İzahat vərəqi Fənnin tədrisində məqsəd. «Radiofizika» fənninin «Fizika –
050503» ixtisası üzrə bakalavriat pilləsində təhsil alan tələbələrə
tədrisində məqsəd onları radiotezliklər diapazonundan olan elek-
tromaqnit dalğalarının generasiyası, şüalandırılması, yayılması və
qəbulu prinsipləri ilə tanış etmək, radioelektron qurğularında
istifadə olunan elementlərdə, eləcə də müxtəlif növ radioelektron
qurğu və sistemlərində baş verən fiziki hadisə və proseslər barədə
məlumatlandırmaq, həmin hadisələrin və proseslərin, başvermə
mexanizmləri, xüsusiyyətləri, tətbiq imkanları haqda sistemli
biliklərə yiyələndirməkdir.