3. Törəməyə nəzərən həll olunmuş tənlik üçün Koşi məsə- ləsinin həllinin varlıq və yeganəlik teoremləri. Rikkati tənliyi.
Bir xüsusi həlli məlum olduqda əvəzləmə ilə Rikkati tənliyinin
Bernulli tənliyinə gətirilməsi. Koşi məsələsinin həllinin varlığı və
yeganəliyi məsələsinin ekvivalent inteqral tənliyin kəsilməz
həllinin varlığı və yeganəliyi məsələsinə gətirilməsi. Varlıq üçün
Peano teoremi. Varlıq və yeganəlik üçün Pikar teoremi.
4. Törəməyə nəzərən həll olunmamış birtərtibli diferen- sial tənliklər. Törəməyə nəzərən həll olunmamış birtərtibli dife-
rensial tənliyin həllinin aşkar, aşkar olmayan və parametrik şəkil-
də tərifləri. n-dərəcəli birtərtibli tənliklərin törəməyə nəzərən həll
olunmuş tənliyə gətirilməsi. Koşi məsələsi. Ümumi və məxsusi
həll anlayışları. Natamam diferensial tənlik. Ancaq axtarılan funk-
siyanın törəməsindən asılı, axtarılan funksiya aşkar şəkildə iştirak
etməyən və sərbəst dəyişən aşkar şəkildə iştirak etməyən tənliklər.