Proqram təminatı və onun təsnifatı
•
Yaddaş qurğularmdakı səhvləri aşkar edən proqramlar - Scandisc
•
Diskin informasiya tutumunu artırmaq, informasiyaları sıxmaq - Drive Space
•
Diskin lazımsız fayllardan təmizlənməsi - Disk Cleanup
•
Fayl və qovluqlarla iş - File Manager(Məs. Windows Explorer)
•
Səbətdən silinmiş faylların bərpası - Recover
•
Sistem haqqında məlumatların əldə olunması - System Information
Arxiv proqramları. Məlumdur ki, sərt diskdə olan faylların və verilənlərin bir hissəsini köçürmək
üçün yüzlərlə diskə ehtiyac duyulur. Buradan da faylların sıxlaşdırılması, texniki sözlə ifadə etsək,
faylların arxivləşdirilməsi məsələsi zəruridir. Arxivləşdirmə faylların tərkibindəki informasiyanın
xüsusi riyazi alqoritm əsasında sıxlaşdırılması prinsipinə əsaslanır.
Faylı arxivləşdirərkən bir neçə fayl sıxılaraq bir fayla yerləşdirilir. Bu zaman belə faylm özünün
mündəricatı olur. Mündəricatda arxiv faylma daxil olan faylların siyahıya, onların
arxivləşdirilməmişdən əvvəlki və sonrakı həcmləri, sıxılma dərəcəsi, habelə yaranma tarixi və saatı
göstərilir.
Sıxma(arxivləşmə) dərəcəsi asılıdır:
1) istifadə olunan arxivatordan
2) Sıxma üsulundan
3) Faylın tipindən.
Əsasən mətn tipli fayllar daha çox sıxılmaya məruz qala bilir.
Arxivləşdirmənin iki səbəbi var:
1) İnformasiyanın qorunması faylın rezerv surətini yaratmaqla)
2) Fayllar üçün ayrılmış yerdən səmərəli istifadə.
Arxivləşmə zamanı faylm daha kiçik həcmə malik, rezerv surəti yaradılmış olur. Rezerv surət -
faylm dəqiq surəti olub, sıxılmış halda xüsusi daşıyıcıda, təhlükəsiz yerdə saxlanılır.
Arxiv fayllan: ARJ, ZIP, CAB, RAR, ACE, TAR, GZ, LHA, TGZ, UU.
Windows əməliyyat sistemlərində əsasən WinZip, WinRar, Hamster kimi arxivatorlardan istifadə
edilir. Bundan başqa 7-Zip, WinAce, PowerArchiver, IZArc, ZipGenius və PeaZip kimi
arxivləşdirmə proqramlarından da istifadə olunur.
SFX (Özüaçılan arxiv) arxiv faylı yaratdıqda isə bu faylı açmaq üçün kompüterdə xüsusi arxivator
tələb olunmur. Bu fayllar kompüterdə .exe genişlənməsinə malik olurlar.
Dostları ilə paylaş: