Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Qərarların icrasının təşkili və nəzarəti



Yüklə 445,59 Kb.
səhifə38/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   34   35   36   37   38   39   40   41   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Qərarların icrasının təşkili və nəzarəti
Qərarlarının icrasının təşkili menecerin spesifik fəaliyyətidir və idarəçilik silsiləsinin yekunudur. Qeyd etmək lazımdır ki, menecer öz fəaliyyətini deyil, digər işçilərin əməyini təşkil edir.
Qərarların uğurlu həyata keçməsini təmin edən mexanizmlərdən biri də hoteldə ünsiyyətin müəyyənləşməsi və strukturlaşmasıdır. Menecer və icraçı arasında optimal, düzgün ünsiyyət qurmaq lazımdır. Ünsiyyətin zəncirvari strukturunda, qərarlar bir mənbədən digərinə ötürülür və icraçılar məlumatlandırılır, daha sonra qərarlar müzakirə olunur.
Bu ünsiyyətdə bütün əlaqələr eynidir. Rəhbərlikdə komanda üslubu yoxdur. İki tərəf arasında ünsiyyət əlaqəsi pozularsa, qarşılıqlı münasibət strukturu dağılır. Çox əlaqəli ünsiyyət strukturunda bütün iştirakçıların bir biri ilə əlaqəsi var. Menecerin əsas vəzifəsi qərarların icrasını həyata keçirmək, fəaliyyəti əlaqələndirmək və nəzarəti təmin etməkdir. Beləliklə, qərarların icrasına nəzarət, idarəçilik silsiləsinin son mərhələsidir. Nəzarətin əsas vəzifəsi qarşıya qoyulan qərarları vaxtında həyata keçirmək, proqramlardan kənara çıxmamaq, aşkar olunan nöqsanları aradan qaldırmaqdır. Nəzarət obyektiv zəruriyyətdir, çünki ən yaxşı qərarlar belə nəzarət olmasa, bu qərarların icrası sual altında ola bilər. Müasir dövrdə qərarların qəbulunu, çatdırılması, təhlili və icrası üçün texnologiyalardan, kompyuter proqramlarından istifadə olunur. Bu proqramlarla hoteldə qonaqların qeydiyyatı, hesabatı, təhlükəsizlik məsələləri, digər şöbələrin işi aparılır. Yaxşı qərarların qəbulu, bunların işçilərə çatdırılması menecerin peşəkar səriştə və bacarıqdan aslıdır.
İdarəçilik qərarlarının qəbul olunması prinsipləri
Hər hansı bir qərarın qəbulunda aşağıdakı 10 prinsipə istinad etmək tövsiyyə olunur.

  1. Hər hansı bir problemin detallarını ayırd etməmişdən öncə, problemi bütövlükdə təsvir edin.

  2. Bütün variantları nəzərdən keçirəndən sonra qərar qəbul olunur.

  3. Qərarı qəbul edən zaman bir daha fikirləşin.

  4. Problemlərə müxtəlif nöqteyi-nəzərdən baxın.

  5. Həll olunan problemin mahiyyətini yaxşı başa düşmək üçün model və ya analoqu axtarın.

  6. Daha çox sual verin

  7. Ağlınıza gələn ilk qərarı qəbul etməyin

  8. Son qərarı verməmişdən əvvəl, digər işçilərində fikir və rəylərinə diqqətlə yanaşın.

  9. Öz duyğu, hisslərinizə və ürəyinizin səsinə diqqətli olun.

  10. Yadda saxlayın ki, hər bir insan yaranan problemlərə öz nöqteyi-nəzərincə qiymət verir.

Müzakirə sualları


1.Menecer tərəfindən qərarların qəbul olunması
2. İdarəçilik qərarlarının təsnifatı
3. Qərarların qəbul olunma prosesi
4.Qəbul olunan qərarların metod və üslubları
5. Qəbul olunan qərarların metodu
6. Qəbul olunan qərarların üslubu
7. Oteldə idarəçilik qərarları



Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin