Firudin Zeynallı



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə1/7
tarix19.06.2017
ölçüsü2.8 Kb.
  1   2   3   4   5   6   7

 
Firudin Zeynallı 
 
 
 
 
 
 
Ölüm haqdı,  
belə də yox 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI-2014 
 

 
2
 
 
 
 
Redaktoru və 
ön sözün müəllifi.     Vaqif Nəsir 
                                   Professor, şair-publisist  
                                   Azərbaycan  Yazıçılar  
                                   Birliyinin üzvü 
 
 
 
Firudin Zeynallı. “Ölüm haqdı, belə də yox”. 
BAKI-2014. 220 səh 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
3
Redaktordan 
Dərddən  süzülən  misralar 
 
Atalar “ölüm gözlə qaş arasındadır” desələr də 
qəzadan gələn qəfil ölüm çox gözlənilməz və dəhşətli 
olur. Firudin müəllimin ailəsində baş verən agır itki 
bizim hamımızı─onun yaxınlarını, dostlarını, qohum-
larını sarsıtdı. O, özünün sevimli balasını, 38 yaşlı 
həkim qızını  qəza nəticəsində itirdi. Zəhmətkeş bir 
insan, gözəl müəllim, müdrik ağsaqqalın Göyçə  dər-
dinin üstünə böyük  bir dərd də gəldi. Göyçə dərdin-
dən, doğma yurd nisgilindən yazan Firudin müəllim 
yenidən qələmə sarılaraq vərəqlərə köçürməyə 
başladı. Qarşımda olan bu kitabın  ərsəyə  gəlməsinin 
səbəbi də elə budur. Kitabın  əlyazmasını oxuyanda 
məni dəhşət bürüdü. Bu kitab dogrudan da özünün 
ahıl yaşlarını yaşayan, bircə  qız övladını  qəfildən 
itirən atanın fəryadı, harayıdır.  Ədəbiyyatımızda 
dünyasını  dəyişən yaxınlarına  şeirlər,  əsərlər  həsr 
edən sənətkarlarımız olub. Firudin müəllim də öz ürək 
yanğısını söndürmək, toxtaqlıq tapmaq, bu dərdini də 
yaxınları ilə bölüşmək üçün qələmə sarılmış, 
poeziyaya müraciət etmişdir. Məhz buna görə  də  o, 
“kağızlara köçürürəm dərdimi, için-için ağlayıram, 
neynəyim”- deyir. Dərdini bölüşəndə azalır, sevinci 
bölüşəndə isə artır. 
Firudin müəllim mərhum qızına “dişinlə 
dırnağınla yurd-yuva düzəltmişdin, mənim Kəmalə 
qızım, ay mənim makam balam” deyib ah- nalə çəkir. 
Daha sonra isə  dərdin  əlində  əsir olan ata necə de-

 
4
yərlər əlini hər yerə atır və sonda övladının qəfil ölü-
mündə özünü müqəssir sayır və “balamı odlara atan 
mənəmmiş” deyir. 
 Yazılan şeirlər də çox təsirli məqamlar var: 
 Dedim sən ağla məni 
                           Qısa et məsafəni; 
                           Məndən alıb kəfəni 
    Balam tərk etdi məni... 
 
Həyat davam edir Firudin müəllim. Sən mər-
hum qızına müraciət edib “Sənin əvəzini mən hardan 
tapım” deyə soruşursan. Bu itki çox ağır olsa da, bu 
faciənin az da olsa təsəllisi Nəcəf var, Orxan var!  Bu 
nəvələrdən Kəmalə  qızının qoxusunu alacaqsan. Bu-
nun üçün səbrli olmaq, özünü qorumaq, həmin nəvə-
lərin xatirinə yaşamaq lazımdır. Allah da səbr edəni 
özünə dost tutur. 
 Deyirlər ki, ilham pərisi əsasən iki halda qəmli-
kədərli və sevincli-nəşəli halda qələni sahibinə qonaq 
olur. Firudin müəllimin  şeirlərini oxuduqca, buna bir 
daha əmin olursan. Onun son zamanlar yazdığı şeirlər 
məhz ailəsində baş verən faciə ilə bağlıdır. Yeganə 
qızını itirən Firudin müəllim özünün dünya boyda 
dərd-qəmini nəzmə  çəkərək haray salır, fəryad 
qoparır. Halal müəllim çörəyi ilə boya-başa yetirdiyi 
Kəmalə balasının faciəli ölümü onu yandırır və həmin 
yanğım o, insan düşüncələrinin ən yığcam ifadəsi olan 
şeirin dili ilə oxucularına çatdırır. 
 Firudin 
Zeynallı poeziyaya hələ keçən əsrin 90-
cı illərinin sonlarında gəlmişdir. O, öz qələmini “XXI 

 
5
əsr” müstəqil ictimai-siyasi qəzetin redaktoru kimi, 
sonralar AZTV-nin əməkdaşı kimi sınamışdır. Firudin 
müəllim ilk poeziya nümunələrini Respublika 
qəzetlərində çap etdirərək öz imzasını oxuculara 
tanıtmışdır.  Əlbəttə Köyçə mahalında, Aşıq  Ələsgər 
torpağında dünyaya göz açan bir insan şeirə, 
poeziyaya biganə qala bilməzdi. Məhz bu faktor onun 
poeziyasının meydana gəlməsində mühüm rol 
oynamışdır. İlk vaxtlar o, düşmən tapdağı altında olan 
doğma yurddan, torpaq həsrətindən, böyüyüb boya-
başa yetdiyi diyarın gözəlliyindən və ürəyində olan 
nisgildən yazırdı. Onun o vaxt vətən həsrəti ilə 
yazdığı  şeirləri qızının ölümü münasibətilə yazdığı 
şeirlərlə müqayisə etdikdə görürsən ki, hər iki faciə 
Firudin müəllimi eyni dərəcədə ağrıtmış, əzab vermiş, 
yuxusuz gecələr bəxş etmişdir. Ana torpaq və övlad 
itkisi ömrünün yetkin çağında olan bir insan üçün çox 
ağır dərd olsa da, Firudin müəllim çox gözəl bilir ki, 
insan tanrının ona verdiyi ömür payını yaşayır və 
buna görə də o, “tale yazısını pozmağa qadir deyiləm, 
Allahın işlərini yazmağa qadir deyiləm-deyir. Sevimli 
qızının faciəli ölümü onun dərdinin üstünə  dərd 
gətirdi. Onun fəryadı o qədər güclü oldu ki, qızı 
Kəmalənin ölümü bir ailənin deyil, elin-obanın 
dərdinə çevrildi. Özünün yazdığı kimi 
 
 
Ətrafımı cin-şəyatin alsa da, 
  
 
Ömrümə bir həftə, bir gün qalsa da. 
  Firudin 
nə qədər haray salsa da, 
 
 
Kəmalə bir daha qayıtmayacaq.   

 
6
 
Buna baxmayaraq o, yenə  də  fəryad qoparır, 
ahu naləsi necə deyərlər aləmi bürüyür.  
Ədəbiyyatda anaya, ana məhəbbətinin böyüklüyünə, 
müqəddəsliyinə həsr olunmuş müxtəlif səpgili əsərlər 
yazılmış, oxuculara təqdim olunmuşdur. Firudin 
müəllimin yazdığı bu şeirlər mən deyərdim ki, ata 
məhəbbətinin təcəssümü, ata faciəsinin poetik 
ifadəsidir. Onun şeirlərini oxuduqca övlada olan 
məhəbbətin böyüklüyünü hiss edir, duyursan. O, bu 
məhəbbətini daşa torpağa yönəldir və deyir: 
 
 
 
Əzizim qaşı yaxşı, 
   Kipriyi, 
qaşı yaxşı. 
 
 
 
Qızım yatan məzarın, 
 
 
 
Torpağı, daşı yaxşı. 
Bəli, Firudin müəllimə göz dağı olan balasının məzarı 
elə o, balanın xatirinə onun üçün müqəddəsləşir, 
gözünə  qızının məzarının “torpağı, daşı yaxşı” 
görünür. Onun şeirlərində ata məhəbbətinin 
müqəddəsliyi, ülviliyi aydın şəkildə sezilir. Bu şeirlər 
oxucuya müəllifin necə ürək sahibi, necə ata olduğunu 
göstərir. O əziz övladını vaxtsız itirəndən sonra dünya 
gözlərinə tamam qara rəngdə görünür və bna görə də 
yazır: 
 
 
 
Gülşəni sar olubdu, 
   Yarpaqlar 
saralıbdı. 
 
 
 
Balam əkdiyi güllər, 
 
 
 
Bəs niyə qaralıbdı?! 
Günlər bir-birini, aylar ayları, fəsillər fəsilləri  əvəz 
edir və Firudin müəllim başına gələn faciənin 

 
7
həqiqiliyinə inanmır, ümid onu yaşadır, fəqət dərd 
inlədir: 
Yaram qövr eyləyir, yaram irilir, 
İlahi sirrini ilahi bilir. 
Torpağa can gəlir, hər şey dirilir, 
Tək sən dirilmirsən, ay nakam qızım.  
 Firudin 
müəllimin şeirlərini oxuduqca, üz verən 
faciənin dəhşəti adamı  ağrıdır, göynədir və 
düşünürsən ki, bu ağırlığa, bu dəhşətə dözmək hər 
kişinin işi deyil. Firudin müəllim dözür, yaşayır, 
ümidin əlindən tutub nəvələri Orxanı, Nəcəfi yerbəyer 
etməyi düşünür. Allah səbir versin, Firudin müəllim! 
Allah kömək olsun! 
 
 
 
 
                                                             Vaqif Nəsir 
Professor, şair-publisist Azərbaycan  
    Yazıçılar Birliyinin üzvü 
 
 
 
 
 
 
 
 
 
 
 

 
8
I BÖLÜM 
 
Kəmalənin ömür yolu 
 
Ömrü qısa oldu, yolu çox uzun, 
Ləzzətin görmədi baharın, yazın. 
 
Xalq ancaq sevdiyi insanları yaddaşında saxlayır 
deyiblər, qızım. Sən də sevilənlərdən olmusan. 
İnsan var, xoşbəxtliyi özü ilə birlikdə doğulur, 
onunla birlikdə ömrünün axırına qədər yol gedib, 
yoluna işıq saçır.  İnsanda var bədbəxtliyi özündən 
qabaq dünyaya gəlib, onu qarabaqara, dabanbasara 
izləyib yol yoldaşı olur, yoluna qara tikan əkir, qara 
çuxasını başının üstündən  əsirgəmir qızım. Səndə bu 
ikincilərdən oldun əziz balam. 
 Ömrü 
yarımçıq, arzuları bitməmiş qalan əziz 
qızım Kəmalə Zeynalova (Hüseynova) 1975-ci ilin 
may ayının 14-dəYasamal (keçmiş Oktyabr 
rayonunda) doğulmuşdur. Doğulduğu gün ömrümüzə 
xoşbəxtlik gətirmişdir. Nə biləydik ki, bu xoşbəxtliyin 
ömrü çox qısa olacaqmış. Atalar yaxşı deyib: “Sən 
saydığını say gör fələk nə sayır”. 
 
Kəmaləm 1982-ci ildə Yasamal (keçmiş 
Oktyabr) rayonunun 13 saylı orta məktəbinin birinci 
sinfinə getdi. İkinci sinifdə oxuyakən məktəbə 
yoxlama gəlir. Onun qabiliyyəti ilə tanış olan 
komissiya 
 
sədri professor Yəhya
 
Kərimov məktəbin 
pedaqoji  şurasında deyir: “Əgər bu qız məktəbi qızıl 

 
9
medalla qurtarmasa mən hesab edirəm ki, günah 
müəllimlərdə olar”. 
 1987-ci ildə yaşayış yerimizi 
dəyişdiyimizdən Kəmalə balam Suraxanı 
(Orconikidze) rayonunun Hövsan qəsəbəsindəki 176 
saylı orta ümumtəhsil məktəbinin 6-cı sinfində 
oxumağa başlayıb. Həmin məktəbi 1991-ci ildə 
bitirib. ATU-nun malicə profilaktika fakültəsinə daxil 
olub (Yeri gəlmişkən həmin il test üsulu respublikada 
ilk dəfə  tətbiq olunurdu. Kəmalə  ən yüksək bal 
toplamışdı).  
Oranı 1998-ci ildə bitirib, Suraxanı rayonundakı 
birləşmiş xəstəxanasında işə başlayıb. 
2014-cü ilin dekabr ayının 23-də 38 yaşında 
dünyasını dəyişib. 
 
Sənin yoxluğuna heç kim inanmır, 
inanmayacaqlar da, əziz balam. Elə bu yaşda, bu 
görkəmdə, bu baxışda qəlblərə köçdün. Ölüm 
sevinməsin qoy. Sən Allahın sevimli bəndələrindən 
olmusan, mənim nakam balam. Tanrı sevdiyi 
bəndələri tez aparıb ölməzliyə qovuşdurur. 
Meşəyə gedən  əyri ağacı  kəsmir, hamı düz 
axtarıb, düzü kəsir. Düz hamıya lazımdı. Əməli, istəyi 
düz, arzusu pak, ürəyi təmiz, qəlbi kövrək (bir az da 
niskilli), səbirli, təmkinli, hamının sevincinə  şərik, 
kədərinə ortaq olanlar o, qədər azdırmı ki, sənə növbə 
tez çatdı. Çox olsa nə olardı  sənə  də növbə gec 
çatardı, balalarını yerbəyer edərdin. Ölüm düz 38 il idi 

 
10
ki, sənin kimi birisini axtarırmış  mənim Kəmalə 
qızım.  
Ölümlə qol-boyun olub getdin. Heç biz tərəfə 
baxmadın da. Ömür gün yoldaşına, balalarına, atana, 
anana, qardaşına, qohumlarına, səndən ümüd 
gözləyən,  şəfa diləyən xəstələrinə bir sözlə  səni 
istəyənlərə, bütün insanlara dağ  çəkdin. Niyə belə 
insafsızlıq elədin ay nainsaf. Niyə anan Emilyanın 
qara saçlarına qar yağmalıydı? Atanın qəddi kamana 
dönməliydi, ürəyinə dağ boyda dağ  çəkilməliydi? 
Nəcəfin, Orxanın ürəyinə ana dərdi çəkilib 
ömürlərinin axırına kimi onları sızıldatmalıydı? Niyə? 
Kədəri sevincindən çox, gecəsi gündüzümdən 
uzun qarası  qırmızısından tünd yarımçıq nakam bir 
ömür yaşadın  əziz balam. Bir yarımçıq ömürdə neçə 
ömür yaşadın: sadə  və kasıb tələbə ömrü, 
valideyinlərinə Tanrı kimi sitayiş edən övlad ömrü: 
Günəş  işığına həsrət qalan gözlülərə  işıq bəxş edə 
həkim ömrü; ailəsini, balalarını canından artıq sevən, 
bəxtikəm balalarının kədər yükünü çəkən ana ömrü, 
gecəsi narahat, gündüzü həyəcanlı  həmişə insanlara 
xoşbəxtlik arzulayan həkim ömrü: şirin, məlahətli, 
aydın səsilə, mülayim təbiətli,gülərüz sifətilə 
pasientlərinin ürəyinə köçən həkim ömrü: böyüklə-
böyük, kiçiklə-kiçik heç kəsi özündən narazı 
salmayan, həkimlik peşəsinin vurğunu olan, ləyaqətli, 
namuslu,  şərdən-xətadan, kindən-küdurətdən, dedi-
qodudan uzaq olan insan ömrü. 

 
11
Sən həyatı, təbiəti, insanları necə  də sevirdin, 
onlara qayğı ilə yanaşırdın. Xüsusilə  də  mənə 
(atana).Çünki, mənim  şəkərim vardı. Qorxurdun ki, 
ölərəm. Əfsus ki belə olmadı. 
Sən mənə  ağlamaq  əvəzinə, mən sənə  ağladım 
mənim Kəmaləm. 
Hər gün evə  gələndə gözlərim telefona dikilir. 
Heç yerə  tərpənmirəm ki, indicə  Kəmaləmin  şaqraq 
səsi eşidiləcək. Ata necəsən? Ağrımırsan ki, bazar 
günü tezdən gələrsən  şəkərinin miqdarını ölçərik. 
Lazım olarsa sistem köçürərik. Fikir eləmə 
ölməmişəm ki, səni qoymaram ağrımağa. 
Əfsuslar olsun ki, qızım qoydun ağrımağa. 
Nəinki, ağrımağa, dağ boyda dağı sinəmə  çəkdin, 
kainatı üstümə  yıxdın, Günəşimi söndürdün ay 
insafsız.  İndi o, vaxt ağrılarım yox olar ki, sənin 
yanına gəlim sən mənə layla çalasan. 
Qızım sənsiz qərib kimiyəm, hər  şey gözümdə 
dəyişib, elə bil şəhər qəribsəyib, insanlar başqalaşıb, 
divarlar soyuyub. Hara baxıram sənin gülümsər 
çöhrəni görürəm, səsini eşidirəm: nə var, nə yox. 
Nəcəfdən nigaran deyiləm, bilirəm ki, o mənim 
arzularımı doğruldacaq... 
Qızım sən heç vaxt nə var, nə yoxla 
kifayətlənmirdin. Hamının dərd-sərinə  şərik olurdun 
köməyinə yetirdin, hamıya qarşı diqqətli və qayğıkeş 
idin. Səndə insanlara qarşı bir mehranəlik vardı. 
Xüsusilə qaynatana, qaynanana. Onları öz 
valideynlərindən seçməzdin.  Əsl müsəlmanlara xas 

 
12
olan adət-ənənəni qoruyub saxlayan gəlin idin. Bir 
sözlə, mənim  əziz nakam balam sənin hərəkətlərin 
dünyagörmüş, zəngin həyat təcrübəsi olan bir insanın 
həyat yolunu xatırladırdı. Odur ki, sənin kimilər heç 
vaxt ölmürlər. Anar demişkən: 
İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox 
olmurlar, nə  qədər ki, onları xatırlayan, onların 
səslərini, sifətlərini, yaddaşında saxlayan adamlar 
durur, bu ölənlər də  hələ yaşayır-fikirlərdə, 
xəyallarda, təsəvvürlərdə... 
Səndə yaşayacaqsan mənim balam. Çünki, səni 
xatirələrdə yaşadanlar var olacaq. Onlar əsrdən əsirə, 
nəsildən nəsilə ötürərək daim yaşadacaqlar. 
 
Allah rəhmət eləsin əziz balam, qəbrin nurla 
dolsun, yerin behişt olsun. 
 
 
 
 
 
 
 
 
 
 
II BÖLÜM 
 

 
13
Deyilən söz yadigardır 
 
Allah ucalardan uca, ululardan uludur 
Görəsən bu dünyadan doydum deyən olubmu?! 
Görəsən bu dünyanı tutub qalan olubmu?! Görəsən bu 
dünyadan razı qalan olubmu?! Bu görəsənlərin sayını 
çoxaltmaq olar. Bu görəsənlərə cavablar da çox ola 
bilər. Bu görəsənlər çoxlarını dil-dil ötməyə də vadar 
edə bilər. Bunların hamısını çox təbii və səmimi qəbul 
etmək lazımdır. Həqiqətdən kənar heç nə yoxdur. 
Bütün gizli olanlar da tez-gec həqiqətin imtahanından 
keçməli olur. Həqiqətə baş əyməli olur, həqiqətlə üz-
üzə dayanmalı olur.  
Allah dünyanın  əşrəfi olan insanı  xəlq etdi. 
Yaratdığı digər varlıqları onun naminə yaratdı. 
Bununla belə, insanı zaman-zaman imtahana da çəkdi. 
İmtahandan üzüağ  çıxanlar da oldu, imtahandan çıxa 
bilməyənlər də... Hər halda Allah yaratdıqlarına, 
xüsusilə insana olan nəzərini heç zaman kəsmədi. 
İnsan övladının bütün yaşantıları da bunu sübut etdi. 
Odur ki, “Allah bilən məsləhətdir” deyimi   elə - belə 
yaranmadı. Həmişə bu deyimlə insanlar Allahdan heç 
nəyin gizli olmadığını etiraf etdilər. Allahın  əmrinə 
tabe olduqlarını bəyan etdilər. Allah xatirinə hər şeylə 
razılaşmalı oldular. Ümid və inam yerləri yenə  də 
Allah oldu. “Allah hər  şeyi görür”, “Allah hər  şeyi 
bilir” deməklə bir daha Allaha sığındılar. Onun 
səxavətinə ümid və inam bəslədilər. Onun 
səxavətindən tez-gec gün doğacağına inandılar. Ancaq 

 
14
bununla belə, insanların bir-birindən umacaqları da az 
olmadı. Elə bu umacaqlar naminə bir-birindən bəzən 
küsdülər, bir-biri ilə əqidə, məslək yolunda birləşdilər, 
bir-biri ilə küsülülər barışdılar, bir-biri ilə  əqidə, 
məslək yolunda kəsişdilər. Ancaq onu da unutdular ki, 
bunların hamısını Allah görür və bilir. Unutdular ki, 
Allah insanların bütün əməllərinin hesabatını aparır. 
Unutdular ki, Allah bütün insanları  əməllərinə görə 
sınağa çəkir.  
Allah bu dünyanı bir sınaq meydanına çevirdi. 
İnsanları tez-tez sınağa çəkdi, insanları tez-tez 
yoxladı. Bəzən dünyanın naz-nemətinə, var-dövlətinə 
aldananlara güldü. Ancaq səxavəti böyük olduğu 
üçün, səbri tükənmədiyi üçün hər  şeyi yerbəyer 
etməyə  tələsmədi. Belə olduğundan hərə öz ağlına 
uyğun hərəkət etdi, hərə öz arşını ilə gördüklərini, 
bildiklərini və etdiklərini ölçdü. İnsanlar hər  şeyi öz 
arşınları ilə ölçdüyündən  əqidə, məslək, düşüncə, 
əməl baxımından müxtəlif qruplarda birləşdilər. Hər 
kəs öz mənsub olduğu qrupda özünü daha rahat hiss 
etdi. Hər kəs öz mənsub olduğu qrupda özünü haqlı 
saydı. Dünya yaranandan dünyanın gəliş-gedişi belə 
oldu, bu cür də davam edir və belə  də olacaqdır. 
İnsanların haqlı və haqsız olmasından asılı olmayaraq 
onlar bu gəlimli-gedimli dünyanın dəyirmanında 
üyüdüldü. Un kimi üyüdüldü. İnsanın başına nələr 
gəldi.  İnsan özü öz başına nələr açdı.  İnsanın ağlına 
gəlməyənlər onun başına gəldi.  Əzab-əziyyətlə 
yaşayanlar da oldu. Kefdə, damaqda olanlar da oldu. 

 
15
Həyatından ləzzət alanlar da oldu. Həyatından 
bezənlər də oldu. Bunların hamısı oldu və olacaqdır. 
Ancaq bu olub-keçənlər içərisində insan övladını daha 
çox göynədən, ağrıdan, bu dünyadan nakam gedənlər, 
vaxtsız köçənlər oldu. Çünki onlar nə bu həyatdan 
doydular, nə  də insanlar – qohumlar, qardaşlar, 
bacılar, atalar, analar, əmilər, dayılar, dost-tanışlar 
onlardan doydu. Yuqoslaviyalı türk şairi Rauf Qırkül 
demişkən:  
                             Bir həyat az 
iki olsa... yenə az 
    çünki sənə və həyata 
                             doyum olmaz. 
Biz çox şeyləri bilmirik. Onu da bilmirik ki
sabah nə olacaq, nə baş verəcək. Bəlkə sabah nə baş 
verəcəyini bilsək, onda dünyanın dadı, ləzzəti qaçar. 
Yenə də Rauf Qırkül demişkən:  
       Bu gecə güldük, əyləndik 
                           Söhbətimiz bol oldu 
                           yarın harda, kiminlə 
                           necə olacağımızı kim bilsin... 
                           zatən, yarını bilmək 
                           dadını qaçırır həyatın, acısı olardı. 
Ancaq bizdən qabaq baş verənlərdən az-çox 
məlumatımız var. Bu günə qədər baş verənləri az-çox 
bilirik. Bildiklərimiz və gördüklərimiz içində sevinc, 
fərəh olduğu kimi, üzüntülü anlar, kədərli günlər də az 
olmayıbdır. Bu, bizdən asılı olmayan bir yaşantıdır. 

 
16
Onu yaşamalıyıq, o yaşantılara dözməliyik. Axı, 
“Allah bilən məsləhətdir”.  
Belə kədərli, ağrılı yaşantılardan biri də Allahın 
gözəl bəndəsi Firudin Zeynallının başına gəldi. Heç 
yatsa, yuxusuna da girməzdi.  Ağlına gəlməyən, 
yuxusuna girməyən başına gəldi. İstəkli qızı Kəmaləni 
itirdi. 38 yaşlı həkim qızı – Kəmalə qəza nəticəsində 
dünyasını  dəyişdi. Hər gün gözünün qabağında olan 
Kəmaləsi indi fiziki cəhətdən yoxdur. Qara torpaq 
altında nə edir, onu hardan bilsin?! Onun bu dərdi, bu 
kədəri mənim yadıma türk şairi Məhməd Bütücün 
aşağıdakı misralarını salır:  
                        Nədən əl sallarkən 
                        köç edən quşları izlərsən 
                        Qocacıqda Prizrendə Mamuşada 
                        və buraların bilməm harasında 
                        şam işığıyla titrəyən hıçqırıqlar 
                        yarar koyu qaranlığı issız gecələrdə 
                        bir quş olsan uçsan uzaqlara 
                        o yerlərə mutluluq 
                       bir ovuc torpaq götürsən oralara 
                       onlara bir ovuc torpaq gətirsən buralara  
                       onlardan yenidən ağlarmıydın 
                       əl sallarkən o quşlara üzün gülərmiydi  
                       ananın qucağında sıcaqlığa sarılsan 
                       bilməm ana qucağında olmaq başqa  
                       öksüz bir çocuq kimi anadan uzaq 
                       buralarda yaşamaq bam-başqa. 

 
17
Firudin müəllimi – Firudin Zeynallını  ağrıdan 
dərd var idi. Bu dərd də - övlad dərdi dərdin üstünə 
gəldi. Vətən dərdi onun qaysaq bağlamamış yarası idi. 
Üz-gözündən hiss olunurdu ki, Vətən dərdi onu 
göynədir, bəzən heç özündə olmur, göylə, yerlə 
danışır. Öz dünyasına qapılaraq özünə hesabat verir, 
bəlkə  də  xəyalında Vətəndən uçub gələn quşlardan 
Vətən barədə soraq alır. Bəlkə  də erməni tapdağı 
altında qalan Vətəndəki ulularımızın ruhundan soraq 
alır. Bəlkə də qürbətdə qalan ruhların qarşısında aciz 
qalaraq özünü danlayır. Bəlkə  də qürbətdə qalan 
Vətəndən bir ovuc torpaq, bir içim su, bir udum hava 
istəyir. Hər halda bəlkələr çox şey deyir. Gümanlar 
yüz yerə gedir, iman isə birdir. Gümanlardan başımızı 
itirmişik, başımız ağrılar çəkibdir. Bu ağrılar, acılar 
içərisində başını itirmiş Firudin müəllimin başına bir 
dərd də olmazın oyun açdı. Öz ciyərparasını itirdi. 
Onun sorağını kimdən alacaq?! Onun sorağını kimdən 
soracaq?! Ciyərparasına istidirmi, soyuqdurmu, 
küləkdirmi, qardırmı, borandırmı, bütün bunların 
hamısını haradan biləcək?!  
Deyillər ki, qara torpağın üzü soyuqdur. Bu 
soyuqluq onu nə qədər yandıracaq, külə döndərəcək?! 
Bu dərd onu nazildib iynənin ucundanmı keçirəcək?! 
Heç nə bilmirəm, bircə onu bilirəm ki, bu dərd Firudin 
müəllimin  əl-ayağını toparlayıb yumağa çevirdi. Bu 
dərd Firudin müəllimi bu dünyaya gəlməyinə peşiman 
etdi. Bu dərd Firudin müəllimin anadan əmdiyi südü 
burnundan gətirdi. Bu dərd onu yandırıb-yaxdı. 

 
18
Əlindən nə gələ bilərdi?! Ümid yeri kimi sözə əl atdı, 
sözdən yapışdı, sözlə  dərdini bölüşdü. Qızının 
dünyasını  dəyişməsi ilə bağlı  şeirlər yazdı, bayatılar 
qoşdu. Onu yandıran dərddən çıxmaq yolunu sözdə 
tapdı. Firudin müəllim sözə  sığınmaqla dərdinə  əlac 
axtardı. Dərdində sözün özünü yandırmaq istədi. 
Beləcə  şeirlərini, bayatılarını düzdü, qoşdu. Onun 
şeirlərini, bayatılarını oxuyanda bir daha əmin oldum 
ki,  ən güclü, tutarlı folklor nümunələrini (bayatılar, 
laylalar) xalqın adından elə bu cür yaradıblar. Xalqın 
içərisində olan insanlardan biri, bir neçəsi yazıb-
yaradıb və bu yazılanlar  xalqın ürəyindən xəbər 
verdiyi üçün xalqın malına, sərvətinə çevrilibdir. 
Xalqın qəlbinə yaxın olanları xalqın istəyinə uyğun 
verən insanların yaradıcılığı xalq yaradıcılığı kimi 
formalaşıbdır. Bunları ona görə qeyd edirəm ki
Firudin müəllim də belələrindən biri kimi ürəyi yaralı 
insanların qəlbindən xəbər verən  şeirlər, bayatılar 
qoşmaqla öz sözünü deyir. Daha doğrusu, dərdini 
bölüşür. Xalqın vaxtilə  dərd, kədər mövzusunda 
yazdıqlarını  öz  sözü  ilə yeniləşdirir. Bir sözlə, dərd 
onu dilləndirir.   
                             Əzizim dağdan aşdı, 
                             Səbirim dolub daşdı. 
                             Kəmalə küsüb getdi, 
                             Mən qaldım gözü yaşlı. 
Doğrudanmı “Kəmalə küsüb getdi”?! Bunun 
əyrisini, doğrusunu yenə  də Allah yaxşı bilir. Ancaq 
onu bilirəm ki, insan insandan küsdüyü kimi, insan 

 
19
dünyadan da küsə bilir. Əgər belədirsə, bu dünyaya 
uyuşmayanlar, bu dünya ilə barışmayanlar bu 
dünyadan üz çevirə bilirlər, bu dünyadan küsüb gedə 
də bilirlər. Bu dünyadan küsüb getməyi rahat bir yol 
kimi seçirlər. Unudurlar ki, geridə qalanlar hansı ağrı 
və acılara mübtəla olur, hansı  məşəqqətlərə düçar 
olurlar. Məhz həmin ağrı, acı və məşəqqət Firudin                        
                   Zeynallını sızladır.  
                             Əzizim ağı qaldı, 
                             Gözümün ağı qaldı. 
                             Ürəyimin başında, 
                             Kəmalə dağı qaldı. 
                                      Yaxud:  
                              Eləmin bayram aşı,  
                              Dəmlənib bayram aşı. 
                              Ay qızım, ahı-naləm, 
                              Yandırar dağı-daşı. 
Firudin müəllim atadır. Balalarını sevən, 
onların qayğısını  çəkən, uğurlarına sevinən, 
uğursuzluqlarından məyus olan atadır. Başqa cür ola 
da bilməz. Başqa cür ola bilməyən atanın gözündə 
dünyanın dadı- tamı itibdir. Dünya ata üçün bir 
zindana çevrilibdir. Ata isə bu zindanda gücü heç 
nəyə çatmayan bir quldur, kölədir. Heç kəs 
fikirləşməsin ki, biz atanın dözümünü, səbrini, gücünü 
azaldırıq. Yox belə deyildir. Atanın vəziyyətini 
görürük, çəkdiyi  əzabları hiss edirik, ən başlıcası 
əlindən heç nə  gəlmədiyindən sözlə  ağladığını 
dərindən başa düşürük.  

 
20
                              Eləmin daşlar ağlar, 
                              Ağarmış başlar ağlar. 
                              Atanın naləsindən 
                              Ətrafda daşlar ağlar. 
                                   Yaxud: 
                              Eləmin qaralıbdı, 
                              Dağları qar alıbdı. 
                              Əziz balam, atanın 
                              Günləri qaralıbdı.  
 Firudin 
müəllim ağrıdan,  əzabdan, kədər və 
qəmdən gizlənmir. Onu tapan kədərin atanı hansı hala, 
vəziyyətə saldığını etiraf edir.  
                              Əzizinəm pis günə, 
                              Calanmışam pis günə. 
                              Qızım yox olan gündən  
                              Mən qalmışam pis günə. 
 
Etiraf acizlik, zəiflik  əlaməti deyil. Etiraf 
insanın sadəliyi, səmimiliyidir. Sadəlik, səmimilik 
Firudin müəllimin təbiətidir, xarakterində və bir insan 
kimliyində özünü göstərən keyfiyyətdir. Odur ki, o, 
dərdə qapanıb, sadəcə olaraq, dərdini etiraf etmir. O, 
başına gələni (dərdi) sadə, səmimi, kövrək bir insan 
kimi bayatıların misralarına çevirir. Bununla az da 
olsa təsəlli tapır, rahatlanır, ruhunun onu didib 
parçalamasına müqavimət göstərir. Belə olmasa, 
insanın (o cümlədən Firudin müəllimin) ürəyi 
partlayar, dərddən bütün canı od tutub yanar. Övlad 
itirmiş ata üçün ürəyin partlaması da, canının od tutub 
yanması da heç nədir. Bu dərdin qarşısında bu, 

 
21
doğrudan heç nədir. Bəlkə  də  əksinə, ürəyinin 
partlaması da, canının od tutub yanması da can 
rahatlığıdır. Ancaq Allahın Firudin müəllimə verdiyi 
bu dərd Allahın səxavəti ilə  də müalicə olunur. 
Allahın böyüklüyü və  səxavəti ilə onun dərdinə 
məlhəm qoyulur. Böyük Allah dərd verəndə onun 
dərmanını da verir. Allah üçün ən müqəddəs 
olanlardan biri də sözdür. Müqəddəs Allah  Firudin 
müəllimə sözü dərman, məlhəm kimi göndərir və 
istəyi budur ki, o, dərdin əlində aciz qalmasın. Axı o, 
Allahın bəndəsidir. Axı o, Allahın quludur. Axı o, 
yeri, göyü yaradana inanandır. Axı o, imanlı adamdır. 
Axı o, Allahın yaratdıqlarını sevən, onların qədrini 
bilən insandır. Axı o, heç bir qarışqanı da tapdamayan 
bir insandır. Axı o, Allahın sevimli bəndəsidir.  
 Firudin 
müəllim bayatılarının birində yazır:  
                             Eləmin Orxanına, 
                             Nəcəflə Orxanına 
                             Atan yaman tələsir, 
                             Gəlmək üçün yanına. 
 Başa düşürük və başa düşməliyik. Ata dərddən 
o qədər qovrulur ki, yaşamağına etiraz edir, qızına 
qovuşmağa can atır. Ancaq unudur ki, Allahın işinə 
qarışmaq olmaz. Bunu ona unutduran dərddir, 
kədərdir. Onu yandıran dərddir, onu qovuran dərddir. 
Bunu da başa düşməmək mümkün deyildir və insan 
olan hər bir kəs də bunu başa düşür. Ancaq Firudin 
müəllimə bir tarixi hadisəni xatırlatmağı da özümə 
borc bilirəm. Bu da Həzrəti Yusiflə bağlı olan 

 
22
hadisədir. O, Peyğəmbərlik mərtəbəsinə yüksələnə 
qədər çoxlu əzablardan keçdi. Hətta atası  Həzrəti 
Yaqub  ah-nalə etdi, göz yaşı tökdü və  nəticədə 
gözləri də tutuldu. Ancaq Allahdan bir vəh gəldi. Vəh 
gəldi ki, Yusifi sənə Allah verib. O, Allahın 
sevimlisidir. Onun yolunda bu qədər göz yaşı tökmə, 
Yusifi sənə verən Allahın özü hər  şeyi yaxşı bilir. 
Bununla da Allah Həzrəti Yaqubun göz yaşı 
tökməsini, ah-nalə etməsini onun işinə qarışmaq hesab 
edir və bunu vəhlə çatdırırdı.  
 Firudin 
müəllim bu hadisələri bilir. Həyatda 
çox hadisələr görüb. Həyatın hər üzü ilə qarşılaşıbdır. 
Allahın onu sözlə dilləndirməsinə  də dözməlidir. 
Allah hər  şeyi görür və bilir. Allah ucalardan uca, 
ululardan 
uludur. 
 
    
                                 
                                                    Buludxan Xəlilov,  
 
           filologiya üzrə elmlər doktoru, professor 
08.05.2014-cü il 
 
 
 
 
 
 
 
 
 
 
 

 
23
 
OBRAZLI DUYUM, POETİK DEYİM 
 
Firudin Zeynallının poetik yaradıcılığında 
özünü ifadə  məqamları daha çox hiss olunur. Ona 
təsvir və  tərənnümlərinin  əsasında adətən yaranmış 
günlərin xatirəsi, yaddaşda  əbədiyyətə qovuşmuş 
anların təəssüratları lirik başlanğıc kimi özünü 
göstərir. Yaşanmış illərlə bağlı yaddaşı  və xatirələri 
yenidən canlandırmaq, bununla bilavasitə bağlı olan 
düşüncə  və mühakimələr aləminə nüfuz etmək 
müəllifin başlıca orijinal üslubunu, mövzu 
istiqamətini təşkil edir. Son günlərin məhsulu olan 
nəzm  əsərlərinin  əsas leyt – motivi tragizm 
əlamətləridir. Təkidli, həyəcanlı suallar, həzin 
müraciət intonasiyaları  şeirlərin forma – üslub 
xüsusiyyətlərini formalaşdırır. Ümumiyyətlə, öz iç 
dünyasını ifadə, yaşanmış  həyat hadisələrini lirik 
qavrama F.Zeynallının son şeirlərinin məxsusi 
tərəfidir, konkret desək, qız balasının faciəli həyat 
sonluğundan yaranan sarsıntılar onun lirik 
təhkiyəsinin  əsas mövzusudur. Bədii mətləblə bağlı 
onun düşüncə  və emosiyalarının  əsas istiqamətini 
psixoloji – poetik təhlil təşkil edir. Şeirlərini 
oxuduqca dərindən hiss edirsən ki, Firudin öz qəlbini, 
öz ruhunu kağıza köçürmüşdür. O da aydın duyulur 
ki, bu cəlbedici şeir və nümunələrində müəllifin qəlb 
çırpıntıları, ürəyinin səsi eşidilir. Bu da səbəbsiz deyil. 
Firudin bədii sözün bütün imkanlarının səfərbərliyə 

 
24
almağa çalışmışdır. Ona görə  də onun oxucusu ilə 
poetik söhbəti quru və ritorik təsvir oyatmır. 
Firudinin şeirləri həyatdan, öz şəxsi taleyindən, 
subyektiv düşüncə aləmindən qidalanır. Onun seçdiyi 
mövzu poetik predmeti müfəssəl bədii duyğu və 
düşüncələri ifadə etmək vasitəsidir. Firudinin 
qələmindən çıxan şeirlər üçün səciyyəvi cəhət odur ki, 
orada təsvir obyekti son dərəcə aydın və emosional 
cizgilərlə özünü biruzə verir. Şeir də  bədii qayə 
müəllifin  şəxsi qayğıları ilə bağlıdır.  Bu  da  təsadüfi 
deyil. Dünya poeziya tarixi göstərir ki, əsl  şeirin 
mayası  dərddir, sitəmdir, ahu nalədir.  Şeir dərdin 
dilidir, göz yaşlarının sözə çevrilmiş formasıdır. Seyid 
Əzim  Şirvaninin  əsərlərində belə bir məlumat 
fikrimizin təsdiqi üçün olduqca maraqlıdır. 
S.Ə.Şirvani yazır: “Möminlərin əmiri Hüseyn ibn- Əli 
(ona salam olsun) dedi ki, atam bir dəfə  məsciddə 
ikən şam əhlindən bir kişi ayağa qalxıb xəbər aldı. 

Ey  Əli, səndən sual edirəm ki, dünyada 
ilk şeiri kim demişdir? 
Atam dedi: 

Adəm peyğəmbər 
O kişi xəbər aldı: 

O,  şeiri nə vaxt və  nə münasibətlə 
demişdir? 
Cavab verdi ki, yerə endiyi və Qabil Habili 
öldürdüyü zaman Adəm əleyhissəlam demişdir: 
               Tamam yerlər və onun üzərində olanlar   
               təğyirə uğradı. 

 
25
               Küreyi - ərzin üzü qəbahət tozuna bulaşdı. 
     Hər şeyin rəngi və dadı dəyişdi. 
     Hər bir məlahətli sifətin şadlığı azaldı  
Yaxud dahi Nizami Gəncəvinin müasiri 
Şəhid Bəlxi demişdir: “Əgər qəmin də ocaq kimi 
tüstüsü olsaydı, bütün dünyanı tüstü – duman 
bürüyərdi”. 
Firudin öz kövrək duyğularını, öz ürəyinin 
səsini qələmə almışdır. Onun hər kəlməsində biz onun 
qəlb çırpıntılarını, ürək döyüntülərinin səsini eşidirik. 
Onun yaşadığı hisslərin təbiiliyi misralara hopmuşdur. 
Buna görə  də  bədii mətləb olduqca səmimi və  təsirli 
çıxmışdır. O, ürəkdə qubar edən dərdlərini, könül 
yanğılarını bədii lövhələrə çevirə bilmişdir. Ona görə 
də möhnətli duyğular aləmi, qəhər və sarsıntıları 
okean qəlbinə asanlıqla sirayət edir. Övlad dağından 
doğan ah – nalənin sözdə  əks – sədası varlığımızı 
göynədir, duyğularımızı tarıma çəkir. Müəllifin 
“Geydirdin atana vay libasını”  şeiri fikrimizə  əyani 
misaldır: 
Görmədin Kəmalə, görmədin qızım, 
Nəcəfin, Orxanın toy libasını. 
Ay mənim baharım, ay mənim yazım, 
Geydirdin atana vay libasını. 
 
Təbiət yas tutdu, göylər ağladı, 
Günəşdə buluddan qara bağladı. 
Atanın fəryadı sinə dağladı, 
Dəyişdi göydəki ay libasını. 

 
26
Düçar olduğu sitəm,  əbədi ayrılıqdan doğan 
hicranlı misralar ona görə  səmimi və  təsirli üsyanlar 
fəryadıdır. Ata fəryadı  hər kəlmədə, hər misrada 
təzələnir, poetik ovqat kövrək intonasiya üzərində 
köklənir, sinə dağından doğan iztirablar müəllifin 
ürəyindən həzin bir sızıltı kimi keçir. Kədərli, hüznlü 
notların kövrək çalarlarını Firudin özünün 
həyəcanlarını olduqca təbii şəkildə  söz hıçqırtıları ilə 
biruzə verir. Onun narahat, nisgilli və qayğılarla dolu 
qəlbi  şeirdən – şeirə bulud kimi dolub – boşalır. 
Dəhşətlərin tuğyan etdiyi könlündən qopan misraların 
ahəngində daxili sızıltıları, gizli hönkürtüləri eşidilir 
və bu poetik ovqat dərin emosiya – həyəcan oyadır. 
Bu baxımdan “Bəs mənim Kəmaləm niyə boylanmır” 
şeiri diqqət çəkəndir: 
Yazdı çəmən gülür dərə dağ gülür, 
Onların sirrini İlahi bilir. 
Yaralı qəlbimi yaralar dəlir, 
Bəs mənim Kəmaləm niyə boylanmır? 
 
Allah yaratdığı hikmətə bir bax, 
Dağlar qoynundakı nemətə bir bax. 
Hər canlı boylanır qismətə bir bax, 
Bəs mənim Kəmaləm niyə boylanmır? 
Firudinin elegiyalarının poetik rişəsi 
intəhasız övlad sevgisindən,  ən müqəddəs insani 
duyğulardan pərvəriş tapmışdır. Zəngin həyat 
duyğuları, məhrəmlik, narahat bir qəlbin pıçıltısı, qəm 
qarışıq canlı insan taleyi ilə bağlı zərif giley – güzar, 

 
27
tüstüsüz bir can yanğısı müəllifin qəlbinə  işıq 
tutmuşdur. Ah – nalə, göz yaşları, daxili təlatüm 
Firudinin bədii sözündə ruhani, romantik və 
sentimental məna ilə müşaiyət olunur. Dərd qat – qat 
açıldıqca söz – sözü çəkir. Xatirələr, təəsüratlar bir – 
birini əvəz etdikcə misraların sehrinə düşüb müəllifin 
dərdinə  şərik çıxırsan. O dərdin ki, heç bir dərmanı, 
heç bir təskinliyi yoxdur. Onun şeirlərinin 
mayasındakı nisgil, od, yanğı, ürək ağrısı olduqca 
qabarıq ifadə olunur, sətirlərə hopmuş yanıqlı nidalar 
könüllərə şirayət edir. Firudin bütün təsvir detallarını 
bədii boyalarla mənalandıraraq onu öz taleyi ilə 
bağlamaqla övlad faciəsinin dəhşətlərini və 
dözülməzliyini əks etdirə bilir. 
Qəm dünyası sözə çevrilib şeir qəliblərində 
qəlblərə tez yol tapır.  Şeirin hiss aşılayan emosional 
imkanlarından istifadə etməklə Firudin özünəməxsus 
şəkildə övlad sevgisini və  ağır fəlakətdən doğru 
faciənin dözülməzliyini bir poetik məcrada 
harmonikləşdirir. Sözü ürək ağrılarının, dərdin 
ifadəsinə yönəltmək,  şəxsi duyğularının adı  məişət 
ifadələri ilə sadə formada, da söyləmək, həm də dərin, 
təsirli demək müəllifin bayatılarında bütün 
təfərrüatları ilə görünür. Firudinin bədii sözünün təsəri 
ondadır ki, onun əsasında şəxsi həyatının gerçəklikləri 
durur. Buradakı  hər bir kəlmə sanki adi lüğət vahidi 
deyil, müəllifin kədər yükünün daşıyıcısıdır,  əbədi 
ayrılıq dəhşətləri üzərində motivləşmiş sözlərdir. 
Şairin poetik özünüifadəsindəki orijinallıq onun 

 
28
obrazlarında epitet və  təşbehlərində  dərhal sezilir. 
Bütün ifadəlilik sisteminin səmimiliyi  şeirin ifadə 
tərzinə bir nəvaziş  gətirir. Firudinin bayatılarındakı 
bədii lövhələrdə qeyri – adi obrazlar, ata qəlbinin, 
valideyn düşüncələrinin güclü əks – sədası vardır. 
Burada hər bir təsvir detalı onun yaşadığı müsibətin 
poetik əks – sədasıdır. Misralar təbii olduğu qədər də 
nüfuz edicidir. Onun keçirdiyi əndişələri, ürəyinin 
dərinliklərindən gələn kədəri oxucu da yaşayır, həssas 
oxucunun üzünə  qəm – kədər qondurur. “Onunla nə 
demək istəyir Fələk”  şeiridə doğrudan – doğruya 
oxucuya qəm – kədər gətirir. 
Gözsüzlərə Günəş nuru yayaraq, 
Getdin sanki bu dünyadan doyaraq. 
Nəcəfini boynu bükük qoyaraq, 
Həyatını zəhrimara döndərib, 
Onunla nə demək istəyir Fələk? 
Bayatılar vasitəsilə Firudin qəlbinin 
hərarətini, övladına tükənməz məhəbbətini 
canlandırmış, öz hissi – psixoloji aləmini  şeirin 
predmetinə çevirə bilmişdir. Zahiri strukturuna görə 
ənənəvi olan bu şeirlər fikir və emosiya təzəliyi ilk 
diqqət çəkir. Hər bənddə  sərt həyat hadisələrinin 
təzahürünü ifadə etmək  şeirlərin  əsas poetik 
mənalandırma formasıdır. Onun sözdə canlandırılan 
narahat ürəyi böyük bir aləmdir. Bu ürək elə bir söz 
gücüdür ki, onda kövrək və duyğular dil açıb danışır. 
Bu həssas güzgüdə zərif, həzin duyğular öz zənginliyi 
ilə heyrət doğurur. 

 
29
            Əzizinəm hər ayı 
            Hər həftəni hər ayı. 
            Yolçunu yoldan eylər, 
            Emilyanın harayı. 
Böyük daxili lirik həyacanlardan, yaşantıdan 
doğan  şeirlər göstərir ki, müəllif həmin hissləri 
dərindən – dərinə yaşamış, bu həyəcanların odu ilə 
isinərək öz duyğularını  qələmə almışdır. Hər bir şeir 
sətrində hiss fikri üstələyir, mənəviyyat aspekti bütün 
motivlərin fövqündə dayanır. Bu şeirlərin  ən güclü 
tərəfi məhz məzmunun  şəxsi hiss, həyəcan 
səviyyəsində ifadəsindən ibarətdir. Narahat və 
həyəcanlı lirikasında Firudinə məxsus əsas yaradıcılıq 
məziyyəti – poetik hissetmə, bədii duyma qabiliyyəti 
aydın sezilir. O da aşkar şəkildə nəzərə çarpır ki, o, öz 
hisslərini quru, cansız, ifadə  tərzində yox, poetik 
canlandırma yolu ilə  təlqin edir. Onun şeirlərində 
bədii təsvir və ifadə vasitələri sadəcə müəyyən bir 
mənzərə yaratmaq funksiyası daşımır, eyni zamanda 
müəllifin dünya gərdişinin poetik duyumunun 
məzmunu ifadə edir, məhz buna görə də şeirlər fəlsəfi 
cəhətdən, estetik baxımdan tutumlu olur. “Ürəyimin 
odu sönməyəcəkdi” şeiri bu baxımdan çox maraq kəsb 
edir. 
Bilirəm qanundur gedən qayıtmaz, 
Ömrünü yarımçıq edən qayıtmaz. 
Məzarda uyuyan bədən qayıtmaz, 
Balam daha geri dönməyəcəkdi. 
Ürəyimin odu sönməyəcəkdi. 

 
30
F.Zeynallının  şeirləri emosional cəhətdən 
tutumlu, daxilən mündəricəli və bitkindir. Onun fərdi 
üslublarının özünəməxsusluğu vardır. Onun şeirləri 
lirik  əhvali – ruhiyyənin poetik təfəkkürünün dərin 
qaynaqlarından süzülüb gələn obrazlılıqla 
birləşməsinin bariz nümunəsidir. Taleyin sərt sınaqları 
ilə üzbəüz olan müəllifin  şair ürəyi məhrumiyyətlər 
üzərində çırpınır. Insan taleyinin real cizgiləri, həm də 
duyğulu və duyğulu cizgiləri onun şeirlərində geniş 
miqyas alır,  şeirin ideya – emosional məğzi, lirik 
həyacanın, lirik təəssüratın ifadəsi həzin təəssürat 
doğurur. 
F.Zeynallının son şeirləri mövzu və poetik 
düşüncə dairəsinə görə ilk qələm təcrübəsinə nisbətən 
fərqli notlarla fərqlənir. Bu şeirlər daha həzin, daha 
dalğın və qayğılıdır. Bu şeirləri oxuduqca biz 
müəllifin obrazlarında təzə  və emosional çalarlar 
görüb təsirlənirik. 
Həyatdan vaxtsız köçmüş  əzizini xatırladıqca 
keçirdiyi həyəcanlar Firudinin bütün poetik 
təfəkküratlarının özülündə dayanır. Onun qəlbindəki 
munis hisslər o dərəcədə  aşıb – daşır ki, o bu 
mövzunu daim davam etdirir, xatirələr onun 
rahatlığını əlindən alır və eyni motivlərə dönə - dönə 
müraciət edir. 
F.Zeynallının  şeir üslubunda diqqət çəkən 
xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onda hiss – 
fikir tutumu genişdir və bu məziyyət müəllifin təsvir 
obyektini obrazlı mündəricə predmetinə çevirmə 

 
31
qabiliyyətindən qaynaqlanır. Onun hər bir şeirində 
poetik duyumu məzmun təsirli dillə ifadə olunur, hiss 
və duyğular arasında assosiativ əlaqələrin geniş  və 
rəngarəng sintezi sözün semantik tutumluluğunu 
şərtləndirir. “Balamı bir daha görə bilmərəm” şeiri də 
ürəkdağlayandır. 
         Sənsiz inanmıram sevinəm güləm, 
         Dünyanın sirrini çətin ki, biləm. 
         Yığılsa məxluqat, yığılsa aləm, 
         Balamı bir daha görə bilmərəm. 
         Orxana təsəlli verə bilmərəm. 
Firudinin son şeirlərində daha çox qəlbinin 
sarsıntıları  əks olunur. Onun ürəyindən və 
mühakimələrindən keçənlər söz libasında oxucunun 
ruhuna və fikirlərinə yol tapır. Duyğuların emosional 
təsviri, fəlakətin təsirli və qabarıq göstərilməsi 
şeirlərin məna yükünün, bədii sanbalının 
güclənməsinə xidmət edir. “Tarixi daşlarda 
yaşayacaqsan” şeirini misal göstərmək olar. 
           Firudinəm gətirirəm diləcə, 
           Qocalmayıb qalacaqsan beləcə. 
           Mənim balam necə varsan eləcə, 
           Tarixi daşlarda yaşayacaqsan. 
Lirik monoloq səciyyəli  şeirlərdəki müəyyən 
detallar və  ştrixlər imkan verir ki, oxucu müəllifi, 
onun iztirablarını bütün icnəlikləri ilə  dərk etsin. 
Misraların ancaq məzmunu yox, həmçinin ritm və 
intonasiyası, təfərüatların xarakterləri və s. faciənin 
dözülməzliyini  əyaniləşdirir. Qəmli, acı hisslərlə 

 
32
aşılanmış misralarda sevimli övlad obrazı onun 
yoxluğunun təsviri vasitəsi ilə qavranılır. Müəllifin 
matəm çökmüş misralarında sevimli insan yoxluğu 
anlayışı real və ifadəli bədii boyalarla emosional və 
təsirli obrazlarla verilir. Ölümün gözəl bir insani, 
yetkin bir həcmi həyatdan vaxtsız qopardığını son 
dərəcə sadə, ağır və sarsıdıcı ifadələrlə, orijinal bir 
səpkidə canlandırır.  Şeirlər bütövlükdə  həyatın sərt 
qanunları haqqında müəllifin subyektiv təəssüratlar və 
həyəcanlardan ibarət olan bu şeirlərdə iztirablar içində 
qovrulan bir insanın acı  fəryadlarını duymamaq 
mümkün deyil. Fikrimizə “Nakam Kəmaləmə 
çatacağammı?” şeiri ilə aydınlıq gətirmək istərdim. 
      Allahdır ömürlər divarın hörən, 
      Yoxdur ürəkləri hələlik görən. 
      Sinəmdə kök salıb inilti verən. 
      Dərd – qəmi haçansa atacağammı? 
      Nakam Kəmaləmə çatacağammı? 
Məhərrəm Hüseynov, 
filologiya elmləri doktoru 
 
 
 
 
 
 
 
 
 

 
33
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə