Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


a)Personalın seçilməsi və hazırlanması



Yüklə 445,59 Kb.
səhifə30/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   26   27   28   29   30   31   32   33   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

a)Personalın seçilməsi və hazırlanması
Hotel biznesində, personalın seçimi sahəsində kadr siyasəti, işə qəbul prinsiplərini, tapşırılan funksiyaların keyfiyyətli yerinə yetirilməsi və personalın peşəkar inkişafı üçün zəruri olan, işçilərin sayını müəyyənləşdirir.
Personalın seçilməsi prosesi, namizədlərin işi və şəxsiyyətinə verilən qiymətin meyarları ilə müəyyən olunur. Davranış qaydaları və peşəkar səriştənin səciyyəsi bu meyarlara daxildir.
Personalın seçilməsi-kadrlar şöbəsinin əsas vəzifələrindən biridir. Hotelə personal seçimi, boş yerlərə və vəzifələrə mövcud namizədlərdən seçilir.
İxtisasa uyğun tələblərə cavab verən işçiləri tapmaq üçün, hotel müxtəlif metodlardan istifadə edir.
Bunlar, menecerin və əməkdaşların şəxsi əlaqələri kütləvi informasiya vasitələrində elan vermək, işə düzəlmə agentliyinin xidmətindən istifadə etmək, ali, orta və peşə təhsili ocaqlarından tələbələri cəlb etmək və daxildə öz kadrlarını hazırlamaqdır. Hotelin rəhbərliyi və mütəxəssislərin şəxsi əlaqələri vasitəsi ilə əməkdaşlar daha çox işə cəlb olunur.
Bu metod üçün əlavə xərc tələb olunmur, lakin bu metod personalın cari seçimi üçün münasibdir, təcili ixtisaslı işçi tapmaq üçün bu üsul zəruri nəticəni verməyə bilər. Hotel üçün kadrların operativ seçimi üçün kütləvi informasiya vasitəsi təsirli metoddur. Kütləvi informasiya vasitəsində verilən qısa, lakonik elan kifayət dərəcədə effektlidir. Əsas məsələ ondadır ki, zəruri məlumatlar elanda öz əksini tapa bilsin.
Bunlar aşağıdakılardır:
vəzifə,
namizədə qoyulan əsas tələblər,
iş vaxtı,
əmək haqqının forması və miqdarı
telefon nömrəsi,
ünvan, və s.
Namizəd özü haqqında xülasə tərcümeyi-halı təqdim edir. Burada, iş təcrübəsi, doğulduğu il, ay, yer, təhsili, ev ünvanı, kompyuter və xarici dil biliyi, email, telefon və s. öz əksini tapır.
Hotel yüksək səviyyəli peşəkar seçimi üçün işə düzətmə agentliyinə müraciət edə bilər. Bu metodun üstünlüyü ondadır ki, tez bir zamanda lazım olan mütəxəssisi tapmaq imkanı yaradır ( agentlikdə müxtəlif peşələr üzrə məlumat bazası var). Bu metodun yerinə yetirilməsinə, maliyyə vəsaiti tələb olunur.
Kadrların seçimi ilə əlaqədar mühüm metodlardan biri, hotelin öz kadrlarının hazırlığı və yetişdirməsidir. Bununla əlaqədar, hoteldə müxtəlif peşələr üzrə təlimlər keçirilir. Bir qayda olaraq əməkdaşların seçimi musabiqə yolu ilə həyata keçirilir.
Namizədin, müəyyən olunmuş formada ərizəsi və qısa tərcümeyi-halı (C.V) kadrlar şöbəsində təhlil olunur. Namizədin digər sənədləri ( foto şəkil, zəmanət məktubu, şəxsiyyət vəsiqəsi və s.) də nəzərdən keçirilir.
Menecerlər, namizədləri seçmək üçün, müxtəlif üsullardan istifadə edirlər. Bunlar, musahibə və test üsullarıdır. Müsahibə aparan menecer, namizədin vəzifəyə uyğunluğunu müəyyən edir. Bu üsulun müsbət cəhəti odur ki, şəxsi ünsiyyət qurulur. Bu ünsiyyət vasitəsi ilə nazmizəd haqqında təsəvvür formalaşır, onun xarici dil biliyi və xidmət sahəsində işləmək arzusu öyrənilir.
Eyni zamanda, namizədin xarici görünüşü, paltarının səliqəli və təmiz olması, ailə vəziyyəti, yaşadığı ərazi nəzərə alınır. Müsahibəni keçirən zaman bir sıra tövsiyyələri nəzərə almaq lazımdır.

  • Müsahibə aparan şəxs ixtisasını bilməlidir.\

  • Müsahibədən əvvəl namizədin sənədləri nəzərdən keçirilməli, ərizənin məzmnu diqqətlə öyrənilməlidir.

  • Müsahibə qeyri-rəsmi şəkildə aparılmalıdır.

  • Namizədə verilən sualların siyahısı əvvəlcədən hazırlanmalıdır.

Müsahibə zamanı namizədin aşağıdakı xüsusiyyətlərinə diqqət vermək lazımdır.

  1. Ünsiyyət yaratmaq bacarığı, reaksiyası, aktiv qulaq asmaq və sual vermək

  2. Təmkinli və səbrli olmaq

  3. Özünü idarə etmək

  4. Ədəbli və nəzakətli olmaq

  5. Liderlik bacarığına malik olmaq

Müsahibə zamanı namizədə verilən sualların köməyi ilə, mənfi və müsbət xüsusiyyətləri aşkarlamaq olar. Müsahibə müsbət nəticə verdikdə namizəd digər mərhələyə keçir, mənfi nəticə verdikdə kadrlar şöbəsi namizəddən dərhal imtina etməlidir. Müsbət rəy alan, namizədlə ikinci mərhələdə şöbə müdiri müsahibə aparır.
Hər bir namizəd üçün müsahibə aparan şəxslərin rəyi əks olunan müsahibə listinin olması məqsədə uyğundur. (şəkil 2.9) Bu sənəd müsahibənin nəticəsini daha şəffaf göstərir, şöbənin meneceri bütün müsahibə qeydlərini nəzərdən keçirir və sonda namizəd haqqında öz konkret təklifini verir.
Namizədin adı, soyadı _________________________________________
Vakant (boş) vəzifə ___________________________________________
Personal müdiri (adı, soyadı) ______________tarix _______________
Müsahibə qeydləri: ____________________________________________________________________________________________________________________________________Nəticə ________________________________________________________________________________________________________________________________
İmza __________
Şöbə müdiri (adı, soyadı) ______________ tarix _______________________
Müsahibə qeydləri ________________________________________________________________________________________________________________________________
Nəticə ________________________________________________________________________________________________________________________________
İmza ______________
Şəkil 2.9 Müsahibə listi
Namizədin peşəkarlığını yoxlayan zaman, səhvə yol verməmək üçün, test üsulundan istifadə edilir. Test üsulu, namzədin müxtəlif keyfiyyətlərini üzə çıxardır. Test üsulu namizədin psixoloji xarakterini qiymətləndirməyə imkan verir, onun münaqişə və aqressivliyini, həmçinin intellektual bacarıqlarını müəyyən edir. Beləliklə,bütün nəticələr diqqətlə baxılır və namizəd, sınaq müddəti ilə işə qəbul olunur.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin