Fitosanitar nəzarəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətinin təşkilinin
və həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir, bitki mühafizəsi və karantini
sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətləri tənzimləyir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. fitosanitar nəzarəti - bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji
preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətinin
həyata keçirilməsi;
1.0.2. bitki karantini - bitki və bitkiçilik məhsullarında karantin tətbiq edilən zərərli
orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınmasına
yönəldilmiş tədbirləri nəzərdə tutan hüquqi rejim;
1.0.3. bitki mühafizəsi - bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən
mühafizəsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi;
1.0.4. bitki - toxum və genetik material da daxil olmaqla, canlı bitkilər və onların
hissələri;
1.0.5. bitkiçilik məhsulları - dən də daxil olmaqla, emal olunmamış bitki mənşəli
materiallar, habelə öz təbiətinə və ya emal üsuluna görə zərərli orqanizmlərin
məskunlaşması və yayılması riskini yarada bilən ilkin emal olunmuş bitki mənşəli
məhsullar;
1.0.6. zərərli orqanizm - bitki və bitkiçilik məhsullarına zərər vuran heyvanların,
bitkilərin və ya xəstəlik törədən mikroorqanizmlərin hər hansı növü, növün dəyişmiş
forması, yaxud bioloji tipi (bitki xəstəlikləri, zərərvericiləri və alaq otları);
1.0.7. karantin tətbiq edilən zərərli orqanizm - ərazidə hələlik mövcud olmayan və
yaxud mövcud olaraq məhdud dairədə yayılmış və rəsmi mübarizə obyektinə çevrilmiş,
ətraf mühitə, ərazinin iqtisadiyyatına və əhalinin sağlamlığına potensial təhlükə yaradan
zərərli orqanizm;
1.0.8. karantin nəzarətində olan material - zərərli orqanizmlərin məskunlaşmasına
(gizlənməsinə) və yayılmasına şərait yaradan, fitosanitar tədbirlərin aparılmasını tələb edən
(xüsusilə beynəlxalq yükdaşımalar zamanı) bitki və bitkiçilik məhsulları, onların saxlanma
yeri, qablaşdırma materialı, nəqliyyat vasitələri, torpaq və hər hansı digər orqanizm, obyekt,
yük;
1.0.9. bitki mühafizə vasitələri - bitki və bitkiçilik məhsullarının zərərli
orqanizmlərdən qorunması məqsədilə istifadə olunan pestisidlər, bioloji preparatlar, canlı
faydalı orqanizmlər və texniki vasitələr;
1.0.10. pestisidlər - zərərli orqanizmlərə qarşı mübarizə məqsədilə istifadə edilən
zəhərli kimyəvi maddələr;
1.0.11. aqrokimyəvi maddələr - torpaqların münbitliyinin artırılması, bitkilərin
məhsuldarlığının yüksəldilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün tətbiq
edilən üzvi, mineral və bakterial gübrələr, kimyəvi meliorantlar, bitkilərin boy artımı
stimulyatorları və digər maddələr;
1.0.12. fitosanitar sertifikatı - Beynəlxalq Bitki Karantini və Mühafizəsi
Konvensiyasına uyğun olaraq nümunəvi forma əsasında hazırlanmış və təsdiq olunmuş
bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə rəsmi sənəd.
Maddə
2.
Fitosanitar
nəzarəti
haqqında
Azərbaycan
Respublikasının
qanunvericiliyi
2.1. Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan
Respublikasının
Konstitusiyasından,
bu
Qanundan,
Azərbaycan
Respublikasının digər qanunlarından və onlara uyğun olaraq qəbul edilmiş normativ
hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
fitosanitar nəzarəti sahəsində müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş
qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
Maddə 3. Fitosanitar nəzarətinin əhatə dairəsi
3.0. Fitosanitar nəzarəti aşağıdakıları əhatə edir:
3.0.1. hüquqi və fiziki şəxslər tərəfindən fitosanitar nəzarəti qanunvericiliyinin
tələblərinə əməl olunmasını;
3.0.2. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən karantin tətbiq
edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün
fitosanitar tədbirlərin təşkilini və həyata keçirilməsini;
3.0.3. bitki və bitkiçilik məhsullarının istehsalı, tədarükü, satışı, saxlanması və
daşınması zamanı fitosanitar qaydalarına və normativlərinə əməl edilməsini;
3.0.4. fitosanitar nəzarətində olan karantin obyektlərinin təhlükəsizliyinə nəzarət
edilməsini, zərərli orqanizmlərlə sirayətlənmənin başvermə və yayılma səbəbləri və şəraiti
üzrə müşahidənin aparılmasını, onların qarşısının alınması və ləğvi üçün icrası məcburi
olan fitosanitar tədbirlərin müəyyən edilməsini və həyata keçirilməsini;
3.0.5. dövlət büdcəsinin vəsaiti hesabına alınmış pestisidlərin, o cümlədən onların
ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanmasını, daşınmasını və istifadəsini;
3.0.6. pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin
istehsalı, idxalı, ixracı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslərin
fəaliyyətini;
3.0.7. qanunvericilikdə nəzərdə tutulan digər məsələləri.
Maddə 4. Fitosanitar nəzarətində olan karantin obyektləri
4.0. Fitosanitar nəzarətində olan karantin obyektləri aşağıdakılardır:
4.0.1. siyahısı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş bütün növ bitkilər və bitkiçilik məhsulları;
4.0.2. canlı göbələklərin, bakteriyaların, virusların, nematodların, gənələrin,
həşəratların və bitki xəstəlikləri törədicilərinin kolleksiyaları, onların zərər vurduğu bitki
nümunələri, habelə bitki herbariləri və kolleksiyaları;
4.0.3. zərərli orqanizmlərin daşıyıcısı olan kənd təsərrüfatı maşınları və alətləri,
nəqliyyat vasitələri, bütün növ qab və qablaşdırma materialları, bitki və bitkiçilik
məhsullarından hazırlanmış sənaye-məişət malları və məmulatları, torf, kompost, digər üzvi
gübrələr, torpaq və torpaq monolitləri və nümunələri;
4.0.4. bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanması, satışı
yerləri, kənd təsərrüfatı və meşə sahələri, həyətyanı və bağ sahələri, qeyri-kənd təsərrüfatı
torpaqları.
Maddə 5. Fitosanitar nəzarətinin əsas prinsipləri
5.1. Azərbaycan Respublikasında fitosanitar nəzarəti bitki mühafizəsi və karantini
sahəsində beynəlxalq standartların, qaydaların və tövsiyələrin tələblərinə uyğun qurulur və
aşağıdakı prinsiplərə əsaslanır:
5.1.1. əlaqələndirmə;
Bitki və bitkiçilik məhsullarının karantin tətbiq edilən zərərli orqanizmlərdən
mühafizəsinə yönəldilmiş fitosanitar tədbirlər beynəlxalq əməkdaşlıq çərçivəsində vahid
metodika üzrə hazırlanmalı və tətbiq edilməlidir.
5.1.2. ekvivalentlik;
Bitki və bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı ölkədə mövcud olan
fitosanitar vəziyyət və həyata keçirilən fitosanitar tədbirlər barədə xarici dövlətlərə obyektiv
məlumat verilməli, həmin ölkələrdə tətbiq olunan fitosanitar tədbirlərin hüquqi qüvvəsinin
bərabərliyi qəbul edilməlidir.
5.1.3. şəffaflıq;
Fitosanitar nəzarəti sahəsində Azərbaycan Respublikasında qəbul edilmiş normativ
hüquqi aktlar, habelə onlara edilmiş dəyişikliklər və əlavələr barədə müvafiq beynəlxalq
təşkilatlar məlumatlandırılmalı və həyata keçirilən fitosanitar tədbirlər üzrə informasiya
mübadiləsi aparılmalıdır.
5.1.4. Riskin qiymətləndirilməsi;
Azərbaycan Respublikasında həyata keçirilən fitosanitar tədbirlər elmi dəlillərə
əsaslanmalı, müvafiq beynəlxalq təşkilatlar tərəfindən işlənib hazırlanmış riskin
qiymətləndirilməsi texnikasını, istehsal, emal, nəzarət, ekspertiza və sınaq metodlarını
nəzərə almalı, karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olması,
məskunlaşması, yayılması və dövlət sərhədindən kənara çıxması riskini minimuma
endirməli, insanların, ətraf mühitin və ərazinin iqtisadiyyatının təhlükəsizliyini təmin
etməlidir.
5.1.5. Fitosanitar mühafizənin səviyyəsinin müəyyənləşdirilməsi;
Bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunmasını təmin etmək
məqsədilə fitosanitar mühafizənin səviyyəsinin konsepsiyası müəyyən olunmalı, tətbiqində
daimilik, sabitlik və ardıcıllıq təmin edilməli, tətbiqi qaydaları beynəlxalq standartlara
uyğunlaşdırılmalı, əsassız və ya özünü doğrultmayan məhdudiyyətlərə və fərqliliyə yol
verilməməlidir.
5.1.6. Regional şəraitə uyğunlaşma;
Regionun fitosanitar vəziyyəti və xüsusiyyətləri qiymətləndirilərkən bitki və
bitkiçilik məhsulları idxal və ixrac edən ölkələrin coğrafi mövqeyi, ekosistemləri,
epidemioloji nəzarət faktorları, habelə fitosanitar tədbirlərin səmərəliliyi, əraziyə xas olan
bitki xəstəliklərinin və zərərvericilərinin mövcudluğu, yayılma səviyyəsi, məhvetmə və
nəzarət proqramları nəzərə alınmalı, fitosanitar mühafizənin səviyyəsini müəyyənləşdirən
konsepsiyaları tanınmalıdır.
5.2. Fitosanitar nəzarətinin digər prinsipləri bitki mühafizəsi və karantini sahəsində
Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin
şərtləri ilə müəyyən olunur.
I I f ə s i l
FİTOSANİTAR NƏZARƏTİNİN TƏŞKİLİ
Maddə 6. Fitosanitar nəzarətinin təşkilinin istiqamətləri
6.1. Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin
obyektlərinin mühafizəsinə yönəldilmiş fitosanitar nəzarəti aşağıdakı istiqamətlər üzrə
təşkil edilir:
6.1.1. ölkə ərazisini karantin tətbiq edilən zərərli orqanizmlərdən qorumaq və onların
mənbələrini vaxtında aşkar etmək məqsədilə karantin nəzarətində olan materiallarda
müntəzəm olaraq müşahidələr aparılması, fitosanitar ekspertizaları keçirilməsi və
profilaktik tədbirlər görülməsi;
6.1.2. bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının
qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol
verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının, habelə flora və faunanın
pestisidlərin, digər zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönəldilmiş
bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi;
6.1.3. fitosanitar nəzarətində olan karantin obyektlərində karantin tətbiq edilən
zərərli orqanizmlər aşkar olunduqda müvafiq ərazidə karantin rejiminin tətbiq edilməsi,
hüquqi şəxslərə və əhaliyə bu barədə məlumat verilməsi, habelə zərərli orqanizmlərlə
mübarizə aparılması məqsədilə karantin məhdudiyyətlərinin müəyyən edilməsi və
fitosanitar tədbirlərin həyata keçirilməsi.
6.2. Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin
obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi
tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 7. Fitosanitar nəzarəti sahəsində dövlətin vəzifələri
7.0. Fitosanitar nəzarəti sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
7.0.1. fitosanitar nəzarəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən
etmək və normativ hüquqi aktlar qəbul etmək;
7.0.2. bitki mühafizəsi üzrə respublika və regional əhəmiyyətli texnoloji reqlamentlər
və proqramlar hazırlamaq və təsdiq etmək;
7.0.3. dövlət fitosanitar nəzarəti xidmətini təşkil etmək, onun əsasnaməsini və
strukturunu təsdiq etmək;
7.0.4. fitosanitar nəzarəti sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;
7.0.5. dövlət fitosanitar nəzarəti xidmətinin maliyyələşdirilməsi, inzibati və maddi-
texniki təchizatının yaxşılaşdırılması və bu sahəyə investisiya qoyuluşu məsələlərini həll
etmək;
7.0.6. Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və
ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin
siyahısını təsdiq etmək;
7.0.7. dövlət fitosanitar nəzarəti xidmətinin beynəlxalq təşkilatların tələbləri və
tövsiyələri əsasında formalaşdırılması, bu sahədə istifadə olunan normativ sənədlərin
beynəlxalq normalara uyğunlaşdırılması üçün lazımi tədbirlər görmək;
7.0.8. dövlət fitosanitar nəzarəti xidmətinin işini digər dövlət orqanları ilə
əlaqələndirmək;
7.0.9. qeyri-dövlət fitosanitar xidmətinin fəaliyyətinə dövlət nəzarətini həyata
keçirmək.
Maddə 8. Dövlət fitosanitar nəzarəti xidməti
8.1. Dövlət fitosanitar nəzarəti xidməti bitki mühafizəsi və karantini, pestisidlərin,
bioloji preparatların, digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətini
həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.
8.2. Dövlət fitosanitar nəzarəti xidmətini Azərbaycan Respublikasının və Naxçıvan
Muxtar Respublikasının fitosanitar nəzarəti sahəsində fəaliyyət göstərən müvafiq icra
hakimiyyəti orqanları və tabeliyində olan təşkilatlar təşkil edir.
8.3. Dövlət fitosanitar nəzarəti xidmətinin müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş səlahiyyətli vəzifəli şəxsləri baş dövlət fitosanitar müfəttişləri,
baş dövlət fitosanitar müfəttişlərinin müavinləri və dövlət fitosanitar müfəttişləri hesab
edilirlər.
8.4. Dövlət fitosanitar nəzarəti xidmətinin işçiləri müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada fərqləndirici nişanı olan geyim forması və xüsusi vəsiqələr ilə
təmin edilirlər.
Maddə 9. Dövlət fitosanitar nəzarəti xidmətinin vəzifələri
9.0. Dövlət fitosanitar nəzarəti xidmətini həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının vəzifələri aşağıdakılardan ibarətdir:
9.0.1. bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı
sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqlarda, xüsusi mühafizə olunan
təbiət ərazilərində və obyektlərində fitosanitar vəziyyəti araşdırmaq, müayinələr,
müşahidələr aparmaq, profilaktik və bitki mühafizəsi tədbirləri həyata keçirmək;
9.0.2. pestisidlərin və bioloji preparatların istehsalına dair proqramlar hazırlamaq və
onların bitkiçilikdə tətbiqi və dövriyyəsi qaydalarını, bitki mühafizəsi, o cümlədən
fitosanitar nəzarəti üzrə proqramların və normativ sənədlərin layihələrini hazırlayıb təsdiq
olunmaq üçün müvafiq icra hakimiyyəti orqanlarına təqdim etmək;
i[1]
9.0.3. qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq fəaliyyət sahələrində
ekspertiza, tədqiqat və qiymətləndirmə işlərinin aparılmasını, fitosanitar nəzarətində olan
karantin obyektlərinə baxış keçirilməsini, həmçinin nümunələr götürülüb yoxlanılmasını
həyata keçirmək;
9.0.4. fitosanitar nəzarətində olan karantin obyektlərində zərərli orqanizmləri
vaxtında aşkar etmək, onların təcrid edilməsi və ləğvi üçün müvafiq tədbirlər görmək;
9.0.5. Azərbaycan Respublikasının ərazisində karantin tətbiq edilən zərərli
orqanizmlərin yayılmasının qarşısını almaq, onların mənbələrini ləğv etmək üçün
qanunvericiliklə müəyyən edilmiş karantin və digər məhdudiyyətlərin qoyulması barədə
müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq;
9.0.6. karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısını hazırlamaq və müəyyən
edilmiş ərazidə karantin rejiminin tətbiq edilməsi və götürülməsi barədə müvafiq icra
hakimiyyəti orqanlarına təkliflər vermək;
9.0.7. Azərbaycan Respublikasının ərazisində bitkilərin zərərli orqanizmlərlə
sirayətlənmə dərəcəsini, onların əmələgəlmə səbəblərini müəyyənləşdirmək, kütləvi
çoxalması və yayılması barədə məlumatlar əldə etmək, müşahidələr aparmaq,
aqroekosistemlərdə fitosanitar vəziyyəti sabitləşdirmək və nəzarətdə saxlamaq üçün dövlət
proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
9.0.8. karantin nəzarətində olan materialların zərərli orqanizmlərdən mühafizəsi,
pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin toksikoloji təsirinin və ətraf
mühitin çirklənməsinin qarşısının alınması, habelə keyfiyyətini itirmiş və istifadəsi qadağan
olunmuş zəhərli kimyəvi maddələrin zərərsizləşdirilməsi üçün müvafiq dövlət orqanları ilə
birgə tədbirlər görmək;
9.0.9. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının
və qeydiyyatının aparılmasında və istifadəsinə icazə verilmiş preparatların siyahısının
hazırlanmasında iştirak etmək;
9.0.10. fitosanitar nəzarəti üçün dövlət büdcəsində müvafiq vəsaitlərin nəzərdə
tutulmasına dair təkliflər vermək, ayrılmış vəsaitin səmərəli istifadəsini təmin etmək
məqsədilə müvafiq proqramlar və xərclər smetalarını tərtib edib müvafiq icra hakimiyyəti
orqanına təqdim etmək;
9.0.11. Azərbaycan Respublikasının ərazisində bitki mühafizəsi və karantini
tədbirlərinin elmi-praktik əsaslarla həyata keçirilməsini təmin etmək və bu sahədə kadrların
hazırlanması və ixtisaslarının artırılması ilə bağlı zəruri tədbirlər görmək;
9.0.12. fitosanitar nəzarəti sahəsində Azərbaycan Respublikasının qoşulduğu
beynəlxalq müqavilələrdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək və səlahiyyətləri
daxilində xarici ölkələrin müvafiq qurumları ilə və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr
qurmaq;
9.0.13. qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
Maddə 1 0. Dövlət fitosanitar nəzarəti xidmətinin hüquqları
10.0. Dövlət fitosanitar nəzarəti xidmətini həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının aşağıdakı hüquqları vardır:
10.0.1. fitosanitar nəzarəti sahəsində dövlət nəzarətini həyata keçirmək və bu sahədə
qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasına yönəldilmiş tədbirlər görmək;
10.0.2. qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin
obyektlərinə daxil olmaq üçün onlara müraciət etmək, obyektin fitosanitar vəziyyəti və
karantin nəzarətində olan materiallar barədə lazımi məlumat almaq və həmin materialların
sənədləri ilə tanış olmaq;
10.0.3. qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq bitki və bitkiçilik
məhsullarının idxalı və ixracına, Azərbaycan Respublikasının ərazisində tranzit
daşınmasına və dövriyyəsinə idxal karantin icazəsi və fitosanitar sertifikatları vermək;
10.0.4. fitosanitar nəzarətində olan karantin obyektlərinə öz səlahiyyətləri daxilində
rəy vermək;
10.0.5. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə
uyğun olmayan anbarlarda və satış yerlərində bitki mühafizə vasitələrinin saxlanılmasını və
satışını qadağan etmək;
10.0.6. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalı, ixracı,
istehsalı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxsləri uçota
götürmək;
10.0.7. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı və
istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslərdən təhlükəsizlik qaydalarına riayət
edilməsini, ətraf mühitin çirklənməsinə yol verilməməsini və çirklənmənin ləğv edilməsini
tələb etmək, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatların istifadəsinin
qanunvericiliklə müəyyən olunmuş qaydada qadağan edilməsi və dövriyyədən çıxarılıb
məhv edilməsi haqqında qərar qəbul etmək;
10.0.8. fitosanitar nəzarəti sahəsində qanunvericiliyin pozulmasının qarşısını almaq
məqsədilə hüquqi və fiziki şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada
məhdudiyyət qoymaq, xəbərdarlıq etmək və profilaktik tədbirlər görmək;
10.0.9. qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydiyyata
alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və
aqrokimyəvi maddələrin istehsalının, satışının, idxalının və ixracının qarşısının alınması
üçün müvafiq tədbirlər görmək;
10.0.10. bitki və bitkiçilik məhsullarında, torpaqda, suda və ətraf mühit
obyektlərində pestisidlərin, digər zəhərli kimyəvi maddələrin və onların birləşmələrinin
qalıq miqdarına qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət nəzarətini həyata
keçirmək;
10.0.11. torpaq istifadəçiləri tərəfindən aqrotexniki, kimyəvi, bioloji və digər
tədbirlərin aparılmasına, bitki mühafizə vasitələrinin istifadəsi reqlamentinə riayət
olunmasına nəzarəti həyata keçirmək;
10.0.12. karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə daxilində bir ərazidən digər
əraziyə yayılmasının qarşısını almaq, həmin ərazidə fitosanitar tədbirləri həyata keçirmək
üçün karantin postlarının qoyulması, onların sayı və yerləşməsi barədə müvafiq icra
hakimiyyəti orqanlarına təkliflər vermək;
10.0.13. fitosanitar nəzarəti sahəsində qanunvericiliyin pozulmasına görə hüquqi və
fiziki şəxslərin məsuliyyətə cəlb olunması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada
Dostları ilə paylaş: |