Proqram təminatı və onun təsnifatı
Winamp, BSplayer və s. misal göstərmək olar.
Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD). Bu proqramlar əsasən maşınqayırma,
cihazqayırma və memarlıq sahələrində istifadə olunur. AutoCAD, ArchiCAD, OrCAD, MathCAD
və s. proqramlar buraya aiddir.
AutoCAD - AutoDesk kompaniyası tərəfindən yaradılan, 2 və 3 ölçülü layihələndirmə sistemidir.
OrCAD - elektron qurğuların avtomatlaşdırılmış layihələndirmə sistemidir.
MathCAD - riyazi modelləşdirmədə istifadə olunur.
ArchiCAD - tikinti və mebel sahəsində istifadə olunan sistemdir.
Tətbiqi proqram təminatına tədris prqramlarını, həmçinin kompüterdə əyləncə məqsədilə istifadə
olunan proqramlar, o cümlədən oyunları da aid etmək olar.
Üsulyönlü proqramlar əsasən riyazi-iqtisadi məsələlərin reallaşdırılmasma imkan verir. MathCad,
MatLab, Mathematica, Stats NetWork, Statistica, Maple, Simplex, Derive, TK Solver və s. misal
göstərmək olar.
Problemyönlü tətbiqi proqramlar əsasən sənaye və qeyri-sənaye sahələri üçün nəzərdə
tutulmuşdur. Bu proqramlar istehsalın planlaşdırılması, nəzarət, maliyyə və əmək ehtiyatlarının
idarə olunması, hüquq sistemində böyük həcmli qanunlarla işləmə, firmanın bütün işinin elektron
ofis şəklində təşkilinə imkan verir.
Qlobal kompüter şəbəkələri üçün olan tətbiqi proqramlar daha çox istifadəçinin qlobal
şəbəkəyə çıxışı, şəbəkədə məlumat mübadiləsi üçün olan proqramlar aiddir.
Naviqasiya və brauzer proqramları -
Netscape Navigator, internet Explorer, Google Chrome,
Mozilla FireFox, Saf ari, Maxton, Opera və s.
Elektron poçt proqramları -
MS Outlook, Eudora və s.
Bank sektorunda beynəlxalq ötürmələrin təşkili üçün olan proqramlar -
Sprint, Reuters, Swift
və s.
Dostları ilə paylaş: