Fİlm fiCTİon fevral, №7



Yüklə 0.59 Mb.
Pdf просмотр
səhifə1/7
tarix07.07.2017
ölçüsü0.59 Mb.
  1   2   3   4   5   6   7

 



Film Fiction | Yanvar, №5 

 


 



Film Fiction | Yanvar, №5 



FİLM FİCTİON 

 

Fevral, №7 



 

 

Film Fiction  

2012 / Fevral №7 

 

Üz qabığındakı simalar: Bereniko Bejo və  

Jan Dyujarden ("Artist" filminin afişası) 

 

 

REDAKTOR: Şahin Xəlil 



DİZAYN: Ferat 

YAZARLAR: Ferat, Şahin Xəlil 

Məcid Məcidov, Mətləb Muxtarov, Günel Səfərova 



TƏRTİBAT: Ferat 

KORREKTOR: Gülarə Abdullayeva 

 

 



 

 

 



 

 

 



№7 

 

Budur jurnalın sayca 7-ci sayı 

ixtiyarınızdadır. İlk öncə xalqımızı Novruz 

bayramı münasibəti ilə ürəkdən təbrik edir, 

süfərələrdə ruzi bərəkətin bol olmasını 

diləyirik. "Film Ficton" kollektivi olaraq 

çalışmışıq ki, bu say da digər saylar kimi 

rəngarəng və maraqlı məlumatlarla zəngin 

olsun. Jurnalın mart buraxılışı Azərbaycan 

kinosunun iki böyük aktyoru Bəşir Səfəroğlu 

və Lütfəli Abdullayevə həsr olunur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

e-mail: 

film.fiction@box.az

                                        



facebook səhifəsi: 

facebook.com/fiction.magazine                                                      

facebook.com/filmoqrafiya                                                                    İnformasiya dəstəyi: 

twitter hesabı:                                                                                    

twitter.com/filmfiction    

 

Jurnaldakı məqalələrdən istifadə 



edərkən müəllif hüquqlarını 

qorumaq mütləqdir. Hər bir yazıya 

görə müəllif məsuliyyət daşıyır.     

                                                                                                                                               facebook.com/kinomansan 

Film Fiction © 2011-2012


 



Film Fiction | Yanvar, №5 

Bu sayımızda 

Səhifə 4 / Rejissor: Steven Spielberg 

Müəllif: Məcid Məcidov 

 

Səhifə 9 / Aktyor: Bred Pitt 



Müəllif: Ferat 

 

Səhifə 14 / Aktrisa: Cate Blanchett 



Müəllif: Ferat 

 

Səhifə 16 / TOP 30 



Müəllif : Şahin Xəlil 

 

Səhifə 24 / Maraqlı faktlar 



Müəllif: Şahin Xəlil 

 

Səhifə 25 / Paramount Studios  



Müəllif: Məcid Məcidov 

 

Səhifə 27 / Wim Wenders`lə 



müsahibə 

Müəllif: Ferat 

 

Səhifə 31 / Sitatlar 



Müəllif: Ferat 

 

Səhifə 35 / Unudulmayanlar 



Müəllif: Tural Sejioli 

 

Səhifə 37 / Şahmar Ələkbərov 



Mənbə: azeriart.net 

 

Səhifə 40 / Rasim Cəfərovla 



müsahibə 

Müəllif: Günel Səfərova 

 

Səhifə 43 / Charlie Kaufman 



Müəllif: Ferat 

 

Səhifə 46 / Oscar 



Müəllif: Məcid Məcidov 

Səhifə 51 / Təqvim 

Hazırladı: Şahin Xəlil 

 

Səhifə 53/ Ulubatlı Hasan:1453 



Müəllif: Göksel Tuzun 

 

Səhifə 56 / Film: Thank you for 



smoking 

Müəllif: Ferat 

 

Səhifə 57 / Film: 2046 



Müəllif: Ferat 

 

Səhifə 58 / Film: A Separation 



Müəllif: Şahin Xəlil 

 

Səhifə 59 / Film: Masculin Feminin 



Müəllif: Mətləb Muxtarov 

 

Səhifə 61 / Afişa 



Hazırladı: Ferat 

 

 



 

 



Film Fiction | Yanvar, №5 



STEVEN 

SPIELBERG

 

 



Stiven “Allan” Spilberq – amerikalı 

rejissor, prodüser, ssenarist, video oyun 

dizayneri. Onu kinonun “The Beatles”-ı (Bitlz) 

adlandırırlar. “The Beatles” 1960-cı illərdə 

musiqidə necə böyük inqilab edibsə, Spilberq də 

1970-ci illərdə kinoda bu dərəcədə inqilab edib. 

Bütün dövrlərin ən yaxşı rejissorlarından biri 

olan S.Spilberq “Holokost”  (2-ci dünya 

müharibəsi dövründə yəhudilərin soyqırımı), 

köləlik,  müharibə mövzusunda uğurlu filmlər 

ekranlaşdırmışdır. Onun 1970-80-ci illərdə  

 

çəkdiyi elmi-fantastik və macəra filmləri müasir 



Hollivud “blockbuster” filmlərinin ilk 

nümunələridir. Üçqat Oskar mükafatı laureatı 

olan rejissor “DreamWorks” kinoşirkətinin 

yaradıcılarından biridir. S.Spilberqin filmləri 

dünya üzrə  $9 milyarda yaxın gəlir gətirmişdir. 

O, kommersiya cəhətdən bütün dövrlərin ən 

uğurlu prodüseri və rejissorudur. “Forbes” 

jurnalı onun varidatını  $3 milyard dəyərində 

qiymətləndirir.

        


 

İlk İllər: Spilberq 18 dekabr 1946-cı ildə 

 



Film Fiction | Yanvar, №5 

ABŞ-da, Ohayo ştatının Sinsinatti şəhərində 

yəhudi ailəsində dünyaya göz açmışdır. Anası Li 

Edler pianoçu, atası Arnold Spilberq 

kompüterlərin inkişafı sahəsində elektrik 

mühəndisi idi. Uşaqlığını Nyu-Cersidə keçirən 

Stiven ilk dəfə burada filmlərə baxmağa 

başlamışdı. Öz dostları ilə birlikdə həvəskar 

filmlər çəkirdi. 1963-cü ildə 16 yaşı olarkən 

Spilberq özünün ilk müstəqil filmi “Firelight”-ı 

(Alov İşığı) ekranlaşdırdı. $500 büdcəli film 

yerli kinoteatrda yalnız $1 gəlir gətirdi. 

 

 



 

 

 



 

Valideynləri ayrıldıqdan sonra Stiven 

atası ilə birlikdə Kaliforniyaya, Saratoqa 

şəhərinə gəldi. 1965-ci ildə o, Saratoqa Ali 

Məktəbini bitirdi. Kaliforniya Dövlət 

Universitetinə (KDU) daxil olan Stiven 

“Universal Studios”-da montaj departamentinə 

üzv oldu. 1968-ci ildə o, 26 dəqiqəlik “Amblin” 

(Emblin) filmini çəkdi. 1969-cu ildə o, 

universiteti atdı və studiya ilə işləmək üçün  

müqavilə imzaladı. O, 2002-ci ildə, 45 ildən 

sonra KDU-nin diplomunu aldı.  



 

Karyera: Onun televiziyada ilk işi 1969-

cu ildə oldu. Ona “Night Gallery” (Axşam 

Qalereyası) serialının pilot epizodunu çəkməyi 

həvalə etdilər. Onun uğurlarını görən 

“Universal” şirkəti onunla 4 televiziya filmi 

çəkmək barədə müqavilə imzaladı. Bunlardan 

birincisi və ən uğurlusu Riçard Metyusonun qısa 

hekayəsi əsasında çəkilən “Duel” (1971) filmi 

idi.  

 

Spilberqin ilk tammetrajlı filmi 1974-ci 



ildə çəkdiyi  “The Sugarland Express” 

(Şuqarlend Ekspressi) oldu. Film o qədər uğurlu 

olmasa da, filmin prodüserləri Riçard D. Zanak 

və Devid Broun Spilberqi 1975-ci ildə “Jaws” 

(Çənələr) filminin rejissorluq kürsüsünə dəvət 

etdilər. Peter Bençlinin nəhəng qatil köpək  

 

 

balığı haqqında əsəri əsasında çəkilən film 



böyük uğur qazandı. Film “Ən Yaxşı Film” də 

daxil olmaqla 4 Oskara namizəd oldu və 3-nü 

qazandı. Lakin Spilberq “Ən Yaxşı Rejissor” kimi 

namizəd olmadı. Film müasir “blockbuster” 

filmlərinin ilk nümunəsi oldu. Dünya üzrə $470 

milyon gəlir gətirən film bu dövrədək Şimali 

Amerikada ən çox gəlir gətirən film idi. Film 

onun aktyor Riçard Dreyfusla ilk işbirliyi idi. 

Spilberq “Jaws 2”, “King Kong”, “Superman” 

filmlərinə rejissorluq etməkdən imtina etdi. O, 

1977-ci ildə Riçard Dreyfusla Uçan Naməlum 

Obyektlər (ing. UFO) haqqında olan “Close 

Encounters of the Third Kind” (Üçüncü növün 

yaxın əlaqələri) filmində yenidən əməkdaşlıq 

etdi.  Film elmi-fantastik filmlərə yeni nəfəs 

gətirdi. 8 Oskar nominasiyası alan film 

Spilberqə “Ən Yaxşı Rejissor” kimi ilk 

nominasiyasını gətirdi. Film 2 Oskar qazandı. 

1981-ci ildə Spilberq və dostu Corc Lukas 

işbirliyinə başladılar. Ssenarisi Lukasa aid və 

İndiana Consun macəralarından bəhs edən ilk 

film “Raiders of the Lost Ark” (İtmiş Mücrünün 

Axtarışında) filmi işıq üzü gördü. Baş rolda 

Harrison Fordun oynadığı 1981-ci ilin ən 

yüksək gəlirli filmi “Ən Yaxşı Rejissor” və “Ən 

Yaxşı Film” də daxil olmaqla 9 Oskara namizəd 

oldu. Lakin Spilberq Oskar almadı. Film 5 Oskar 

qazandı. Bu film indi də macəra filmlərinin şah 

əsəri hesab olunur. 

 

1982-ci ildə Spilberq yadplanetlidən 



bəhs edən “E.T. the Extra-Terrestrial”  

(Yadplanetli) filmini ekranlaşdırdı. Dünyalı 

oğlan və yadplanetlinin dostluğundan bəhs 

edən film tezliklə bütün dövrlərin ən gəlirli filmi 

oldu. Bu rekord 11 il təkrarlanmadı və onu 

Spilberqin digər filmi “Jurassic Park” (Yura 

Parkı) təkrarladı.  “Yadplanetli” 9 nominasiya-

dan 4 Oskar qazandı. Spilberq yenə də “Ən Yaxşı 

Rejissor” və “Ən Yaxşı Film” nominasiyasında 

Oskara namizəd oldu, lakin yenə ala bilmədi. 



 



Film Fiction | Yanvar, №5 

Həmin il bu iki əsas mükafat “Gandhi” (Qandi) 

filminə qismət oldu. Bu filmin rejissoru Riçard 

Attenboro sonradan bildirdi ki, bu mükafatlar 

əslində “Yadplanetli”-yə qismət olmalı idi. 

 

 

 



 

 

1982-85-ci illərdə Spilberq “Poltergeist” 



(Polterqeyst) filminin ssenarisini yazdı, “The 

Twilight Zone” (Qaranlıq Sahə) televiziya serialı 

əsasında eyniadlı 4-seqmentli filmin bir 

seqmentinə rejissorluq etdi. 1984-cü ildə 

İndiana Consun 2-ci filmi “Indiana Jones and the 

Temple of Doom” (İndiana Cons və Tale Məbədi 

) ekranlara çıxdı. Filmdə Harrison Fordla 

birlikdə aktrisa Keyt Kepşou da rol almışdı. 

Spilberq 1991-i ildə Keytlə evləndi. 

 

Spilberq 1985-ci ilədək çox uğurlu 



filmlər çəksə də, mükafatlandırma mərasim-

lərində daim uğursuzluqla üzləşirdi. Həmin il o, 

Alays Uolkerin əsəri əsasında “The Color 

Purple” (Bənövşəyi Rəng) filmini ekranlaşdırdı. 

Bu Spilberqin ilk dram filmi idi. Film 11 Oskar 

nominasiyası aldı, lakin heç nə qazanmadı(!). Bu 

və “The Turning Point” (Dönüş Nöqtəsi) – 1977 

filmləri ən çox (11) Oskara namizəd olub, lakin 

heç nə almayan yeganə filmlərdir.  Hətta Oskar-

dan sonra rejissorlar üçün ən yüksək mükafat 

olan Amerika Rejissorlar Gildiyası (ing. DGA) 

mükafatını qazanan Spilberq “Ən Yaxşı Rejissor” 

kimi Oskara namizəd belə olmadı. Bu Oskar 

tarixinin ən böyük səhvlərindən biri hesab 

olunur. 

 

1986-cı ildə Spilberqin “Empire of the 



Sun” (Günəş İmperiyası) filmi ekranlara çıxdı. 

Baş rolda Kristian Beyl oynayırdı. Üç il sonra 

İndiana Cons seriyasından 3-cü film “Indiana 

Jones and the Last Crusade” (İndian Cons və 

Sonuncu Xaç Yürüşü) çəkildi. Həmin il 

Spilberqin digər filmi “Always” (Həmişə) 

əfsanəvi aktrisa Odri Hepbernin sonuncu filmi 

oldu. Lakin bu film də öz layiqli qiymətini ala 

bilmədi. 

 

1993-cü ildə S.Spilberq Maykl Kraytonun 



əsəri əsasında “Jurassic Park” (Yura Parkı) 

filmini çəkdi. Dinozavrlardan bəhs edən film  

 

 

 



inqilabi vizual effektləri ilə seçilirdi. $914.7 

milyon gəlir gətirən film Spilberqin digər filmi, 

“Yadplanetli”ni keçərək bütün dövrlərin ən 

gəlirli filmi oldu. Bu film kassada $900 milyonu 

keçən ilk film idi. Film 3 Oskar nominasiyasının 

hamısında qalib oldu. 1993-cü ildə bu iki film 

ümumilikdə 15 Oskara namizəd idi, bu isə 

rekord göstəricidir. 

 

Həmin il nəhayət ki, Amerika Kino-



akademiyası Spilberqi layiqincə qiymətləndirdi. 

Rejissorun 2-ci dünya müharibəsi dövründə 

1100 yəhudini soyqırımdan xilas edən real 

şəxsiyyət Oskar Şindler barədə “Schindler's 

List” (Şindlerin Siyahısı) filmi ekranlara çıxdı.  

 

 



 

Film kassa yığımında böyük uğur qazandı və 12 

Oskara namizəd oldu. Bunlardan 7-ni qazanan 

film nəhayət ki S.Spilberqə “Ən Yaxşı Rejissor” 

və “Ən Yaxşı Film” Oskarını qazandırdı. Amerika 

Film İnstitutu (AFİ) 2007-ci ildə tərtib etdiyi 

“Bütün Dövrlərin 100 Ən Yaxşı Filmi” 

siyahısında “Şindlerin Siyahısı”nı 8-ci yerə layiq 

gördü. 

 

1994-cü ildə Spilberq işlərinə bir qədər 



fasilə verdi, vaxtının çox hissəsini ailəsinə sərf 

etdi və Ceffri Ketsenberq və Devid Qiffenlə 

birlikdə “DreamWorks” studiyasını yaratdı. 

1997-ci ildə “Yura Parkı” filminin sikveli “The 



 



Film Fiction | Yanvar, №5 

Lost World: Jurassic Park” (İtirilmiş Dünya: 

Yura Parkı) filmi ekranlara çıxdı. Həmin il 

afrikalı qullar barədə real hadisələrdən 

qaynaqlanan “Amistad” filmi çəkildi. Lakin film 

layiqli qiymətini almadı. 

 

1998-ci ildə 2-ci dünya müharibəsindən 



bəhs edən “Saving Private Ryan” (Sıravi Rayanı 

Xilas Etmək ) ekranlaşdırıldı. Böyük uğur 

qazanan film $481 milyon gəlir gətirdi. 11 

 

 



 

Oskara namizəd olan film Spilberqə rejissor 

kimi 2-ci Oskarını qazandırdı, lakin 

gözlənilmədiyi halda “Ən Yaxşı Film” 

kateqoriyasında “Shakespeare in Love” (Vurğun 

Şekspir) filminə məğlub oldu. Bu sonradan 

Oskar tarixinin ən böyük səhvlərindən biri kimi 

qiymətləndirildi. 

 

2001-ci ildə Spilberq iki il öncə vəfat 



etmiş əfsanəvi rejissor Stenli Kubrikin son 

layihəsi, onun yazıları əsasında “A.I. Artificial 

Intelligence” (Süni İntellekt) filmini 

ekranlaşdırdı. Film inanılmaz vizual effektləri 

ilə seçilirdi. Növbəti il Tom Kruzun baş rolda 

oynadığı elmi-fantastik triller “Minority Report” 

(Azlıq Məlumatı) çəkildi. İlin ən yaxşı 

filmlərindən olan bu film $358 milyon gəlir əldə 

etdi. Həmin il onun Leonardo Di Kaprionun baş 

rolda oynadığı  “Catch Me If You Can” 

(Bacarırsansa, tut məni) filmi çəkildi, filmdə 

çəkilən Kristofer Uolken “2-ci planda ən yaxşı 

aktyor” kimi Oskara namizəd oldu.  

 

Onun digər filmləri arasında “Terminal” 



(2004), “War of the Worlds” (Dünyaların 

Müharibəsi)-2005 də var. 2005-ci ildə olmuş 

hadisələr əsasında “Munich” filmi 

ekranlaşdırıldı. Film “Ən Yaxşı Film” və “Ən 

Yaxşı Rejissor” da daxil olmaqla 5 Oskara 

namizəd oldu. Bu Spilberqin rejissor kimi 6-cı 

nominasiyası idi. Həmin il Britaniyanın məşhur 

“Empire” jurnalı 10.000 oxucu arasında 

keçirdiyi sorğuda Spilberq bütün dövrlərin ən 

yaxşı rejissoru seçildi. Siyahıda 2-ci yerdə Alfred 

Hitçkok, 3-cü yerdə isə Martin Skorseze 

qərarlaşmışdı. 

 

2008-ci ildə İndiana Cons seriyasından 4-



cü film “Indiana Jones and the Kingdom of the  

 

 



 

Crystal Skull” (İndiana Cons və Büllur Kəllə 

Krallığı) ekranlara çıxdı. Kritiklər filmi tənqid  

etsələr də, film dünya üzrə $786 milyon gəlir 

gətirdi. 2009-cu ildə Spilberq və Piter Cekson 

Belçikalı sənətçi Hergenin Tintin barədə 

komiksləri əsasında planlaşdırılmış trilogiyanın 

1-ci filmi “The Adventure of Tintin”(Tintinin 

Macəraları) animasiya fillminin çəkilişlərinə 

başladı və film 2011-ci ildə ekranlara çıxdı.  

 

 

 



Spilberqin ilk animasiya filmi bir çox 

mükafatlara, o cümlədən də animasiya filmləri 

üçün ən yüksək mükafatlardan hesab olunan 

Qızıl Qlobus və Prodüserlər Gildiyasının 

mükafatına layiq görüldü. Artıq filmin “Ən Yaxşı 

Animasiya Filmi” kimi Oskar alacağı böyük 

ehtimalla gözlənsə də,  mübahisəli şəkildə 

Oskara namizəd olmadı. Yalnız “Ən Yaxşı 

Musiqi” nominasiyasını əldə etdi. 

 

2011-ci ildə onun digər filmi, “War 



Horse” ( Döyüş atı) ekranlara çıxdı. Film “Ən 

Yaxşı Film” də daxil olmaqla 6 Oskara namizəd 

idi.  

 

Spilberq hal-hazırda Deniel Dey Lyuisin 



baş rolda olduğu və ABŞ-ın 16-cı prezidenti 

Abraham Linkolnun həyatının son illərindən 



 



Film Fiction | Yanvar, №5 

bəhs edən “Lincoln” (Linkoln) filmi üzərində 

çalışır. Film 2012-ci ilin dekabrında ekranlara 

çıxacaq. 

 

 



 

 

Video Oyunlar: Spilberq məşhur “Medal 

Of Honor” oyunlar seriyasının yaradıcısıdır. Bu 

oyunlar “Sıravi Rayanı Xilas Etmək” filminin 

təsirilə yaranmışdır. 



 

Mükafatlar və Uğurlar: Spilberq bu 

günədək 3 Oskar qazanıb. 6 dəfə “Ən Yaxşı 

Rejissor”, 7 dəfə prodüser kimi  “Ən Yaxşı Film” 

Oskarına namizəd olub. 1987-ci ildə prodüser 

kimi uğurlu işinə görə “Irving G. Thalberg  

 

 



 

Memorial Award” (Oskar) mükafatını qazanıb. 

Onun filmləri ümumilikdə 111 Oskar nominasi-

yasından 31-ni qazanıb. Bu göstəriciyə görə o, 

yalnız əfsanəvi rejissor Uilyam Uaylerdən geri 

qalır. Uaylerin filmləri 127 Oskar nominasiya-

sından 38-ni qazanıb. Siyahıda 3-cü yerdə 

Martin Skorsezedir. Onun filmləri 75 Oskara 

namizəd olub. Lakin Spilberq yaxın illərdə 

Uaylerin göstəricisini təzələyəcək. 

 

Spilberq 1998-ci ildə Amerika Film 



İnstitunun “Həyat Uğurlarına Görə” mükafatına 

sahib olub və Tom Henksden sonra bu mükafatı 

qazanan ən gənc kino xadimidir. 

 

Spilberq “Ən Yaxşı Rejissor” kimi 10 Qızıl 



Qlobusa namizəd olub. Bu rekord göstəricidir. 

Rejissorlar üçün Oskardan sonra ən böyük 

mükafat olan Amerika Rejissorlar Gildiyasının 

(ing. PGA) mükafatına rekord 10 

nominasiyadan 3-nü (rekord) qazanıb. Filmləri 

ümumilikdə 47 Qızıl Qlobus, 52 BAFTA 

mükafatına namizəd olub. 

 

Spilberq ABŞ, Almaniya, Britaniya, 



İtaliya, Fransa, Belçika və s. ölkələrin fiziki 

şəxslər üçün nəzərdə tutulan ən yüksək 

mükafatlarına layiq görülüb.  

 

 



 

 

Spilberqin filmlərini yüksək qiymətlən-



dirən məşhur rejissorlar arasında Stenli Kubrik , 

İnqmar Berqman, Verner Hersoq, Devid Lin, 

Sidney Lyumet, Roman Polanski, Martin 

Skorseze, Devid Linç və b. var. 

 

Bir çox rejissorlar Spilberqdən 



bəhrələnmişdir: Pol Tomas Anderson, 

C.C.Abrams, Ceyms Kemeron, Qilyermo del 

Toro, Roland Emmerix, Devid Finçer, Piter 

Cekson, Robert Rodriqes, Kventin Tarantino, 

Ridli Skott, Kevin Smit, Stiven Soderberq və b. 

 

Şəxsi Həyatı: Spilberq 1985-89-cu 

illərdə aktrisa Emi İrvinqlə evli olub. Onlar 

boşanarkən Spilberq ona $100 milyon pul 

ödədi. Bu tarixdə  boşanmaya görə ödənmiş 3-

cü ən böyük məbləğdir. Onların Maks adında 

övladları var. 

 

Spilberq “İndiana Cons və Tale Məbədi” 



filmində çəkilən aktrisa Keyt Kepşou ilə 1991-ci 

ildə evləndi. Spilberqin övladlığa götürdüyü 

uşaqlarla birlikdə yeddi övladı var. 

 

 



 



Film Fiction | Yanvar, №5 

 

B     P 

R     I   

A     

           



D    

           

T

 

 

 

 

 



 

 

 



Bred Pitt 18 dekabr 1963-cü ildə ingilis 

əsilli, 3 uşaqlı bir ailənin ən böyük uşağı olaraq 

ABŞ-ın Oklahoma şəhərində dünyaya göz açıb. 

Əsl adı Vilyam Bredley Pittdir. Dünyaya 

gəlməsindən bir müddət sonra ailəsi Sprinqfildə 

köçür. Uşaqlığını qardaşı Doq Pitt və bacısı Nil 

Pittlə burada keçirən Bred, "Kickapoo" liseyində 

təhsil almağa başlayır. İdmanla və məktəbin 

təşkilatçılıq işlərilə yaxından maraqlanırdı. 

Məktəb illərində dostları ona Pittler ləqəbini 

qoşurlar. 1982-ci ildə təşkil olunan bir yarışda 

ən yaxşı geyinən gənc seçilir. Pitt, həmçinin, 

musiqi ilə də yaxından maraqlanırdı. Məşhur "Q 

Magazine" jurnalına verdiyi müsahibədə o, ilk 

aldığı albomun Elton Conun "Captain Fantastic" 

albomu olduğunu demişdi. 

 

Məktəbi bitirdikdən sonra jurnalistika 



üzrə təhsil almaq üçün Bred "Missouri 

University"nə daxi olur. Tələbəlik illərində 

oğlan kolleclərindəki tələbələrin sosial 

fəaliyyətləri üçün bir araya toplaşdığı "The 

Sigma Chi" təşkilatının bir üzvü idi. 1986-cı ildə 

məzun olması üçün yalnız 2 krediti qalan Bred 

şansını Hollivudda sınamaq üçün universiteti 

atır. Karyerasını birdən-birə belə dəyişdirməsi 

ətrafındakılar üçün də şok oldu. Çünki məktəb 

və tələbəlik illərində bir neçə tamaşada səhnəyə 

çıxmasına baxmayaraq bu işi professional 

olaraq davam etdirmək istəyəcəyini heç kim 

düşünmürdü. Sonluqda film ulduzu olmağı 


 

10 


Film Fiction | Yanvar, №5 

qarşısına məqsəd qoyan Pitt, cibində sadəcə 

325 dollarla Kaliforniya xəyallarının ardınca 

getdi. 


 

Hollivuda getdikdən sonra Pittə altı il 

müddətində Roy London aktyorluqdan dərs 

keçdi. İlk kiçik rolunu "Sinif rəhbəri" (Head Of 

The Class) filmində oynayır. Həmçinin  

 

 



 

"Böyüyən ağrılar" (Growing Pains) adlı serialın 

iki bölümündə qonaq aktyor kimi rol alır. Uzun 

müddət "Başqa dünya" (Another World)  

serialında ifa etdiyi Kris rolu ilə tamaşaçıların 

qarşısına çıxan Bred, "Bizim evimiz" (Our 

House) serialında özünü nəhayət təsdiq edir. 

Serialın digər bölümündə oynaması üçün təklif 

alır. Bundan sonra isə ona Amerikanın o 

zamankı ən populyar seriallarından biri 

"Dallas"da oynaması üçün təklif gəlir. Belə bir 

fürsəti, əlbəttə, Bred qaçıra bilməzdi. Bundan 

əlavə o, "Otuzuncu nəsə" (Thirty something), 

"21-ci Camp küçəsi" (21 Jump Street), "Fredinin 

kabusları" (Freddy's Nightmares) kimi 

seriallarda da rol alırdı.  

 

1987-ci ildə Andryu MakKarti, Robert 



Douney və Ceyms  Speyder kimi məşhur 

aktyorlarla birlikdə "Sıfırdan kiçik" (Less than 

Zero), bundan sonra Çarli Şinlə "Heç kəsin 

torpağı" filmlərində oynadıqdan sonra, 1989-cu 

ildə peşəkar kimi ilk ciddi rolunu "Sinifi 

azaltmaq" (Cutting Class) filmində Dvayt İnqalls 

obrazı ilə oynayır.    

 

Bred Pittin ilk baş rolunda çəkildiyi film 



isə 1988-ci ildə köhnə Yuqoslaviya dövləti 

ərazisində çəkilən "Günəşin qaranlıq tərəfi" 

(Dark Side Of The Sun) filmi olur. Filmin 

çəkilişləri bitdikdən az müddət sonra ölkədə 

çıxan müharibə səbəbilə filmin seansa girməsi 

illər sonra həyata keçir. 1990-cu ildə "Cavan 

ölmək?" (Too young to Die?) filmində rol alır. 

Filmdə narkotika istifadəçisi olan Billi Kanton 

obrazını canlandıran Pitt, baş rolda həmkarı 

olan Culyet Levisə aşiq olur və 3 il davam edən 

sevgi macərası yaşayırlar. 

 

Bred Pitti geniş kütləyə tanıdan filmi 



1991-ci ildə çəkildiyi "Telma və Luiza" (Thelma 

and Louise) olur. Ridliy Skotun rejissorluğunu 

etdiyi film Amerikada böyük marağa səbəb 

olmuşdu. Baş rollarında Suzan Sarandon, Cin 

Deyvis, Harviy Keytel və Maykl Medsen 

oynadığı film Pittin filmoqrafiyası üçün çox 

önəmli idi. Filmdə sadəcə 15 dəqiqə 

görünməyinə baxmayaraq o, "People" jurnalı 

tərəfindən "Dünyanın ən seksual kişisi" seçilir. 

 

Ralpf Bakşinin rejissorluğunu etdiyi 



1992-ci istehsalı "Soyuq dünya" (Cool World) 

filmində çəkildikdən sonra rejissoru Robert 

Redford olan, Kreyq Şefferlə baş rollarını 

paylaşdıqları və "Ən yaxşı kinomatoqrafiya" 

nominasiyasında Oskarı qazanan "Çayların 

axdığı yer" (A River Runs Through It) filmində 

rol alır. Bred filmdəki həmkarı aktyor Bak 

Simmondsla dost olur. İkili ev tutaraq birlikdə 

yaşamağa başlayırlar.   

 

 



 

 

 



1994-cü ildə Anne Raysın eyni adlı 

"Vampirlə müsahibə" (Interview With The 

Vampire) romanı əsasında ekranlaşdırılan 

filmdə canlandırdığı vampir rolu ilə bir daha öz 

bacarığını tamaşaçılar qarşısında sübut etdi. 

Filmdə Tom Kruz, Kristian Sleyter, Antonio 

Banderas və o zaman hələ 11 yaşında olan 

Kirsten Danstla kimi aktyorlar da rol 

almışdılar.Film həmin il 2 nominasiya üzrə 

Oskara namizəd göstərildi. 

 

Eyni il məşhur aktyor Antoni Hopkinslə 



birlikdə, Eydan Kuinn və Culiya Ormond kimi 

aktyorların da iştirak etdiyi "Payız əfsanələri" 

(Legends of the Fall) filmində rol aldı. Ciddi və 

önəmli layihələrdə olduqca məşhur insanlarla 

birlikdə işləyən Bred üçün kino tənqidçiləri 

olduqca müsbət rəylər verirdilər.  

 

1995-ci ildə Bred Pittin karyerası üçün 



olduqca müvəffəqiyyətli il oldu. Həmin il aktyor 

 

11 


Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə