Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə61/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   57   58   59   60   61   62   63   64   ...   321
Firuzə Məmmədli 
178 
V.Yusifli XX əsr Azərbaycan poeziyasının "Qızıl" dövrü 
kimi 60-80-ci illər poeziyasını göstərir. 
"XX əsr Azərbaycan poeziyasının “Qızıl" dövrü" adlanan 
dördüncü fəsildə müəllif 60-80-ci illər poeziyasının bir neçə 
başlıca səciyyəvi xüsusiyyətlərini qeyd edir. Bu illər ərzində 
poeziyamızın ümumi mənzərəsini canlandıran tənqidçi həmin 
dövrə məxsus poetik üslubların formalaşmasında əsas tendensi-
yanı nəzərdən kеçirir. O, hər şeydən əvvəl, 60-80-ci illərdə tək-
cə poeziyada deyil, ümumən bütün ədəbiyyatda yeniləşmənin, 
tərəqqinin mövcud olduğu dünya ədəbi prosesində baş verən 
mühüm keyfiyyət dəyişiklikləri ilə bağlı olduğunu vurğulayır. 
Bundan başqa, muəllif XX əsrin atom, elmi-texniki tərəqqi 
dövrunun eyni zamanda, azadlıq uğrunda mübarizələrin yarat-
dığı həyəcanın mənəvi atmosferinin bədii ədəbiyyatda da za-
mana uyğun meyl və tendensiyalar tələb etdiyini və bu meyl və 
tendensiyaların, ilk növbədə müasir ədəbiyyat yaratmaq səyi ilə 
bağlı olmasını diqqətə çatdırır. 
Dördüncü fəslin ən çox maraq doğuran bölmələrindən 
biri “Poeziyada Əli Kərim mərhələsi" bölməsidir. 
Müəllif Əli Kərim yaradıcılığını tədqiq edən bir çox tən-
qidçilərin: Tofiq Hacıyevin, Cavanşir Yusiflinin və başqaları-
nın fikirlərini ümumiləşdirərək yazır: "Onu (Əli Kərimi - red.) 
nə Səməd Vurğun, nə də Rəsul Rza poetik məktəblərinin heç 
birinə daxil etmək olmaz. Ancaq Əli Kərim poeziyası bütün şa-
xələri ilə minillik Azərbaycan poeziyasına bağlıdır və müəllif 
indiyə qədər Əli Kərim haqqında deyilmiş ən doğru, ən dəqiq - 
Əli Kərimi bütünlüklə ifadə edən fikirlər söyləyir. O, yazır: 
"Fikrimizcə, Əli Kərim şeiri Azərbaycan poeziyasında SÖZÜN 
DİRİLMƏSİ, ЕНYА OLUNMASI, SÖZÜN POEZİYAYA 
ÇEVRİLMƏSİ kimi böyük bir missiyanı həyata keçirirdi. So-
vet poeziyası sözün gizlinlərdə qalan potensialının tam qüvvət-
lə üzə çıxmasına böyük maneə yaradırdı. Səməd Vurğunun 
poetik ustalığı sayəsində şeir lisanımız xəlqiləşdi, amma dilin 
bədii təsvir arsenalı, obrazlar, metaforalar, məcazlar qatı tam 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin