Firudin Zeynallı



Yüklə 2.8 Kb.

səhifə4/7
tarix19.06.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
77
IV BÖLÜM 
 
Xatirəyə döndü balam 
 
Atası Firudin Zeynallı xatirəsi 
 
Nə gözəl günlərin var imiş qızım, 
İlahi bəxtinə yar imiş, qızım. 
 
Tutaraq əl-ələ hər gün gəzərdik, 
Nə gözəl günlərin var imiş qızım. 
Xoşladığın gül-çiçəyi üzərdik. 
Nə gözəl günlərin var imiş qızım, 
İlahi bəxtinə yar imiş, qızım. 
 
 
 
 
Tellərinə lalələri düzərdin, 
   Sevincindən qanad açıb süzərdin. 
 
 
 
Hərdənbirdə dodağını büzərdin, 
 
 
       Nə gözəl günlərin var imiş, qızım, 
                  İlahi bəxtinə yar imiş, qızım. 
 
Qayğıyla böyüyüb məktəbə getdin, 
Məni sevindirib bəxtəvər etdin, 
Axır ki, cavanlıq həddinə yetdin, 
Nə gözəl günlərin var imiş, qızım, 
İlahi bəxtinə yar imiş, qızım. 
 
 
 
 
Təbib olmaq arzusuyla yaşadın, 
 
 
 
Həkim sırasında çəkildi adın, 

 
78
 
 
 
Uçmağa yox idi qolun, qanadın, 
 
 
        Nə gözəl günlərin var imiş, qızım, 
İlahi bəxtinə yar imiş, qızım. 
 
Nişan günü Firdun yaman kövrəldi, 
Toy oldu oğullar dünyaya gəldi, 
Narahat ürəklər bir az dincəldi, 
Nə gözəl günlərin var imiş, qızım, 
İlahi bəxtinə yar imiş qızım. 
 
Mənim Kəmalə qızım 1975-ci il may ayının 14-
də dünyaya göz açıb. Həmin gün sevincimin həddi-
hüdudu yox idi. Həyatımız o qədər də firavan olma-
yıb. Öz evimiz olmadığından 12 il kirələrdə yaşa-
mışıq. 
Həddən artıq zəhmətkeş olan Kəmalə orta 
məktəbi müvəffəqiyyətlə bitirib Azərbaycan Tibb 
Universitetinin müalicə fakültəsinə  qəbul oldu. Çox 
təvazökar, təmkinli idi. Hər yüngül şeyə fikir verməz-
di. 
7 il universitetdə oxudu. Lakin bir dəfə  də 
demədi ki, ata, mənə də filan şey al, yeni moda çıxıb 
yoldaşlarımın hamısı ondan alıb geyinir. İndi məni o 
yandırır ki, onun istəklərini başa düşməmişəm. Bunu 
özümə bağışlaya bilmərəm. 
İnstitutu qurtarıb avtolmoloq kimi Yeni Sura-
xanıdakı 12 saylı birləşmiş poliklinikada işə başladı. 
Tez bir zamanda həm həkim yoldaşlarının, həm də 

 
79
sakinlərin hörmətini qazandı. 3 dəfə Almaniyanın 
müvafiq şəfa ocaqlarının sertifikatını aldı. 
Bir övlad kimi valideynlər qarşısındakı borcunu 
şərəflə yerinə yetirirdi. Mənim şəkərim var. Ona görə 
hər gün zəng edib vəziyyətimi öyrənirdi. İndi nə zəng 
edən var, nə də halımı soruşan. 
Kaş 23 dekabr günü təqvimdə olmayaydı. 
Həmin gün tezdən qalxıb işə  gəlməmişdən  əvvəl 
istədim zəng edib deyəm ki, qızım, insulinim qurtarıb. 
Al mənimçün. Sonra fikrimdən döndüm. Sanki məni 
kimsə  məcbur etdi ki, lazım deyil. Aradan 3 saat 
keçmişdi ki, qızımın bu faciəsi haqda xəbər tutdum. 
Sanki yer ayağımın altından qaçdı, göyün dayaqları 
sındı, ulduzlar üstümə töküldü.  
İndi mənim bircə arzum qalır. Arzuları yarım-
çıq qalan, bu dünyadan nakam gedən 38 yaşlı Kəmalə 
balama qovuşmaq.  
Allah tərəfindən sevilənlər  tez ölürlər. 
 
Allah rəhmət eləsin, qəbrin nurla dolsun,  
yerin behişt olsun...! 
 
 

 
80
Anası Emilya xanım Araslı 
 
Kəmaləm mənim ilk qönçəm idi. O, anadan 
olan gün mənim ən sevimli xoşbəxt günüm idi. 
Həyatımız o qədər də dəbdəbəli olmayıb. Uzun 
illər qoltuqlarda (kirayədə) yaşamışıq. Əzab-əziyyətlə 
böyüdüb boya-başa çatdırdığım balam sinəmə çalın-
çarpaz dağ çəkərək əbədiyyətə qovuşdu. 
Hadisədən üç gün öncə (20.12.2013) Kəmalə 
zəng etdi ki, evimizə  qızdırıcı (kombi) çəkdirmişik, 
yaxşı istidir. Eynəyini də  gətir gəl yenisini düzəlt-
dirək. Mən də dedim: qızım, bu həftə yox, gələn həftə 
gələrəm. Kaş dilim lal olaydı, o sözü deməyib gedəy-
dim. Getsəm bəlkə bu faciə baş verməzdi. 
Qızımla axırıncı danışığım dekabrın 22-də oldu. 
Yenə də bir-birimizdən hal-əhval tutduq. 
Dekabrın 23-də (kaş o, gün olmayaydı) telefona 
zəng gəldi. Qonşuları  Kəmaləni qaz tutduğunu xəbər 
verərək, tez gəlməyimi istədi. Mən bu xəbəri oğluma 
dedim və tez yığışıb Hövsana qızım gilə getdik. Evə 
yaxınlaşanda adamları görüb yəqin etdim ki, artıq 
Kəmaləm yoxdu (Balasını vaxtsız itirmiş ana üçün 
bundan böyük dərd olarmı? Bunu ancaq başına 
gələnlər bilər). 
Həyətə girəndə  qızımın maşında olduğunu gö-
rüb özümü maşının altına atdım, qoymadılar ölməyə. 
Axı əhd eləmişdim ki, mən ondan qabaq ölüm, qızım 
məni ağlasın. Sən demə fələyin fikri mənim kəfənimi 
qızıma vermək imiş. Kor olasan səni, ey Fələk! 

 
81
Balasını itirmiş, özü də  Kəmalə kimi balasını. 
Başladım baş-gözümə döyüb şivən qoparmağa. Allah 
heç bir anaya belə müsibəti göstərməsin. Balam 
haqqında yadımda qalanlar bunlardır. 
Kəmalə  hələ  uşaqlıqdan evə çox bağlı bir qız 
idi. Həyət bacada görünməzdi. Getdiyi məktəb, 
gəldiyi ev olardı. Dəbdəbəli yerlərdən xoşu gəlməzdi, 
sadəliyi çox sevərdi, sadə geyinib gəzərdi. Elə buna 
görə hamı onu çox sevirdi, xüsusilə də xalası Xalidə. 
O da həkim idi. İstəyirdi ki, nakam balam da həkim 
olsun. 
Bəli, Kəmalə xalasının bu arzusunu həyata 
keçirdi, göz həkimi oldu. İnsanlara nur (işıq) verməyə 
başladı. Yenicə parlayırdı ki, arzularıda ömrü kimi 
nakam qaldı. Elə  mənim arzularım da. İndi mən 
nakam qızıma qovuşacağım günü gözləyirəm. 
 
Allah rəhmət eləsin qızım! Qəbrin nurla dolsun! 
Yerin behişt olsun! Rahat yat nakam balam. 
O dünyada görüşənədək
 
 
 
 
 
 
 
 
 

 
82
Əmisi Hacı Yusasif Zeynallı 
 
Kəmalə  təkcə Firudinin qızı yox, bütün el-
obanın sevimli balası idi. O cümlədən mənim. 
 
Mən həmişə öz qızlarıma nümunə çəkir, onunla 
fəxr edir, bütün məclislərdə onun tərbiyəsindən, 
savadından ağız dolusu danışa bilirəm. Çünki o, bütün 
tədbirlərimizin yaraşığı idi. 
 
Kəmalə  nəslimizin fəxri, kəndimizin yeganə 
qadın həkimi idi. 
 
O gün, yəni dekabrın 23-də  mənə  zəng vurub 
dedilər ki, Kəmaləni qaz vurub. Öz-özümə fikirləşdim 
ki, bəlkə elə bir ciddi şey yoxdur. Gedim atasını 
universitetdən götürüm gedək. Atası, yəni mənim 
böyük qardaşım Azərbaycan Dövlət Pedaqoji 
Universitetində Fizika fakültəsinin Nəzəri fizika 
kafedrasının dosentidir. 
 
Mən gedib qardaşımı götürüb Hövsana gedənə 
kimi xeyli vaxt keçdi. Kaş  mən vaxt itirməyib faciə 
barədə  xəbər bilən kimi gedib onu xəstəxanaya 
çatdıraydım. Onda bəlkə toksikoloqlar yardım edə 
biləydilər. Axı müasir təbabətin çox geniş imkanları 
var. Müasir tibbi avadanlıqlarla, necə deyərlər ölünü 
diriltmək olar. Əfsuslar olsun ki, Kəmaləni ölümdən 
xilas edən tapılmadı. 
 
İndi mən vaxtında getməməyimi özümə 
bağışlaya bilmirəm. 
 
Allah rəhmət eləsin, əziz balam! 

 
83
 
Bibisi  Rəfiyeva  Göyçək 
 
Mənim qız övladım olmayıb. Kəmalə mənə qız 
idi. Doğrudur, qardaşlarımın qız övladları çoxdur. 
Hamısıda mənə əzizdir. Ancaq Kəmalənin öz yeri, öz 
sanbalı var idi. Kəmalə  həm də  mənə ana əvəzi idi. 
Anamın xasiyyətləri onda əks olunmuşdu. Hər gün ya 
o mənə, ya da mən ona zəng vurub hal-əhval tuturduq. 
Anamın itkisi mənə o, qədər təsir etməmişdi, nəinki 
Kəmalə. 
Gözlərim bir az zəifləyib. Onun müalicəsini, 
dava-dərmanını telefon vasitəsilə ondan alırdım. 
Kəmalə  ən istəkli qardaşım qızı olmaqla 
bərabər demək olar ki, həm də ailə həkimimiz idi.  
 
Allah rəhmət eləsin,  əziz balam! 
 
 
 
  
 
 
 
 
 
 
 
 

 
84
Qardaşı Ceyhun Zeynalov 
 
 Ailəmiz çox xoşbəxt idi. Onların iki övladı var 
idi. Bacım Kəmalə və mən. 
 Bizim 
uşaqlığımız nə  qədər  şən və  nə  qədər 
firavan keçmişdi, onu bir allah bilir. Hamısıda 
bacımın səbəbinə. 
 Vişnovka deyilən yerdə xalam Xalidəgilin 
bağları var idi. Hər il biz bütün yayı orada qalırdıq. 
Anam elmi işçi idi. Hər gün işə gedirdi. Biz atamla 
qalırdıq. Bağda çoxlu ilbiz var idi. Kəmalə onları 
yığıb suya tökürdü. və mənə deyirdi:-qaqaş, sənə sup 
bişirərəm, ağlama. 
 
Atam taxtadan bir ev kimi düzəldib yazı taxta-
sıda asmışdı. Həmin lövhədə bacım mənə yazı 
yazdırır, hesab öyrədir, özünün uydurduğu nağıllardan 
danışırdı. 
 Anam 
taxıl biçini vaxtı rayona ezamiyyətə 
getmişdi (Axı o, Əkinçilik institutunun elmi işçisi idi). 
Oradan bir dovşan balası  gətirmişdi. Hər gün bacım 
onu çimizdirir, sığallayır və yatırırdı. Bu işdə  mən 
onun köməkçisi olurdum. Bir gecə qapı açıq qaldı-
ğından dovşan getmişdi. Maraqlı orası idi ki, həmin 
dovşan gecələr gəlir, gündüzlər yox olurdu. Bir aydan 
sonra ondan bir xəbər olmadı. Kəmalə onun xiffətini 
çox çəkdi. 
 Biz 
demək olar ki, qoşa qanad idik. Bacımın 
ölümü məni tək qanad etdi. İndi mənim bacımın ruhu 
qarşısında and içirəm ki, nə  qədər canımda can var, 

 
85
onun mənə elədiklərini bir cüt qoyub getdiyi balala-
rına qaytarım. Onları bircə balam olan Atilladan 
fərqləndirməyin. 
 
Rahat yat əziz bacım! 
Allah rəhmət eləsin. Qəbrin nurla dolsun. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
86
 
Qardaşının yoldaşı, əmisi qızı  
Vüsalə Zeynalova 
 
 
Kəmalə ilə biz təxminən eyni yaşıd olan əmi 
qızları, bir cüt su sonası idik. O, kəndimizə  gələndə 
qoşa gəzirdik hamı bizə həsəd aparırdı. 
 
Kəmalə mütaliəni çox sevirdi. Kitab əlindən 
düşmürdü. Elə bu inadkarlıq onu Azərbaycan Tibb 
Universitetinə gətirib çıxardı. 
 Tale 
elə gətirdi ki, mən öz əmim oğlu Ceyhunla 
ailə qurum. Uzun müddət övladımız olmadı. Kəma-
lənin məsləhəti və  təkidi ilə  İrana getdik müalicə 
aldıq. AllahKəmalənin bu arzusunu yerinə yetirdi, bir 
oğlumuz oldu. Adını Atilla qoyduq. Bibisinin torpağı 
sanı yaşasın. 
 
Mən möcüzələrə inanmıram. Amma Kəmalənin 
ölümü məndə pis gözə, pis nəfəsə inam yaratdı. Mənə 
elə gəlir ki, Kəmaləni pis göz (bədnəzər) və pis nəfəs 
əlimizdən aldı. 
 
Allah rəhmət eləsin, ruhu şad  dolsun. 
 
 
 
 
 
 
 

 
87
 
 
Şagird yoldaşı, yaxın rəfiqəsi 
Kəmalə İsmayılova 
 
 
Kəmalə  mənim qoşa qanadımın biri idi. Mən 
onunla nəfəs alırdım. Onun itkisi mənim cavan 
qəddimi  əydi. Biz sadəcə  rəfiqə yox, bacı olmuşuq. 
Hələ  məktəbdə oxuyarkən o qədər bir-birimizə alış-
mışdıq ki, bir an belə özümü onsuz təsəvvür etmirdim. 
 
Bizim bu uşaqlıq dostluğu sonralar ailəvi 
dostluğa çevrildi. Bütün problemlərimizi birlikdə həll 
edirdik. 
 
Kəmalə  uşaqlarımı özününkündən ayırmazdı. 
Nə deyim Allah onu xeyirxahlıq nümunəsi, simvolu 
yaratmışdı. heyif ki, tez aramızdan getdi. O, mən nə  
yaşayıram, mənimlə yaşayacaq. Heç vaxt qəlbimdən 
silinməyəcək. 
 
Allah rəhmət eləsin. Qəbri nurla dolsun,  
yeri behiştlik olsun. 
 
 
 
 
 
 
 
 

 
88
Tələbə yoldaşı, akademik Mirqasımov adına 
Respublika Klinik xəstəxanasının urologiya 
şöbəsinin həkimi Hüseyn Məsimov 
 
 
İlahi Kəmaləni xoş gündə, xoş saatda, xoş dəqi-
qədə yaratdığından ondan heç bir şeyi  əsirgəməmiş, 
bütün gözəllikləri, həm daxili, həm də xarici xüsu-
silədə daxili gözəlliyi, ona bol-bol vermişdi. 
 Bir 
sözlə, böyük yaradan onu əsl insanlıq 
nümunəsi yaratmışdı. 
 
Mən Kəmalə ilə eyni vaxtda ATİ-nin (Azər-
baycan Tibb Universitetinin) müalicə proflaktika 
fakültəsinə qəbul olmuşam. 
 Universitetdə oxuduğumuz 7 il ərzində  mən 
hiss etmədim ki, onu kimsə kimə, hansı  həkimə 
tapşırsın. Bütün imtahan və zaçotlara ciddi hazırlaşır, 
hər şeyi dəqiqliklə öyrənirdi. 
 Heç 
yadımdan çıxmaz.  əzələ  bəhsini deyən 
Şükufə müəllimə  bədahətən dedi ki, sabah zaçot 
götürəcəm. Kim cavab verməsə məqbul yazmayacam. 
Kəmalənin yolu uzaq idi. Hövsandan gəlib-getmək o 
qədər də asan deyildi. Buna baxmayaraq, o, hamıdan 
tez gələrdi. 
 Yolun 
uzaqlığını və vaxtın azlığını nəzərə alan 
gecə meyidxanada qalıb sabahki zaçota hazırlaşmağı 
qərara alır. Bu hadisədən xəbər tutan uşaqlar ona ölü 
dirildən ləqəbi də verdilər. 

 
89
 
Kəmalənin çalışqanlığı, zəhmətsevərliyi, bütün 
tələbə yoldaşlarına hər işdə, xüsusən də zaçot və 
imtahanlara hazırlaşmaqda  kömək edərdi. 
Heç də  təsadüfi deyildi ki, 3-cü kursdan ona sadə 
əməliyatları aparmaq həvalə edilirdi. 
 
Kəmalə  cərrah olmaq istəyirdi. Lakin biz qur-
taran il o, sahəyə təyinat olmadığından ona təbabətin 
ən zərif sahəsi olan avtolmologiya ixtisasını verdilər. 
Çox təəssüf ki, göz sahəsində  ən istedadlı mütəxəs-
sislərdən biri olan tələbə yoldaşımız Kəmalə xanımı 
vaxtından tez itirdiyimizdən o, bu gün sıralarımızda 
yoxdur. 
 
Allah rəhmət eləsin, qəbri nurla dolsun! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
90
Tələbə yoldaşı, yaxın rəfiqəsi 
Mərkəzi  hərbi  Klinik  Hospitalının 
həkimi  Könül  Musayeva 
 
Qrupumuzda 12 tələbə oxuyurdu. Onlardan 5 
qız, 7 oğlan. Oğlanlardan 3-ü xarici vətəndaşlar idilər. 
Xaricilər əsasən İran İslam respublikasından idi. 
Qızlardan üçümüz
Kəmalə, Gülnarə və mən ən 
yaxın rəfiqələr idik  (Gülnarə indi Moskva şəhərində 
yaşayır).  
Kəmalə çox zəhmətkeş, hazırlıqlı  tələbə idi. 
İnadkar idi. Bir şeyi, tibbi termini dəqiqləşdirmədən 
rahatlıq tapmazdı. Onun bu xüsusiyyəti onu bütün 
fakültənin tələbə-müəllim heyətinin sevimlisi etmişdi. 
Kəmalə heç kimdən köməkliyini  əsirgəməzdi. 
Çalışırdı özündən qabaq bütün yoldaşları qiymət alıb 
çıxsınlar. Bir sözlə yoldaşlıqda çox etibarlı idi. Sözü 
bütöv, yalanı sevməyən Kəmalə,  əfsuslar olsun ki, 
vaxtsız bizi tərk etdi. 
Kəmalə dərin biliyə, yüksək mədəniyyətə, milli 
adət-ənənəyə hörmətlə yanaşmağı bacaran rəfiqə idi. 
O, sadəcə  rəfiqəlik etmirdi, bacılıq edirdi. Bütün bu 
xüsusiyyətlərinə görə qrupumuzda olan 5 qızın heç 
biri ondan heç nəyi gizlətmirdilər. Bütün dərdlərini 
ona söyləyir, ondan məsləhət alırdılar. Odur ki, onun 
ölümünü heç kim qəbul edə bilmir. Lakin bu acı bir 
həqiqətdir.  İlahi belə bir mələk timsallıya necə  qıyıb 
bilmirəm. 
Allah rəhmət eləsin! 

 
91
 
Tələbə yoldaşı Mərkəzi 
neftçilər xəstəxanasının 
anestezioloqu Rövşən Yusifov 
 
 
Kəmalə  əsl azəri qızı idi. Müsəlman adət-ənə-
nəsinə hörmətlə yanaşan, Peyğəmbərimizin müsəlman 
qızlarına tövsiyələrini özündə  əks edib onu qoruyub 
saxlayırdı. 
 
Kəmalə   qrupumuzda olan bütün oğlanları özü-
nə qardaş bilir, onlara arxalanırdı. Biz də onu özü-
müzə bacı bilir, bir sözünü iki eləməzdik. Bacı kimi 
hər məsləhəti bizimçün qanun idi. 
 
Kəmalə zaçot-imtahan dövründə bütün tələbə 
yoldaşlarına yaxından kömək edər, çətin terminləri 
izah edər, qorxmazlıq aşılayardı. 
 O, 
mənə xüsusi qayğı göstərər, sesiyalardan 
müvəffəqiyyətlə çıxmağımın qayğısına qalardı. 
 Kor 
olsun 
Əzrayılı belə bir mələyə necə  qıyıb, 
aramızdan vaxtsız apardı. 
 
Allah rəhmət eləsin! 
 
 
 
 
 
 
 

 
92
Tələbə yoldaşı Ağa İsmayılov Daxili İşlər 
Nazirliyinin mərkəzi hərbi Hospitalının 
Poliklinika bölməsinin həkmi 
 
Kəmalənin tibbi biliyinə söz ola bilməzdi. Bu 
ona öz çalışqanlığı, zəhmətsevərliyi,  əzmkarlığı 
sayəsində nail olmuşdu. Onun prinsipiallığı təkcə biz 
azəriləri yox, eyni zamanda da əcnəbi yoldaşlarımızı 
da heyran etmişdir. Bütün yığıncaqlarında  əcnəbi 
yoldaşlarına, dostlarına, xüsusən də  qızlara onun kimi 
olmağı, ondan öyrənməyi tövsiyə edirdilər. 
Mənə elə gəlir ki, Kəmalənin yanına gələn xəs-
tələr hər  şeydən öncə onun xoş  rəftarından, davranı-
şından həm zövq alarmış, həm şəfa taparmışlar. 
Tale elə  gətirdi ki, mən Kəmalənin yaxın rəfi-
qəsi olan tələbə yoldaşm Könüllə evləndim. Evimizdə 
uzun müddət sözümüz-söhbətimiz onun müsbət 
keyfiyyətindən olardı.  İndi də ölümündən sonrakı 
söhbətimiz ondan olur. 
 
Allah rəhmət eləsin, ruhu şad olsun, qəbri 
nurla dolsun deyirik! 
 
 
 
 
 
 
 

 
93
 
Tələbə yoldaşı Rövşən Əhmədov 
Ağcabədi rayon mərkəzi 
xəstəxanasının cərrahı 
 
Mən Kəmalənin ölüm xəbərini yanvarın 10-da 
eşitdim, özümü itirdim, şoka düşdüm, xeyli müddət 
özümə  gələ bilmədim. Axı  Kəmalə başqa yoldaş-
larıma olduğu kimi mənim də bacım idi. Doğrudanda 
mən onu bir bacı kimi lap çox istəyirdim. Çünki o, 
buna layiq idi. Onun haqqı boynumuzda çox olub. 
İndi mənim və tələbə yoldaşlarımızın bir məqsədimiz 
olmalıdır və mənə elə gəlir ki, var, tələbə yoldaşımız 
olub, bizə bacılıq edən Kəmalənin ruhu şad olsun 
deyə haqqı-sayını qoyub getdiyi bir cüt balasına 
qaytarmaq. Onların bütün problemlərinin həllində 
yaxından kömək etmək. Belə də olacaq, əziz bacımız, 
rahat yat. 
 
Yerin behiştlik olsun, qəbrin nurla dolsun! 
 
 
 
 
 
 
 
 
 

 
94
 
 
Həyat yoldaşı Etibar Hüseynov 
 
 Biz 
Kəmalə ilə çox xoşbəxt yaşayırdıq. Bir-
birimizi ürəkdən sevirdik. Can deyib, can eşidirdik. 
Bu sevginin məhəbbətin məhsulu olaraq iki övladımız 
dünyaya gəldi. Nəcəf və Orxan. 
 
Rəhmətlik çox övladcanlı idi. Bilmirəm necə 
oldu ki, başımıza bu bəla gəldi, belə bir faciə baş 
verdi. 
 
Mən indi də inana bilmirəm ki, Kəmalə həyatda 
yoxdur. Amma sən demə bu həqiqət imiş. 
 
23 dekabrda 17 günlük məzuniyyətimi başa 
vurub, həmişə olduğu kimi səhər tezdən qalxıb 
hamamda yuyunmağa girdim. Aradan heç beş dəqiqə 
keçməmiş Kəmalə gəlib məni tələsdirdi ki, tez ol mən 
işə  tələsirəm, yuyunmalıyam. Elə bil kim isə onu 
tələsdirirdi. Mən çölə çıxdım və bir də geri dönüb nə 
isə baş verəcəyini hiss edirmiş kimi hamamın qapısını 
açmaq istədimsədə o qoymayıb dedi: “Çıxıb getsənə 
işinə”. Bundan sonra çıxıb getdim. Bundan üç saat 
sonra telefonuma zəng gəldi ki, tez gəl yoldaşım 
hamamda çimərkən qazdan zəhərlənib. Mən gəldim, 
ancaq gec idi. Bu hadisəni ömrüm boyu yaddan çıxara 
bilmərəm.  
Allah rəhmət eləsin, qəbri nurla dolsun! 
 
 

 
95
 
Böyük oğlu Nəcəf Hüseynov, 280 saylı 
məktəbin 11-ci sinif şagirdi 
 
 Anam 
məni dünyalar qədər istəyirdi. Çalışırdı 
ki, biz hər cür maddi və mənəvi cəhətdən təmin olaq. 
İşinin çoxluğuna, vaxtının azlığına baxmayaraq bizi 
gəzdirməyədə vaxt tapar və bundan böyük zövq 
alardı. Bilmirəm böyük yaradana neyləmişdik ki, bu 
xoşbəxtliyimizi  əlimizdən aldı. Anamızı vaxtından 
əvvəl əbədi dünyaya aparıb bizi ağlar qoydu. 
 Anam 
hər gün tezdən qalxıb, hamamlanar, 
qardaşım Orxanla mənə səhər yeməyi verib, məktəbə 
yola salardı. Həmin gün, yəni dekabrın 23-də Orxan 
yatırdı. Mən saata baxdım ki, saat 9-a işləyir. 
Fikirləşdim ki, görəsən anamdan niyə  səs-səmir 
yoxdur. Dedim yəqin işə gedib. Lakin baxıb gördüm 
paltarı da, iş sumkasıda burdadır.  İşi belə görəndə 
tələsik hamamın qapısını açıb gördüm ki, anam yerdə 
uzanıb. Tez qonşulara xəbər verdim, onlar təcili 
yardıma zəng vurdular. Təcili yardım gəldi. Ancaq 
heç bir kömək olmadı. Çünki gec idi. İş-işdən keç-
mişdi. Biz anasız qalmışdıq. 
 
 
 
 
 

 
96
Orxan Hüseynov son beşiyi, 280 saylı 
məktəbin 10-cu sinif şagirdi 
 
Ana can məni kim sevib, kim oxşayacaq
Ağrıyan başıma əlin qoyacaq. 
Can bala deyərək əzizləyərək 
Yaralı qəlbimə məlhəm qoyacaq. 
 
Bütün analar gözəl və yaxşıdır. Ancaq mənim 
anamın tayı-bərabəri yox idi. Bizi, xüsusilədə mənim 
nazımla oynayar, hər cür şıltaqlığıma dözərdi. Bir 
sözlə, bizi tanıyanların hamısının məhəbbətini qazan-
mışdı. Odur ki, anamın yoxluğu  ömrümün axırına 
qədər məni yandıracaq. 
Mən yuxarı evdə hər şeydən xəbərsiz yatırdım. 
Birdən qulağıma Nəcəfin tükürpədici səsi gəldi. Ay 
Orxan, ay Orxan, tez bura gəl, anam yıxılıb. Tez 
qalxıb qaça-qaça aşağı düşdüm. Hamamın qapısını 
açdıq. Anamı  ağzı üstə döşəmədə uzanmış halda 
gördüm. Başladıq üzünə-gözünə su səpməyə. 
Anamın tərpənmədiyini görüb, atamın iş yerinə zəng 
vurduq. Onu vermədilər. Belə olanda qonşuları 
köməyə çağırdıq. Onlar tez təcili yardım çağırdılar. 
Gələn həkimlər nə qədər cəhd göstərsələr də faydası 
olmadı. Anamı həyata qaytara bilmədilər. Artıq faciə 
baş vermiş, Kamış (mən həmişə anamı belə 
çağırırdım) dünyasını dəyişmiş, məni əbədi olaraq 
tərk etmişdi. 

 
97
12 saylı birləşmiş şəhər xəstəxanasının baş 
həkimi Məmmədov Bəhlul 
 
23 DEKABR  səhər-səhər xəstəxanaya daxil 
olarkən son dərəcə sarsıdıcı bir xəbər eşitdim. Xatirini 
son dərəcə uca tutduğum bir insanın
həkim oftal-
moloq Kəmalə Firudin qızı Hüseynovanın (Zeyna-
lovanın) faciəvi  şəkildə dünyasını  dəyişmə  xəbərini. 
Sözün həqiqi mənasında bir anlığa dəhşətə  gəldim. 
Asta addımlarla öz otağıma çəkilib onu tanıdığım 
vaxtdan bəri bütün olanları kino lenti kimi xəyalımdan 
keçirtdim. 
Onun anası ilə  xəstəxanamıza işə  gəldiyi ilk 
gün yadıma düşdü. Qapı açılır içəriyə  şərqli qızlara 
məxsus gözəllikləri özündə əks etdirən bir nəfər daxil 
oldu. O, mən göz həkimiyəm və  işlmək üçün sizin 
müəssisəyə göndərilmişəm deyib, sənədləri uzatdı. 
Əlləri titrək, çöhrəsi qızarmış  şəkildə. Bir an düşün-
düm, ilahi belə şəxlər az-az olur. Bəli fikrimdə yanıl-
mamışdım. 10 ildən artıq biz birlikdə  işlədik. Ömrü-
nün sonunadək onda həm kollektivinin üzvlərinə, həm 
də xəstələrinə qarşı yüksək hörmət və qayğıdan başqa 
bir şey görmədim. 
Kəmalə həkim mənəvi saflığı, gözəl insani key-
fiyyətləri ilə daim seçildi. hamının hörmətini qazandı. 
Yüksək həkimlik bacarığı ilə  xəstələr arasında 
böyük nüfuz qazanmışdı. 2003-2005-ci illərdə Sura-
xanı rayonunun səhiyyə şöbəsinin baş həkim oftalmo-
loqu seçilmişdir. 

 
98
İnsan var onun haqqında hansısa yaxşı bir söz 
demək üçün saatlarla fikirləşib baş sındırırsan. Ancaq 
ona yaraşan yaxşı bir söz tapa bilmirsən. 
İnsan da var saatlarla, günlərlə, həftələrlə onun 
haqqında yaxşı  nə  qədər söz var deyirsən. Yenə  də 
nəyinsə deyilmədiyini fikirləşirsən. Kəmalə  həkim 
ikincilərdən idi. 
Onun haqqında xatirə yazmaq mənim üçün 
olduqca çətin olduğundan burada nöqtə qoyuram. Onu 
demək istəyirəm ki, amansız ölüm onu çox erkən 
haqladı. O, gənc yaşında onu tanıyanların, xəstələrinin 
qəlbində özünə heykəl ucaltdı. Bunu öz sevimli 
həkimlərinin ölümündən xəbəri olmayan xəstələrinin 
poliklinikaya gələrkən hadisəni bildikdən sonra 
hönkürtü ilə ağlamaqları sübut edir. 
Allah ona rəhmət eləsin! 
Qəbri nurla dolsun, ailəsinə Allah səbr versin. 
Nakam ömrünün qalan hissəsini Allah iki gül balasına 
bağışlasın. 
 
 
 
 
 
 
 
 
 
 

 
99
Şöbə müdiri Leyla Budaqova 
 
Yetişəndə əcəl, ayrılıq anı, 
Baxmaz bir kimsənin yaşına fələk 
İstəsə bir anda bütün dünyanı 
Dar edər insanın başına fələk. 
 
Özümü çox bilən, çox dünya görmüş saymıram. 
Lakin həyatda yığdığım, gördüyüm təcrübələrim az da 
deyil. Çünki sadəcə, insanlara onların həyat tərzinə 
diqqət yetirməyi bacarır, dərdlərini, sirlərini sevinc-
lərini, kədərlərini və arzularını, istənilən təəssürat-
larını dinləməyə  səbirliyəm. xüsusilə bağlı olduğum, 
çox hörmət bəslədiyim və sevdiyim insanlara diq-
qətimdə və ürəyimin dərinliyində daha çox yer ayırı-
ram. Onların acılarına acıyır, sevinclərinə sevinirəm. 
Mənim daha çox gördüyüm bu oldu, nə  qədər 
sakitsənsə-bir o qədər səs-küylü, nə  qədər  şirinsənsə 
bir o qədər-acı, nə  qədər fağır və üzüyolasansa-bir o 
qədər tərs və inad, nə qədər vəhimlisənsə, bir o qədər 
qəddar, nə  qədər qayğıkeşsənsə, bir o qədər çox 
qayğılarla dolu həyat çıxır qarşına. Nə qədər çox üzlər 
güldürürsənsə, bir o qədər çox ağlayırsan, həyat 
yollarında üzülürsənsə, yolun qısa olur. 
Bəlkə  də bu düşüncələrim səhvdir. Sadəcə 
qarşılaşdığım insanlarda bunu gördüm. 
Kəmalə yalnız mənim deyil, ailəmizin və 
işlədiyi kollektivin də sevimlisi idi. Onunla bir qəbirs-
tanlıqda uyuyan, onunh kimi həyatdan doymamış, 

 
100
nakam, gözləri açıq ailəsinin arxasında qalan cavan 
qardaşım da elə  Kəmalə kimi idi (Allah hər ikisinə 
rəhmət eləsin). 
Hər ikisi saf, yaxşı  mənada yazıq, özünü 
ailəsinə, balalarına qurban edən, Allahın onlar üçün 
verdiyi həyatı özləri üçün yaşamayan, körpə  uşaq 
qədər saf, pak və ömürlərinin sonuna qədər sanki heç 
böyüməyib uşaq qalan, inamını saxlayan, ürəyində 
ağlayan, acısını paylaşmayı xoşlamayan rahatlığı 
canına qıymayan gördüm onları. 
Bəzən həyat yoldaşımın gözünə yad cisim 
düşərdi. O an deyərdi: gedək Kəmalə xanım çıxarsın. 
Hər dəfə xoş sima və mehribanlıqla bizi qarşılayar, 
əlindən gələni edərdi. Ona hamımız inanır, etibar 
edərdik. Sözdə çox cəld hərəkətlərlə elə riskli işlər 
görürdü ki, həm təəcüblənirdik ki, bu cür zərif həkim 
qadın bu ağır işləri necə görə bilir...həm də əllərini elə 
astaca, elə yumşaq, elə sakit hərəkət etdirirdi ki, 
insanın can və ruhu belə incimirdi, insanların üzünə 
gülümsəməyi də  əsirgəmirdi. Daxilində  nə  qədər 
qəmginlik olsa belə hamını gülər üzlə qarşılayıb, gülər 
üzlə yola salardı. 
Onun asta, nazlı, ağıryana yerişini çox arzula-
yıram, işdə  də onun yeri çox görünür. Hündür və 
dabanı qalın ayaqqabıları çox xoşlayırdı. Onun ayaq 
səslərindən karidorda yerişindən taniyirdiq. Onunla 
yayda yol yoldaşı olardıq. Bağda qalanda maşınla onu 
da Hövsana aparırdıq. Evin yolunda salırdıq. Uşaqlar 
tez-tez işə  zəng vurur, onun nə vaxt gələcəyini 

 
101
soruşurdular. İş saatı qurtaran kimi tələsik yığışıb, göz 
qırpımında, hazır vəziyyətdə  iş qapısından çıxdığını 
görərdik. Çox vaxt uşaqlar onu yolda, evlərinin 
yaxınlığındakı dayanacaqda gözləyərdilər. Kəmaləni 
görən kimi qoluna girər, onu dükana nə isə almağa 
aparardılar. Elə hey qucağı dolu, qolları yüklü gedər-
di. “Sən nə  qədər alıb, daşıyırsan?” deyəndə deyirdi 
ki, “balalarım üçün alıram, qoy hər şeyləri bol olsun”. 
Uşaqlardan hər gün danışırdı. Canından artıq 
sevirdi onları, onlarla nəfəs alırdı. Valideyinlərindən 
də tez-tez söz salır, atası üçün çox narahat idi.  
Mən onunla hey zarafat edərdim. Ona görə  də 
artıq üzümə baxanda hər  şeyi hiss edirdi. Mimikama 
baxan kimi deyirdi! gəl, gəl-görüm kimə  əsəbləş-
misən, deyəsən yenə aləmi bir-birinə qatmısan... 
danış...” və ya gözlərimdə qəribə sirli baxışları görən-
də “gəl-gəl! səndə  nəsə maraqlı sözlər var, getmə 
danış...” deyib, yanından keçəndə  məni saxlayıb, 
kənara çəkirdi. Ondan heç nə gözləyə bilmirdim. Baş 
verən  əsəbi və ya məzəli hadisələri dinləyib elə 
gülərdi, “Səndən sözlər çıxır...” deyərdi. 
Çox savadlı idi. Göz həkimi olsa da tibbin digər 
sahələrini də  dərinliklə bilir, çox oxuyur, daha çox 
öyrənməyə cəhd edərdi. 
Mən onunla ölümdən danışanda dedi ki, “ölüm-
dən heç qorxmuram”. Mən
dünyanın axırı çatacaq, 
hamı öləcək qorxuram” deyəndə mənə güldü, dedi ki, 
ölümün nəyindən qorxursan ?! Hamı öləndən sonra nə 
var ki ?! Mən ölümdən qorxmuram sadəcə...ölümə elə 

 
102
soyuqqanlıqla yanaşır, hətta o barədə danışanda 
üzündə nə kədər, nə qorxu hiss olunmurdu. Ona görə 
də belə  cəsarətli insanın ölümünə inanmaq çox çətin 
gəlir. Onun vəfatı çoxlarını sarsıtdı. Çünki onu 
tanıyanlardan elə biri yox idi ki, ona heyran olmasın, 
xətrini istəsin. Onun daxili gözəlliyinə, gözəl 
hərəkətlərinə, gözəl rəftarına qarışırdı. O qədər həlim 
idi ki, xətrinə  dəyən insanların cavabını belə verə 
bilmirdi. Onu bəzən bacı kimi danlayır, öyrədirdim ki, 
“sən də cavab qaytar, haqsızın haqqını ver, acıqlan, 
danla, qaş-qabaq elə, lazım olanda savaş,... lakin xeyri 
yox idi. Körpə  uşaq qədər həlim idi. Heç dinməzdi, 
içinə ürəyinə qapanardı. Qəlbi çox sınanda sakitcə 
kövrələr, bəzən gözləri dolardı. Belə xüsusiyyətləri ilə 
çoxlarından uca idi. 
Biş-düşü gözəl bilir, yaxşı  şirniyyat hazır-
layırdı. Bəzən deyərdim: “Kəmalə bişirdiyinin 
reseptini de yazım”. Gülüb deyərdi: “Onsuz da bişirən 
deyilsən, resepti də yazsan itirəcəksən”. Deyirdim 
eybi yox, nənə olanda başlayacam öyrənməyə. 
Həqiqətən o deyən olurdu, səhəri resepti itirirdim. 
Bəzən ona məəttəl qalırdım bu qız heç yorulmaq 
bilmir deyə düşünürdüm. Özünü qoru yorma çox 
deyərdim,  əhəmiyyət verməzdi, balalarının qayğıları 
ilə dolu ürəyi onlar üçün döyünərdi, özünü düşün-
məzdi. Son zamanlar özünə daha çox diqqət yetir-
məyə başlamışdı. Gözəl paltarlar, onlara uyğun 
ayyaqqabılar, çantalar alırdı.  

 
103
Xoş xatirəli hadisələr çoxdur. Yalnız bir xatirəsi 
məni çox təəsüfləndirir. Otağının qarşısından keçəndə, 
həmişə mənə baxa-baxa keçərdi. Darıxdığını, karidora 
gəzişməyə, danışmaq üçün çıxdığını hiss edib, 
“Kəmalə, gəl otağıma, gəl otur deyərdim”. O saat 
gəlib kuşetkada oturardı. Kuşetka hündür olduğu üçün 
söhbət edə-edə ayaqlarını uşaq kimi yellədərdi, deyib-
gülər, fikrinin darıxmasının yayınması o saat hiss 
olunardı. Lakin vəfatından bir gün əvvəl... Mən 
telefonla (mobil) kiminləsə vacib bir söhbət edirdim, 
çox fikirli idim. Bu zaman Kəmalə otağının qarşı-
sından asta-asta keçdi (mənə baxa-baxa). Çox qəribə 
baxışlar idi
həm solğun, qəmli, çox sakit həm də 
özünə qapanmış idi. Elə bil nəsə demək istəyir, lakin 
deyə bilmirdi. Telefonda əsəbi tərzdə danışdığım 
üçün, fikrim öz söhbətimdə  cəmləşdiyi üçün onu 
otağa dəvət edə bilmədim, lakin ürəyimdə  qəribə bir 
hiss yarandı. O keçib getdi, mən onu niyə otağa 
çağırıb, otur yanımda demədim. Sözlü adama oxşa-
yırdı... Həmin gün karidorun bir başından o biri başına 
asta-asta keçib hamıya, otaqlara səssizcə baxmasını 
bəziləri hiss etmişdi. Sanki, Sanki, vidalaşırmış kimi 
onunla danışa bilməməyim, başımın qarışıb-onu otağa 
çağırmamağım mənim üçün acı bir xatirə oldu. Eynilə 
acı xatirə qardaşımla olmuşdu. Məni çağıran dəqiqəsi, 
gecə də olsa onun yanına qaçardım. Lakin ölümündən 
1-2 gün əvvəl gəl bizə dedi, mənim qonaqlarım 
olduğu üçün gedə bilməmişdim. “Sonra gələcəm” 
dedim, 2 gün sonra gedəndə artıq o həyatda yox idi. 

 
104
Bunu özümə bağışlaya bilmirəm. Başqa vaxt, 
yüz qonağım olsa belə, hamını atıb, qonaqların belə 
qəlbini qırıb gedərdim. 
Lakin son günündə  şeytan yolumu kəsdi. 
Dərdimin üzərinə dərd gəldi. 
Allah hər ikisinin o dünyasını versin, qəni-qəni-
qəni rəhmət etsin. Yerdə qalanları saxlasın. 
Belə insanların xatirəsi hər zaman əziz olur. 
Allah bizlərə səbir versin. 
Şair Tahir Rzanın  şeri ilə başladım, onun şeri 
ilə də fikrimi bitirmək istəyirəm. 
 Olsa 
nə qədər sanın, şöhrətin, 
 
Ey insan, onunla bəhs etmək çətin. 
 Dar 
gündə dünyanın varın, dövlətin. 
 Tay 
bilməz bir qara daşına fələk. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
105
Tibb qeydiyatçısı: Yaxşıyeva Xalidə 
 
Kəmalə xanım kollektivimizin ən gülərüz,  ən 
savadlı,  ən xanım-xatın, gözəl davranışıyla yadda 
qalan həkimi idi. Onu, həqiqətən çox istəyirdik. 
Mən burada az işləsəm də ona hörmətim sonsuz 
idi. Həmişə nur çöhrəsilə, gözəl məsləhətlərilə xatiri-
mizdə qalacaqdır.  
Kaş ki, belə olmayaydı, səni itirməyəydik. Nə 
etmək olar, Allahın verdiyi ömür payı, taleyin qisməti 
belə imiş. 
Hələ  də inana bilmirik ki, Kəmalə xanım yox-
du, onu itirmişik. Onun kimi bir insanı itirmək bizim 
üçün çox çətin oldu. Hər gün onunla bağlı danışılır, 
xatırlanır. 
Kəmalə xanım rəhmətə getməmişdən bir həftə 
qabaq mənə dediyi sözlərə  hələ  də qulağımdadır. 
Yaşadığım bir problemlərlə bağlı verdiyi məsləhətlər, 
gözəl və düzgün yol göstərməyi heç vaxt yadımdan 
çıxmaz.  
Sanki ölməyini bilirmiş kimi dedi: “Xalidə 
həyat qısadı, bilmirik sabah nə olacaq, başımıza nə 
gələcək, nə baş verəcək, heç nəyə fikir vermə, sən 
hələ  gəncsən, həyatını yaşa, deyilənlərə fikir vermə, 
öz ayaqların üstündə durmağı bacar və  hər  şeyi 
həyatın axarına burax, inşallah yaxşı olacaq” kimi 
sözləri ilə  mənə çox məsləhətlər, ümidlər verdi və 
güldü. O, gözəl gülüşü hələ də gözlərim önündədir. 

 
106
Sonuncu dəfə bizimlə  nə  qədər danışıb gül-
düyünü, üzündə olan nur hələ də yadımdadı. Kəmalə 
xanım arzu edirəm ki, balalarınız bütün arzularınızı 
çin etsin, tələbə adını qazanıb ruhunuzu şad etsinlər.  
Sizin haqqınızda ancaq gözəl sözlər deyilə 
bilər. Odur ki, mənim xatirimdə  nəsihətamiz sözlə-
riniz, davranışınız, nurlu çöhrəniz qalacaq və heç 
zaman unudulmayacaqsınız. 
Bizim həkimimiz, təbibimiz, loğmanımız 
Kəmalə xanım hətta həkim otağınızın qabağından 
keçməkdə çox çətindir. Bir daha deyirəm kaş belə 
olmayaydı. Amma bir fikirdə söylənilir, Allah yaxşı, 
gözəl insanları yanına tez aparıb mələklər sultanı edir. 
Nəcəflə Orxanda bundan təsəlli tapsınlar. Fəxr etsinlər 
ki, elə ggözəl mələksimalı anaları olub. Əsl ana adına 
layiq Ana. Əsl həkim adına layiq Həkim Kəmalə 
xanım. Siz həmişə xatirimizdəsiniz.  
Allah rəhmət eləsin. Yeriniz cənnət olsun, 
qəbriniz nurla dolsun. 
Atam şəkər xəstəsidir, arxam dayağımdır. Allah 
başından bir tük əskik etməsin deyərdim. 
Əziz bacımız onun atamın kəfənini əlindən alıb, 
geydin. Bəs indi o neynəsin? 
Təzə evə köçürmüşdünüz, təmir elətdirmişdiniz. 
Yenicə özünü qab-qacaq sahibi, əsl ev sahibi olsun, 
sevindin ki, oğul evləndirib, gəlin gətirəcəksən. 
Arzuna beləmi çatdın əziz bacımız? 
Ən böyük arzun isə Nəcəflə Orxanın xoş səda-
larını  eşitmək idi. Aviasiya akademiyasının tələbə-

 
107
lərini formada görəndə gözlərin dolardı. Nəcəfini də 
həmin formada görmək istəyi ilə köçdün bu dün-
yadan. 
Ay Kəmalə, o qədər xatirə var ki, yazmaqla 
qurtaran deyil. 
Əziz bacımız, həmişə deyərdin:-ya qismət 
görəsən Nəcəfimin və Orxanımın tələbə olduğu günü 
görəcəyəmmi? 
Niyə belə deyirdin? Yəqin bilirdin ki, ömrün 
kimi hər şey bütün arzuların yarımçıq qalacaq. 
Qalacaq yox! Yarımçıq qoyacaqsan! Biz buna 
inanmırıq. Ona inanırıq ki, Nəcəf də, Oerxan da anala-
rın arzusunu yarımçıq qoymayacaqlar. Kəmalənin nə 
arzuları vardısa hamısını  həyata keçirəcək, dünyadan 
nakam getmiş analarının ruhunu şad edəcəklər. Başqa 
cür ola bilməz. Onların buna haqları yoxdur.  
 
Allah sənə rəhmət eləsin, əziz bacımız. Sən   
həmişə ürəyimizdə, qəlbimizdə və aramızdasan! 
 
 
 
 
 
 
 
 
 
 

 
108
Uşaq həkimi Əsgərova İradə 
 
Kəmalə gözəl davranışlı, savadlı  əsl azəri 
xanımı idi. Yaxınlıq etdiyi hər kəslə çox mehriban 
davranır, heç kimin xətrinə dəymirdi. Xəstələri ilə xoş 
danışar, hamısına yüksək dərəcədə xidmət göstərirdi. 
 
İlahi Kəmaləmizi xoş gündə, xoş saatda yarat-
dığından ondan heç nəyi  əsirgəmişdi.  İnsanı ucaldan 
gözəlliyi, xoş xasiyyətliyi, elmi, savadı, təmkinliyi, 
milli adət ənələrimizə hörmət etməyi və s. 
 Bütün 
bu 
xüsusiyyətlərə malik olan iş yoldaşı-
mız Kəmalə hamımızın yaddaşında daim yaşayacaq-
dır. 
 
Kəmalə  əsl azəri qızı olduğundan ailəsinə çox 
bağlı idi. Ərinə layiqli həyat yoldaşı, övladlarına 
mehriban ana idi. Onlarla nəfəs alırdı.  
 Bu 
yaşda ana itirməyin nə olduğunu onlar yəqin 
ki, hiss edirlər.  
 
Kəmalə  həmişə deyərdi ki, Nəcəf sərbəstdir, 
Orxanın isə  mənə ehtiyacı çoxdur. Arzu edirəm ki, 
Orxan da, Nəcəf də ali məktəb tələbələri olsunlar. 
Kəmalənin arzu və istəyi bu idi.  
 
Allah rəhmət eləsin, qəbri nurla dolsun. 
 
 
 
 
 

 
109
 
Tibb bacısı Quluşova İlhamə 
 
Doğrusu, Kəmalənin aramızdan belə erkən 
getməsinə  hələ  də inana bilmirəm. Elə bilirəm ki, 
harasa uzaq bir yerə ezamiyyətə gedib və tezliklə 
qayıdacaq. O, mənim bu həyatda ən yaxın rəfiqəm idi. 
Bir böyük bacı kimi istəyirdim onun xətrini. Ən yaxın 
sirdaşım idi. Hər hansı bir problemim olan kimi 
qaçırdım yanına məsləhətə. Bu gün hiss edirəm ki, 
Kəmaləyə böyük ehtiyacım var.  
Elə gün yoxdur ki, onun mənalı gülüşünü, 
nəsihətamiz sözlərini xatırlamayım. Bilirəm həyatdan 
çox nigaran gedib, əsasən də övladları sarıdan. Arzu 
edirəm ki, onun Nəcəfi və Orxanı ilə bağlı arzuları 
yerinə yetsin ki, ruhu şad olsun. Nə deyim, Allah özü 
bilən məsləhətdir. Onun da yazısı bura, dekabrın 23-
nə kimi imiş. 
Kəmalə heç vaxt unudulmayacaq və  həmişə 
xatirimizdə qalacaq. Onu da bilirəm ki, onunçün 
həmişə darıxacam, telefon zənglərini gözləyəcəm. 
Bundan sonra inanmıram ki, Kəmalə kimi 
rəfiqəm ola onu əvəz edə bilə. 
 
Allah rəhmət eləsin, ailəsinə səbr diləyirəm. 
 
 
 
 

 
110
Tibb işçiləri Mətanət, Liza, Tanya 
 
 
Kəmalə ilə xatirələrimiz o qədərdir ki, heç 
bilmirik ki, haradan başlayıb, haradan qurtaraq. Heç 
dilimizə  gəlmir ki, sənin haqqında keçmişdəki kimi 
danışaq. Çünki elə bir gün, elə bir saat, elə bir dəqiqə 
olmur ki, sənin həzin səsin, xanım-xatın yerişin, 
davranışın, gülüşün gözlərimiz önündən getsin. Hətta 
hərdən bizə elə  gəlir ki, həmişəki kimi indicə qapını 
açıb “Mətan, Liza, Tanyuş privet! Nə var, nə yox?! 
deyə soruşacaqsan. 
 
İşə başladığın ilk gündən sən və biz Mətanət, 
Liza, Tanya bir yerdə sadəcə  iş yoldaşı yox, bacıdan 
artıq olmuşuq. Bir-birimizlə bütün dərdlərimizi, 
problemlərimizi, sevinclərimizi bölüşmüşük. Analmı-
zın, bacımızın xəbərləri olmadıqları  şeyləri bir-biri-
mizlə bölüşüb mənəvi dayaq olmuşuq. 
 
Kəmalə  sən çox kövrək idin, xırda haqsızlıq 
olduqda belə heç bir cavab verməz körpə  uşaq kimi 
ağlayardın. Dəfələrlə ürək-dirək verər, sonrada 
könlünü almaq üçün deyərdik. Ay qız heç olmasa 
özünü müdafiə üçün nəsə de! Deyərdin ki, mən 
beləyəm bacarmıram, neyləyim ?! 
 
Yəqin elə bu xasiyyətinə görə  də canını 
Əzrayıla tez verdin. Heç bir mübarizə aparmadın. Heç 
fikirləşmədin ki, arzuların yarımçıq qalacaq ?! Fikrin-
zikrin ancaq atanın-ananın yanında idi, atam şəkər 
xəstəsidir, arxam dayağımdır. Başından Allah bir 
tükdə  əskik etməsin-deyərdin. Vaxtaşırı  dərmanlarını 

 
111
alır, məcbur edirdin ki, müalicə kursunu aparsın. Hər 
gün işə  gələn kimi ən birinci anana zəng edirdin
halını soruşurdun. Bəs sən onları fikirləşmədən, onlar 
sənsiz neyləyəcək? 
 
Təzə evə köçmüşdünüz, təzə mebel, təzə qab-
qacaq alırdın. Sevindirdik ki, özümüzün ayrıca evimiz 
olacaq, bəzəyib düzəyəcəyəm. Daha xoşbəxt günlər 
keçirəcəyəm ailəmlə. Bəs indi? 
 Fikrin-zikrin 
Nəcəf, Orxan idi. Onların hərənin 
yediyi yeməklər,  şirniyyatlar,  ən vacib dərslərini 
fikirləşirdin. Həmişə deyərdin: “Köhnə Suraxanıda  
dayanacaqda Aviasiya Akademiyasının tələbələrinin 
formada görəndə gözlərim dolur. Ən böyük arzumdur 
ki, Nəcəfi o formada görüm. Orxan daha yaxşı 
oxusun, instituta daxil olsun. Başqa heç bir arzusu 
yoxdur”. Biz deyərdik, “Ay Kəmalə, o qədər arzular 
var ki, arzudan arzu doğur”. Deyərdin: -ya qısmət. 
Mən görəcəyəm? Niyə belə deyirdin? Yəqin bilirdin 
ki, hamısı yarımçıq qalacaq. Qalacaq yox! yarımçıq 
qoyacaqsan! 
 
Biz buna heç inanmırıq. Biz inanırıq ki, Nəcəf 
də, Orxan da analarının arzularını yarımçıq qoy-
mayacaqlar. Nə arzuları var idi. Kəmalənin hamısını 
həyata keçirəcək, ruhunu şad edəcəklər. Çünki başqa 
cür ola bilməz. Onların buna haqqları yoxdur! 
 
Bacı, Allah sənə  rəhmət etsin, yerin cənnət 
olsun! Sən həmişə bizim qəlbimizdə, ürəyimizdəsən, 
aramızdasan !!!!. 
 

 
112
Müəssisənin baş tibb bacısı 
Hüseynova Gülnarə 
 
 
 Mehriban, 
səmimi, gülərüz, savadlı, ailəsini 
sevən gözəl insan, həkim-bu sözləri yalnız 1 nəfər 
haqqında demək olar-Həkim oftalmoloq Hüseynova 
Kəmalə. Heyif ki, o insan indi aramızda yoxdur. 
Kəmalə xanım kollektivə gəldiyi gündən nəinki bizim, 
həm də posientlərin də sevgisini qazanmışdı. Onun 
nəinki oftalmologiya sahəsində ümumiyyətlə  zəngin 
dünya görünüşü var idi. Bizə tanış olmayan dərmanlar 
barədə məlumatı ondan alardıq. Amma indinin özündə 
də onun yoxluğuna inanmağım gəlmir. Onun arzuları 
çox idi. Əsas onu ənçox Nəcəflə Orxanın ali məktəbə 
daxil olması düşündürürdü. Həmişə danışardı ki, əgər 
gecə saatlarında da uşaqlar məndən nəsə istəsə  mən 
onlara onu durub bişirirəm. İşə gələn kimi ilk zəngini 
anasına edərdi. Ondan hal-əhval tutandan sonra işə 
başlayardı. Kəmalə xanım həmişə bizim yaddaşları-
mızda qalacaq.  
 
Allah ona rəhmət eləsin. Yatdığı yer cənnət olsun! 
 
 
 
 
 
 
 

 
113
Kadr müfəttişi – Əcəmova Solmaz 
 
16.04.2001-ci il Kəmalə xanımın işə  qəbul 
olunmaq üçün anası ilə  xəstəxanaya gəldiyi gün... 
Yaraşıqlı, sarıbəniz, bir az da utancaq. Üzü o qədər 
nurlu, baxışları o qədər saf idi ki, sanki ürəyinin 
paklığı üzünə həkk olmuşdu. Az bir zamanda kollek-
tivin sevimlisinə çevrildi. Əlindən gələn köməyi 
kimsədən əsirgəməzdi.  
 
Xəstələrə qarşı məsuliyyətli, mehriban, sadə idi. 
Yaşlılarla xüsusi bir nəvazişlə davranardı. 
 Heç 
ağlımıza da gəlməzdi ki, 23 dekabr 2013-
cü ilin səhəri onu aramızda görməyəcəyik. Amansız 
ölüm onu öz caynağına çəkəcək. Bu sözləri yaza-yaza 
kövrəlirəm. Çünki o canından çox sevdiyi balaların-
dan nigaran uyuyur.  
 Arzuları tükənməz idi, övladları ilə bağlı o 
qədər planları var idi ki... 
 Amma 
həyatın pozulmayan qanunları varmış. 
Allah, ona gözəllik, sənət, savad, övladlar, bir sözlə, 
bir qadına xoşbəxt olmaq üçün nə lazımdırsa, 
hamısını vermişdi. lakin sonda bütün bunları yarımçıq 
qoymaq onun qədəri qiyməti imiş. Allahdan bizə 
valideyinlərinə və ailəsinə səbir diləməkdən başqa nə 
düşür ki?  
 
Allah  rəhmət  eləsin.  Yeri  cənnət  olsun! 
 
 

 
114
 
 
Tibb qeydiyyatçısı: Hümbətova Nazilə 
 
 
Mən Kəmalə xanımın xətrini dünyalar qədər 
istəyirdim. O, gülərüz, mehriban, insanda, hər xoş 
xasiyyət var idi. Onda cəm olmuşdu. Mən onu artıq on 
iki il idi ki, tanıyırdım. O, həm işçilər ilə, həm də 
xəstələr ilə xoş rəftar edirdi. O öz sənətini çox sevirdi, 
işə vaxtında gəlib gedirdi. Sonuncu günü o, işə 
gəlməyəndə biz hamımız təlaş içində idik, bizim 
inanmağımız gəlmirdi ki onu bir daha görməyəcəyik. 
Elə bil ki, bir quş idi, uçub getdi. Onun xatirələri 
mənim qəlbimdə  həmişə yaşayacaq. Allah onu qəni-
qəni rəhmət eləsin. Ailəsinə səbir versin.  
Arzu edirəm ki, övladları ona layiqli oğul 
olsunlar və ali məktəbə daxil olsunlar. bu analarının 
arzusu idi. 
 
Allah  rəhmət  eləsin. Uyuduğu  yerdən inciməsin! 
 
 
 
 
 
 
 
 
 

 
115
Tibb işçiləri: Aidə, Fəxriyyə, Roza,  
Aynurə, Nüşabə 
 
 
Əzizimiz Kəmalə... Baxmayaraq, ölümündən 2 
ay keçir, hər zaman bizimləsən. Unuda bilmirik, illər 
belə keçsə həmişə qəlbimizdə yaşayacaqsan. Hər dəfə 
laboratoriyanın qabağından keçəndə qapımızı aç-
mamış, salam verməmiş, hal-əhval tutmamış keçməz-
din.  Əgər yeni bir yemək resepti vardısa bizə çatdır-
madan ötməzdin. Sən fəsillər qızı idin... Sənin geyi-
min, rəngarəng ayaqqabıların, sırğaların. Ay, Kəmalə 
sən bunları kimə qoyub getdin? Sənin bütün bu 
xatirələrini unuda bilmirik.  
 
Sənin gülüşün, xanım-xatun yerişin, danışıq 
tərzin, böyük-kiçiyə hörmətin gözümüzün önündən 
heç vaxt getməyəcək. Hər  şeyi yarıda qoydun... 
Arzuların yarımçıq qaldı, heç olmasa “ruhun” baxıb 
onları xoşbəxt görsün, övladları sən hər zaman bizim 
qəlbimizdə bir gözəl insan, həkim kimi yaddaşımızda 
qalacaqsan. Səni xoş xatirələrlə anacağıq. Yatdığın 
yer cənnət olsun, qəbrin nurla dolsun, həmişə yatdığın 
yer sevdiyin gül-çiçəklə dolu olsun. Əlini yazsa belə, 
dilim bu sözləri deməyə gəlmir: 
Allah, səni qəni-qəni rəhmət eləsin !!! 
Səni sevənlər, səni heç vaxt unutmayanlar, xoş 
təəsüratla xatırlayanlar: 
Aida, Fəxriyyə, Roza, Aynura, Nüşabə. 
 
 

 
116
 
Qeydiyyatçı Əliyeva Elnarə 
 
 
Kəmalə xanım haqqında yazma çox çətin olsa 
da bizə onu biz mehriban gözəl xanım kimi, 
tanıyırdım, inanın gələn gündən ilk günümüzdən mən 
onu tanıyıram hər zaman gülüb danışardı, çox mehri-
ban xoş xasiyyətli xanım idi, çox əfsus ki, bizdən, 
ailəsindən çox tez ayrıldı. Övladlarının oxumağını elə 
çox istəyirdi ki, Orxandan, Nəcəfdən elə gün olmazdı 
ki, danışmasın. Çox sözlər yazmaq olarişini sevən 
həkim idi otağna güllərinə elə çox fikir verirdi inanın 
allaha dilim əlim gəlmir yazım. Allah rəhmət etsin 
məkanı nurla dolsun. Sənin bizdən ayrılmağın Kəmalə 
xanım çox pis oldu. Hər gün yadımızdasan, heç vaxt 
sizi biz unutmarıq. Hər saniyə sözünüzü danışanda 
gözlərimiz dolur, kaş bizdən ayrılmasaydız.  
 
            Allah səni qəni-qəni  rəhmət  eləsin. 
 
 
 
 
 
 
 
 
 
 

 
117
Kompyuter operatoru Xanlarova Nigar 
 
 
Kəmalə xanım haqqında yazmaq mənim üçün 
çox çətin və  ağırdır. Çünki hələ  də onun yoxluğuna 
inana bilmirəm. Çox kövrəlirəm, bu sətirləri yazmaq 
çox çətindir. Kəmalə xanım kollektivin gülərüz, 
mehriban, hamının dadına çatan, gözəl məsləhətçi, 
savadlı  həkim idi. Kəmalə xanım müsbət auralı bir 
insan idi. Adam onunla danışanda ondan yalnız 
müsbət enerji alırdı. Onunla həm söhbət olanda hər 
dəfə maraqlı  lətifələr, tələbəlik illərindən maraqlı 
hadisələr, gözəl məsləhətlər verərdi. Həyat dolu, 
yaşamaq eşqilə aşıb-daşan bir insan idi. Amma ömür 
vəfa etmədi. Heyf... çox heyif... Biz onu heç vaxt 
unutmayacağıq. Çünki Kəmalə xanım unutulacaq bir 
insan deyil. Allah onun iki balasına can sağlığı versin. 
İnşallah analarına layiq övladlar olarlar. O zaman 
Kəmalə xanımın da ruhu göylərdə şad olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
118
Tibb qeydiyyatçısı Əmirova Sevinc 
 
Əzizimiz Kəmalənin xatirəsinə. Kəmalə haq-
qında yazmaq çox çətindir. O, çox mehriban, gülərüz, 
səmimi,  əsasən də  səbirli insan idi. O, nə  qədər 
gülərüz olsaydı da gözləri hər zaman kədərli idi. Hər 
bir insan kimi onun dsa qəlbinin dərinliyində  dərdi, 
kədəri və saysız arzuları var idi. Əfsus o bu arzularını 
sona qədər həyata keçirə bilmədi. Allah onu bu 
dünyadan vaxtsız apardı.  
 
Allah onun iki balasını qorusun. Deyirlər övlad 
atasız yox, anasız yetim qalır. Arzu edirəm onlar 
analarının arzularını yaşadıb, onun ruhunu sevindir-
sinlər. 
 Ailəsinə  dərin hüznlə başsağlığı verirəm. Nə 
qədər ağır olsa da axır qəmləri olsun. 
 
Allah rəhmət eləsin, qəbri nurla dolsun, yeri  
əbədi behişt olsun 
 


1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə