4.2.15. Dispersiyanın kvant nəzəriyyəsi. Dispersiyanın tə-
rifi. Klassik elektron nəzəriyyəsindən istifadə edərək atomun
polyarlaşma əmsalının təyini. Dəyişən elektromaqnit sahəsi ilə
atom arasındakı qarşılıqlı təsir operatoru (həyəcanlanma opera-
toru). Sistemin Şrödinger tənliyi. Həyəcanlanma metodu vasi-
təsilə Şrödinger tənliyinin həlli. Xarici sahənin təsiri nəticəsində
atomda yaranan əlavə dipol momentinin birinci yaxınlaşmada
hesablanması. Kvant nəzəriyyəsində atomun polyarlaşma əmsalı
və onun klassik ifadəsindən fərqi. Ossilyator qüvvəsi. Normal və
anomal dispersiya. Müsbət və mənfi dispersiya.