FəSİl kursun predmeti. Sosial sahəLƏr və onlarin iNKİŞafi amiLLƏRİ


§4. Sosial sferanın dinamikasını müəyyən edən amillər



Yüklə 101,5 Kb.
səhifə4/4
tarix18.01.2022
ölçüsü101,5 Kb.
#51380
1   2   3   4
Sosial mühazirə 1-45

§4. Sosial sferanın dinamikasını müəyyən edən amillər
Sosial sferanın inkişaf dinamikasının müəyyən­ləş­di­ril­mə­­­si zamanı əhali, cə­miy­yə­tin sosial strukturu, ailə və məi­şət, gə­lir və ailə büdcəsi, həyat səviyyəsi, sağlamlıq, qi­da məh­sul­larının istehlakı, təhsil və mədəniyyət, əmək şə­rai­ti və məş­ğulluq, sosial təminat, sosial iş və s. nəzərə alınır.

İqtisadi inkişafın baş verməsini təmin edən əsas amillər so­sial sferanın da dinamikasını müəyyən edirlər. Belə ki, hər iki sahənin inkişafı arasında qarşılıqlı asılılıq möv­cud­dur. Deməli, ümumi şəkildə sosial sferanın inkişaf di­na­mi­ka­sını müəyyən edən amillərdən biri elə iqtisadi artımın özü­dür.

İctimai əmək bölgüsünün gedişatında xidmət istehsalı üz­­rə ixtisaslaşan bölmələrin fəal surətdə ayrılması, tələbatın art­­ması qanununun təsiri ilə, istehsalın maddi və qeyri-mad­­di ele­ment­lə­ri­nin inteqrasiyasının güclənməsi ilə, iq­ti­sa­di ar­tı­mın xarakterindəki dəyişiklərlə - onun mənbələr kom­p­lek­sin­də elmi biliklərin, insan amilinin, qeyri-maddi sər­vətlərin ön plana çəkilməsi ilə baş verir. Bunu iqtisadi ar­tımın hu­ma­nist­ləşdirilməsi adlandırırlar.

İnkişaf etmiş ölkələrdə baş vermiş maddi istehsalın iri­miq­­yaslı struktur-texnoloji yenidənqurması sosial sferada xid­mətlərin inkişafı üçün güclü stimul olmuşdur. Milli xü­su­siy­yətlərdən asılı olaraq, müxtəlif ölkələrdə sosial-mə­dəni xid­mətlərin istehsalı özəl və dövlət sektorları arasında müx­tə­lif nisbətdə paylaşdırılır. Lakin son 20-30 ildə, əksər öl­kə­lər­də sosial sfera xidmətlərinin artımı özəl sektorda tə­mər­küz­­ləşir. Dövlət xərclərinin azaldılmasına dair neo­kon­ser­va­tiv proqramlara və iqtisadiyyatın özəlləş­di­ril­məsi təd­bir­lə­ri­nə müvafiq olaraq, dövlət sektorunda xidmət is­teh­salı həcm­ləri nisbətən azalır, yaxud da sabitləşir.

Kiçik biznesin rəqabətə davamlı olmasına, həm də bu­ra­da struktur dəyişiklərin dinamikliyi, keyfiyyət gös­tə­ri­ci­lə­ri­nə istinad edilməsi, istehlakçıların tələbatının tam ödə­nil­mə­­si­nə can atılması da kömək etmişdir. Kiçik sahibkarlıq, ona xas olan çevikliklə istehlakçı tələbatına daha dolğun və də­­qiq reaksiya vermək qabiliyyəti ilə, bu tələblərə tam şə­kil­də ca­vab verir. Bütün ölkələrdə kiçik sahibkarlığın sabit­li­yinin ən mühüm amilləri - onun, sosial sabitliyin əsas şərti he­sab edil­məsi və həmçinin, ona dövlət yardımı sisteminin möv­­cud­luğudur.

Sosial sferanın dinamizminin, funksional və struktur cə­hət­dən mü­rək­kəb­ləş­mə­si­nin ən mühüm amili - elmi-texniki tərəqqidir ki, bu sahənin əsas xarakteristikalarını və inkişaf etmiş ölkələrdə onun oynadığı rolu barədə ənənəvi tə­səv­vür­ləri əsaslı sürətdə dəyişdirmişdir. Elmi-texniki tərəqqi nisbi müstəqil bir hadisə olmaqla elmin elə bir inkişaf mərhələsində formalaşır ki, onun texnikaya tət­bi­qi üçün yeni keyfiyyətli xüsusi fəaliyyət sahəsinə ehtiyac yaranır. Məqsədi elmi biliklərin texni­ka­ya tətbiqindən ibarət olan elmi-texniki fəaliyyət dövrün tələba­tı­na çevrilir və bu funksiyanın icrası üçün müvafiq sosial formalar ya­ra­nır. Bu proses obyektiv qanunauyğun prosesdir və elmi-tex­ni­ki tərəqqinin sürətləndirilməsinə nail olmaq üçün bu qanunauy­ğun­luğu vaxtında aşkar etmək və onun optimal yolla həyata ke­çi­ril­məsinə şərait yaratmaq lazımdır. Elmi-texniki tərəqqinin nisbi müstəqil ha­disə kimi formalaşdığı bir dövrdə elm ilə istehsalat arasında va­si­təçi rol oynayan istehsal texnikasının prinsipcə yeni növlərinin ya­ranması elmin öz daxilində gedən proseslərlə də sıx surətdə bağlıdır. ETT yeni tex­no­lo­gi­ya­nın, yüksək keyfiyyət göstəricilərinə malik alət və ava­dan­lıq­­la­rın yaradılması ilə yanaşı, həm də istehsalın yeni me­tod­­lar­la aparılmasını da ifadə edir.



Elmi-texniki tərəqqi bütövlükdə bəşər sivilizasiyası miqyasında həyata keçən bir hadisədir. Onun nisbi müstəqil bir hadisə kimi meydana gəlməsini öz miqyasına və əhəmiyyətinə gö­rə, məsələn, elmin bir sosial sistem kimi meydana gəlməsi ilə mü­qa­­yisə etmək olar. Elmi inqilablar isə, məlum olduğu kimi, elmin da­xili inkişafında və ya hətta onun en kəsiklərindən birində baş ve­rən keyfiyyət dəyişiklikləri kimi başa düşülür. Buna müvafiq ola­raq, elmi-texniki inqilab da nisbətən məhdud miqyasda, elmi-tex­niki fəaliyyətin öz hüdudları daxilində baş verən keyfiyyət dəyi­şil­məsidir. Belə başa düşüldükdə elmi-texniki inqilablar prinsipcə çox ola bilər.




Yüklə 101,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin