AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNİN NƏZDİNDƏ
SUMQAYIT DÖVLƏT TEXNİKİ KOLLECİ
FİRMANIN (MÜƏSSİSƏNİN) İQTİSADİYYATI fənni üzrə
MÜHAZİRƏLƏR
Müəllim: Rəhimova Gülsabah Vahid qızı
“
Firmanın iqtisadiyyatı” kursunun tədqiqat obyekti, predmeti və
məzmunu
1. Müəssisə və firma:oxşar cəhətləri və fərqləri
2. “Firmanın iqtisadiyyatı” kursunun tədqiqat obyekti, predmeti
3. Kursun tədqiqat metodları və iqtisad kursları sistemində yeri
1. Hər hansı kursun tədrisi onun tədqiqat obyekti və predmetinin tələbələrə
aydınlaşdırılmasından başlayır. Buna nail olmağa yardımçı bir məqam kimi
“müəssisə” və”firma” məhfumlarının vəhdəti, başqa sözlə bunların analoji (oxşar)
tərəfləri və onların bir-birinə bənzəməyən cəhətlərinin izahı da az əhəmiyyət kəsb
etmir. Hər şeydən öncə “firma” italyan sözü olub, Azərbaycan dilində “imza”,
“nişan” sözlərinə uyğun gəlir.
Firma məhfumunun məzmununu açıqlayan iqtisadçıları iki qrupa bölmək olar.
a) firma kommersiya fəaliyyəti ilə məşğul müəssisədir, təşkilatdır;
b) firmanın tərkibi bir deyil, bir neçə müəssisədən ibarətdir.
Firma-sənaye, ticarət, tikinti, nəqliyyatda hüquqi şəxs kimi kommersiya
məqsədi güdən, sahibkarlıq fəaliyyətini həyata keçirən hər hansı təşkilati-
təsərrüfat vahididir.
Bəs firma ilə müəssisə arasında nə kimi oxşarlıq və fərqlər vardır. İlk öncə
göstərmək lazımdır ki, müəssisə-əmək bölgüsünə əsaslanan, kooperasiya vasitəsilə
təşkil olunan, daxili texnoloji əlaqələri koordinasiya edilən mürəkkəb bir
təsərrüfatçılıq subyektidir. “Firma” məhfumunun mahiyyətini açıqlayan bir sıra
iqtisadçılar onun (firmanın) müəssisə olduğunu göstərməklə yanaşı, artıq qeyd
edildiyi kimi, onun müəssisədən fərqli iki cəhətini də göstərirlər: a) firma 2 və
daha çox müəssisədən ibarət olur. b) firma istehsalla yanaşı, həm də kommersiya
fəaliyyəti ilə də məşğul olur. Müəssisəyə aid qalan nə əlamətlər vardırsa, onların
hamısı firma üçün də səciyyəvidir.
2. İnsan fəaliyyətinin sferalarından biri kimi, elmin funksiyası həqiqətlər
haqqında obyektiv nəzəri biliklərin işlənməsi və onların sistemləşdirilməsindən
ibarətdir. İqtisad elminin müstəqilləşmiş sahələrindən biri də-təbii ki özünün
tədqiqat obyekti və predmeti olan – “Firmanın iqtisadiyyatı” elmidir. İki yunan
sözünün – “oykos” (ev təsərrüfatı) və “nomos”un (qanun, qayda) birləşməsindən
əmələ gələn “Oykonomiya”nın Azərbaycan dilinə tərcüməsi “təsərrüfata rəhbərlik”
mənasını verir. Lakin bununla yanaşı “Oykonomiya” sözü rus dilinə “Ekonomika”,
Azərbaycan dilinin lüğət fonduna isə mənşəyinə görə ərəb sözü olan “İqtisadiyyat”
kimi qəbul olunmuşdur. Əgər iqtisadiyyat bir tərəfdən insanların çox geniş
miqyaslı fəaliyyət və onların maddi və sosial ehtiyaclarını təmin edən yeganə
təsərrüfat sferasıdırsa, digər tərədən o, həm də, elm sahələrindən biridir. Əgər
iqtisadiyyatın nəzəri əsaslarını “İqtisadi nəzəriyyə” elmi tədqiq edirsə, praktiki və
ya tətbiqi cəhətlərini isə konkret iqtisad elmləri öyrənir. İqtisadiyyatın həm tədqiqi
və həm də idarə olunması baxımından o (“İqtisadi nəzəriyyə”), özünün 4 tərkib
hissəsinə bölünür: “Makro” və “Mikro”iqtisadiyyat, “Mezoiqtisadiyyat” və
“Meqoiqtisadiyyat”.
Dostları ilə paylaş: |