14. İnteqral tənliklərin rezolventa vasitəsilə həlli. İkinci
növ Volter və Fredholm inteqral tənliklərinin həllinin
λ-paramet-
rinə nəzərən qüvvət sırası şəklində axtarılması. Təkrarlanan nüvə
anlayışı. Rezolventa. Rezolventanın ödədiyi inteqral tənlik.
Rezolventanın köməyi ilə inteqral tənliyin həlli.
15. Cırlaşan nüvəli inteqral tənliklər. İnteqral tənliklər
üçün Fredholm nəzəriyyəsinin mahiyyətini göstərmək üçün cır-
laşan nüvə halı. Cırlaşan nüvəli ikinci növ Fredholm inteqral tən-
liyi. Fredholm inteqral tənliklərinin xətti cəbri tənliyə gətirilməsi.
Fredholm determinantı və nüvənin xarakteristik ədədləri. Qoşma
tənlik və Fredholm teoremləri.