Firudin Zeynallı


Pedaqoji elmlər üzrə fəlsəfə doktoru



Yüklə 2.8 Kb.

səhifə3/7
tarix19.06.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7

                         Pedaqoji elmlər üzrə fəlsəfə doktoru 
                                                dosent Xəlil Padarov 
 
 
 
 
 

 
49
III  BÖLÜM 
Xiffətli misralar 
 
Göyçə gölü 
 
Yaşı bilinməyən dağlar gözəli, 
Əlvida demərəm a Göyçə gölü. 
Bil ki, qayıdacam axır əzəli, 
Əlvida demərəm a Göyçə gölü. 
 
Neçə Sultanları yola salmısan, 
Min-min şah köçürüb özün qalmısan, 
Məni hər gün qucağına almısan. 
Əlvida demərəm a Göyçə gölü. 
 
Görənlər həmişə söyləyib əhsən. 
Bəs indi nə üçün çox kədərlisən: 
Ulu mahalının göy güzgüsüsən, 
Əlvida demərəm a Göyçə gölü. 
 
Bilirəm dığadan xoşun gəlməyir, 
Eynin açılmayır, üzün gülməyir, 
Vallah tüfeylilər qədrin bilməyir, 
Əlvida demərəm a Göyçə gölü. 
 
Qədrini nə bilər xain dığalar, 
Balayan nəsilli çil qurbağalar, 
Dünyanın hayını ora yığalar, 
Əlvida demərəm a Göyçə gölü. 
 

 
50
Təbiətin üzüyünün qaşısan, 
Mahalımın bər-bəzəkli qızısan, 
Dağlar qucağında göy parçasısan, 
Əlvida demərəm a Göyçə gölü. 
 
Nə tarixin bəlli, nədə ki, yaşın, 
Çox qovğalar çəkmiş bəlalı başın, 
Firudin olubdu yaxın sirdaşın. 
Əlvida demərəm a Göyçə gölü. 
Əlvida demərəm a Göyçə gölü. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
51
Babaların məzarları qalıbdı 
 
Göycədə torpaqlar, ellər qalıbdı. 
Dağlarda lalələr, güllər qalıbdı, 
Ocaqlar, sobalar haylar, haraylar, 
Heykəlləşmiş oğulları qalıbdı. 
Babaların məzarları qalıbdı. 
 
Qəbirlərdə yatan ata-analar, 
Ağbirçək nənəllər, nazlı sonalar, 
Qılınc çalıb, qursaq tutan babalar- 
Körpələrin laləzarı qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Kəklikli qayalar, dərin dərələr, 
Şərbəttək bulaqlar bir də bərələr, 
O cənnət timsallı xoş mənzərələr. 
Ələsgərin ahı-zarı qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Ulu mahalımın nazlı gəlini, 
Hələ deməyirəm meşə kəlini, 
Əyilməz dağların şiş heykəlini. 
Göyçə gölün, balıqları qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Hansı namərd uydu kafir felinə, 
Qıydı gözəllərin qara telinə, 
Qalxın, köç eyləyək Qorqud elinə. 

 
52
Orda millətimin arı qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Necə dözmək olar bu boyda dərdə, 
Düşünməkdən ağıl qalmadı şərdə, 
Çürüyüb simləri, tökülüb pərdə- 
Sazımızın dörd divarı qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Şiş olub batmaqçün daşnak gözünə, 
Aldanmayaq onun-bunun sözünə, 
Gəlin iş görəyin düzü-düzünə. 
Xalq qırılıb, yarıbayarı qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Kimsəsizin gir olarmı dizində 
Qəriblik damğası varsa üzündə. 
Aşıqlar diyarı Maral düzündə 
Qara gözlü ceyranları qalıbdı. 
Babaların məzarları qalıbdı. 
 
Sürüləri qatar-qatar düzülən, 
Həsrətindən yumaq kimi bükülən, 
Qayalardan şərbət kimi süzülən 
Durna gözlü bulaqları qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Biz gələn yollara nisgilli baxan, 
Hayqıranda köklü qayalar yıxan, 

 
53
Yürüyəndə nallarından od çıxan 
Neçə-neçə ilxıları qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Bilinmədi kimin harda öldüyü, 
Evindən götürüb qaça bildiyi, 
Boranda-çovğunda qoyub gəldiyi. 
Asırımda dövlət-varı qalıbdı- 
Babaların məzarları qalıbdı. 
 
Yetimin alırlar olub-qalanın, 
Sonu yoxmu, görəsən bu talanın? 
Bir qarın çörəyə möhtac olanın 
Anbarlarda cuvalları qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Xəbərimiz yox xaladan, dayıdan, 
Nə xeyirdən, nə də düşən  vayıdan, 
Yazda qonaq gəlib payız qayıdan 
Qərib gəzən durnaları qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Kimə tapşırmışıq qəbristanlığı, 
Kimdən gözləyirik biz insanlığı, 
Özümüz qovmalıyıq bu dumanlığı, 
Nənələrin ahu-zarı qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Hardasız, Vətənin ər oğulları, 
Koroğlu qeyrətli nər oğulları, 

 
54
Açın bənd bərəni, açın yolları. 
Qartalların qiyyaları qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
55
Niyə qocalmasın o dağlar deyin? 
 
Dağlar sinəsinə dağlar çəkilib- 
  
 
Niyə qocalmasın o dağlar, deyin?! 
  
 
Oğullar üstünə ağlar çəkilib- 
  
 
Niyə qocalmasın o dağlar, deyin?! 
 
Mələşmir sürüsü, kişnəşmir atı, 
Çoban tütəyində çalmır bayatı, 
Köçmür yaylağına eli-elatı,  
Niyə qocalmasın o dağlar, deyin?! 
 
Quruyub çeşməsi, axmayır çayı, 
Zimistana dönüb, baharı, yayı, 
Qulaqlara çatmır səsi, harayı – 
Niyə qocalmasın o dağlar, deyin?! 
 
Göyçənin novrağı tamam dəyişib, 
Qartal yuvasında quzğun əyləşib,  
Bu dərd ürəyimi dağlayıb-deşib  
Niyə qocalmasın o dağlar, deyin?! 
 
 Ətəyində əmlik, kabab yeyilmir, 
 Vüqarına şeir, dastan deyilmir, 
 Xırmanlarda sünbülləri döyülmür,  
 Niyə qopalmasın o dağlar, deyin?! 
 
 Yamaclardan ətirli ot biçilmir,  
 Şərbət bulaqların suyu içilmir,  

 
56
 Gədiyindən qıyya çəkib keçilmir- 
 Niyə qocalmasın o dağlar, deyin?! 
     
       Firudin həsrətdi turac səsinə,  
       Yığılmır cavanlar yan-yörəsinə, 
   
       Naxələf çıxdılar dağ vədəsinə - 
      Niyə qocalmasın o dağlar, deyin?! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
57
Zaman 
 
Hərdən bildirçin də perikdirmişəm, 
Yuvası yanından keçdiyim zaman. 
Çinar kölgəsində «oxqay!» demişəm, 
Şərbət bulağından içdiyim zaman. 
 
Başıma lalədən çələng taxardım,  
Sevənləri yandırardım, yaxardım,  
Həsrət-həsrət dönüb geri baxardım, 
Göyçədən bu yana keçdiyim zaman.  
 
Minərək köhləni dağlar aşardım,  
Dağ çayıtək gurlayardım, daşardım,  
Xəlvət-xəlvət şeir, qəzəl  qoşardım, 
Gizlincə gözaltı seçdiyim zaman. 
 
Xırman vaxtı hazırlandım gəmini, 
Çağırardım İsfəndiyar əmini,  
Kəhraba dənəli sarı zəmini  
Ata orağıyla biçdiyim zaman.  
 
Hələ deməmişəm köklu sözümü, 
Meyvələrdən çəkəmmirdim gözümü, Təndir 
buğu qarsılardı üzümü,  
Lavaşa kərə yağ çəkdiyim zaman. 
 
Fələklər fərmanlar göndərəydilər,  
Düşmənləri külə döndərəydilər,  

 
58
Atanın yanında dəfn edəydilər,  
Firudin, dünyadan köçdüyü zaman.  
 
Vaxt gələr ki, quzeylərə gün düşər,  
Dağlar cavanlaşar, inşaallah. qardaş!  
Bulaqlar üstündə buğlama bişər- 
Dağlar cavanlaşar, inşaallah qardaş! 
 
Daşnaklar canına qorxu çəkəndə,  
Gözlərindən qanlı yaşlar tökəndə,  
Qartallar zirvədə qiyya çəkəndə - 
Dağlar cavanlaşar, inşaallah, qardaş!  
 
Təndirlərdə buğda kömbəsi şişər,  
Əmlik də kəsilər, kabab da bişər,  
Düşmənin başına daş-qaya düşər,  
Dağlar cavanlaşar, inşaallah, qardaş! 
 
El-obamız yurdumuza yığılar,  
Mağarlar qurular, küştü tutular,  
Pərən-pərən olub, yadlar dağılar, 
  
 
Dağlar cavanlaşar, inşaallah, qardaş! 
 
 Cavan qızlar oğlanları öyəndə, 
 Dəstə-dəstə Noyruz aşı yeyəndə,  
 Firudin həvəslə şeir deyəndə  
 
Dağlar  cavanlaşar, inşaallah, qardaş! 
 
 

 
59
Qardaş 
 
Vaxt gələr ki, quzeylərə gün düşər,  
Dağlar cavanlaşar, inşaallah. qardaş!  
Bulaqlar üstündə buğlama bişər- 
Dağlar cavanlaşar, inşaallah qardaş! 
 
Daşnaklar canına qorxu çəkəndə,  
Gözlərindən qanlı yaşlar tökəndə,  
Qartallar zirvədə qiyya çəkəndə - 
Dağlar cavanlaşar, inşaallah, qardaş!  
 
Təndirlərdə buğda kömbəsi şişər,  
Əmlik də kəsilər, kabab da bişər,  
Düşmənin başına daş-qaya düşər,  
Dağlar cavanlaşar, inşaallah, qardaş! 
 
El-obamız yurdumuza yığılar,  
Mağarlar qurular, küştü tutular,  
Pərən-pərən olub, yadlar dağılar, 
  
 
Dağlar cavanlaşar, inşaallah, qardaş! 
 
 Cavan qızlar oğlanları öyəndə, 
 Dəstə-dəstə Noyruz aşı yeyəndə,  
 Firudin həvəslə şeir deyəndə  
 
Dağlar  cavanlaşar, inşaallah, qardaş! 
 
 
 

 
60
Daşda qərib gəlir, adama Allah 
 
Dincəlmək istədim bir daşın üstə, 
 Daş da qərib gəli adama, Allah 
 Cavan gəlinlərin gözünün üstə 
 Qaş da qərib gəlir adama, Allah! 
 
                     
Hanı pendir ilə dolu dağaran,  
                     
Ata ocağında qalıb nigaran, 
                     
Beş ilin içində tamam ağaran 
                     
Baş da qərib adama, Allah! 
 
Sizə qurban olsun divanə anan, 
Kim bilir kimlərdi ürəkdən yanan, 
Vətəndən uzaqda yüz il yaşasan... 
Yaş da qərib gəlir adama, Allah! 
 
  Günü-gündən gəlir qəm üstə qəmim, 
  Düyü 
həmin düyü, dəmləyən həmin, 
  Ocaq 
həmin deyil, 
  Onunçün 
yəqin 
                    Aş da qərib gəlir, adama, Allaha! 
 
Kor olsun bu zülmə şəst ilə baxan, 
Dağlının qəlbini yandıran, yaxan, 
Pirani qocanın gözündən axan 
Yaş da qərib gəlir adama, Allah! 
Vətəndən uzaqda yüz il yaşasan... 
Yaş da qərib gələr adama, Allah! 

 
61
Qərib sanıram 
 
Hər günü xəyalən orda oluram, 
 
Odur ki, özümü qərib sanıram. 
 Qubarlanıb, bulud kimi doluram- 
 Neynəyim, özümü qərib sanıram. 
 
 
 
     Həsrətəm pendirə, şora, qaymağa, 
 
 
     Əllərim öyrənmiş lavaş yaymağa, 
 
 
     Yer tapa bilmirəm qurut qoymağa- 
 
 
     Neynəyim, özümü qərib sanıram. 
 
Gəlmir qulağıma quzunun səsi, 
 Düşmür qapımıza odun şələsi, 
 
Haraya qeyb oldu at kişnəməsi?- 
 Neynəyim, özümü qərib sanıram. 
 
 
     Təndir qalamıram, çörək yapmıram, 
 
     İnək yampızından çimdik qapmıram, 
 
     Dərdimi deməyə həmdərd tapmıram- 
 
     Bunlarsız qalmışam
yanıb qalıram, 
 
     Neynəyim, özümü qərib sanıram. 
 
 
 
 
 
 
 

 
62
Torpağı  ağlayır, daşı ağlayır 
 
Bir məzar qoymuşuq Göyçə elində, 
Torpağı ağlayır, daşı ağlayır. 
Ata kəlməsini anam dilində 
Eşidəndə, bağrım başı ağlayır. 
 
Bahar fəsli bülbül, gül öpüşəndə, 
Gün ötüb, ay keçib, il ötüşəndə, 
Nüşabə bacımız yada düşəndə 
Ağlayan gözümün yaşı ağlayır. 
  
Məsum balaların dodaqlarında, 
Lalənin, nərgizin yarpaqlarında, 
Didərgin gənclərin barmaqlarında  
Nişan üzüyünün qaşı ağlayır. 
 
Torpaqlar isinib, yel sevinəndə, 
Qıjha-qıjla gələn sel sevinəndə, 
Novruz bayramında eı sevinəndə, 
Köçkün qazanının aşı ağlayır. 
 
 
 
 
 
 
 

 
63
Mən belə zamandan necə küsməyim? 
 
Abır-həya, haqq-ədalət itibdir, 
 
Qızılgül yerində qanqal bitibdi, 
 Yaşa hörmət aramızdan gedibdi- 
 
Mən belə zamandan necə küsməyim? 
 
 
 
Dünənki gədələr meydan sulayır, 
  “Dollar” 
deyib 
küçələrdə ulayır, 
 
 
İxtiyar babalar başın bulayır- 
  
 
Mən belə zamandan necə küsməyim? 
 
 Bu 
necə zamandır, bu necə dövran? 
 Keçiyə baş əyir qaragöz ceyran, 
 
Məclisi bəzəyir turşməzə ayran- 
         Mən belə zamandan necə küsməyim?
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
64
Çay daşı, çaylaq daşı 
 
Sənin adi sandığın, 
Çay daşı, çaylaq daşı. 
Sərt daşlardan törəyib, 
Çay daşı, çaylaq daşı. 
O, qayanın qohumu, 
Qaya dağın  dirəyi, 
Dağ da elin gərəyi. 
 
 
 
 
Dağ da köməksiz deyil
   Onun 
da 
arxası var. 
 
 
 
Əfsanələr yaradar, 
 
 
 
Çay daşı, çaylaq daşı. 
 
 
 
O, qayanın qohumu, 
Qaya dağın  dirəyi, 
Dağ da elin gərəyi. 
 
 Birləşməkçün yayılıb, 
 Çayların sahilinə. 
 
Bəzək vurur ellərin. 
 Ocağına, külünə, 
 Çay 
daşı, çaylaq daşı 
O, qayanın qohumu, 
Qaya dağın  dirəyi, 
Dağ da elin gərəyi. 
 
Nə qədər xırdalansa, 
  Kiçilib 
ovxalansa, 

 
65
 
 
Birləşsə sal qayalar, 
  Yaradar 
çaylaq 
daşı, 
  O, 
qayanın qohumu, 
Qaya dağın  dirəyi, 
Dağ da elin gərəyi. 
 
 Balaca 
çay 
daşları, 
 
Yorub min-min  başları, 
 Qurudub 
sinəsində, 
 Axan 
göz 
yaşlarını, 
 Çay 
daşı, çaylaq daşı. 
O, qayanın qohumu, 
Qaya dağın  dirəyi, 
Dağ da elin gərəyi. 
 
 
 
Sığınacaq olubdu, 
  Ulu 
babalarıma, 
 
 
Loğman nənələrimə. 
  Çay 
daşı, çaylaq daşı, 
  O, 
qayanın qohumu, 
Qaya dağın  dirəyi, 
Dağ da elin gərəyi. 
 
Evlərin, sarayların, 
 Beton 
sütunlarıdır, 
 Millətlərin varıdır, 
 Çay 
daşı, çaylaq daşı. 
O, qayanın qohumu, 
Qaya dağın  dirəyi, 
Dağ da elin gərəyi. 

 
66
 
   Çevrilib 
baş daşına, 
 
 
 
Həm də sinə daşına, 
 
 
 
Tarixləri yaradır 
 
 
 
Çay daşı, çaylaq daşı 
  O, 
qayanın qohumu, 
Qaya dağın  dirəyi, 
Dağ da elin gərəyi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
67
Bilmirəm 
 
Yaxşını, yamana yoldaş eyləyən, 
İfritdimi, şeytandımı bilmirəm. 
Böhtan atıb, iftiralar söyləyən, 
Qanandımı, qanmazdımı bilmirəm. 
 
 
 
Zülfləri boynuma bir kəmənd olan, 
 
 
Xəlvət-xəlvət baxıb gözləri dolan, 
 
 
Ağzı şəkər dodaqları qənd olan 
  Huridimi, 
qılmandımı bilmirəm. 
 
Kimlərdi şeytanın toxumun əkən, 
Kimlərdi gözünün yaşını tökən, 
Yetimin, yesirin dərdini çəkən, 
İnsafdımı, vicdandımı bilmirəm. 
 
 
 
İfrit libasını əyninə geyən, 
  Allaha 
üz 
tutub 
kömək et deyən, 
 
 
Acın, yalavacın payını yeyən. 
 
 
Vəhşidimi, heyvandımı bilmirəm. 
 
Daldalarda lovğalanıb, od saçan, 
Qorxma, qorxma deyib kənara qaçan, 
Millətin başına min oyun açan, 
Dövrandımı, zamandımı bilmirəm. 
 
Az olar Firdunun dərdini bilən, 
 
 
Ürəkdən sevinib, ürəkdən gülən, 

 
68
 
 
Gecələr yuxuda yanına gələn 
 
 
Mələkdimi, insandımı bilmirəm. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
69
Soruşun məni 
 
Ayaqyalın şeh üstündə gəzdiyim, 
Çaylaq daşlarından soruşun məni. 
Kol dibindən bənövşələr dərdiyim, 
Qırovlu qaşlardan soruşun məni. 
 
 
 
 
Salamlaşdım gül-çiçəkli bağınan, 
 
 
 
Cığır aşdım meşələrə dağınan, 
 
 
 
Sək-səkədən yuvasına sığınan, 
   Perikmiş quşlardan soruşun məni. 
 
Təzəcə gəlinlik niqabı tikən, 
Əsir düşüb yaradana üz tutan, 
Gözlərdən yanağa sel kimi axan, 
Kədərli yaşlardan soruşun məni. 
 
 
 
 
Atı ölüb yetim qalmış yəhərdən 
   Diri 
gözlü 
açılacaq səhərdən, 
   Bir 
ilin 
ərzində dərddən kədərdən, 
 
 
 
Ağarmış saçlardan soruşun məni. 
 
 
 
 
 
 
 

 
70
Qurbanın olum 
 
Təvəqqə edirəm ahıl yaşımda, 
Al məni qoynuna qurbanın olum. 
Eyb axtarma kirpiyimdə qaşımda, 
Al məni qoynuna qurbanın olum. 
 
 
 
 
Zenitdəki gün tək şölələr saçıb, 
 
 
 
Əzilib-büzülüb üstümə qaçıb, 
 
 
 
Cənnər qapısını üzümə açıb, 
 
 
 
Al məni qoynuna qurbanın olum. 
 
Elimin-obamın tərsa gözəli, 
Laləli, nərgizli tər bənövşəli
Qoşa nar bağçalı, məxmər sinəli, 
Al məni qoynuna qurbanın olum. 
 
 
 
 
Yanıram ay xanım eşq atasında, 
 
 
 
Fəsillərin baharında, qışında, 
 
 
 
Kəklikli dağlarda çeşmə başında, 
 
 
 
Al məni qoynuna qurbanın olum. 
 
Boy-buxunun sevilməkçün biçilib, 
Ağızından abı-kövsər içirib, 
Mələk olub qıl körpüdən keçirib, 
Al məni qoynuna qurbanın olum. 
 
   Firudinin 
şirin olmaz damağı, 
   Qoyunun 
cənnətdi, hurilər bağı, 

 
71
   Dili 
beçə balı payız qaymağı, 
 
 
 
Sal məni qoynuna qurbanın olum. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
72
Sənindi 
 
Zamanın nəbzini tutmusan “qardaş” 
Çal-çap keyfini çək dövran sənindi, 
Qoyma qalsın daş üstündə bircə daş 
Sök dağıt hələlik dövran sənindi. 
 
 
 
Tezcə özgələşdir bütün hər şeyi, 
 
 
Masanın üstündən əskiltməməyi. 
 
 
Elə ki, çalındı İsrafil neyi, 
 
 
Baş qaldıran bütün düşman sənindi. 
 
Qayıdanda bir gün tələ yiyəsi, 
Onda tanımayacaq heç kəs, heç kəsi, 
İblisin nəfəsi, şeytan kəlləsi, 
İlanlı, əqrəbli mehman sənindi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
73
Məstanəsidir 
 
Hər bir baş daşına yazılan tarix 
Ulu babaların nişanəsidir. 
Gecə gündüz qaqqıldaşan sonalar 
Vallah Göyçə gölün pərvanəsidir. 
 
 
 
Didərgin olmuşuq eldən-obadan, 
  Yadigar 
qoyulmuş ata-babadan, 
  Qalib 
çıxmış zaman-zaman bəladan 
  Yurdumuz 
dünyanın əfsanəsidir. 
 
Yalandan hayların kəkələdiyi, 
Doğru olanlara şər bələdiyi. 
Allahın babama bəxş elədiyi, 
Göyçə göl tarixin nişanəsidir. 
 
 
 
Almalı-armudlu barlı bağların, 
 
 
Dərin dərələrin uca dağların. 
 
 
Görənlər söyləyir buz bulaqların, 
 
 
Qarlı zirvələrin məstanəsidir. 
 
İnsan şəhərləri pulla alar da, 
Mənasız ömr edib yüz il qalarda.  
Firduna cənnəti bağışsalarda,  
O, yenə Göyçənin divanəsidir. 
 
 
 

 
74
Arvad orda qərib, mən burda qərib 
 
Ayaqları topuğundan ağrıyan, 
Arvad orda qərib, mən burda qərib. 
Sızıltısı ürəyimi dağlayan, 
Emilyadır Pirşağıda yan verib, 
Özü orda qərib, mən burda qərib. 
 
 
 
Eyni sözü doxsan dəfə eydirəm, 
 
 
Söz deyəndə ağız-burun əydirən, 
  Altdan-üstdən nimdaş paltar geydirən, 
 
 
Anam yolumuza salafan sərib 
  Arvad 
orda 
qərib, mən burda qərib. 
 
Bir ay yarım zir-zibilnən oynadım, 
Gün altında dağ-dağ oub qaynadım, 
Az qalıb ki, yaddan çıxsın öz adım, 
Fəridənin borşu vallah “can” verib, 
Arvad orda qərib, mən burda qərib. 
 
  Baxımsız xəstənin rəngi tez solar, 
  Qaynayıb-qaynayıb peymanə dolar, 
 
 
Zəmanə pis gəlib, neyləmək olar. 
 
 
Çömçələr qaşığa imtahan verib, 
  Arvad 
orda 
qərib, mən burda qərib. 
 
O dünya var, axirət var, ölüm var, 
Bu dünyadan çoxları çox şey umar, 
Bəzisi də gördüyündən pay umar, 

 
75
Mənim də qısmətim belə gətirib, 
Arvad orda qərib, mən burda qərib. 
 
  Göyçək bacım tələbəlik yaşından, 
  Heç 
kimi 
qovmamış süfrə başından, 
 
 
İlahi kiməsə cənnət daşından, 
  Pay 
verib, 
bizəsə zillət yetirib, 
  Arvad 
orda 
qərib, mən burda qərib. 
 
Gəlin bacı Məhruyyəni sağ olsun, 
Hər iki cahanda üzü ağ olsun, 
Həmişə süfrəsi daha bol olsun, 
Hər gün bizə dadlı yemək gətirib, 
Arvad orda qərib, mən burda qərib. 
 
 
 
Nərmin, Sevinc, Kənan qönçə balalar, 
  Arzum 
budur 
həyatdan kam alalar, 
 
 
Atalı-analı xoşbəxt olalar, 
  Allah 
Kənanımı arxa yetirib, 
  Arvad 
orda 
qərib, mən burda qərib. 
 
Rəbbimin verdiyi bu paya şükür, 
Heyif ki, mənim də qəddimi bükür, 
Vaxtından tez ömür yarpağın tökür, 
Yolumda tikanlı qanqal bitirib, 
Arvad orda qərib, mən burda qərib. 
 
 
 
Nəzrin olan yerlər çırağban olur, 
 
 
Nərmin olan yerdə imtahan olur, 
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə