Abstsiz turşusu. Kimyəvi quruluşuna görə abstsiz
turşusu–izoprenoiddir:
H
3
C CH
3
CH
3
CH C
OH CH CH
O CH
3
COOH
197
Abstsiz turşusu–təbii ingibitordur, onun ikinci adı
dormindir. O, yarpaqların və tumurcuqların sakit (dəyişməyən)
vəziyyətdə qalmasına səbəb olur. Abstsiz turşusu toxumların
cücərməsini
ləngidir,
gövdənin
ayrı-ayrı
hissələrinin
böyüməsinə mane olur. Abstsiz turşusu payızda toxumlarda və
tumurcuqlarda toplanır.
Ali bitkilərin bir çox toxumları abstsiz turşusunu mevalon
turşusundan sintez etmək qabiliyyətinə malikdir.
HO CH
3
HOOC C
CH
2
CH
2
–CH
2
OH
Bu sintez avokado tropik bitkisinin rüşeymlərində və
ləpələrində, gövdələrində və yarpaqlarında, günəbaxanın
köklərində, buğdanın rüşeymində və endospermində müşahidə
olunur. Pambıq toxumalarının rüşeymlərində proteazanın və
izositrat–liazanın
sintezini,
çovdarın
aleyron
qatının
hüceyrələrində α-amilazanın sintezinə nəzarət edən RNT-in
spesifik növlərinin məhdud sayda sintezini ləngidir. Bundan
başqa abstsiz turşusu yarpaqlarının ağızcıqlarının bağlanmasına
səbəb olur və beləliklə də, kalium ionlarının və hidrogen
protonlarının hüceyrə membranlarından keçməsinə təsir
göstərir. Nəticədə hidrogen protonları hüceyrədən çıxa
bilmirlər, hüceyrədə osmos təzyiqi aşağı düşür və ağızcıq
bağlanır.
Abstsiz turşusunun preparatları bitkiçilikdə ingibitor kimi
istifadə olunurlar.
Etilen. Doymamış karbohidrogen-etilen CH
2
=CH
2
həmişə
az miqdarda maddələr mübadiləsinin aralıq məhsulu kimi
bitkilərdə əmələ gəlir.
Daha çox miqdarda etilen bitkilərin qocalan və ya yetişən
toxumalarında, eləcə də, yetişməmiş toxumalarda əmələ gəlir.
Yetişmiş toxumalarda etilen çox az miqdarda əmələ gəlir.
198
Bununla belə, bütün bitkilər yaşından asılı olmayaraq
toxumaların mexaniki zədələnməsində, aşağı temperaturlarda,
su çatışmamazlığında və ya başqa stress vəziyyətləri zamanı
çoxlu sayda etilen əmələ gətirir.
Meyvələrdə, çiçəklərdə, yarpaqlarda, gövdələrdə və
köklərdə olan etilen auksinlərin antaqonistləri sayılırlar.
Etilenin təsiri ilə hüceyrələrin böyüməsi ləngiyir və onlar daha
tez qocalır, yetişmə sürətlənir, meyvələrin və yarpaqların
tökülməsi tezləşir. Metionin aminturşusu etilenin törəməsi
sayılır.
CH
3
– S–(CH
2
)
2
–HC– COOH
NH
2
Metioninin etilenə çevrilməsi prosesində CH
3
–S qrupu
toxumada qalır və yenidən metioninin sintezində iştirak edir,
metioninin etilenə çevrilməsi nəticəsində əmələ gələn qarışqa
turşusu və CO
2
molekulu ayrılır, aminqrupu isə -NH
4
+
forma-
sında olur.
Etilenin meyvələrin yetişməsini sürətləndirmək qabiliy-
yəti bir çox illərdir ki, məlumdur. Etilenin təsiri ilə toxumaların
yumşalması sürətlənir, ehtiyyat birləşmələrinin hidrolizi
tezləşir və saxlanılan meyvələrin rəngi, ətri və tənəffüs
səviyyəsi dəyişir. Müxtəlif növ meyvələr etilenə qarşı fərqli
reaksiya göstərirlər.
Bəzi
meyvələrdə
etilenin
hüceyrədaxili
miqdarı
yetişmədən əvvəl artır, məsələn, yetişəndə -3 dəfə, çünki
etilenin sintezi bilavasitə meyvənin özündə gedir. Avokado və
manqo meyvələrində etilen meyvənin bitkidən ayrılmasından
sonra toplanır.
Bananların bəzi növlərində yetişmə üçün lazım olan
etilen konsentrasiyası, hətta yetişməmiş vəziyyətdə kifayət
qədər olur, ancaq meyvə yetişənə qədər buna heç bir reaksiya
199
vermir. Pomidorlarda, yemişlərdə etilenin əmələ gəlməsi
yetişmə fazası dövründə baş verir və meyvənin gövdəsinin
üstündə qalmasından yaxud qalmamasından asılı olmur.
Etilen yüksək uçuculuq qabiliyyətinə malikdir, buna görə
də bir bitkidə əmələ gələn etilen onunla bir sırada bitən
bitkilərin inkişafına təsir göstərə bilər.
Etilenin KMnO
4
təsiri ilə etilenqlikola (CH
2
OH–CH
2
OH)
qədər oksidləşməsi qabiliyyəti kənd təsərrüfatında onun
atmosferdən kənarlaşdırılması üçün istifadə olunur.
Konteynerlərə
KMnO
4
hopdurulmuş
silikaqel
yerləşdirilir, nəticədə etilen oksidləşir və meyvələrin yetişmə
sürəti və çiçəklərin açılması ləngiyir.
Molekulyar səviyyədə etilenin təsir mexanizmi aydınlaş-
dırılmamışdır, ancaq müəyyən edilmişdir ki, o dənlərin inkişaf
edən ləpələrinin Qolçi aparatında və endoplazmatik retikul
membranlarında zülalla birləşir və beləliklə də, RNT-yə daxil
olaraq hüceyrə divarlarının strukturunu dəyişən fermentlərin
sintezini stimullaşdırır. Bitkilərdə bir sıra biokimyəvi
proseslərin tənzimlənməsi zamanı etilen abstsiz turşusu ilə
birlikdə təsir göstərir.
Kənd
təsərrüfatında
şəkər
qamışının
yetişməsini,
ananasların çiçəklənməsini, eləcə də, bitkilərin təbii rənglərinin
sürətləndirilməsi üçün etilen və ya etileni istehsal edən etefon
(2-xloroetilfosfon turşusu) preparatı istifadə olunur. Bundan
başqa, bitkilərin etefonla işlənməsi zamanı (aerozol şəklində)
bitkinin
gövdəsi
böyümür,
ananasların
çiçəklənməsi
sinxronlaşır (eyni vaxta çiçəklənmə).
Plantasiyada
dənlilərdə,
paxlalılarda
və
tərəvəz
bitkilərində yan zoğlarının sayı artır.
Bu
hormon
bitkinin
çiçəklənməsini,
inkişafını,
meyvələrin yetişməsini tezləşdirir. Hal-hazırda etilen bəzi
meyvə-tərəvəz məhsullarının saxlanması zamanı onların
yetişməsini sürətləndirir.
200
1.12.Qlikozidlər
Qlikozidlər – təbiətdə geniş yayılmış üzvi birləşmələrdir.
Onların tərkibi şəkər qalıqları ilə qeyri-karbohidrat molekulla-
rının birləşməsindən əmələ gəlmişdir. Qeyri-karbohidrat birləş-
mələrinə aqlikonlar da deyilir. Qlikozidlər acıtəhər dada, spesi-
fik ətirə malik olmaqla qida sənayesində mühüm əhəmiyyət
kəsb edir. Onunla zəngin olan bitki mənşəli xammallar qida sə-
nayesində geniş istifadə olunur. Qlikozid molekullarının əmələ
gəlməsində aqlikon kimi alifatik və aromatik spirtlər, aldehid-
lər, steroidlər, alkoloidlər və qeyriləri də iştirak edirlər. Tərki-
bindəki karbohidratların müxtəlifliyinə görə qlikozidlər bir ne-
çə qrupa ayrılırlar. Məsələn, pentozidlər. Bu qlikozidlərin əmə-
lə gəlməsində aqlikonlar karbohidratların hidroksil qrupu ilə
birləşirlər. Əgər pentozid ksilozadan, arabinozadan və ya ribo-
zadan ibarət olarsa, onda alınmış pentozidə ksilozid, arabinozid
və ya ribozid deyirlər. Təbiətdə heksozaların da çoxlu sayda
qlikozidləri, yəni heksozidləri mövcuddur. Bunlara misal ola-
raq, qalaktozidlər, qlükozidlər, fruktozidlər, monnozidlər və s.
göstərmək olar. Bundan başqa bitkilərdə disaxaridlərin də qli-
kozidlərinə rast gəlinir. Şəkərlərin quruluşundan asılı olaraq
qlikozidlər α- və β-formalarda olurlar. Məsələn:
H–C–OCH
3
H
3
CO–C–H
H–C–OH H–C–OH
HO–C–H HO–C–H
H–C–OH H–C–OH
H–C–OH H–C–OH
CH
2
OH CH
2
OH
α-metilqlikozid β-metilqlikozid
201
Təbiətdə yayılmış qlikozidlərin əmələ gəlməsində
hidroksil qrupu iştirak etdikdə, onun aqlikonu O-qlikozidlər,
kükürd olduqda–S-qlikozidlər, azot olduqda N-qlikozidlər,
karbon olduqda isə C-qlikozidlər adlanırlar. Bu posesi
sxematik olaraq aşağıdakı kimi göstərmək olar:
R–C–O–A R–C–S–A R–C–N–A R–C–C–A
O-qlikozid S-qlikozid N-qlikozid C-qlikozid
Burada, R–qlikozidin tərkibindəki karbohidrat molekulu-
nu göstərir, A isə aqlikonu göstərir. Bitkilərdən sintez olunmuş
bir çox qlikozidlər müalicəvi xüsusiyyətə malik olub, tibb
sənayesində geniş istifadə olunur. Bundan başqa sənaye üsulu
ilə alınmış boyaq (rəngləyici) qlikozidlər qida sənayesinin
müxtəlif sahələrində, o cümlədən qənnadı məmulatlarının
istehsalında geniş tətbiq olunur. Qlikozidlər ən çox bitkilərin
meyvəsində, toxumunda, yarpaqlarında və başqa orqanlarında
geniş yayılmaqla, qida maddəsi kimi insanlar tərəfindən
istifadə olunur. Qlikozidlər insanlarda baş verən maddələr
mübadiləsi proseslərində iştirak edirlər. Bir neçə qlikozidlərlə
tanış olaq.
Dostları ilə paylaş: |