18) İşıldayan böcəklər- (Lampu ridae)- Böcəklər fəsiləsindən olan həşəratlar dünyanın tropik və
mülayim qurşaqlarında yayılmışdır. Azərbaycanda 6 (Naxçıvan MR-da 1) növü vardır.
İşıldayan böcəklərin rəngləri tutqun bozumtul olaraq, yetkinlərinin bədənlərində işıqvermə qabilliyəti
olduğundan onlara “sehirli gecə fənərləri” də deyirlər. Qanadlı işıldayan böcəklərin yalnız erkəkləri
gecələr qısa müddət ərzində “fənərlərini yandıraraq” işıq saçırlar.
Böcəklərin işıqvermə orqanları qarnının sonunda olub, orada şəffaf qabıq altında iri fotogen
hüceyrələrlə traxeyalardan ibarətdir. Traxeyalar hüceyrələrə oksigenlə birləşməsi nəticəsində və sinir
düyünlərinin nizama düşməsi ilə fosforlu parıltı əmələ gətirir.
Erkək böcəklərin qanadları olduğundan havada uçurlar. Erkəklərin uzunluğu 10-12 mm, dişi
qanadsız böcəklərin isə uzunluğu 16-18 mm-dir. Dişi böcəklər yumurta çıxararaq sürfə formasındakı
fərdlər də, bəzən gecələr işıldayırlar. Dişi böcəklər uça bilməsələr də erkəklərə nisbətən daha çox işıq
saçırlar.
72
İşıldayan böcəklər adətən çay kənarlarında, bostanda, taxıl zəmilərində yaşayaraq kənd təsərrüfatı
zərərvericiləri ilə xüsusən də ilbiz molyuskalarla qidalanıb və onları məhv edirlər.
Xeyirli böcəklər bostan-tərəvəz əkinlərinə zəhərli kimyəvi dərmanlar səpilərkən, kütləvi surətdə
işıldayan böcəklər məhv olur. Erkək fərdlər gecələr havada uçarkən, yarasaların qurbanına çevrilirlər.
19). Qurbağa- (Amphibios)- Onurğalılar sinfindən olan amfibilər (suda-quruda yaşayan heyvanlar),
yer kürəsinin tropik və mülayim qurşaqlarında yayılmışdır.
Qurbağalar suda-quruda yaşamaqla müxtəlif növləri hətta ağac və kollarda da yaşayırlar.
Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında torpaq, gölməçə və yaşıl rəngli ot qurbağaları
yayılmışdır. Qurbağaya toxunduqda dərisindəki qabarcıqlardan pis iyli ağ maye ifraz edilir. Həmin maye
ilə heyvanlar özlərini düşmənlərindən qoruyurlar. Qurbağanın əl və ayaq barmaqarası dəri üzgəcləri
vardır. Uzun dilini bir anın içərisində bayıra çıxarmaqla ovunu selikli tüpürcəyi vaitəsilə tutub qidalanır.
Qurbağalar xeyirli heyvanlardır. Onlar kənd təsərrüfatı zərərvericiləri olan kiçik mığmığa, milçək və
kəpənəklərlə qidalanırlar.
Qurbağalar 3-4 ildə cinsi yetkinliyə çataraq, 3-28 minədək tökdüyü kürüsündən quyruqlu balalar
əmələ gəlir.
Axşamlar gölməçədə yan-yana düzülən qurbağalar, havanı burun dəlikləri vasitəsilə soraraq
ovurtlarını eybəcər şəkildə şişirtməklə ağzından çıxan hava axını ilə quruldayırlar.
20) Ağacdələn- (Picidae) Ağacdələnlər dəstəsindən olan qışlayan quş fəslidir.
Bədəninin uzunluğu 8-50 sm, çəkisi isə 20-300 qr ağırlığında olur. Ayaqları qısa, barmaqları uzun,
caynaqları iti, qanadları isə qısa və enlidir. Quşun quyruq lələkləri sərt olaraq elastik və sivridir ki, ağacın
gövdəsində duranda quyruq lələkləri ilə bədəninə dayaq vurur.
Ağacdələnin bir neçə növləri Azərbaycanda yayılmışdır ki, onlar aşağıdakılardır:
1)
Sirratus (Picumus cirratus)
2)
Qızılı rəngli
3)
Yaşıl rəngli
4)
İlanboyun
5)
Qara rəngli
6)
Ala rəngli
7)
Üç barmaq və.s
Ağacdələnlər ağacın qabığını deşərək orada özlərinə yuva qurub, ildə 3-7 yumurtadan ətçə balalar
çıxarırlar.
Quşlar meyvə ağaclarının ziyanverici qurdlarını yeyərək sanitar rolunu oynayırlar.
Ağacdələn quşları ağacları mühafizə etməklə meşələrin “həkimidir”..
21) Bayquş- (Strigiforires)- Quşlar sinfindən olan dəstədir. Bayquşun bədəni 17-74 sm uzunluğunda,
ağırlığı isə 50 qr-dan-3,25 kq-dək olur.
Bu quşlara el arasında “bəyquş” da deyərlər. Çünki öz əzəmət və vüqarı ilə digər quşlardan fərqlənir.
Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxırlar. Səssiz uçan
bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə
uçuq xarabalıq ərazilərdə və s. yaşayırlar.
Dişi bayquş yuvasında qoyduğu 8-10 yumurtadan 2-3 cücə çıxarır. Onlar kənd təsərrüfatına zərər
vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar.
Azərbaycanda bu növ quşları bəzən bədxah quşlar da adlandırırlar ki, onların 6 növündən 3-ü (dam
bayquşu, kor yapalaq və meşə bayquşu) Muxtar Respublikanın ərazilərində yayılmışdır.
Bayquşlar əkin sahələrinə, meşədəki zərər verən həşərat və xırda gəmiriciləri məhv etdiyindən
xeyirli quşlardır
22) Yarasa (gecə quşu)- (Microchiroptera)- Şəbpərələr iri qanadlılar yarımdəstəsindən olan məməli
quş-heyvanlardır.
Yarasaların plaşabənzər qanadları nazik dəri olub, axırıncı buğumunda kiçik caynaqları vardır.
Siçanabənzər heyvanın dişləri iti və çoxdur. Qulaqları iri dəri seyvanlı-çıxıntılıdır. Siçanabənzər
başında xırda gözləri olur.
73
Yarasalar yaxşı eşidən exolokasiya qabiliyyətli heyvan-quşdur. Onların lokasiya siqnallarının sürəti
130 khs, müddəti isə 0,2-100 m/san bərabərdir. Buna görə də yarasalar gecələr uçarkən qarşılarına çıxan
maneələri (0,1-0,08mm-lik) göndərdiyi əks-siqnalları ilə hiss edirlər.
Yarasadakı exolokasiya (siqnalların göndərilib geri qayıtması) qabilliyəti 10-15 metrə təsir göstərir.
Azərbaycanda yarasaların 24 növü (o cümlədən də Naxçıvan MR-da 4 növü) məlumdur.
Yarasalar adətən mağaralarda, binaların örtük hissələrində, meşədəki ağac koğuşlarında, başı aşağı
vəziyyətdə sallanaraq (güclü ayaq caynaqları ilə yapışaraq) yaşayırlar. Yarasalar soyuq aylarında 6-7 ay
müddətində qış yuxusuna gedib hərəkətsiz halda susuz və yemsiz yataraq, bədənlərindəki piy
piqmentlərinin hesabına qalırlar.
Yarasalar ildə bir bala doğaraq onu bir ay müddətində qoynunda saxlayıb əmizdirirlər.
Yarasalar meşə və kənd təsərrüfatı zərərvericilərinin kütləvi surətdə məhv edir, havada uça-uça kiçik
həşəratlarla qidalanırlar. Onlar xüsusilə bataqlıq ərazilərindəki malyariya xəstəliklərini törədən mığmığa
və mədəni bitkilərin zərərvericiləri olan danadişi və s. ilə qidalandığından xeyirlidirlər
23) Hop-hop (Şanapipik)- (Phoeniculidae) Şanapipiklər (Upupidae) fəsiləsindən olan köçəri quşun
vətəni Afrikanın Madaqasqar adasıdır.
Şanapipik quşunun dimdiyi ağacdələn quşu kimi uzun, əyri və bizvaridir. Quşun qanadları enli, sarı-
qırmızı parıltılı, quyruğu düz, başında isə alabəzək kəkili vardır.
Azərbaycanda hop-hop quşunun yalnız bir (Upupa epops) növü vardır ki, Muxtar Respublikanın
meyvə bağlarındakı ziyanvericilərə qarşı əhəmiyyətlidir.
Hop-hopun bədəninin uzunluğu 26-30 sm olmaqla ağac koğuşlarında düzəltdiyi yuvasında 4-6
yumurta qoymaqla, 18-20 gün müddətində bala çıxarır.
Erkək hop-hop quşları adətən səhərlər öz “nəğmələri” ilə meyvə bağına səs salaraq, fışıldayıb
dişilərini çağırırlar.
Quşlar faydalı olduğundan meyvə ağaclarındakı hörümçək, milçək və ziyanverici kəpənək sürfələri
ilə qidalanırlar.
Muxtar Respublikanın bütün rayonlarındakı meyvə bağlarında yayılmışdır.
Köçəri hop-hop quşu haqqında müqəddəs Quran kitabındakı “Ən-Nəml”(27) surəsində Hud-hud adı
ilə Süleyman peyğəmbərin yaxın köməkçilərindən olaraq, məktub (xəbər) aparanlarından biri kimi
göstərilmişdir.
Bağda uçar səhər-səhər,
Verər bizə yazdan xəbər
Cücüləri dilxor edər,
Bağbanlara müjdə verər.
Zərərverici həşəratlarla mübarizədə kənd təsərrüfatına fayda verən quşları qoruyub saxlamaqla
məhsuldarlığı artırmaq mümkündür.
Hər bir bağbanın yaxın köməkçiləri bal arıları, bülbüllər, qaranquşlar və sığırçınlardır.
Meyvə bağlarındakı ağacları zərərvericilərdən qorumaq üçün təbiət dostları olan quşlara qayğı
göstərilməlidir.
Bağlardakı ağaclardan qışlayan quşlar üçün yem təknələri asılmalıdır. Bunun üçün adi plastik ağzı
dar qablara dən doldurularaq ona başı aşağı “təknələrin” üstündən asmaqla quşlara yem verilməlidir.
Yayı quraq və isti keçən illərdə bağ arasında quşların çimməsi üçün su doldurulmuş qablar
qoyulmalı və hər gün səhərlər həmin su təzələnməlidir.
Ağaclardan asılmış sığırçın və ağacdələn yuvaları quşların çoxalmasına səbəb yaradır. Bunun üçün
uzunluğu 25-30 sm, eni isə 18-20 sm olan yonulmuş dörd ədəd nazik taxtanı bir-birinə mismarlamalı, ön
tərəfindən 5 sm diametrində aşağıdan 15 sm hündürlükdə yumru deşik asmalı və alt ilə üst örtük taxtalar
da, yerinə bərkidilməlidir.
Çalışmaq lazımdır ki, üst örtük taxtası önə tərəf 10 sm enində çıxıntısı olsun ki, yağan yağışlar
deşikdən içəri tökülməsin. Bundan başqa həmin uzunluqda (25-30 sm) quru ağac gövdəsini hər iki
tərəfdən kəsməklə ortadan balta ilə aralayıb və içərisini yonmaq lazımdır. Yonulmuş tərəflərdən birində 5
sm diametrində deşik açılmalı, sonra isə ağac gövdələrini bir-birinə yapışdırıb mismarlanmalıdır.
Alt və üst hissələrini (üst hissəsi altdan uzun olmalıdır) içi boş gövdəyə mismarlayıb və ağacdan
asılaraq quş yuvası, yeni sakinlərə hədiyyə edilir.
74
Meyvə bağlarındakı ağacların cavan budaqlarına samandan və ya yumşaq fenoplasdan sarğılar
bağlamaqla zərərverici həşəratların yolunu kəsib quşlara yem edilməlidir.Gündüzlər sığırçın və
ağacdələnlər gecələr də yarasalar tərəfindən zərərverici həşəratlar yeyilərək məhv olurlar. Meyvə
ağaclarından yüksək məhsuldarlıq götürmək üçün quşları-təbiət dostlarını sevmək gərəkdir.
75
“Acı söz qılıncdan kəsərli olar.”
(Atalar sözü)
Zərərvericilərə qarşı işlədilən zəhərli-kimyəvi
maddələr
Pestisidlər (Pestis caedo)- Bitki zərərverici və xəstəliklərinə, alaq otlarına, taxıl məhsullarına, ev
heyvanlarının ektoparazitləri, habelə insanlarda təhlükəli xəstəliklərə qarşı kimyəvi mübarizə
maddələridir.
Defolantlar (bitkilərin yarpaqlarını tökən kimyəvi maddələr) və desikantlar (bitkilərin yığımından
əvvəl qurudulmasını sürətləndirən kimyəvi maddələr) da, pestisitlər qurupuna aiddir.
Pestisitlər əsasən aşağıdakı formadadırlar;
1) Akarisidlər (gənələrlə mübarizə üçün kimyəvi maddələrdir.)
2) Antifidingdlər (həşəratları bitkilərdən qorxudub çəkindirən kimyəvi maddələrdir.)
3) İnsektisidlər (zəhərli həşəratları məhv edən kimyəvi maddələrdir.)
4) Herbisidlər (alaq bitkilərinə qarşı mübarizə üçün kimyəvi maddələrdir.)
5) Zoosidlər (zərərverici onurğalı heyvanlara qarşı işlədilən kimyəvi maddələrdir.)
6) Funksidlər, virisoidlər (bitkilərdə viruslara və göbələk xəstəliklərinə qarşı işlədilən kimyəvi
maddələrdir.)
7) Nematosidlər (bitkilərdə nematod xəstəliyini yayan qurdlara qarşı işlədilən kimyəvi maddələrdir.)
8) Molyuskosidlər (zərərli ilbizlərə qarşı işlədilən kimyəvi maddələrdir.)
9) Repelentlər (zərərli həşərat, gəmirici və gənələrə qarşı işlədilən kimyəvi maddələrdir.)
10) Xemosterilizatorlar (zərərli həşəratlarda nəsil verməyə qarşı işlədilən kimyəvi maddələrdir.)
Kənd təsərrüfatı işlərində taxılçılıqla məşğul olanlar əkin materialı olan toxumu kompleks təsirli
pestisidlərlə birlikdə torpağa səpirlər.
Pestisidlərlə işləyən şəxs sağlam və 18 yaşından yuxarı olmalıdır. Bunun üçün xüsusi mühafizə
vasitələrinə (gözlük, respirator, xüsusi geyim və rezin uzunboğaz ayaqqabılar) və təhlükəsizlik
tədbirlərinə əməl etməlidir.
Pestisidlərlə düzgün işlənmədikdə təbiətdəki bütün canlılara ciddi zərər dəyə bilər.
Zəhərli kimyəvi dərmanlarla işləyən şəxslər gün ərzində 4 saatdan artıq işləməməli, mühafizə geyim
dəstini soyunub soyuq su ilə duş qəbul etməli və qatıq məhsulu ilə qidalanmalıdır.
İnsektisidlər (İnsetum caedo)- Təbiətdəki zərərverici həşəratlara qarşı istifadə olunan kimyəvi
mübarizə maddələridir.
Zəhərli maddələr təsiretmə gücünə görə aşağıdakı formadadırlar;
1) Bağırsaq insektisidi (arsenin qeyri-üzvi birləşməsidir.) Gəmirici həşəratlardan tırtıllar, böcəklər,
çəyirtkə və s. qarşı kimyəvi maddədir.
2) Kontakt insektisidi (fosfor, xlor, azotla kükürdün üzvi birləşməsi və s.) Sorucu həşəratlardan
mənənə, yastıca, ilbiz və yarım sərtqanadlılara qarşı kimyəvi maddədir.
3) İntoksikant insektisidi- Zərərvericilərə qarşı işlədilən kimyəvi təsir bitkilərin kök və yerüstü
orqanları vasitəsilə (zoğ, yarpaq, meyvə və s.) keçir, nəticədə qidalanan sorucular zəhərlənərək məhv
olur.
4) Fumiqant insektisidi (xlorpikin, sinil turşusu, dixlor etan və s.) Zərərvericilərin buxar halında
tənəffüs orqanlarına təsir etməklə onları məhv edir.
Bilmək lazımdır ki, insektisidlərdən istifadə etməklə nəinki zərərvericilərə hətta təbiətdəki su
hövzələri, tozlayıcı həşəratlar, heyvan mənşəli qida məhsulları və s. ciddi zərər olduğundan bioloji
üsul etibarlıdır.
İnsektisidlərin saxlanması, daşınması və tətbiqi zamanı ciddi təhlükəsizlik tədbirlərinə əməl
olunmalıdır!
76
Ərazilərimizin yeraltı sərvətləri xəzinə, üstü isə canlı təbiət muzeyidir.
Akademik Həsən Əliyev.
Heyvanat aləmi
Naxçıvan Muxtar Respublikasında yaşayan 350 növ onurğalı heyvanlardan yalnız 45 növü, Naxçıvan
MR Ekalogiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öyrənilərək, adları “Qırmızı kitab”a düşmüşdür. 18
növ nadir heyvan, quş və suda-quruda yaşayanların təsnifatı aşağıdakı kimidir;
1) Bəbir (qaplan)-(Felis Pardus) Pişikkimilər fəsiləsindən olan vəhşi yırtıcı heyvan, əsasən Culfa
rayonu ərazilərində Araz boyu qayalıqlarda yaşayaraq dovşan, kəklik və dağ keçisi ilə qidalanır. Dişiləri
iki bala doğur. Uzunluğu 160 sm. (quyruğu 95 sm.), ağırlığı 75 kq-dır.
2) Canavar-(Canis lupus) İtlər fəsiləsindən vəhşi yırtıcı heyvan əsasən Şahbuz, Culfa və Ordubad
rayonlarındakı kolluqlarda yaşayır. Ovladığı heyvanlar xəstə qoyunla keçilər, təsadüfən isə dovşanlardır.
Dişi canavarların ildə iki-üç balası doğulur. Uzunluğu 105-150 sm, ağırlığı 50-60 kq-dır. Sürü ilə gəzirlər,
dişiləri 5 bala doğur.
3) Qonur ayı-(Ursus arctos) Yırtıcı məməli əyripəncə tüklü heyvan Şahbuz rayonundakı Biçənək
meşə-kolluqlarında yaşayır. Qüvvətli heyvan, meşədəki gilə-meyvələr və müxtəlif otlarla qidalanır. Dişi
ayı üç ildən bir bala doğur. Uzunluğu 2-3 metr, ağırlığı 300-500 kq. olur. 50 il yaşayan qonur ayılar qış
yuxusuna getmirlər.
4) Meşə (çöl) donuzu-(Sus scrofa) Qaban fəsiləsindən cüt dırnaq məməli heyvan əsasən Şahbuz
rayonundakı Biçənək kəndindəki meşə-kolluqlarda yaşayır. Ağac meyvələri və müxtəlif otlarla
(kökümsov bitkilərlə) qidalanır. Dişiləri 8-10 zolaqlı bala doğur. Sürü ilə yaşayaraq gecələr gəzirlər.
Uzunluğu 2 metr, ağırlığı 300 kq-dək olur.
5) Vaşaq-(Felis lynx) Pişikkimilər fəsiləsindən olan məməli heyvandır. Ev heyvanlarından toyuq-
cücə, ördək-qaz və s. ilə qidalanır. Əsasən Şərur, Şahbuz, Ordubad, Culfa rayonlarındakı düzənlik və
kolluq ərazilərdə yayılmışlar. Dişi vaşaq iki bala doğaraq, ova yalnız gecələr çıxar. Uzunluğu 80-100 sm,
(quyruğu 20 sm) ağırlığı 10-19 kq-dır. Kürən və ya xallı vaşağın qulaqlarında uzun tükləri olur.
6) Dovşan-(Leporidae luropalus) Vəhşi dovşanlar əsasən Muxtar Respublikanın büyün rayonlarında
olsada, Arazboyu yasaqlıqda daha çox yayılmışdır. Qış aylarında yumuşaq tüklərinin rəngi boz-sarı və
sarı-ağ rəngədək dəyişilir. Əkin yerlərindəki kökümsov və bostan-tərəvəz bitkiləri ilə qidalanır. Ana
dovşanlar ildə iki-üç dəfə 6-10 bala doğurlar. Əsasən axşam və səhərlər yem üçün torpaq altındakı
yuvasından çıxırlar.
7) Dağ keçisi-(Capra aegagrus) Buynuzlular fəsiləsindən cüt dırnaqlı heyvanlar Şahbuz, Ordubad və
Culfa rayonlarındakı sıldırım qayalıqlarda yaşayırlar. Qış aylarında qayalıqlardan yamaclara yenib bəzən
gecələr payızlıq əkilmiş taxıl zəmilərinədək gəlib otlayırlar. Dişi keçi (buna “ov” da deyirlər) ildə əkiz
bala doğur. Erkəklərinin uzunluğu 1,5 metr (buynuzu 1,2 m.), ağırlığı 80 kq-dək olur.
8) Qıssaquyruq çöl pişiyi-(Felis silvestris) Pişikkimilər fəsiləsindən olan vəhşi yırtıcı heyvan əsasən
Muxtar Respublikanın Arazboyu yasaqlıq və qamışlıqda yayılmışdır. Qıssaquyruq vəhşi pişik ərazidəki
kiçik gəmircilərlə qidalanır.Yuvaları yer altında olaraq, ova axşam və gecələr çıxır. Dişiləri ildə 2-4 bala
doğur. Xəzi qiymətlidir, yanlarında və qıssa quyruğunda qara xətləri vardır.
9) Kərkəs (Leş qartalı)-(Cal haritdae) Əsasən yırtıcı quşlar Muxtar Respublikanın Ordubad, Culfa
və Şahbuz rayonlarındakı uçurumlarda, o cümlədən də uca ağac və tikililərdə yuva qurub yaşayırlar.
Kərkəslər axşamüstü ova çıxıb leşlərlə (ölü heyvanlarla) qidalanır. Onlar təbii sanitarlardır. Yuvalarında
üç ədəd yumurtadan bala çıxanda birini tullayıb, ikisini saxlayarlar. Bədəninin uzunluğu 160 sm-dək olur.
77
10) Berkut (qartal)-(Aquila chrysaetus) Qırğılar fəsiləsindən olan vəhşi yırtıcı quşlar Muxtar
Respublikanın bütün rayonlarında yayılaraq əsasən dağ və düzənliklərdə quş və gəmiricilərlə qidalanırlar.
Yuvalarını hündür qayalıqlarda qurub iki yumurtadan bala çıxarır. Qış aylarında çətinliklər çəkərək yem
dalınca dağ kəndlərinə də, uçurlar. Boyunun hündürlüyü 95 sm, qanadları açılmış halda 2 metr olur.
11) Xəzər uları-(Tetraogallus) Qırqovullar fəsiləsindən olan fır kəklikdir. Balıqla qidalanan yırtıcı
su quşları əsasən Araz çayı sahillərindəki çəmənliklərdəki torpaqda yuva qurub, 4-6 yumurtadan ətcə bala
çıxarır. Xəzər ularının düşmənləri tülkü və çaqqallardır. Qış aylarında yüksək dağlara uçub köçürlər.
Bədəninin uzunluğu 50-70 sm-ə çatır. Xoruzları 3 kq. olaraq qıssa mahmızları vardır.
12) Kəklik-(Alectoris kakelik) Qırqovulkimilər fəsiləsindən olan toyuq- quşdur. Ayaqları “xınalı”
quşlara Muxtar Respublikanın Ordubad, Culfa və Şahbuz rayonlarındakı dağ ətəyi çəmən və kolluqlarda
rast gəlmək olar. Kəklik yuvalarındakı 9-12 yumurtadan iyun-iyul aylarında zolaqlı-sarı cücələr
çıxardaraq özü ilə bərabər yem axtarar. Qartal, quzğun və tülkülər kəkliklərin düşmənidir. Onlar iri quş
olsalar da uçmağa qadir deyillər. Qış aylarında yemdən çətinlik çəkən kəkliklər, yamaclara enməklə
təhlükə ilə rastlaşdıqda başlarını qar və kolluqlarda gizlədərlər. Bədənin uzunluğu 30-35 sm, ağırlığı 350-
700 q-dır.
13) Tirəndaz (Oxlu kirpi)- (Hystricidae) Gəmiricilər dəstəsindən olan məməli heyvan fəsiləsinin
vətəni Afrika olaraq sonradan Cənubi və Ön Asiyada (Qafqazda) da yayılmışdır.
Azərbaycanda yeganə növü olan Hindistan oxlu kirpisi (Hystrix leucura), Talış və Kiçik Qafqazda
(Naxçıvan MR-ın Culfa və Ordubad rayonlarındakı dağlıq ərazilərdə) yaşayır.
Oxlu kirpinin bədəninin uzunluğu 38-71 sm, çəkisi isə 27 kq-dək olur. Heyvanın dərisinin üst hissəsi
bərk sümükləşmiş uzun iynələrlə, quyruğunun uc hissəsi isə kiçik iynəciklərlə örtülüdür.
Kirpilər adətən gecələr ov və yem dalınca yuvasından çıxar, kolluqlardakı quş yumurtaları və bostan
bitkiləri ilə qidalanır.
Kirpinin yuvası uzunsov, 18 metrdən artıq olaraq labrintvaridir. Otyeyən oxlu dişi kirpilər ildə iki
dəfə 4 diri bala doğur. Oxlu kirpi Muxtar Respublika ərazilərində nadir heyvan olsa da, brakonyerlər
tərəfindən ovlanaraq ildən-ilə sayı azalır.
Xalq təbabətində oxlu kirpinin yağından revmatik, radikulit və vərəm xəstəliklərinə qarşı istifadə
olunur.
14) Qara əqrəb-(Buthus nigrum) Hörümçəkkimilər sinfinin onurğasız heyvan dəstəsindəndir.
Qara əqrəbin uzunluğu 18 sm-dək olur. Adi əqrəblər (Skorpionida) qonur-sarı, qırmızı-qəhvəyi və
qırmızı-qonur rəngində olur.
Heyvanların bədənləri əsasən baş-döş və iki hissəli buğumlu qırıncıqları vardır. Quyruğunun axırıncı
buğumunda zəhərli vəz vardır ki, onlar özlərini “düşmənindən” mühafizə edirlər.
Əqrəbin baş-döş hissəsində gözləri ilə ayaqları (ətrafları) olur. Həşərat-heyvanlar əsasən gecələr ova
çıxaraq, yırtıcı həyat tərzi keçirir.
Əqrəblər hörümçək, mığmığa, milçək və xırda həşəratlarla qidalanır. Heyvanların dişiləri diri bala
doğar, cəld tullanma və qaçma qabilliyətinə malikdir.
Azərbaycanda əqrəblərin 3 növü (Buthus crassicanda), Naxçıvan Muxtar Respublikasında
yayılmışdır. Bundan başqa (Buthus eupeus) və (Buthus cancasicus) növləri də vardır.
Muxtar Respublikanın Culfa, Babək, Kəngərli və Şərur rayonları ərazilərindəki köhnə
qəbirstanlıqlarda qara zəhərli (Buthus nigrum) növünə rast gəlinir ki, həmin nadir həşərat-heyvanların
nəsli kəsilmək üzrədir.
Qara əqrəbin sancması nəticəsində heyvan və insanlar zəhərlənərək ölə bilər. Haliyyədə ilan zəhəri
kimi qara əqrəb zəhəri də tədarük edilərək tibb sənayesinə istifadəyə verilir.
Neçə illərdir ki, Abşeron rayonundakı Şahdili burnundakı xüsusi laboratoriyada (serpantarilərdə) ilan
və qara əqrəblər saxlanılaraq, zəhər emal olunur.
15) Xallı qızıl balıq (forel)- (Salmo fario) Qızılbalıqlar növündən olan “sümüksüz” adlanan xallı
qızıl balıqlar Ordubad rayonundakı Gilan və Süzgün çaylarıda, Culfa rayonundakı Əlincə çayın
mənbəyində yayılmışdır. Soyuğa davamlı çay balıqları, qış aylarında daha çox gözə çarpırlar. Onlar
qırmızı xalları ilə şəffaf sularda digər balıqlardan fərqlənirlər. Uzunluğu 25-30 sm, ağırlığı 600 q.-a çatan
78
xallı balıqlar çaylarda 6 ilədək yaşayır. Payız aylarında 600-2000 kürü tökməklə çınqıl (qum) içərisində
gizlədir və kiçik süfrələrlə qidalanır.
16) Tibb zəlisi- (Hirubo medicinalis) Zəlilər sinfindən olan halqavari soxulcana bənzər su qurdudur.
Uzunluğu 3-8 sm olan qara rəngli hamar soyuqqnlı həşəratlar, yağış soxulcanı kimi dərialtı həlqəsi
ilə çoxalır. Zəlilər əsasən Cənubi Avropa və Kiçik Asiyadakı şirinsulu gölməçə və bulaqlarda yayılmışdır.
Azərbaycanda Lənkəran zonası ilə Naxçınan MR-ın Babək rayonundakı şirinsulu çay və
gölməçələrində də yaşayırlar. Əvvəllər Əbrəqunis (Culfa) rayonundakı Haçaparaq kəndindəki “Zəli
bulağında” və Naxçıvan (Babək) rayonundakı Adilağa suni gölündə tibb zəliləri yayılaraq yaşamışdır.
Haliyyədə Araz çayı dəryaçası sahillərindəki yasaqlıqda nadir tibb zəlisi qurdları vardır.
Zəlilər əsasən yaşadıqları sulardan su içmək istəyən məməli onurğalıların ağzına (dilinə) yapışaraq
heyvanın qanı ilə qidalanırlar.
Zəli qurdunun ağzındakı ifrazat şirəsinin tərkibində hirudin maddəsi olur ki, həmin ifrazat qan
laxtalanmasının qarşısını alır. Nəticədə zəli dişləyən yara yerindən uzun müddət qanaxma olur.
Xalq təbabətində xəstə şişmanlardan qan aldırmaq məqsədilə zəlidən istifadə edilir.
Müasir tibb elmində isə zəlidən tromb, hipertoniya və.s xəstəliklərin müalicəsində istifadə olunur.
Əvvəllər Abşeron rayonundakı süni göllərdən birində zəli qurdlarını çoxaldaraq saxlayırdılar. Bir neçə
növ balıqlar zəlilərlə qidalanır.
Dostları ilə paylaş: |