119
V BÖLÜM
Kövrək duyğular
Fərqi nə
Əzrayıla can almaq hökm olubsa,
Ya qocadır, ya da cavan fərqi nə.
Bir çiçək ki, saralıbsa, solubsa,
Yazdı, yaydı, yada xəzan fərqi nə.
Az deyildir göz yaşımı silənlər,
Çətin gündə daldalarda gülənlər,
Nadan üçün qapısına gələnlər,
Ya qanmazdır, ya da qanan fərqi nə.
Allah kəlamıyla başı dolmayan,
Salam verib, salamını almayan,
Dar günümdə arxa, dayaq olamayan,
Ya yanmazdır, ya da, yanan fərqi nə.
Ara vurub ucuz şöhrətə çatan,
Tülkü kimi, Şir kölgəsində yatan,
Şirin şərbətinə zəhəri qatan,
Ya ifritdir, ya da şeytan fərqi nə.
Firudin inanmaz hər cür yalana,
Lənət gəlsin qarışıqlıq salana,
Tanrı nemətindən məhrum olana
Ya yağlıdır, ya da yavan fərqi nə.
120
Qayıtmaz oldu
Gün kimi parlayıb, ulduz tək söndü
Görən balam niyə qayıtmaz oldu.
İyirmi üç dekabrda çırağı söndü,
Görən balam niyə qayıtmaz oldu.
Otuz səkkizində torpağa getdi,
Bu ahıl vaxtımda mənə zülm etdi,
Yəqin ki, gül olub cənnətdə bitdi,
Görən balam niyə qayıtmaz oldu.
Bu gün qara geyib, qara bağladım,
Həsrətindən gecə-gündüz ağladım,
Ah-naləmlə sinələri dağladım,
Görən balam niyə qayıtmaz oldu.
Görmədim üzünü, qara gözünü,
Dinləyə bilmədim axır sözünü.
Orxanına qurban verdi özünü,
Görən balam niyə qayıtmaz oldu.
Taleyi necədə yarıtmaz oldu,
Nəcəfinin rəngi saraldı, soldu.
Emilya üstündə saçını yoldu,
Görən balam niyə qayıtmaz oldu.
121
Hər gün soruşuram, qızım hardadı,
Binəva atası intizardadı,
Deyirlər ki, Rəbbin pişvazındadı,
Görən balam niyə qayıtmaz oldu.
Firudin illərin əzabkeşidi,
Dünyanın tükənməz qəmini yedi,
Üz tutub göylərə bunları dedi:
Görən balam niyə qayıtmaz oldu.
122
Ay mənim nakam balam
Dişinlə, dırnağınla yurd-yuva düzəltmişdin,
Çox hədyanlar, hədələr, iftira eşitmişdin,
Arzular qucağında qaynayıb, bərkimişdin,
Mənim Kəmalə qızım, ay mənim nakam balam.
Saçlarını hörməmiş, yaxşı nədi bilməmiş,
Əkib məhəbbət gülü, macal tapıb dərməmiş,
Danışmamış, gülməmiş, heç kimə sir verməmiş,
Mənim Kəmalə qızım, ay mənim nakam balam.
Mələklərin çiynində tərk etdin bu dünyanı,
Atan yandı-yaxıldı, dedi ki, balam hanı,
Olsaydı ixtiyari, qurban verərdi canı,
Mənim Kəmalə qızım, ay mənim nakam balam.
İşıqsız bəbəklərə nur çiləmək istədin,
İnsanların gözünü açmaq idi məqsədin,
Balanın balasını atıb-tutmaq istədin.
Mənim Kəmalə qızım, ay mənim nakam balam.
Otuz səkkiz yaş nədi, nə yaşadın nə gördün?
Vaxtsız heykələ dönüb, ürəklərdə yaşadın,
Hurilər, Pərilər, Mələklərlə qoşadın,
Mənim Kəmalə qızım, ay mənim nakam balam.
Gözlərinin nurunu payladın insanlara,
Bu yaşında əzizim ölüm hara, sən hara,
123
Firudin nə söyləsin Nəcəflə, Orxanına,
Mənim Kəmalə qızım, ay mənim nakam balam.
124
Aşına zəhəri qatan mənəmmiş
Yaman aldanıldım, yaman aldandım,
İblislərin sözlərinə inandım,
Axır həqiqəti sonralar qandım,
Balamı odlara atan mənəmmiş.
Demədim sən hara, dövlət var hara,
Çəkibdi sinəmə sağalmaz yara,
Mələk tək balamı açıq-aşkara,
Saxta məhəbbətə satan mənəmmiş.
Beşiyin başında çox dayanmışam,
Gecə-gündüz alışmışam, yanmışam.
İndi-indi həqiqəti qanmışam,
Aşına zəhəri qatan mənəmmiş.
Saçımın ağ vaxtı köməksiz qaldım,
Balamın dərdindən saraldım, soldum,
Kəmalə ölməyib, ölən mən oldum,
Sağikən cəhənnəmə çatan mənəmmiş.
Firudinəm balamın cənnət bağında,
Şəfa toplayardım öz qucağında,
Atalar demişkən, Fil qulağında,
Xəbərsiz, ətərsiz yatan mənəmmiş.
125
Mənim nakam balam, uğursuz qızım
Sənsiz cəhənnəmdi bu dünya daha,
Mənim nakam balam uğursuz qızım.
Ölümün atana oturdu baha,
Mənim nakam balam uğursuz qızım.
Əzrayıl məni yox səni apardı,
Əllərimdən əzizimi qopardı.
Ona
çatammadım yaman çapardı,
Mənim nakam balam uğursuz qızım.
Ölməyib, əbədi yaşar olmusan,
Bax beləcə ürəklərə dolmusan.
Dünən necə idin elə qalmısan,
Mənim nakam balam uğursuz qızım.
Fələyin gözləri kor olmur niyə,
Baxmayır cavana, nə də sevgiyə.
Firudin
dözəmməz belə itkiyə,
Mənim nakam balam uğursuz qızım.
126
Mənə şəfa verən əlinə qurban
Qızım qabaqdadır qara günlərim,
Qara qaşlarınla gözünə qurban,
Zəng edəndə yox olurdu kədərim,
Atacan dediyin dilinə qurban.
Yanına gələndə pərvazlanırdım,
Özümü səninlə xoşbəxt sanırdm,
Ağrım var deməyə çox utanırdım,
Mənə şəfa verən əlinə qurban.
Al yanağın niyə saralıb-solub,
Yazıq anan neyçün saçını yolub,
Daşa çevrilərək pərişan olub,
Sinənə tökülmüş telinə qurban.
Güllərin ömürü niyə gödəkdi?
Deyərək hər dəfə yenisin əkdi,
Körpə qönçələrin nazını çəkdi,
İndi sənsiz qalan gülünə qurban.
Balamı göz ilə nəfəs apardı,
Əzrayılın atı yaman çapardı,
Firdunun qəlbində tufan qopardı,
Mənə ata deyən dilinə qurban.
Mənə şəfa verən əlinə qurban.
127
Məni yox, balamı aparıb gedib
İlahi yazını tərsinə yazıb,
Kəmaləyə qəbri tələsik qazıb.
Bəlkə də Əzrayıl yolunu azıb,
Məni yox balamı aparıb gedib.
Qaldıra bilməyib şirin yatanı,
Səsləyə bilməyib əli çatanı,
Nəmli gözlərilə bədbəxt atanı,
Axtarıb-axtarıb, tapmayıb gedib.
Qıyıb Firudinə baxımsızlığı,
İndi hiss edirəm övladsızlığı,
Allan götürərmi bu haqsızlığı,
Ürəyi sinəmdən qoparıb gedib.
Məni yox balamı aparıb gedib.
128
Ay mənim nakam qızım
Saçlarını hörmədin,
Bala toyu görmədin.
Gəlnini dindirmədin,
Ay mənim nakam qızım.
Arzuların puç oldu,
Gülün saraldı soldu,
Balalar
sənsiz qaldı,
Ay mənim nakam qızım.
Nəcəf səni itirdi,
Orxan dərd-qəm gətirdi,
Əzrayıl tez yetirdi,
Ay mənim nakam balam.
Firdunu
yetim
qoydun,
Nə tez atandan doydun,
Etibarında buydun?
Ay
mənim nakam balam.
129
Atacan necəsən deyəcəkdilər?
Səndən sonra, məni kim soraqlayıb,
Atacan necəsən deyəcəkdilər.
Ağarmış saçımı hey sığallayıb,
Atacan necəsən deyəcəkdilər?
Arxamca cürbəcür hədyan deyərək,
Aşkarda yalandan gülümsəyərək.
Çevrilib
ağızla, burun əyərək,
Atacan
necəsən deyəcəkdilər.
Üzümə açılsa bağlı qapılar,
Nə arsız adamdır deyən tapılar,
Arxamca ətimi yeyən tapılar,
Aşkarda necəsən deyəcəkdilər.
Firdunam
pis
gözlə, iti nəfəsdən,
Yamanca
qorxuram
quru
qəfəsdən.
İstədiyim budur mənim hər kəsdən,
Atacan
necəsən deyəcəkdilər.
130
Göylərdən aşağı baxdı Kəmalə
Mələklər çiynində ərşi-əlaya,
Haqqın dərgahına qalxdı Kəmalə.
Yazığı gəlmədi mən binəvaya,
Göylərdən aşağı baxdı Kəmalə.
Cənnət balasıydı, Cənnət quşuydu,
İlahinin hədəfinə tuşuydu,
İnsanlara xidmət etmək xoşuydu,
Hamını yandırıb-yaxdı Kəmalə.
Hurilərə, pərilərə qoşuldu,
Gənc yaşında Günəş oldu, Ay oldu,
Ulduzlara, şimşəklərə tay oldu.
Gurladı, parladı, çaxdı Kəmalə.
Arzusu
gözündə yarımçıq qaldı,
Əzrayıl yenicə bir fərman aldı,
Qızım can verərək ərsə ucaldı,
Firdunu
yatağa yıxdı Kəmalə.
131
Balam tərk etdi məni
Ömrünün gül çağında,
Balam tərk etdi, məni.
Hurilər sorağında,
Balam tərk etdi məni.
Dedim sən ağla məni,
Qısa et məsafəni,
Məndən alıb kəfəni,
Balam tərk etdi məni.
Göylərə nur əkərək,
Gözüm yaşın tökərək,
Sinəmə dağ çəkərək,
Balam tərk etdi məni.
Qol
boynuma
dolayıb,
Gizlin-gizlin
ağlayıb,
Əllisinə qalmayıb,
Balam tərk etdi məni.
Yanırmış öz içində,
Huri, pəri biçimdə,
Bir saatın içində,
Balam tərk etdi məni.
Ağlayıb, görmədim ki,
Dodağım çeynədim ki,
Görəsən neynədim ki,
132
Balam tərk etdi məni.
Firudin ağlar qaldı,
Sinəsin dağlar qaldı,
Qızımsız çağlar qaldı,
Balam tərk etdi məni.
133
Get ki, irəlidə arzuların var
Dur qızım bu yerlər səninçün deyil,
Get ki, irəlidə arzuların var.
Oğul evləndirib, gəlin gətirmək,
Hələ gör nə qədər arzu-kamın var.
Yerində mən yatım sən ağla məni,
Nə olar qalxaraq qucaqla məni.
Naümüd
qaytarma
gəlib-gedəni,
Ellər qarşısında imtahanın var.
Gözdən zəif xəstələrin gəlirlər,
Səni gözlərinin nuru bilirlər,
Eşidəndə yoxsan sanki ölürlər,
Onlara təsəlli nə gümanın var.
Yığıldı bir yerə dərdlərin cəmi,
Eləki yetişdi ayrılıq dəmi,
Firduna yüklədin dağ boyda qəmi,
Onları çəkməyə din-imanın var?
134
Nə cavab verim?
Balaların ana deyib ağlasa,
De görüm mən neyləyim, nə cavab verim?
Nalələri sinəmizi dağlasa,
De görüm neyləyim, nə cavab verim?
Nəcəf içdə çəkir çox təmkinlidir,
Orxan barışmazdır, yaman kinlidir,
Sinəm üstü dağlıdır düyünlüdür,
De görüm neyləyim, nə cavab verim?
Kəmaləyçün şirin-şəkər yemişdik,
Anamızdan daha yoxdu demişdik,
Ay baba qızına biz neynəmişdik,
Desələr Firdunam nə cavab verim?
135
Ölmək istəmişəm, öləmməmişəm
Ay qızım yanında günahkar qalıb,
Bağışla dərdini böləmməmişəm.
Ölüm ayağında yanında olub,
Axan göz yaşını siləmməmişəm.
Hərənin öz vaxtı-məqamı varmış,
Elə bil bu dünya səninçün darmış,
Can alanlar hamamında yatarmış,
Vaxt tapıb yanına girəmməmişəm.
Gəlməmiş gözümə nəm səndən qabaq,
Dolmayıb qəlbimə qəm səndən qabaq
Həmişə çalışıb mən səndən qabaq
Ölmək istəmişəm öləmməmişəm.
Yalvarmaqdan dilim qabar-qabarmış,
Hərənin bir cürə taleyi varmış,
Yatdığın bu məzar mənimçün darmış,
Girmək istəmişəm, girəmməmişəm.
Bel bağlayıb qızım etibarına,
Yüyürməyib çatmamışam karına,
Boyuna biçilmiş dar məzarına,
Girmək istəmişəm, girəmməmişəm.
Daş düşəydi mən yazığın sərinə,
Kaş keçəydim əzrayılın girinə,
136
Firdunam əzizim sənin yerinə,
Ölmək istəmişəm, öləmməmişəm.
137
Qızım müsibətin nə yaman imiş
Göylərdə ağladı, Yerdə ağladı,
Qızım müsibətin nə yaman imiş?
Günəşdə buluddan qara bağladı,
Qızım müsibətin nə yaman imiş?
Ruzigar qarışdı, aləm ağladı,
Mələklərdə dağı daşı dağladı,
Sinəmin üstündə tufan çağladı,
Qızım müsibətin nə yaman imiş.
Atanın qeydinə qaldın beləmi?
Cənnət sakininə döndün eləmi?
Yoxluğun yandırdı bütün aləmi,
Qızım müsibətin nə yaman imiş.
Verdiyin
vədəndən, düz ilqarından,
Hamı söhbət açır etibarından,
Dənizlər yarandı göz yaşlarımdan,
Qızım müsibətin nə yaman imiş.
Firdunun hər şeydən üzdün əlini,
Vaxtından tez kaman etdin belini,
Axı niyə lal eylədin dilini?
Qızım müsibətin nə yaman imiş.
138
Sənin əvəzini mən hardan alım?
Daşı dindirirəm, daş da ağlayır,
Sənin əvəzini mən hardan tapım?
Gözlərimdən axan yaşda ağlayır,
Sənin əvəzini mən hardan tapım?
Alışır ciyərim, yanır ürəyim,
Dərd əlindən qovuşur lap kürəyim,
Gözlərimin yaşı sel tək çağlayır,
Sənin əvəzini mən hardan tapım?
Dərdini demədin, dərdin qanana,
Gecə-gündüz alışana-yanana,
Niyə rəhm etmədin ata-anana,
Sənin əvəzini mən hardan tapım?
Firdunam nə qədər uf eyləsəmdə,
Allaha yalvarıb nə söyləsəmdə,
Özümə əl qatıb nə eyləsəmdə,
Sənin əvəzini mən necə tapım?
Sənin əvəzini mən hardan tapım?
139
Sənsiz təsəllini mən necə tapım?
Eşidənlər hamı səbr diləyir,
Sənsiz təsəllini mən necə tapım?
Daxilimdə arzuların inləyir,
Sənsiz təsəllimi mən necə tapım?
Fələk məni niyə belə dağladı?
Hər tərəfli yollarımı bağladı,
Göylər qara geydi, bulud ağladı,
Sənsiz təsəllini mən necə tapım?
Gəzirəm dəli tək o baş, bu başa,
Neyniyim car olur gözümün yaşı,
Az qalır dil açsın qəbrinin daşı,
Sənsiz təsəllini mən necə tapım?
Ay qızım qoy olum gözün qurbanı,
Donub damarında atanın qanı,
Firudinin budur sözünün canı,
Sənsiz təsəllini mən necə tapım?
140
Bir daha geriyə dönməyəcəksən
Belə qalacaqsan xatirələrdə,
Heç zaman qocalıb ölməyəcəksən.
Kədər kök salsa da gənc sinələrdə,
Bir daha geriyə dönməyəcəksən.
Əmrinə bax, işinə bax zamanın,
Dərd əlindən dükcələnmiş ananın,
Bundan
belə bədbəxt olmuş atanın
Axan
göz
yaşını silməyəcəksən.
Fələyin yay oxu yönəldi, mənə,
Zaman nizəsini tuşladı sənə,
Yan keçmədi dəydi mərmər sinənə,
Onunçün bir daha gülməyəcəksən.
Unutdurdun
vətənini-elini,
Silən yoxdu gözdən axan selini,
Firudinin
kaman
etdin
belini
Bilirəm bir daha gəlməyəcəksən.
Axan
göz
yaşını silməyəcəksən.
141
Başa qara bağlamayım neyləyim?
Kağızlara köçürərək dərdimi,
İçin-için ağlamayım neyləyim?
Balam, bala meyvəsini dərdimi?
Başa qara bağlamayım neyləyim?
Bəxtim qara gətiribsə əzəldən,
Bağban nəf götürərmi xəzəldən,
Qoruya bilmədim gözdən nəzərdən
Başa qara bağlamayım neyləyim?
Firudinin bəxti qara gətirib,
Qızılgül yerinə qanqal bitirib.
Kəmalətək balasını itirib,
Başa qara bağlamayım neyləyim?
142
Oda qalandım
Kim sənə yanırdı mən yanan kimi,
Oduna odlanıb oda qalandım.
Əsl həqiqəti gec qanan kimi,
Odlanıb, odlanıb oda qalandım.
Qızım yuxumada gəlmirsən daha,
Beş kəlmə danışıb, gülmürsən daha,
Atanın dərdini bilmirsən daha,
Onunçün
odlanıb, oda qalandım.
Bu fani dünyada bil ki, yesirəm.
Taqətim qalmayıb tir-tir əsirəm,
Yanına gəlmnəyə çox tələsirəm,
Firdunam odlanıb oda qalandım.
143
Dözəmmirəm
Oğlum da şirindi qızım da şirin,
Qızım həsrətinə heç dözəmmirəm.
Çünki, müsibəti dərindəndərin,
Qızım həsrətinə heç dözəmmirəm.
Oğullar yad olur uzaqlaşdıqca,
Qızlar yaxın olur yaşa dolduqca,
Yaxın keçmişini yada saldıqca,
Qızım həsrətinə heç dözəmmirəm.
Fələyin yumruğu mənə də dəydi,
Balam ölümünlə qəddimi əydin,
Kaş qalxıb bir kəlmə ata deyəydin,
Qızım həsrətinə heç dözəmmirəm.
Firdun
həqiqəti dana bilməyir,
İlahi sirrini qana bilməyir,
Heç kim mənim qədər yana bilməyir,
Qızım həsrətinə heç dözəmmirəm.
144
Ananı gözləri yaşlı qoyaraq
Atanı kimlərə tapşırıb getdin,
Ananın gözünü yaşlı qoyaraq.
O, bir cüt balana zülümlər etdin,
Ananın gözünü yaşlı qoyaraq.
İlahi bizlərə zülümlər etdi,
Balam əlimizdən əbədi getdi,
Cənnət gülü olib cənnətdə bitti,
Ananın gözünü yaşlı qoyaraq.
Nə murada yetdi, nə kama çatdı,
Əzrayıl qızıma kəməndin atdı,
Beş metr ağ ilə məzara yatdı,
Ananın gözünü yaşlı qoyaraq.
Firudinəm dərdim heç qurtarmayır,
Ömür kitabımı varaqlamayır,
Nakam
balam
bizi
soraqlamayır,
Ananın gözləri yaşlı qoyaraq.
Поделитесь с Вашими друзьями: |