149
YARIMKEÇİRİCİLƏR FİZİKASI
İzahat vərəqi
Fənnin tədrisində məqsəd. «Yarımkeçiricilər fizikası» fən-
ninin «Fizika – 050503» ixtisası üzrə bakalavriat pilləsində təhsil
alan tələbələrə tədrisində məqsəd onları yarımkeçirici materi-
alların atomar quruluşu və fiziki xassələri, yarımkeçirici kristal-
larda müşahidə olunmuş elektron proseslərin və effektlərin nəzəri
əsasları haqda sistemli biliklərə yiyələndirmək, onlarda yarımke-
çirici cihazların iş prinsipini dərk etmək üçün tələb olunan elmi
təsəvvürlər formalaşdırmaqdır.
Dostları ilə paylaş: