Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


F.Teylor özünün “Elmi menecmentin prinsipləri” əsərində göstərirdi ki,onun məqsədləri asağıdakılardır



Yüklə 445,59 Kb.
səhifə97/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   94   95   96   97   98   99   100   101   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

F.Teylor özünün “Elmi menecmentin prinsipləri” əsərində göstərirdi ki,onun məqsədləri asağıdakılardır:
Birincisi, sadə misallarla göstərmək olar ki, qeyri effektiv fəaliyyət nəticəsində, ölkə çox böyük itkilərə məruz qalır.
Ikincisi, inandırmaq lazımdır ki, qeyri-məhsuldarlığı sağlamlaşdırmğın əsas üsülu, sistemli menecmentdir.
Üçüncüsü, sübut etmək lazımdır ki, ən yaxşı menecment, həqiqi elmdir. Bunun əsasını, dəqiq müəyyən olunmuş qayda, qanun və prinsiplər təşkil edir.
Teylor qeyd edir ki, menecmentin principal məqsədi sahibkarlığın inkişafi və hər bir işçinin firavanlığı ilə əlaqədardır.
F.Teylor insan resuslarına daha çox diqqət yetirirdi. O, qeyd edirdi ki, yaxşı sistem kimi,yaxşı işçi vacibdir. F.Teylor iddia edirdi ki, elmi idarəçilik sənəti, ixtira deyil, təkamüldür.
Bazar munasibətlərinin öz qanunauyğunluğu və xüsusi məntiqi inkisafi var. Bunlar üçün vahid (unifikasiya) qərarlar və yanaşmalar olmayıb və ola bilməz. F. Teylorun innovasiyaları (yenilikləri) olmadan kütləvi istehsal üçün qurğu xəttlərinin (konveyer) yaradılması mümkün deyildi.
F. Telyorun ideyaları 1920-1930-cu illərdə sənayedə çox geniş yayılmışdı. Bu məktəbin baxışlarını Henri Ford dəstəkləyir və tərəfdarı idi. O, deyirdi ki, təşkilatın işi dahilər ilə deyil, işgüzar məsələlərin sistemi vasitəsi ilə həll olunmalıdır.
Sovet dövründə F. Teylorun sisteminə uyğun, əməyin elmi təşikili (Ə.E.T) şuraları yaradılmışdır. Bu “teylorizm”ə nisbətən yumşaq sistem idi.





10.3 Henri Fordun menecmentin inkişafında rolu


Henri Ford, məşhur Amerika mühəndisi-ixtiraçısı, sahibkar,avtomobil sənayesinin əsasını qoyanlardan biri və “Ford motor sirkəti”nin yaradıcısı olub.
Henri Ford 1863cü ildə Miçiqan ştatının (ABŞ) Detroyt səhərinin kənarında yerləsən Dirborn qəsəbəsində anadan olub. O,ailədə altı uşaqdan ən böyüyü idi. Uilyam Ford və Merı Litoqotun oglu olan Henri Ford 1867ci il mayin 5-də ilk dəfə parovoz görür və bu, onun həyatını dəyisdirir. Henri təhsil illərində riyaziyyatı çox yaxsı mənimsəyir. O, 8-ci sinifi bitirir.
16 yaşında H. Ford Detroyta gəlir və muhəndisin köməkçisi vəzifəsinə duzəlir. Daha sonra Tomas Edisonun elektrik sirkətində mexanik kimi isləyir. Henri ayda 45 dollar məvacib alırdı. Lakin atası ona torpaq sahəsi vermisdi və O, burada taxta- salban mişarlayan sex yaradır. Henrinin əsas marağı özüyeriyən araba duzəltmək idi. 1893-cü ilin iyul ayında arvadı Klara ilə yasadığı iki otaqlı evinin arxasında, kərpicdən tikilən sarayda, Henri ozunun ilk eksperimental avtomobilini yaradır. Ilk avtomobili 4 velosiped təkəri ilə hərəkət edirdi. H.Ford “Mən atlarsız hərəkət edən araba duzəltdim” deməyi çox xoşlayırdı. Mexanik işləyən Ford öz işində bir sıra uğurlar qazanır. Rəhbərlik Forda elektirik sirkətinin meneceri vəsifəsini təklif edir, lakin bir şərtləki o öz ideyasından əl cəkməlidir. Buna etiraz edən Ford isdən gedir və öz arzusu ilə yaşayır. Üç ildən sonra o, özunun ikinci təcrübə nümunəsi olan avtomobili nümayiş etdirir.
O, öz avtomobilində Detroytdan Poynta dairəvi səyahət edir. Henri Ford 1901-ci ildə özünün ilk biznesi olan Detroyt avtomobil sirkətini yaradır.
Bir dəfə, Detroytun yaxınlığında Qross-Noynt ippodromunda, ilk avtomobil yarışı kecirilir.Unton adlı yarış istirakçısının avtomobili “Puley,” Henrinin avtomobili isə ”Fordan” adlanırdı.Bu yarışda Ford qalib gəlir.Bir az sonra Ford öz dostu ilə birlikdə dörd silindirli yarış maşını duzəldir. Sürücü kimi velosiped yarışlarının istirakçısı olan, Berni Oddfild dəvət olunur.1903-cu ildə yarış kecirilir və Fordun avtomobili yenə qalib gəlir. Iki il müddətində şirkət 20 avtomobil duzəldir. Lakin bu Fordu qanə etmir və O, kiçik emalatxanasına qayıdır. Fordun artıq 40 yaşı var idi. O, istədiyi uğuru hələ qazanmamışdı. Fordun Malkolmson adlı dostu ona “Ford motor “ sirkətini təşkil etməyi həvalə edir.1908-ci ildə “Ford Motor “ sirkəti 28 min dollar kapitali ilə fəaliyyətə başlayır.
Öz fəaliyyətinin ilk illrəində Ford motor şirkəti avtomobil satışında 1 milyon yarım dollar əldə edir ki, bunun 400 min dolları təmiz gəlir idi. Fordun ilk avtomobili “A” modeli adlanır və 850 dollara satılırdı. H.Ford öz şirkətinin səhmlərini tədricən əldə edir və beləliklə istehsalata tam nəzarət edir.
Bu zaman Fordun siyasəti ilə razılasmayanlar şirkəti tərk etməli idilər. Ford şirkəti artıq bahalı turist avtomobilləri istehsal etmir, bunun əvəzində 600-700 dollarlıq avtomobillər istehsal olunur. Bu öz nəticəsini göstərir və Ford şirkəti 1906-ci ildə əvvəlki illərə nisbətən beş dəfə artıq avtomobil satır. H.Ford artıq varlanmağa başlıyır. H. Ford demək olar ki, özu hec bir şey istehsal etmir, ehtiyat hissələrini, avadanlıqları, digər yerlərdən alır və hazır məhsulu yıgıb təqdim edirdi. Lakin tezliklə H.Ford yenilik tətbiq edərək avtomobillər üçün servis xidməti təşkil edir. H.Ford istehsal prosesini bir yerdə həyata kecirmək üçün çalışır.
H.Ford öz sirkətinə ən yaxşı mütəxəssislər cəlb etməyi bacarırdı.1912-ci ilin əvvəlində, Fordun avtomobil şirkəti gündə 200 avtomobil istehsal edirdi. H.Ford öz rəqibləri ilə mübarizədə sənaye casusluğu üsullarından məharətlə istifadə edirdi. Ford bir dəfə öz zavodlarının birində gəzərkən, dəzgahları yığışdıran xadimə ilə söhbət edir və ondan soruşur: “Işiniz xoşunuza gəlir ?” Xadimə cavabında deyir ki, iş prosesində əmələ gələn qırıntıları tullamaq əvəzinə yığıb satsalar daha yaxşı olardı və mən işimdən daha çox məmnun olardım”. Ford dərhal xadiməni şöbə müdiri təyin edir, çünki xadimənin təklifi ilə qırıntı və tullantılardan yanacaq kimi istifadə olunaraq, zavod əlavə qazanc əldə edir.
H.Fordun “Model T” avtomobili 1914- cü ildə Amerikada satılan avtomobillərin yarısını təşkil edirdi.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin