaqda temperatur və rütubət normaları gözlənilir, elektromaqnit maneələrdən, tozdan və tüstüdən yüksək qorunma həyata keçirilir.
2 Terminal monitordan və klaviaturadan ibarətdir.
3 Məsələn, kriptoqrafik qurğular vasitəsilə.
4 Məsələn, RACF və ya VM:SECURE proqramları vasitəsilə.
5 Sistem proqramlaşdırıcıları hesablama sistemlərinin proqram-aparat interfeysini təmin edir. Onlar mainfreymlərin baza proqram təminatının işlənib hazırlanması, sazlanması və istismarı ilə məşğul olur.
6 Tətbiqi proqramlaşdırıcılar qrupu hesablama sistemlərinin istifadəçi interfeysini təmin edir. Onlar verilənlərlə konkret əməliyyatları yerinə yetirmək üçün proqramlar yaratmaqla məşğul olurlar.
7 Mühəndis–texniklər təminat qrupumainfreymlərə texniki xidmətlə, təmirlə və qurğuların sazlanması ilə, həmçinin başqa bölmələrin işləməsi üçün zəruri olan yeni qurğuların qoşulması ilə məşğul olur.
8 Operatorlar tətbiqi proqramlaşdırıcıların yaratdığı proqramların işləyəcəyi verilənlərin hazırlanması ilə məşğul olurlar.
1 Diskovod- maqnit diskli informasiya daşıyıcılarını oxuyan qurğudur.
2 Bax: Kompyuter şəbəkələri.
3 Sub Netbook kompyuterləri Notbooklardan nisbətən kiçik ölçüsünə və kütləsinə görə fərqlənir.
1 GPS-Global Mövqe Sistemidir.
2 Bütün infraqırmızı portlu məişət texnikası cib kompyuterilə idarə oluna bilir.
3 Kontroller, fleş yaddaş, printer haqda sonrakı paraqrafda məlumat veriləcək.
4 Əməliyyat sistemləri hər bir kompyuterin baza proqramıdır. Bax: Sistem proqramları.
1 Buna bəzən əsas plata (Mainboard) və ya sistem platası da deyirlər.
2Məsələn, xarici yaddaş qurğuları 5 və 12 volt, mərkəzi prosessor və bir sıra mikrosxemlər 1,0-1,5 volt gərginlik tələb edir.
1Operativ yaddaş. Kompyuter şəbəkəyə qoşulan zaman verilənləri müvəqqəti saxlamaq üçün istifadə olunan mikrosxem toplusudur.
2 SIMM tipli operativ yaddaş üçün 72 oyuqlu, DIMM tipli operativ yaddaş üçün 168 oyuqlu yuva istifadə olunur.
3 Takt tezliyini bəzən kompyuterin və mikroprosessorun sürəti də adlandırırlar.
1 Bit informasiyanın ən kiçik ölçü vahididir.
2 Yaddaş həddindən artıq cəld işlədiyinə görə operativ adını almışdır.
3 Məsələn, 256 mbayt tutumu olan operativ yaddaş 2,147,483,648 sayda mikrokondensatordan təşkil olunmuşdur.
1 Diskin adı “Vincester 30/30” markalı tüfəngin adından götürülüb. Belə ki, haqqında danışılacaq ilk maqnit disklərin də markası 30/30 idi.
1 256 rəng çaları yaratmaq mümkündür.
1 Səs dedikdə, insan qulağının 16 Hs-dən 25000 Hs-ə kimi hava titrəyişini qəbul etməsi başa düşülür. Səs müxtəlif tezliklərdə olub, amplitudası və fazası ilə səciyyələndirilir.
1 Bax: Kompyuter şəbəkələri.
1 A0 formatı 841 x 1189 mm ölcülərinə malikdir.
1Protokollar informasiyanın ötürülməsi qaydalarıdır. Şəbəkədəki kompyuterlər, serverlər bu qaydalar çərçivəsində hərəkət edərək informasiyanı ötürürlər.
2 Server-yüksək texniki göstəricilərə malik kompyuterdir.
3 Lokal şəbəkələrdə kompyuterlər arası məsafə adətən 1-2 km-dən çox olmur.
4 Şəbəkə ehtiyatları dedikdə informasiya ehtiyatı, proqram və əlavələr, periferiya qurğuları nəzərdə tutulur.