Firudin Zeynallı



Yüklə 2.8 Kb.

səhifə2/7
tarix19.06.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7

ATA FƏRYADI 
 
Doğrusu, talelər kimi kitablar da müxtəlifdir. 
Bəlkə  də  hər tale özü bir kitabdır. Səhifələdikcə 
qarşında ucu-bucağı görünməyən sirlə, sehrlə, 
müəmmalarla  dolu mənzərələr yaranır. Onu açmağa, 
öyrənməyə çalışırsan. Səni uzaq-uzaq yerlərə, bir 
tərəfdən fəxr, iftixar, digər tərəfdən ağrı dolu 
keçmişlərə aparır. İçində bir acı, göynərti baş qaldırır. 
Təəssüflərdən və  təsəllidən başqa deyiləsi nəsə 
qalmır. Firudin Zeynallının “Ata fəryadı” (Bakı,  
2014) kitabı da, son dövrlərdə başına gələnlər də 
belədir. Kitab məni tamamilə başqa, kövrək, ağrılarla 
dolu olan hisslərə köklədi. Onu oxumağım həcminin 
az olmasına baxmayaraq (152 səhifə) günlərlə  çəkdi. 
Hər epizod, əhvalat içimdə göynərtilər qopardı. Çünki 
Firudin müəllimi yaxından, lap yaxından tanıyırdım. 
Haqqında bir alim, şeirə, sənətə köklənən ziyalı kimi 
danışmalıydım. Ancaq onun son dövrlərdə başına 
gələnlər, eləcə də “Ata fəryadı” kitabı məni tamamilə 
başqa istiqamətə, kövrək notlara köklədi.  
Firudin Zeynallını  təxminən keçən  əsrin 
səksəninci illərindən tanıyıram. Onda o, namizədlik 
dissertasiyası müdafiə edirdi. Tez-tez Hüseyn 
müəlimin (prof.H.Əhmədov nəzərdə tutulur) yanına 
gələrdi. Onunla müxtəlif məsələllər  ətrafında 
söhbətləşərdi. Səmimiyyəti, həmyerli olmağımız 
Firudin müəllimlə  mənim aramda yaxınlığımızın 
başlanğıcını qoydu. Pəmbəkdən idi. Münasibətlərimiz 

 
34
həmişə yaxşılaşan istiqamətdə getdi və dostluğa qədər 
gəlib çıxdı. Ailəvi tanış olduq. Qohumlarını, 
yaxınlarını tanıdım. Köməkliklərini gördüm. 
Qardaşının xeyirxahlığı sayəsində (turizm şirkəti 
vardı) xaricə  səfərlərim də oldu. Yadımda həmişə 
yaxşılıqlarla qaldılar. Hətta bir dəfə  eşitdim ki, 
Firudin müəllim xəstələnibdi. Harahat oldum. Çox 
keçmədi ki, həmin ağrılardan özünü düzəltdi. Müalicə 
olunub sağaldı, təzədən işlərinə başladı. Fikirləşdik ki, 
daha qurtardıq, hər  şey yaxşılığa doğru gedəcək. 
Ancaq belə deyilmiş. Qabaqda olduqca ağır, çəkilməsi 
çətin olan bir övlad itkisi varmış. Firudin müəllim 
bunları yaşadı. 
Azərbaycanımızın, bütünlükdə göyçəlilərin son 
dövrlərdə  kifayət qədər ağrıları var. Tarixi torpaqların 
itkisi, Qərbi Azərbaycandan soydaşlarımızın 
qovulması, Qarabağ savaşı, ermınilərin apardığı 
işğalçılıq siyasəti, 20 Yanvar faciəsi, Xocalı soyqırımı 
və s. hamısı son dövrdə xalqımızın qarşılaşdığı 
müsibətlərdi. Firudin müəllim də bir ziyalı kimi 
bunları yaşamışdı. Göyçə itkisi digər həmvətənləri 
kimi onun da taleyindən keçirdi. Dədə-baba yurd 
yerləri,  əsrarəngiz təbiət, onun füsunkarlığı, tarixi 
abidələrimiz, milli-mənəvi sərvətimizin böyük bir 
hissəsi itkilərlə üzləşdi. Hansı yurd yerləri ki, orada 
ulularımızın min illər boyu formalaşdırdığı genetik 
yaddaş vardı. Orada Dədəm Qorqudun müqəddəsliyə 
bürünən qopuzunun sədası, Ağ  Aşığın, Aşıq Alının, 
Aşıq Ələsgərin sazının səsi, Koroğlu dəli nərəsi, Qırat 

 
35
kişnəməsi vardı. Göyçə bir coğrafi məkan kimi Oğuz 
Kağandan, Xan Qazandan Dəli Alıya qədər bir tarixi, 
tarixi qəhrəmanlığı sərgiləyir. Bütün olanlarımız üçün 
o keşmişə, keçmişimizi  əməlləri, böyüklükləri ilə 
yaradanlara borcluyuq. Keçmiş bizim üçün iftixar, 
fəxr, qürur yeridi. Göyçə  də bir mədəniyyət, 
mənəviyyat məkanı kimi bizim gen yaddaşımızın 
hadisəsidi. Böyükdən  kiçiyə hər birimizin yaddaşında 
bir Göyçə  ağrısı, torpaq nisgili var. Sazımızla, 
sözümüzlə, bütünlükdə Azərbaycanımızla dünyüya 
daşınır. Firidun Zeynallının da “Ata fəryadı” kitabının 
mahiyyətində bir istiqamətdə  vətən, torpaq, yurd, 
övlad sevgisi dayanırsa, digər istiqamətdə o böyük 
sevginin ağrıları ifadəsini tapır. Elə kitab da məhz 
düşünülmüş olaraq “Ata fəryadı” adı ilə adlanmışdı. 
Bu fəryadın göynərtiləri çox-çox dərinlərdən gəlir. 
Firudin müəlimin ciyərparası  Kəmaləni vaxtsız 
itirməsi  onun onsuz da qaysaqlanmayan yaralarını bir 
daha göynətdi.  Əlbəttə bu övlad itkisi idi. Onun 
ağırlığı, çəkilməsi isə bir dərd kimi çox ağırdı. Biz 
yaxınları, iş yoldaşları Firudin müəllimin qarşılaşdığı 
faciəni dərk edir, ona təskinlik veririk. Kitab o 
göynərtinin ifadəsidi. Səhifələdikcə  hər söz, hər sətir 
Kəmalə xanım haqqında təsəvvür yaradır.  İş 
yoldaşlarının, tələbə həmkarlarının xatirələri bir insan 
kimi ona münasibəti aşkarlayır. Bu sətirlərdə səslənən 
yanğı, yarım səhifəlik, bir səhifəlik yazıların  
sonundakı “Allah sənə  rəhmət eləsin” sonluğu göz 
yaşları ilə doludur. Sanki bir dolu kimi tökülür.  

 
36
Xalq düşüncəsində “gözümün nuru” ifadəsi var. 
Kəmalə xanım da məhz Firudin müəllimin gözünün 
nuru idi. Böyük arzularla, ümid hissi ilə böyütmüşdü. 
Ondan böyük də gözləntiləri vardı. Bacarığı, 
qabiliyyəti,  bütün keyfiyyətləri ilə  Kəmalə xanım 
atasının ümidlərini doğrultmada idi.  Kəmalə xanım 
bir oftalmoloq kimi özü də gözlərə nur verirdi. 
Mütəxəssis kimi yetişmişdi. Ancaq amansız ölüm onu 
çox tez haqladı. Arzularını yarıda qoydu. İstəklərinin, 
arzularının sonuna çatmamış ömrünün sonuna çatdı. 
Bu bir tale yazısıdı. Tanrının yazdıqları ilə 
barışmamaq mümkünsüzdü. Ancaq bir ağsaqqal, ata 
kimi Firudin müəllimin ümid və təskinlik yeri var. Bu, 
Kəmalə xanımın iki ciyərparası  Nəcəf və Orxandır. 
Firudin Zeynallı bir ata kimi Kəmalə sevgisini, övlad 
məhəbbətini Nəcəflə Orxanda  yaşayacaq. Ulu Tanrı 
Kəmalə xanıma qıydı, onun övladlarına xoş tale 
yazsın.  
“Ata fəryadı” kitabı bir ata kimi Firudin 
Zeynallının fəryadını, Kəmalə itkisini ifadə edir. 
Burada Təkcə Firudin müəllimin düşdüyü faciə, 
başına gələnlər ifadəsini tapmır. Həm də  Kəmalə 
xanımın həyat yoldaşının, iş yoldaşlarının, 
övladlarının, gəlin köçdüyü ailənin də yanğısı 
ifadəsini tapır. F.Zeynallı ruhu, varlığı ilə poeziyaya 
köklüdü. Onun yazılarında bir Göyçə ruhu, Ulu 
Göyçənin poeziya ruhu dolaşmaqdadı. Çünki Göyçə 
təkrar qeyd edək ki, sazımızın, sözümüzün, 
ruhumuzun yaşadığı məkanlardandı. F.Zeynallının da 

 
37
yazılarında,  şeirlərində  həmin yurd yerlərinin 
müqəddəsliyi, ucalığı görünür. Bulaqlarının 
zümzüməsi, çiçəklərinin, güllərinin pıçıltısı  eşidilir. 
İndi o yerlərin köksü cadar-cadardı. Torpaq da insan 
kimidi. Eyni ağrıları, acıları yaşayır. Bu gün Göyçə 
bir məkan kimi yurdundan perukmiş övladlarının 
yolunu gözləyir. Sinəsində  həsrət göyərdir. Gözləri 
yollara dikilidir. Firudun müəlimin ağrıları ilə 
Göyçənin ağrıları qoşalaşır. Övlad itkisi bu ağrıları bir 
boy da ağırlaşdırdı. Firudin müəllimin dərdinin üstünə 
daha bir dərd də  gətirdi. Daha çox dözümsüzlük 
yaratdı. Göyçə bütünlükdə Göyçə sevgisi ilə 
yaşayanların, sinəsində bir parça vətən sevgisi 
olanların qəlbindədi. Onlarla birgədi. Kəmalə xanımın 
ömrü isə bir kitab, xatirə ömrü qədər uzundu. Bu 
ömür bir ana, bir insan, ziyalı ömrüdü. 
 
Fərrux RÜSTƏMOV 
Professor, əməkdar elm xadimi 
 
 
 
 
 
 
 
 
 
 

 
38
       
           Вятяни, йурду вя кядяри 
поезийада йашадан 
 
Фирудин  мцяллим  сямимилийи  иля,  мещрибанлыьы 
иля, гцруру вя шяхсиййяти иля   щямишя фярглянир. Сözüн 
гярб лящъяси данышыьы адамы  юзцня  баьлайыр. Онунла 
щямсющбят оланда айрылмаг истямирsən. О щям дя ел-
обайа bağlı бир инсандыр. Гялбиндя Гярби  Азярбайъан 
нисэили  йаратмагла  Эюйчя  щясряти  вя  севэиси  иля 
йашайыр.  Эюйчя  дилинин  язбяридир.  Сюзцнцн  сахладыьы 
вятян-Эюйчя  щясрятидир.  Эюйчя  мювзусу    ана 
йурдуна  говушмаьа  яли    узаглы  галан  бинясиблярин , 
диэяр    эцнлярин    алын  йазысы  иля  баьлыдыр.  Эюйчя  иля 
баьлы  истянилян  мцнасибятля  дейилян  щяр  бир  кялмя 
йурд  иткисиня  дцчар  оланларын  ащ-наляси,  щайгырыглары, 
йалварышларыдыр. Цлу йурдун нискил вя кядярини, щцзн вя 
щясрятини  йада  салан  щяр  бир  сюз  эюйчялилярин  дилиндя 
битян вятян аъысыдыр». 
 
Вятян  щясрятини,  Эюйчя  нисэилини  гялбиндя 
эизлятмяйи  баъарыр.  Фирудин  мцяллим  дярдини  ичиндя 
эяздиря-эяздиря  ата-баба  йурдуна  дюнмяк    цмидини  
итирмир,  арзуларынын  чин  олаъаьына    ямин  олдуьуну 
поетик бир дилля  беля ифадя  едир. 
 
Вахт эяляр ки, гцзейляря эцн дцшяр, 
 
Даьлар ъаванлашар, иншаллащ,  гардаш !  
Булаглар цстцндя буьлама бишяр , 
Даьлар ъаванлашар, иншаллащ, гардаш ! 
 
Ел-обамыз йурдумуза йыьылар, 
Маьарлар  гурулар, кцстц тутулар, 

 
39
Пярян-пярян  олуб, йадлар даьылар, 
Даьлар ъаванлашар, иншаллащ,  гардаш! 
Эюйчя  гядим  Азярбайъан  торпаьы  олмагла 
Азярбайъан тцркляринин тарихи торпаьы, ата-баба йурду, 
яъдадларымызын    vətənidir».  Азярбайъан    тарихинин, 
археолоэийасынын,  етнографийасынын,  мядяниййятинин 
бир парчасы Эюйчядядир. Мящз Эюйчянин тарихи бирбаш 
Азярбайъан  тарихи  иля  баьлыдыр.  Дядя  Горгуд 
йурдудур.  Щеч  тясадцфц  дейил  ки, «Китаби-Дядя 
Горгуд»да  Эюйчя  эюлцнцн,  Эюйчянин  гядимдян 
гядим кяндляриндян бири олан  Алтунхатун ады чякилир. 
Салур  Газан    дцшмян  цзяриндя  гялябя  чалдыгдан 
сонра    йурдуна  дюнцр.  Алтунтахта  «йени  евини  тикир». 
Айдын  олур  ки,  Эюйчя  оьузларын  тарихи  вятянидир. 
Гятиййятля  демяк  олар  ки, «Китаби-Дядя  Горгуд» 
дастаны еля Эюйчядя формалашыб диллярдя дастан олуб. 
Фикримизъя,  Дядя Горгуд гопузу  Эюйчядя «саз» а 
чеврилиб,  Дядя    Горгуд  озан  Эюйчядя  «ашыг»  олуб,  
Дядя Горгуд кими  Дядя  Ялясэяр тарихляшиб. Эюйчя 
ашыг мяктябинин бешийидир.  Ашыг йарадыъылыьы Эюйчядя 
башлайыр.  Ашыг  Алы,  Ашыг  Ялясэяр,  Нювряс  Иман  вя 
нечя-нечя  ашыг  Эюйчядян  Аярбайъана  говушуб.  Бу 
еля  бир мцщитдя дцнйайа эюз ачыб Фирудин Зейналлы.  
Фирудин  Зейналлы  шаир  тябиятли,  поетик  дцшцнъяли 
бир алим, бир зийалыдыр. Эюйчяни шеирлярини  эятирмякля, 
севинъини,  кядярини    поетикляшдиряряк  охуъуларын 
ихтийарына верир. 
Фирудин  Зейнллыда  ата-баба  йурдуна    олдуьу 
кими  ювлад  севэиси      дя  интящасыздыр.  Ювлад  иткиси 
Фирудин  мцяллимин  гяддини  яйди,  Севимли  гызы 

 
40
Кямалянин  юлцмц  Фирудин  мцяллим    кими  гощум-
яграбаны,  дост-танышы    кядярляндирди,  онун  «Ата 
фярйады»  гялбляри  риггятя    эятирди.  Эюйчя  дярди  иля 
йанашы,  ювлад  дярди    шеирляринин    баш  вя  ясас 
мювзусуна чеврилди. 
Кямаля 38 иллик  юмрцндя  ата  севэиси 
газанмагла,  тякъя  гайынатасы,  гайнанасы,  гощум 
яграбасы  цчцн  йох,  щям  дя  бцтцн  иш  йолдашлары  цчцн 
язиз  олмушдур.  Биз  буну    Фирудин  Зейналлынын  «Ата 
фярйады»  китабында  Кямаля  иля  баьлы    хатирялярдя 
эюрмяк  олар.  Вятяня  лайигли  ювлад  бюйцдян  Фирудин 
мцяллимин  фаъияси  гялб      эюйнядяндир.  Ювлад 
валидейнин  давамчысыдыр.  Аьлы  иля,  баъарыьы  иля,  шяхси 
ляйагяти  иля  ата-анайа  бу  башуъалыьы  эятиряндир.  Ейни 
заманда  ювлад-истяр  гыз,  истяр  оьул    валидейнин 
эюстяриъисидир. 
Фирудин  мцяллим    инди  шеирляри    иля  Кямаля  иля 
эюрцшцр,  сющбятляшир.  Ювлад  истяйир  ки,  мящяббятини 
шеирляри  иля      дилля  эятирир.  Щяйадан    накам  эетмиш 
гызына  шеирляри  иля  чялянэ  тохуйур.  Онун  ата  фярйады 
ювлад севэисинин тцкянмязлийини цзя чыхарыр.    
 
 
 
Йанына эяляндя пярвазланырдым, 
 
Юзцмц сянинля  хюшбяхт санырдым. 
 
Аьрым вар демяйя чох утанырдым, 
 
Мяня сяфа верян ялиня гурбан 
 
 
 
 
 
Ал йанаьын нийя саралыб солуб, 
 
Йазыг анан нейчцн сачыны йолуб. 

 
41
 
Даша чевриляряк пяришан олуб, 
 
Синяня тюкцлмцш телиня гурбан 
Кямалянин  накам  юлцмц  ата  гяддими  бцкцр, 
эюйляр, йерляр дя ган аьлайыр . Кямалянин юлцмцндян  
«Эцняш булуддан гара баьлады» 
Тябиятин  дя  гызына  йас  тутдуьуну  поезийанын 
дили ил беля тясвир едир:  
 
Эюйляр дя  ağladı,  йер дя аьлады, 
Гызым мцсибятин ня йаман имиш ? 
 
Эцняш дя булуддан гара баьлады. 
 
Гызым, мцсибятин ня йаман имиш ?  
 
 
Рузиэар гарышды, алям аьлады, 
 
Мялякляр дя даьы, дашы даьлады. 
 
Синямин цстцндя туфан чаьлады, 
 
Гызым, мцсибятин ня йаман имиш. 
Фирудин  Зейналлы  севимли  ювладынын  юлцмцнц 
йаздыьы байатыларла да диля эятирир.  
Елями  гаша нейним, 
Эюздяки йаша нейним. 
Мяним севимли балам 
Дюнцбдц даша нейним
 
 
 
 
 
 
 
Язизим гящяр олду, 
 
 
Йемякляр зящяр олду. 
 
 
Сяндян сонра бал йедим, 
 
 
Аьзымда  зящяр олду. 
Фирудин  мцяллим,  Бу  итки  аьырдыр.  Бу    аьырлыьы  
нявялярин  –Кямалянин  ювладлары  йцнэцлляшдиряъяк. 
Аталарымыз  йахшы  дейиб. «Дювлятдян  дявя,  ювладдан 

 
42
нявя».  Гызынын  ийини  нявяляриндян  алыб  онлара 
анасызлыьы  унутдура  билярсиниз.  Сизин  мцяллим 
ямяйиниз,  гцрурлу  ата  боръунуз,  сямимиликля 
йоьрулмуш  бабалыг  вязифяниз  щям  ел-обада,  щям  дя  
сизи  таныйанлар,  гощум-яграбалар  арасында  хошлугла 
хатырламыр  тягдир  едилир.  Аллащ  верян  юмрц  бундан 
сонра  нявяляринин    ящатясиндя  дярдян-  гямдян  узаг 
йашайасыныз.   
 
 
                                     Ибращим Байрамов, 
       филолоэийа цзря елмляр доктору, профессор         
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
43
Başımız  üstündən  bir  ulduz  axdı... 
 
 Firudin 
müəllim Fizika fakültəsi “Nəzəri fizika” 
kafedrasının təcrübəli, sayılan seçilən dosentlərindən 
biridir. O, özünün elmi-pedaqoji fəaliyyəti, ictimai 
fəallığı, səmimi münasibəti ilə professor-müəllimi 
heyəti və  tələbə kollektivinin dərin hörmətini 
qazanmışdır. 
 Uzun 
illərdir ki, Firudin müəllimlə isti 
münasibətimiz var, imkan düşəndə həmsöhbət oluruq, 
bir-birimizin qayğıları ilə maraqlanır, məsləhətini 
eşidirik. Bu ünsiyyətdən məlum olur ki, bizim bir çox 
məsələlərdə oxşarlığımız var; müəyyən məsələlərə 
baxışlarımızda, səhhətimizlə bağlı problemlərdə, 
övladlarımızla  əlaqədar qayğılarda, ... övlad sarıdan 
dərd ortağı olmağımızda. Ona görə  də Firudun 
müəllimlə ünsiyyətdən nə  qədər xoşhal oluramsa, 
problemi ilə maraqlandığım kimi, kədərinə də ürəkdən 
şərik oluram. 
 Bu 
yaxınlarda Firudin müəllim taleyin ağır 
zərbəsinə tuş  gəldi. Qızı  Kəmalə xanım evində  səhər 
çağı hamamda dəm qazından boğularaq həyatını itirdi. 
O səhər Firudin müəllimin həyatı qaraldı, gen dünya 
başına dar oldu. Övlad acısı onu gah cəhənnəm atəşi 
kimi qarsaladı, yandırdı, gah da Sibir şaxtası kimi 
dondurdu.  
 
Kəmalə xanımın yas mərasimi, təziyə  məclisi, 
oxunan Quran ayələri, dualar, verilən başsağlığı, 
təskinlik və toxtaqlıq verən sözlərin heç biri atanın 

 
44
dərdinə  məlhəm olmadı. Qəlbinə axan gözünün qan-
yaşı bu gün də qurumayıb. Övlad acısından  ərşə 
qalxan ahı-naləsi kövrək sətirlərə tökülüb, kitab oldu.  
 Firudin 
müəllim qızına 100-dən artıq  şeir həsr 
etdisə  də, nə özünü ovuda bildi, nə  də sonu 
görünməyən kədərini yumşaltmağı bacardı. 
 
Dərdli atanı anlamaq çətin deyildir, xüsusilə 
övlad dağı görənlərə. Kəmalə xanım valideynlərindən 
nisbətən aralıda yaşasa da, mənən onlara çox yaxın 
idi. O, atası üçün sadəcə qız övladı, nəvələrinin anası 
deyildi. Kəmalə xanım həm də atasının həkimi, ana, 
bacı əvzi, həmdərdi və mehribanı idi. 
 Ana 
həyanı, sirdaşı, ata mehribanı  qızının 
ömrünün yaxşı vaxtı,sanki ikinci baharının, xoş bir 
çağında anidən, kiçik bir ehtiyatsızlıqdan 
əzizlərinində bixəbər onların bir addımlığında həyatını 
qeyb etməsi hər kəs üçün üzücüdür.  
 Ata-ana, 
həyat yoldaşı, bacı-qardaş və övladları 
üçün isə min qat üzücü, həyatın sonu kimi bir şeydir. 
Bu, sözün, dünya malının aciz qaldığı bir dərddir. 
Lüğətdə elə bir söz tapmaq olarmı, bu insanların 
dərdinə dərman, heç olmazsa xoş bir təsəlli olsun. 
 
Məlumdur ki, insanların malik olduqlarına və 
ətrafdakılara münasibəti fərqlidir. Əksər adamlar üçün 
ailəsi və övladları  hər  şeydən qiymətlidir. Firudun 
müəllim də dünya malına deyil, ailəsinə, övladlarına 
və yaxınlarına çox bağlı insandır. Qəfil baş verən 
övlad acısı onu varından-yoxundan elədi. Onun üçün 
işıqlı dünya zülmətə qərq oldu, qızı ilə bağlı ümidləri 

 
45
suya düşdü, yarımçıq qaldı, qızından gördüyü 
qayğıdan, həkim köməyindən məhrum oldu. 
 Xalqın yas mərasimləri ilə bağlı illərin 
sınağından çıxmış adət və ənənələri vardır. Yası qırx 
gün uzadırlar ki, əzizini itirən insanlar baş verən 
hadisəyə qismən də olsa alışa bilsinlər, 
uyğunlaşsınlar. Firudin müəllimi də dostları, 
yaxınları, həmkarları  həmin ağrılı günlərdə  tək 
qoymadılar. Keçirilən yas mərasimi, oxunan quran 
ayələri, dostları və yaxınların duaları, söhbətləri dərdə 
dərman olmadı. Kəmalənin gözəl surəti, işıqlı çöhrəsi 
gözünün qarşısından getmədi. Hara getdisə, kimi 
gördüsə gözləri övladını aradı, gördüklərini onunla 
qarşılaşdırdı. Yaşadığı iztirablar, keçirdiyi anlar 
kövrək duyğulara döndü. Övlad acısının atəşi sönmək 
bilmədi. Bağrında qövr edən acının atəşini söndürmək 
cəhdindən kövrək şeirlər yarandı. 
 Yaranan 
şeirlər mövzu, janr baxımından 
müxtəlif olsa da o fikirlərin hamısı  Kəmalə xanımla 
bağlıdır. Övladının qəfil ölümü ilə dünya başına dar 
olan ata, qızının gözəlliyini, nəcib xarakterini, 
peşəsinə vurğunluğunu, ailəsi və övladlarına olan 
sevgisini həzin duyğularla dilə  gətirir. Firudin 
müəllim öz qəm-qüssəsini gah pıçıltı şəklində özü ilə 
bölüşür, gah da onun cilovlanmayan dərdi “balam 
vay”-deyib, dünyaya haray salır. 
 Firudin 
müəllimlə görüşəndə  uğurlarımızdan 
daha çox ailədən, uşaqlardan, nəvələrdən hal-əhval 
tuturuq, səhhətimizdəki problemləri dilə  gətiririk. 

 
46
“Şirinliyimizlə” mübarizə apardığımızdan həmişə 
fikir mübadiləsi edirdik ki, mən filan dərmanı atıram, 
pəhrizi tam gözləyə bilmirəm, “sən nə edirsən” və 
ilaxır. 
 Bu 
söhbətlər  əsnasında mən Firudin müəllimin 
qızı  Kəmalə xanımla sanki qiyabi tanış olmuşdum. 
Onun təbabətin bir çox sahələrinə dərindən bələd olan 
yüksək ixtisaslı göz həkimi olduğunu bilirdim. 
İnsanların gözünün nurunu qoruyan bu həkim qızımız 
həkimlərə xas məsuliyyət, nəciblik, xəstələrə diqqət, 
şəfqət və s. keyfiyyətlərə malik idi. Kəmalə xanımın 
valideynlərinə hörməti və qayğısı da qibtə olunacaq 
qədər yüksək idi. Firudun müəllimin söhbətlərindən 
anlaşılırdı ki, əvvəllər də, xüsusilə yaşının indiki 
dövründə  Kəmalə xanım onun üçün əvəzsiz idi. Bir 
övlad zəngin daxili aləmi, bir dünya gözəlliyi olan 
Kəmalə xanım həyatda gözünə görünən, xəyalına 
gələn gözəl,  şirin, mənalı  nə varsa, hamısını insana 
xatırladırdı. 
 Firudun 
müəllimin qızına həsr etdiyi kitabı 
oxuyanda məndə onun şəklini görmək arzusu yarandı. 
Müəllim dostumuz qızının müxtəlif yaş dövrlərinə aid 
fərqli şəkillərini gətirdi. Mənə elə gəldi ki, bu məsum 
qızcığazı,  şirin və yaraşıqlı  qızı, ciddi və  təmkinli 
xanımı sanki çoxdan tanıyıram. Hər yaşda yaşından 
daha böyük, ciddi və qayğılı görünür. Qəribədir, 
özünə inamlı, ürəkli və kifayət qədər dəyanətli adam 
təsiri bağışlayan bu xanımın  ən  şad günlərində belə, 
təbəssümlü çöhrəsində bir qədər yorğunluq, 

 
47
anlaşılmaz kədər izləri sezilir. Gülən gözlərində belə 
sevinci ilə  kədəri,  şadlığı ilə qayğısı sanki bir-birinə 
qarışıb. Kim bilir, bəlkə ailəsinin, övladlarının, 
valideynlərinin, işinin-gücünün qayğıları  Kəmalə 
xanımı rahat buraxmayıb. Bəlkə də şüuraltı duyub ki, 
haqqın dərgahına səfəri yaxındır... 
 Firudun 
müəllim elə  əzəldən təbinə, ilhamına 
könül verən qələm  əhlidir. Onun şeirləri və  nəsr 
əsərlərinin bir qismi ilə tanışam. Vətənin təbiəti və 
insanlarından  ən müxtəlif səpgilərdə  əsərlər yaradan 
Firudun müəllim yenə  şeirlər yazır. Amma bu dəfə 
tematika ya Kəmalə xanımla, ya da onunla əlaqədar 
hadisələr və insanlar məkan və zamanla bağlıdır.  
 O, 
şeirlərində günün müxtılif vaxtlarında gözəl 
qızı ilə bağlı xatirələri canlandırmağa çalışır, övlad 
acısından xilas ola bilmədiyini təsvir edir. İndi 
xəyallarında qızı ilə baş-başa qalan dərdli ata axtardığı 
suallara cavab tapa bilmir. 
 
İnsanların gözünün nurunu, işığını qoruyan 
insanın qəfildən, heç kimin gözləmədiyi anda, evində, 
övladlarının bir addımığında, hamıdan xəbərsiz, 
sakitcə  həyata gözlərini yummasını necə başa 
düşəsən, necə anlayasan? Ata üzülərək “... görmədin 
qızım, Nəcəfin, Orxanın toy libasını, bahar təravətli 
ey gözəl qızım, geydirdyin atana vay 
libasını”,
dərdini poetik şəkildə ifadə edir. 
 Başqa bir şeirində Firudun müəllim övladının 
dəfn mərasimini təsvir edərək, torpağa təslim edilən 
qızının “... qapısız, pəncərəsiz bir evə mehman 

 
48
olduğunu” qeyd edir. Belə kövrək misralara digər 
şeirlərdə də rast gəlmək mümkündür:”... kol dibindən 
bənövşələr boylanır, bəs mənim Kəmaləm niyə 
boylanmır?”, yaxud “... bilirəm hər quşa yuvası şirin, 
itirsə çırpınar balasın birin”. Bəzən də üz tutub Allaha 
təvəqqə eləyib ki, “təqvimdən siləydilər o günü, 
sinəmə çəkilən dağı, düyünü”. 
 Bilmirsən nədir insan: gəlişi bir aləm sevinc, 
gedişi  bir dünya fəlakət... Bu söhbəti uzatmaq da 
olardı, məncə  bəsdir. Həyat imtahanlarla doludur. 
Övlad acısı da bir imtahandır. Hamıya qismət olmaz, 
olmasın da.  
Ulduz dolu Kəhkəşandan biri axdı... Kəmalə 
ulduzu. Yaxınlarına gözəlliyini və istisini xatırlamaq 
qaldı. Amma həyat davam edəcək, neçə-neçə ulduzlar 
doğacaq, onların  şəfəqi Yer üzünü bəzəyəcək, 
könüllərdə yeni ümidlərin, arzuların cücərməsinə, 
çiçək açmasına səbəb olacaqdır. 
Allah Kəmalə xanıma rəhmət eləsin! 
Allah valideynlərinə, övladlarına və yaxınlarına 
rəhm eləsin, səbr versin! 
 


1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə