Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə19/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   15   16   17   18   19   20   21   22   ...   321
Seçilmiş əsərləri X 
125 
miz melodiyanın keçib gəldiyi, sızıb gəldiyi milli qaynaqlardan, 
etnik köklərdən, təpədən-dırnağa azərbaycanlı olan bir ruhun
hissin tar yanğısına, ud pıçıltısına, saz cilvəsinə çevrilmiş yara-
dıcılıq anından soruş bu sualların cavabını. 
Bu mahnı sevir, uzaq-uzaq ayrılıqlardan – məkanlardan, 
zamanlardan sevir, gileylənir, təsəlli tapır və tərbiyə edir. Sev-
məyi tərbiyə edir; vətəni, eli-obanı, böyüyü-kiçiyi, adət-ənənəi, 
kökə bağlılığı, doğmanı, yadı sevməyi, idealı sevməyi tərbiyə 
edir. Düşmənini belə bağışlamağı tərbiyə edir bu mahnı. İnsaf-
mürüvət tərbiyə edir bu mahnı. Tərbiyə etməyi sevir bu mahnı... 
Belə bir «Sevgilim» mahnısı da var; bu mahnı bəmdən 
başlamır; bu mahnı öz qaynağını zildən götürür. Bu mahnıda 
hicran yoxdur, həsrət yoxdur, ayrılıq təhlükəsi gözlənilmir. Bu-
rada sədaqət var, vəfa var, etibar var, «Sevgili yolunda candan 
keçən» bir fədakarlıq var. Bu mahnının melodiyasındakı, 
sözündəki sədaqət, vəfa, etibar eyhamları ilə, cəsarət, mərdlik 
ritmləri ilə müğənni (Yaqut Abdullayeva) duyğularından dağ 
seli kimi, gur şəlalə kimi axıb gələn, həzin bulaq kimi qaynayıb 
titrəyən səsi və məğrur, cəsarətli, mərdanə görkəmi arasındakı 
uyarlıq ürəyə yatır, qəlb oxşayır. 
Bu mahnı da bizim kökümüzdür, soyumuzdur. Bu da bi-
zim kökümüzə, soyumuza bağlılığımızdır. Atamaza, anamıza, 
ulu babamıza, Adəmə, Həvvaya məhəbbətimizdir. Dünyada 
yaxşı nə varsa, ona məhəbbətimizdir. Yaradılışa, yaradana, ya-
şadana, duyana, anlayana məhəbbətimizdir. Həqiqət və ədalət 
uğrundakı mübarizəmiz, bu mübarizədən doğan əzabımız-nəşə-
mişdir bu mahnı. 
«Yolunda candan keçərəm, sevgilim
Ay eşqimizə and içərəm, sevgilim.» 
Yox, and içərəm ki, sevgi var. Bir dəfə yox, min dəfə, mil-
yon dəfə and içərəm ki, var sevgi, var məhəbbət. Bu hiss, bu 
duyğu, bu bağlantı olmasaydı, ilahi, Dünya bir qara qəpiyə dəy-
məzdi. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin