Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə1/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
  1   2   3   4   5   6   7   8   9   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)


Fəsil 1. Menecmentdə proqnozlaşdırma və planlaşdırma.
1.1 Proqnozlaşdırma.
Proqnozlaşdırma dedikdə gələcək nəticələrin proqnozu nəzərdə tutulur. Proqnoz istənilən biznesin mühüm tərkib hissəsini təşkil edir. Belə ki, səhv proqnoz nəticəsində müəssisə ciddi problemlərlə qarşılaşa bilər. Hotel biznesində, nömrə fondunun doluluq səviyyəsi, restoran biznesində isə masaya qoyulan ləvazimatların sayı əlaqədar ola bilər. Analoji qaydada, müəssisənin qida məhsulları ilə təminatı zamanı hər bir qonağın məmnun qalması üçün səhər və nahar yeməyi ilə təmin olunacaq qonaqların sayının dəqiq şəkildə hesablanması labüddür. Nöqsanları aradan qaldırmaq üçün daha öncə qeyd olunmuş fərziyyələrə dair proqnoza əsaslanmaq zəruridir. Beləliklə, mehmanxana sənayesində nəzərə alınan dəyişən amillər aşağıdakı ardıcıllıqla qeyd olunmuşdur:
Mövsüm: yay, payız, qış, yaz (mövsüm dəyişiklikləri)
Həftənin günü: Həftənin müxtəlif günlərində tələb səviyyəsi fərqli olur.
Hava şəraiti: Mülayim hava şəraiti tələbi artırdığı təqdirdə, pis hava şəraiti tələb səviyyəsinin azalmasına səbəb olur.
İlkin sifarişlərin mövcudluğu:
Proqnozlaşdırma zamanı nəzərə alınan amillər qiymətləndirilir və sözügedən təhlil əsasında meydana gələn ehtimal gələcək fəaliyyət üçün əsas (baza) rolunu oynayır. Proqnoz zamanı həmçinin rəqiblərin iş fəaliyyətinə təsir edən amillərin nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir:
- Satış strategiyasında qeydə alınan dəyişikliklər,
- Yeni hotelin açılışı və ya fəaliyyətini dayandırmaq,
- Rəqib hotellərdə tətbiq olunan yeni idarəetmə sistemi.
Diqqətli şəkildə hazırlanan proqnoz işinizin tənzimlənməsi istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi, strategiyanın nəzərdən keçirilməsi və əlavə tədbirlərin icrası üçün sizə vaxt verir. Əgər siz hotelin xidmətlərinə olan tələbatın azalacağını müəyyən edirsinizsə, o zaman əvvəlcədən bütün səylərinizi satışlara, marketinq aksiyalarının işlənib hazırlanmasına və tarif siyasətinin nəzərdən keçirilməsinə yönəltmək imkanınız vardır. Fərdi qonaqlardan ibarət seqmentin təhlili zamanı son vaxtlar davamlı artım dinamikası nümayiş etdirən satışın, eləcə də artım dinamikasının azalması ilə nəticələnən satışın dəqiq şəkildə müəyyənləşdirilməsi və aydınlaşdırılması zəruridir. Əgər siz bu və ya digər satış kanalının qazandırdığı qonaqların sayı, tariflərin növləri və müxtəlif kateqoriyalı nömrələr barədə məlumatlısınızsa, o zaman sözügedən kanala dair gələcək gözləntiləri müəyyən etmək mümkündür.
Gəlirin proqnozlaşdırılması istiqamətində işlər daimi olaraq davam etdirildiyi təqdirdə, toplanmış məlumatlar hər dəfə həqiqətə bir az daha yaxın olur. Proqnozun nəticələrini və faktiki məlumatları müqayisə etməklə, hər bir satış kanalı üzrə xətaların orta faizini müəyyən etmək mümkündür və sonrakı təhlil zamanı o, düzəliş əmsalı qismində çıxış edə bilər.
Korporativ və turoperator satışlarından ibarət seqmentin qiymətləndirilməsi olduqca əhəmiyyətlidir. Həmin seqmentdə sizin gözləntilərinizi qarşılayacaq biznes həcminin müşahidə olunub-olunmayacağını öncədən müəyyənləşdirin. Müəyyən kanal və ya müəyyən nömrə üzrə qonaqların sayında və ya orta qalma (gecələmə) müddətində dəyişikliklər qeydə alına bilər və bütün bunlar proqnozda nəzərə alınmalıdır.
Bazar haqqında maksimum dərəcədə məlumatlı olmağa çalışın. Bu məqsədlə potensial müştərilərlə görüşlər təşkil etmək və onlara gözləntiləri və planları barədə sual ünvanlamaq labüddür.Yadda saxlamaq lazımdır ki, proqnoz keyfiyyət və kəmiyyəti ifadə etməlidir. Bununla yanaşı, pronqozun tərtibi zamanı məlumatların toplanması prosesi müxtəlif xidmətlər (məlumatı birbaşa olaraq müştərilərdən əldə edən ön büro və birbaşa olaraq satışla məşğul olan kommersiya xidməti) vasitəsilə həyata keçirilə bilər.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin