4. Nanoaləmin birölçülü, ikiölçülü nümayəndələri. Nano-
texnoloji alətlər. Nanoipləri, nanomilləri və metal nanonaqilləri
bir-birindən fərqləndirən əsas xüsusiyyətlər. Nanolaylar, nano-
səthlər və heteroquruluşlar – mahiyyəti. Lenqmür-Blocet səthləri.
Nanokompozit və nanokristal materiallar. Nanokompozitin
həcmini təşkil edən əsas materialım növündən asılı olaraq kateqo-
riyaları. Keramik əsaslı, metal əsaslı və müxtəlif formalı nano-
zərrəciklərdən ibarət polimer əsaslı nanokompozitlərin əsas xüsu-
siyyətləri.
Nanoməsaməli materiallar. Məsaməlilik dərəcəsi. Məsaməli
silisiumun alınma üsulu.
Maqnit nanomaterialları və ferromaqnit mayelər. Maqnit
mayelərdən texnikada mexaniki enerjini elektrik enerjisinə
çevirmək üçün istifadə edilməsinin perspektivləri.