17) Su ilanı- (Colubridae) İlanlar (Ophidia) dəstəsindən olan sürünənlər fəsiləsi dünyada 1500 növü
məlumdur ki, Azərbaycanda 18 (Naxçıvan MR-da 3) növü vardır.
Bədəninin uzunluğu 30-85 sm-dək (tropik ölkələrdə isə 3,5 metrədək) olur. Tünd sarı və ya ağ-
gümüşü rəngli sürünənlərin baş hisəsində boz-qara ləkələri olur.
Su ilanının damağında çoxlu xırda dişləri vardır ki, hətta bəzi növləri zəhərli olur.
Muxtar Respublikanın bütün rayonlarındakı şirinsulu su hövzələrində su ilanları yayılsa da leyləklər
tərəfindən kütləvi surətdə yeyilir.
Su ilanı quruda və kolların üstündə sərbəst surətdə cəld hərəkət edir. Onlar əsasən müxtəlif onurğasız
həşəratlarla, molyusk və soxulcanlarla, hətta kolluqlarda yuva qurmuş su quşlarının yumurtaları ilə də
qidalanır.
Su ilanları göl (çay) sahilindəki isti qumlarda yumurta tökərək, tezliklə uzunsov yumurtalardan diri
ilan balaları çıxıb suya sürünürlər.
“İlanın ağına da, qarasına da, görənə də, görüb öldürməyənə də lənət” qədim atalar sözünə görə
su ilanları əhali tərəfindən məhv edilərək növün azalmasına səbəb olmuşdur.
Məktəbli gənclər arasında təbiətə və heyvanların qorunub saxlanmasına qayğı işləri bilavasitə
müəllimlərin üzərinə düşür.
18) Çay xərçəngi- (Crustacea) Xərçəngkimilər-buğumayaqlılar tipindən olan su heyvanı
sinfindəndir.
Dünyada 20 minədək növü, Azərbaycanda 43 fəsilədən 134 cins və 344 növü vardır.
Muxtar Respublikanın şirinsulu hövzələrindən Araz dəryaçasında, Naxçıvançayı və Arpaçayındakı
dəryaçada yayılmışdır.
Çay xərçənginin bədəninin uzunluğu 15 sm-dən 30 sm-dək olaraq baş, döş və sümükləşmiş
qarıncıqdan ibarətdir. Rəngi yaşılımtıl-sarımtıl, döşünün yanları isə çəhrayıdır. Hər tərəfdən 5 ədəd (10
ayaqlı) çıxıntıları vardır. Başında 2 ədəd uzun bığcığı və 2 çənəsi (maksilası) vardır. Heyvanın bığları
onun hiss orqanlarıdır.
Çay xərçəngləri su kənarlarındakı qumluqlarda diri balalar doğurlar. Balaları sudakı kiçik
orqanizmilərlə, böyük xərçənglər isə bitki və ölmüş balıq əti ilə qidalandığından su hövzələrində
“sanitar” işlərini görür.
Çay xərçəngi brakonyerlər tərəfindən asanlıqla ovlanılır. Beləki ipə bağlanmış 5-10 ədəd polad
qarmağa iylənmiş balıq əti keçirməklə xərçənglər aldanaraq tilova düşürlər. Közdə qızardılmış xərçəngin
içalatı yeyilir.
Xalq təbabətində çay xərçənginin bişirilmiş içalatı vərəm xəstəliklərinə qarşı istifadə olunur.
Xalq inanclarında xərçəngin qabaq ayaqlarının qısqacları “gözdəyməyə” qarşı bilinərək çağaların
papağına tikirlər.
79
“Allah hər heyvanı bir sudan yaratmışdır.
Onların bəzisi qarnı üstə sürünür,
bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir...”
Quran “Nur” (24) s.a.46.
Əlavə bilgilər
Torpaq- Kənd təsərrüfatında istehsal vasitəsi kimi mühüm maddi amildir. Torpaqda yaşayan
heyvanlar torpaqəmələgəlmə və münbitləşmə prosesində əsas rol oynayırlar. Torpaqdakı orqanizmilər öz
ifrazatları ilə torpağı üzvi və kimyəvi maddələrlə zənginləşdirir.
Torpaqların şum qatında (30 sm-ə dək) canlı birhüceyrəli bitkilər vardır ki, onlar yaşıl, göy-yaşıl,
sarı-yaşıl və diatom yosunlardır.
Torpağın hər 1 sm³ 200 minə qədər canlı hüceyrələr inkişaf edərək torpaqda hava azotunu
toplayırlar.
Torpaqda mikroorqanizmilər vardır ki, onlar torpaqdakı bitkilərin məhsuldarlığının artmasında
mühüm rol oynayırlar. Hər 1q torpaqda 10mq-a qədər canlı mikroorqanizmilər olur. Torpaqda sporlu və
sporsuz bakteriyalar, göbələklər, mikroskopik yosunlar və s. vardır.
Torpaq əmələgətirən amillər əsasən təbii mühit amillərindən yaranır. Akademik V.V.Dokuçayevə
görə əsasən beş sayda təbii amillərin qarşılıqlı təsirindən torpaqlar yaranmışdır. Onlar yerdəki ana süxur,
iqlim, bitki, heyvanlar aləmi və relyefdir.
Torpaqların genetik təsnifatının torpaqəmələgəlməsində insanın çox formalı təsərrüfat fəaliyyəti də
əsas şərtlərdəndir.
Muxtar Respublika ərazilərindəki genetik torpaq təsnifatından kənd təsərrüfatı sahəsində fəaliyyət
göstərən sahibkarlar tərəfindən yerinə yetirilir.
Soxulcanlar- Tüksüz həşəratlar sinfindən olan yağış qurdları bir neçə fəslə ayrılıblar.
Soxulcanın uzunsov ətli bədəni (halqalarından) seqmentlərdən ibarət olaraq sayı 80-300 arasındadır.
Qurdların uzunluğu 8-200 sm-dək, yoğunluğu 10-12 mm, rəngləri isə açıq boz və tünd qırmızıdır.
Soxulcanlar istiliksevən həşəratlardır. Dünyada 1500-dək, Azərbaycanda isə 30 növü məlumdur.
Soxulcanlar torpaqda 60-80 sm, bəzən isə yumşaq süxurlarda 8 m-dək dərinlikdə yaşayırlar.
Gündüzlər hər yağışdan sonra torpaq üzərinə çıxıb gəzirlər.
Soxulcanlar kiçik yaşıl yarpaqları qıraraq yer altında (yuvasında) yavaş-yavaş yeyib qidalanırlar.
Onlar torpaqların yumşalmasında, hava və mineral maddələrlə zəngin olmasında əsas rol oynayırlar.
Soxulcanların çoxalması öz-özünə mayalanmaqla bədənindəki qonur-qara rəngli həlqələrin
əmələgəlməsinə səbəb yaradır. Həlqələr qurdun ortasından başlayaraq dərisi altında hərəkət edib anus
dəliyindən nazik qırmızımtıl balalar şəklində xaric olurlar.
Soxulcanların düşmənləri sarı qarışqalardır.
Meyvə bağları və gül kolluqlarında torpaqda şumlama işləri aparılarkən çalışmaq lazımdır ki,
torpaqdan çıxan soxulcanlar məhv olmasınlar.
Kimyəvi zəhərlərlə torpaqdakı zərərvericilərə qarşı mübarizə tədbirləri aparıldıqda
soxulcanlar da məhv olurlar.
Toxum- Bitkiçilikdə torpağa əkiləcək toxumun seçilməsi və əkilməsi ən vacib işlərdən biridir.
Seçilmiş (yığılmış) əkin materialı olan toxum məmulatı kölgədə və quru yerdə qurudulduqdan sonra
zəif kimyəvi dərmanlarla qarışdırılıb hava keçirən qab və torbalarda saxlanılmalıdır.
Toxumların xüsusiyyətindən asılı olaraq bir neçə il saxlanılarkən ana toxumdakı yumurta
hüceyrəsinin nüvəsi xarab olaraq inkişafına son qoyulur. Toxumçuluqla seleksiyaçılar məşğul olsalar da
həvəskar təbiətsevənlər də hibrid toxumlardan təkrar istifadə edə bilərlər.
Toxumlu bitkilər spermatofitlərdir ki, onlar toxum verən ali bitkilərdir.
Toxum saxlanılan yerdə toxumların saxlanılması üçün əhəmiyyətlidir. Belə ki hər bir növ toxumun
xüsusi nəmlik temperaturunda saxlanılmalı və 14 %-dən yuxarı olmamalıdır. Nəmlik faizi yuxarı olduqda
toxumlar cücərmə qabiliyyətini itirirlər.
Əkinçilik sahəsi ilə məşğul olan təsərrüfatçılar əkin materialı olan toxumları təmizləmək üçün xüsusi
universal “S U-0,1” markalı toxum təmizləyən maşınlardan istifadə edə bilməzlər. Əkin üçün şumlanmış
80
sahələr zərərvericilərə qarşı dərmanlanmalı, plantaş və ya adi şum aparılmalı (bağ arası sahələr
bellənməli) və xüsusi toxum səpən maşınlar vasitəsilə səpin aparılmalıdır.
Toxumla birlikdə kimyəvi mədən gübrələrini də xüsusi kultivator toxum səpən aqreqatları ilə həyata
keçirmək olar.
Bostan- tərəvəz bitkiləri əkmək üçün əvvəlcədən sahə şumlanmalı, üzvi gübrə ilə qarışdırılmış
torpaqda toxum (şitil) əkilərək suvarılmalıdır.
Bostan-tərəvəz sahələrindəki göyərmiş alaq otları xiyar, balqabaq, qovun və qarpız ləklərində
saxlanılmalıdır. Yalnız mədəni bitkilər cücərib çiçək açanadək alaq otları təmizlənməli, və torpağın
nəmliyindən asılı olaraq suvarılmalıdır.
Çəmənlik ərazilərində yemlik ot tədarükü zamanı oraq və kələnti alətilə biçin apararkən zəhərli
həşəratlara qarşı uzunboğaz rezin və dəri ayaqqabılar geyilməlidir. Ot tədarükü vaxtı yalnız bitkilərin
çiçək açıb meyvə verməsindən sonra başlanılmalıdır ki, nadir bitkilərin arealı azalmasın.
Meyvə bağlarında zərərvericilərə qarşı kimyəvi zəhərli dərmanlarla işlərkən xüsusi qoruyucu
maskalardan istifadə olunmalıdır. Üzüm tənəklərinə səpilən kükürd və göydaş xalkantit (mis kuporosu),
(Cu SO
4
5 H
2
O) qarışığından istifadə edilir. Təsadüfən baş gicəllənmə (zəhərlənmə) halları olduqda
dərhal sabunla əl-üz yuyularaq, təmiz su (1-3 litr) içilib ambulator həkiminə müraciət edilməlidir.
Bostan-tərəvəz əkin yerləri suvarılmalıdır ki, buxarlanma az olsun.
Bostan-tərəvəz məhsulları yığımı sübh vaxtı tərəvəzin saplağından qırılaraq və taxta (səbət) qablarda
saxlanılmalıdır.
Bağlarından meyvə tədarükatı günortayadək qurtarmaqla yığılmış meyvələr taxta (səbət) qablarda
saxlanılmalıdır.
Giləmeyvə, sitrus və tut meyvələrinin yığılması səhər-səhər daha əhəmiyyətlidir. Yığılmış
meyvələrin qurudulması işləri yalnız kölgədə və quru yerdə aparılmalıdır.
Qızılgül və bu kimi ətirli çiçəklərin yığılması sübh vaxtı, gün çıxanda aparılmalıdır.
Üzüm salxımlarını bağ qayçıları ilə kəsərək səbətlərdə qablaşdırılmalıdır. Üzümün cavan
yarpaqlarını konservləşdirmək məqsədilə yığılması kimyəvi dərmanlar səpilməmiş tənəklərdə
aparılmalıdır.
Albalı və gilas meyvələrini yığarkən çalışmaq lazımdır ki, saplaqlı olsunlar. Alma və armud
meyvələri yığıldıqdan sonra uzun müddət saxlamaq üçün salfet kağızlarına bükülərək qablaşdırılmalıdır.
Qərzəxli meyvələri (qoz, fındıq, badam və s.) yığdıqdan sonra kölgədə sərib qurudulmalıdır.
Bostan bitkilərindən balqabaq, qovun və qarpız meyvələrini saxlamaq üçün saplaqlı dərilməli, quru
saman və ya otun içərisində yerləşdirilməlidir.
Tərəvəz bitkilərindən soğan və sarımsağın soğanaqlarını torpaqdan çıxarıb hava keçirən səbətlərdə
saxlamaq lazımdır.
Kartof, kök, çuğundur, kələm, turp və bu kimi bostan bitkiləri hava keçirən səbətlərdə və quru yerdə
saxlanılmalıdır.
Meyvə-tərəvəz saxlanılan zirzəmi və otaqların temperaturu +12-18 Cº, nəmliyi isə 10-14 %
olmalıdır.
Meyvə-tərəvəz və toxum saxlanılan binalarda (zirzəmilərdə) antisanitariya qaydalarına ciddi əməl
olunmalı, xarab və göyərmiş məhsulları götürməklə qazılmış dərin çalada basdırılmalıdır.
Meyvə-tərəvəz saxlanılan yerlərə girmək üçün ayaqqabıların altı dezinfeksiya məqsədilə xlorlu su ilə
isladılmalıdır.
Oranjeriya- Qış aylarında müxtəlif bitkilərin becərilməsi üçün örtülü “bina”sından ibarətdir.
Oranjeriyada becərilən bitkilərin xüsusiyyətindən asılı olaraq orada müəyyən rütubətlə istilik rejimi
saxlanılmalıdır. Belə “bina”lar əsasən isti su buxarı və qaz qızdırıcıları ilə isidilir. Sadə oranjeriyalarının
ölçüləri 2x5x10 m olmaqla, taxtadan şəbəkə yığılaraq üstü ortadan hündür formalı, şüşə və ya polietilen
örtüklə örtülür. İçərisində ortadan düz yol qoyulmalıdır ki, hər iki tərəfdəki bitkilərə qulluq göstərilsin.
Azərbaycanda (Bakıda) Milli Elmlər Akademiyasının Akademik Komarov adına və Naxçıvandakı
Elm Mərkəzinin Şıxmahmud kəndindəki Botanika bağlarında ilin bütün fəsillərində sitrus bitkiləri
becərilir.
Parniklər- Düzbucaqlı formada 2x8 m, dərinliyi 0,3-0,5 m ölçüsündə qazılıb üzəri şüşəli
çərçivələrlə örtülən yerdir.
Parniklər bioyanacaq (peyin və s.), su buxarı və günəş vasitəsilə qızdırılır. Parniklər əsasən küləkdən
mühafizə məqsədilə günəşli açıq sahədə şərqdən qərbə tərəf uzunluğunda xəndək formasında qazılır.
81
Parnik yerinin qazılmış divarları kərpiclə hörülərək, üzərinə də şüşəli çərçivələr qoyulur.
Parniklərdə adətən faraş tərəvəz bitkilərinin toxumları ilə bərabər digər bitkilərin toxumları da əkilir.
Cücərmiş bitkilərə qulluq tələb olduğundan onları işığa, rütubətə, istiliyə və yemləmə gübrəsinə ehtiyacı
ödənilməlidir.
Parnik şitillərinə xəstəlik və zərərvericilərlə mübarizə məqsədilə əsas tədbirlərdən biri seçilmiş
toxumların əkilməsidir. Əsasən toxumlar fevral ayında parnikdə əkərək cücərmiş şitilləri isə aprel-may
aylarında çıxarıb açıq sahəyə köçürmək lazımdır.
Toxumlar birbaşa hazırlanmış peyinli torpağa və ya əvvəlcədən hazırlanmış plastik qablarda
“stəkanlar” da əkilərək becərilir.
Muxtar Respublikanın iqlimi kontinental olduğundan payız və qış ayları soyuq keçir. Buna görə də
təsərrüfatlarda parnik bitkilərinin əkilməsi zəruridir.
Gübrələr- Tərkibində bitkilər üçün lazımi qida elementləri olan və torpaqda üzvi və qeyri üzvi
maddələri özündə toplayan mühüm qidalandırıcıdır.
Tərkiblərindən asılı olaraq gübrələr üzvi və mineral adlanır. Gübrə torpağın münbitliyini artıraraq
tərkibindəki mikrobioloji xassələri asanlaşdırmaqla, bitkinin inkişafını sürətləndirir.
Bir neçə dəfə şumlanmış torpaq örtüyünə gübrə verilməklə, oradakı torpaq əmələgəlmə prosesi
sürətlənir və nəticədə isə əkinçilikdə yüksək məhsuldarlıq yaradılır.
Gübrələrin yüngül torpaqlara qarışıq (üzvi və mineral) verilməsi nəticəsində torpaqdakı azotun
miqdarı artır, bitkilərin bioloji qidalanması sürətlənir və torpaqların yuyulması qarşısı alınır.
Üzvi gübrələr əsasən peyin və peyin şirəsi,quş zılı və s.-dir.
Mineral gübrələr kimya zavodlarında hazırlanmış azotlu, nitratlı, fosforlu, kaliumlu maddələr
qarışdırılır ki, əsasən təsərrüfatlarda azot, fosfor, kalium və dənəvər superfosfat gübrələrindən istifadə
olunur.
Yaşıl gübrələr əsasən torpaq sahəsində qabaqcadan əkilmiş bir sıra kənd təsərrüfatı yem bitkiləridir
ki, traktorla sahələr otla birlikdə dərin (plantaj) şumlanma nəticəsində torpaqda üzvi mineral maddələrin
çoxalmasıdır.
Bundan başqa meyvə bağlarında payız fəslində ağaclardan tökülmüş yarpaq materialının torpaqla
birlikdə şumlanması nəticəsində də yaşıl gübrə olur. Əkin və bağarası sahələrə üzvi gübrələri yalnız payız
aylarında şum altına verilməsi yaxşı nəticə verir.
Bal arısı- (Apis millifera)- Arıkimilər fəsiləsinin bal arısı cinsindən olan həşəratların vətəni cənubi
Asiyadır.
Bal arıları yuvalarını meşədəki ağac koğuşunda düzəldərək ailə halında yaşayıb pətəklərində bal və
mum qidası hazırlayırlar. Hər pətəkdə 60-80 min işçi arı ilə bir neçə yüz də erkək arıdan ibarət ailə olur.
Bundan başqa pətəkdə tam inkişaf etmiş Ana arı (dişi fərd) da olur ki, həmin həşərat“ailəni” idarə edə
bilir.
Arılar faydalı həşəratlar olmaqla çiçəklərin tozlanmasında mühüm rol oynayır, pətəkdə “istehsal
elədikləri” arı balı ilə mum insanlar üçün qiymətli qidadır.
Arı ailəsindəki işçi arılar əsasən cinsiyyət vəzləri inkişaf etməyən dişi fərdlərdir. Onların bədəninin
uzunluğu 12-14 mm, ağırlığı isə 100 mq olur.
İşçi arılar yuvadakı balaları bəsləyir, çiçəklərdən tozcuq daşıyıb pətəkdə nektara çevirir və qiymətli
qida olan “süd” ifraz edirlər.
Erkək arıların uzunluğu 15-17 mm, çəkisi isə 200 mq ağırlığında olur. Onlar heç bir iş görməyərək
yalnız ana arını mayalandırırlar. Yayın son aylarında işçi arılar erkək arını ailələrindən qovaraq
kənarlaşdırır.
Bal arılarının çoxalması beçəverməklə (yeni ailə) artıb çoxalırlar. Arılar bəzən öz beçələrini
ağacların budaqlarından salxım formasında asırlar.
Arılar hər il pətəklərinə 130-150 kq-dək bal toplaya bilir.
Muxtar Respublikanın Şahbuz, Ordubad, Culfa və Şərur rayonlarında arıçılıqla məşğul olan
həvəskarlar “Qafqaz arısı” cinsini bəsləyib çoxaldırlar.
Balın tərkibində insan orqanizmi üçün lazım olan A provitamini olduğundan xalq təbabətində arı balı
ilə xəstəlikləri sağaldırlar. Daimi arı balı yeyən adamlar bədəndən gümrah, qanının tərkibi təmiz, həzm
orqanları isə sağlam olur.
82
Arı balı mədə-bağırsaq, ürək-damar sistemi xəstəliklərinin əsas təbii dərmanıdır. Ürək xəstəliklərinə
tutulanlar gündə 80-140 qr bal yeməklə, qan təzyiqini nizamlayıb sağalırlar. Dəridəki irinli yaraları bal
məlhəmi ilə sağaltmaq mümkündür.
Bal arılarının “düşməni” Arı quşları (göy qarğa) olduğundan yay mövsümündə arı ailəsini
(pətəklərini) dağ yamaclarındakı çəmənliklərə aparmaq lazımdır.
Arılar bir gündə 200 hektardan çox sahəni uçaraq, 100qr bal üçün 1 milyon çiçəkdən nektar
götürməli olurlar.
Arı balı uzun illər qalaraq öz keyfiyyətini itirmir. Ət məhsullarını bal ilə birlikdə saxladıqda uzun
müddət xarab olmur.
Fransa kralı Banopart Napoleon(1769-1821) “Müqəddəs Yelena” adasında sürgündə olarkən arı
ailəsini becərmiş və mədəsindəki qanaxma xəstəliyini yüngülləşdirmişdir.
Rus kimyaçısı A.M.Butlerov(1828-1886) arıçılıqla məşğul olduğundan uzun müddət Rusiya arıçılıq
cəmiyyətinin Prezidenti olmuşdur.
83
“Azərbaycan vətəndaşları təbiəti qorumalı, onun sərvətlərinin mühafizə etməlidirlər”.
Azərbaycan Respublikasının Konstitusiyası (maddə 65)
Nəticə
Arxeoloqlar sübut etmişlər ki, ibtidai insanlar bu ərazilərdə məskunlaşmışlar. Ordubad rayonundakı
Gəmiqaya rəsmləri (petroqrifləri) bunu bir daha göstərir ki, ərazidə Erkən Tunc dövrlərində mədəni
insanlar yaşayaraq təsərrüfatla məşğul olmuşlar.
Naxçıvan diyarı tarix boyu yadelli işğalçılar tərəfindən dağıdılaraq tarixi abidələrlə yanaşı təbii
sərvətləri də talan olunmuşdur.
Naxçıvan diyarı təbii sərvətlərlə zəngindir. Ərazidə çaylarla göllər və kəhriz suları əkinçilik
mədəniyyətinin inkişaf etdirilməsində əsas rol oynayır.
Naxçıvan diyarında yer altında bir çox mineral xammal çıxarılaraq iqtisadiyyat inkişaf etdirilir.
Akademik Həsən Əliyevin sözləri ilə desək, “Saf su, bol günəş, quru iqlim, təmiz hava və ləzzətli
meyvələr təbiətin Muxtar Respublikaya bəxş etdiyi zəngin sərvətidir. Həmin sərvətin qədrini bilmək və
ondan səmərəli istifadə olunmasını təmin etmək isə bizim borcumuz və vəzifəmizdir”.
1990-cı ildən Muxtar Respublikanın bir sıra sərhəd əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən
ələ keçsə də dözümlü və səbirli naxçıvanlılar müqəddəs Vətən torpaqları uğrunda düşmən qarşısında
igidliklə dayanmışlar. Ərazi blokada şəraitində olsa belə naxçıvanlılar nikbinliklə yaşayaraq təbii
sərvətlərini qoruyaraq, onlardan səmərəli surətdə istifadə etməyi bacarırlar.
Naxçıvanda kənd təsərrüfatı sahələrini inkişaf etdirmək üçün sahibkarlara geniş imkanlar yaradılmış,
torpaq və sulardan səmərəli istifadə olunmaqla məhsuldarlığın artması ilə təbiətin qorunmasına diqqət
artmışdır.
Naxçıvan diyarının təbiətini qoruyub gələcək nəsillərə saxlanılmasında Muxtar Respublika Ali
Məclisinin səyi ilə yaradılmışdır. Burada yerin altı tükənməz xəzinə, üstü isə canlı muzeydir.
Haliyyədə ekologiya və təbiətin mühafizəsi tədbirləri məsələsi dünya əhəmiyyətli
problemlərdir. İnsan təbiətə biganə olarsa, ona qayğı göstərməzsə özü-özünü bəlaya salar. Təbiətin
mühafizəsində sözlərlə deyil, əməli işlər görülməlidir. Hər bir insan ömründə azı üç ağac əkib
becərməlidir. Təbiətin “yaşıl ciyəri” olan ağaclar havaya oksigen qazı buraxırlar ki, oksigensiz də
həyat olmaz. Təbiəti qorumaqla həm özümüzü və həm də gələcək insanlığı qorumuş oluruq.
84
Təbiət elmlərindən izahlı lüğət
Abiotik amillər (Abios)- Canlılara təsir göstərən xarici amillər (işıq, rütubət, isti-soyuq və s.)
Aqlomerat (Aqqlomera)- Müxtəlif çeşiddə yığılmış süxur və mineral qırıntıları.
Aqrobiologiya (Aqros bioloqos)- Biologiya sahəsindəki biliklər məcmusu.
Aqrokimya (Aqros ximos)- Kənd təsərüfatı bitkilərinin becərilməsi və məhsuldarlığı artırmaq üçün
gübrə və kimyəvi meliorasiya vasitələrinin tətbiqi haqqında elm.
Adaptasiya (Adaptatio)- Bitkilərin və heyvanların yaşayış şəaitinə uyğunlaşması.
Akkumulyasiya (Accumulatio)- Çayların gətirdiyi yumşaq çöküntü materialları (qum, gil və s.)
Allüvial (Alluvio)- Çaylardakı çökərək çeşidlənmiş qırıntı materialı (qum, çınqıl, çaydaşı və s.)
Alp çəmənliyi (Alp)- Dağ çəmənliklərindəki dekorativ həmişəyaşıl bitki (2200-3000 m) yerləri.
Antiklinal (Antiklino) - Dağlardakı layların yuxarı çevrilmiş forması.
Areal (Area)- Bitki və heyvanların təbii şəkildə yayıldığı sahə.
Artezian quyusu (Artua)- Yer altındakı su laylarından təzyiqlə suyun yer səthinə fontan vurması.
Arid iqlim (Aridus)- Quru iqlim-əkinçilikdə yalnız suni suvarma yolu ilə bitkilərin vegetasiyası
təmini.
Bioloji aşınma (Bios lithos)- Bitki və heyvanların həyat fəaliyyəti nəticəsində süxurların dağılması.
Biotik amillər (Bios topos)- Bitki və heyvanların digər bitki və heyvanlara göstərdiyi təsir.
Biosenus (Bio koinos)- Quruda və suda yayılmış bitki, heyvan və mikroorqanizmilərin məcmusu.
Bulaq- Yeraltı suyun təbii surətdə çıxaraq axması. Bulaqlar temperaturuna, kimyəvi tərkibinə və
axın xüsusiyyətinə görə fərqlənirlər.
Vegetasiya dövrü (Vegeto)- Bitkilərin inkişaf edərək çiçək açıb toxum verməsi dövrü.
Qeyzer (Qeysir)- Daimi olaraq qaynar su və isti buxar püskürən bulaq.
Qoruq (Akvatorius)- Elm, mədəniyyət və təsərrüfat üçün böyük əhəmiyyəti olan və dövlət
tərəfindən təbii halda mühafizə olunan ərazi.
Delüvi (Delua)- Yağış və qar suları axımında aşınma materialının gətirilərək ətəklərdə yığılması.
Dənli bitkilər- Çörək, yeyinti sənayesi və bəzi digər sənaye üçün xammal və ev heyvanları üçün
yem əldə etmək məqsədilə becərilən bitkilər.
Dəmyə əkinçiliyi- Kənd təsərrüfatı bitkilərini yağış suları vasitəsilə yetişdirilməsidir.
Ekoloji amillər (Ekologenos)- Orqanizmilərin yaşadığı mühitin ünsürləri (hava, istilik, su, işıq,
torpaq, bitki, relyef və s.)
Endemik növ (Endomos)- Təbii halda ancaq müəyyən bir coğrafi sahədə yayılmış bitki və heyvan
növü.
Eroziya (Erosio)- Külək və su vasitəsilə torpaqların dağılması prosesi.
Efemerlər (Ephemeros)- Vegetasiya dövrləri qısa olan birillik bitkilər.
Efemeroidlər (Ephemeros)- Vegetasiya dövrləri qısa olan çoxillik bitkilər.
İqlim qurşaqları- Yer səthində 13 sayda iqlim qurşaqları vardır ki, onlar ekvatorial, iki
subekvatorial, iki tropik, iki mülayim, iki subtropik, subarktika, subantarktida, Arktika və Antarktida
qurşaqlarıdır.
Yararsız torpaq- Quru iqlimə malik olan yerlərdə eroziya nəticəsində çox parçalanmış torpaqlar.
(Naxçıvan MR-da Babək rayonundakı Duzdağ və Culfa rayonundakı “Qarğa bazarı” ətrafı sahələr.)
Kəhriz- Yeraltı suları toplamaqla yer səthindən 2-4 metr dərində meyilli qazılmış su arxı.
Meliorasiya (Melioratio)- Əkinçilik üçün ərazilərdə su rejimini tənzimləmə tədbirləri.
Milli park- Bir çox ölkələrdə dövlət tərəfindən yaradılmış iri sahəli heyvan, bitki və torpaq qoruğu.
Monokultur təsərrüfat (Monos kulturos)- Yalnız bir növ bitkinin becərilməsində yüksək əmtəəlik
təsərrüfat.
Misvak- Ərəbistanda bitən həmişəyaşıl bitki növü.
Nadir- Nəsli kəsilmək üzrə və yalnız yayılma arealı kiçik olan bitki və heyvan.
Dostları ilə paylaş: |